Məhkəmə qərarları › İş №2(102)-1407/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1407/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1407/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Y” ASC-nin (keçmiş “X” İKB ASC) Cavabdeh Q qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1407/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Y-nin (keçmiş X ) vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-xxx/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qət naməsindən iddiaçı “Y” (keçmiş “X” ) və Cavabdeh Q nümayəndəsi X1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «Y» ASC (keçmiş «X» ) Cavabdeh Q qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Q xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4504,45 ABŞ dolları əsas borc, 4828,5 ABŞ dolları faiz borcu və 6598,5 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15931,85 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus “XXX” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin ona olan borcunun ödənilməsi, satışdan əldə edilə biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh Q arasında bağlanmış xx.xx.2013cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 17% dərəcəsi ilə 30500 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi cavabdehlə bank arasında cavabdehin mülkiyyətində olan “XXX” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka müqaviləsi b ağlanmışdır. Cavabdeh Q tərəfindən banka müəyyən ödənişlər edilsə də, sonradan cavabdeh ödənişləri dayandıraraq öhdəlik müqaviləsini pozmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2017-ci il tarixli, 2(002)-xxxx/2017 saylı qətnaməsi ilə (hakim Rufan Mürsəlov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh Q xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4504,5 ABŞ dolları əsas borc, 1517,68 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6072,13 ABŞ dolları (ödənildiyi zaman manat məzənnəsi ilə) və ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı Y «X» xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh Q məxsus “XXX” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avt omobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan məbləğin yaranmış borcun ödənilməsinə yönəldiməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan əsas kredit borcunu iddiaçıya ödəməlidir. Bundan başqa, ödəniş qrafikindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə 8646.66 ABŞ dolları faiz borcu ödəməlidir. İddiaçı Y təşkilatın məhkəməyə təqdim etdiyi maliyyə arayışından isə görünür ki, cavabdeh tərəfindən 7128.98 ABŞ dolları faizə görə ödəniş edilmişdir. Odur ki, iddia bu hissədə qismən təmin edilərək (86xx.xx-7128.98=1517.68) cavabdehdən 1517.68 ABŞ dolları məbəlğində faiz borcu tutulmalıdır. Dəbbə pulu isə tənasübsüz surətdə yüksək hesablanmı ş dəbbə puludur. Belə ki, həmin pulun tutulması ilə cavabdeh tərəfin maraqları əhəmiyyətli dərəcədə pozula bilər. Ona görə də həmin məbləğ 50 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Beləliklə, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən tələb ipoteka predmetinə yönəldilməli, hərracda satılmış avtomobilin dəyəri ilə cavabdehin banka olan borcu ödənilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 427.3, 442, 443.1, 445.7, 448.1, 462.1, 462.3, 463.1, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34, 36.3, 36.4, 36.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı Y “X” qeyd edilən qətnamədən apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instan siyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədovsədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Azad İmanov) xx xxxx 2018-ci il tarixli, 2(103)-xxxx/2018 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, xxx-cı il tarixli rəyi ilə xx.xx.2017-ci il tarixinə əsas borc 4100.47 ABŞ dolları, faiz borcu 4048.18 ABŞ dolları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədovsədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Azad İmanov) xx xxxx 2019-cu il tarixli, 2(103)-xxx/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin apely asiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə tutulacaq əsas, faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 4100.47 ABŞ dollarının, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 4048.18 ABŞ dollarının, borcun ödənilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 410 ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) Cavabdeh Q tutularaq iddiaçı Y “X” yə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş ekspe rt rəyinin əsaslılığına hər hansı şübhə olmadığını nəzərə alan məhkəmə bu nəticəyə gəlmişdir ki, rayon məhkəməsi yetərli araşdırma aparmamış, tələb olunan borcun düzgün məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi halda, bunun üçün müvafiq tədbir görməmişdir. Ona görə də qətnamə cavabdehdən tutulmuş əsas və faiz borcunun məbləğlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Rayon məhkəməsi dəbbə pulunun azaldılmalı olması barədə düzgün nəticəyə gəlsə də, 50 ABŞ dolları məbləğində dəbbə pulu cavabdehdən tutulacaq əsas və faiz borcunun məbləğinə münasibətdə olduqca aşağıdır və burada Bankın mənafeləri diqqətdən kənarda qalmışdır. Eyni zamanda bu qayda formalaşmış məhkəmə təcrübəsinə ziddir. Odur ki, qətnamə cərimə borcu məbləğinin müəyyən edilməsi hissəsində də dəyişdirilməli və formalaşmış məhkəmə təcrübəsinə əsasən əsas borcun 10 faizi nisbətdə, yəni 410 ABŞ dolları məbləğində cərimə borcu cavabdehdən tutularaq Banka ödənilməlidir. İddiaçı və cavabdeh qeyd edilən qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, Tatyana Qoldman) xx xxxxxx 2019-cu il tarixli, 2(102)xxx/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kasasiya şikayəti isə tam təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin əsas, faiz borcu və cərimənin tutulması hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apelly asiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin mötəbər sübut kimi qiymətləndirdiyi xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində tərtib edilmiş cədvəlin 5-ci sütununda faiz dərəcəsi illik 17 faiz göstərilsə də, iddiaçı bankın 7.128 ABŞ dolları faiz məbləğini qəbul edərək faiz borcu məbləğindən silinməsi nəzərə alınmaqla, ödənilməmiş faiz borcu kimi 4.048 ABŞ dolları məbləğində borcun hesablanması həmin faiz dərəcəsinə uyğun deyildir. Həmin ekspert rəyində göstərilən qalıq faiz borc məbləğinin müqavilə üzrə razılaşdırılmış faiz dərəcəsi üzrə hesablanmış faiz borc məbləği ödənilmiş faiz borcunun məbləğin fərqini (müqavilə şərtlərinə uyğun olaraq, yəni illik 17 % hesablanmaqla) əks etdirməməsinə ümu miyyətlə hüquqi qiymət verməməklə apelyasiya məhkəməsi həmin rəy üzrə gəlinən nəticəni düzgün hesab etmişdir. Halbuki, müqavilənin 1.11-ci bəndində də göstərilmişdir ki, bu müqavilə üzrə kreditin illik faiz dərəcəsi 17 % təşkil edir. Bununla bərabər həmin müqavilənin 1.14-cü bəndində isə göstərilmişdir ki, gecikdirilmiş borc yaranan hallarda hər gecikdirilən gün üçün illik 54% hesablanır. Göründüyü kimi, müqavilənin həmin bəndi gecikdirilmiş borc yaranan halda tətbiq edilən sanksiyalar kimi, yəni cərimə kimi nəzərdə tutulmuşdur. Kredit müqaviləsi 30.500 ABŞ dolları məbləğində əsas borc məbləğinə cəmi 8.646 ABŞ dolları məbləğində faiz borcunun tutulması razılaşdırılsa da, iddiaçı bank hazırda 11.956 ABŞ dolları faiz borcu hesablamışdır, həmin məbləğdən 7.128 ABŞ dolları ödənilmişdir və 4.82 8 ABŞ dolları faiz borcu isə məhkəmə qaydasında tələb edilir. Qanunvericiliklə faizdən faiz tutulması qadağan edildiyindən, tərəflər arasındakı razılaşmanın əlavə faizlərin hesablanması barədə şərti özü-özlüyündə etibarsızdır. Kasasiya kollegiyası qeyd etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası cavabdeh tərəfindən 30.500 ABŞ kredit müqaviləsi üzrə 33.124 ABŞ dolları ödəniş icra edildiyini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehdən tutulması qət edilən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh apellyasiya qaydasında mübahisələndirməmiş və həmin qətnamə ilə 4504 ABŞ dolları məbləğində əsas borcun tutulması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin apellyasiya intansiya məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən 372-ci maddəsinin tələblərini pozaraq əsas borcun 4100 ABŞ dolları məbləğində tutulmasını qət etmişdir. Beləliklə, apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx.xx.2020-ci il tarixli qərardadı ilə əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, x/xxxx saylı rəyinə əsasən Cavabdeh müqavilə müddəti bitən xx xxxxxx 2016-cı il tarixə əsas borcu 14100,47 ABŞ dolları, faiz borcu isə 3602,96 ABŞ dolları təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov, Vüsalə Baxışova) xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-xxx/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, faiz borcunun 3602,96 ABŞ dolları, cəmi borcun isə 8157,41 ABŞ dolları məbləğində müəyyən olunması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyindən və məhkəmə iclasında tərəflərin nümayəndələri tərəfindən təqdim olunmuş maliyyə arayışı və mədaxil qəbzlərindən müəyyən olundu ki, xx xxxxxx 2016-cı il tarixdən sonra, yəni xx.xx.2017-ci il tarixə qədər cavabdeh tərəfindən cəmi 10000 ABŞ dolları ödənilmiş, həmin ödənişlərin hamısı əsas borca aid edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən s onra isə cavabdeh tərəfindən cəmi 4505 ABŞ dolları ödənilmiş, həmin ödənişin 4504,45 ABŞ dolları hissəsi əsas borca və 0,55 ABŞ dolları hissəsi faiz borcuna aid edilmişdir. Qeyd olunanlara əsasən faiz borcunun məbləği ekspert rəyində göstərilən 3602,96 ABŞ dolları məbləğində müəyyən edilməli və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, eyni zamanda qətnamə çıxandan sonra aparılmış ödənişlərin hazırkı mərhələdə deyil, qətnamənin icrası mərhələsində nəzərə alınmalı olması izah edilməlidir. Dəbbə pulunun tutulması hissəsində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. İddiaçı və cavabdeh qeyd edilən qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Y (keçmiş “X” ) (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəylərinə istinad etmişdir. Lakin ekspert rəyləri ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Ekspert rəyləri təqdim etdikləri digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək Bankın təqdim etdiyi sübutlara qiymət verməmiş, bununla da səhv hüquqi nəticəyə gəlmişdir. Halbuki Bankın təqdim etdiyi sübutlar ekspert rəyləri ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Digər tərəfdən işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə qanunun birbaşa göstərişinə baxmayaraq tətbiq olunmalı hüquq normasmı tətbiq etməmiş və ipoteka predmetinin – “XXXXXXXXXX" markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətini müəyyən etməmişdir. Apelyasiya instansiyası məhkəməsi MPM-nin 372.7-ci maddəsinə istinad edərək şikayətin dəlillərindən asılı olmayaraq, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin tutmanın ipoteka predmeti olan "XXXX, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin Banka olan borcunun ödənilməsi hissəsində də maddi və p rosessual hüquq normalarına riayət etməsini yoxlamalı idi. Bundan başqa, məhkəmə kreditorun əmlak və əsaslı mənafelərini nəzərə almayaraq qanunda təsbit olunmuş səlahiyyətindən sui-istifadə edərək dəbbə pulunun həcmini əhəmiyyətli dərəcədə azaltmışdır. Dəbbə pulunun həcmini azaldarkən qanunvericiliyə görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) məruz qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Cavabdeh Q nümayəndəsi X1 (vəkili Vəkil2) kasasiya şikayəti verə rək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu hissəsində qismən ləğv edilib 1593.56 ABŞ dolları müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi xx xxxxxxxx 2020-ci il 2(103)- xxxx/2020 saylı qətnaməsi ilə hakim R.Qurbanov Ali Məhkəmənin tövsiyyə və iradlarına düzgün qiymət verməmişdir. Yəni 1517, 68 sent qalıq faiz borcunun 0.5% hissəsində dəyişdiriliməli idi. Bakı Apellyasiya Məhkəməsi isə faiz borcunun 1517, 68 ABŞ dolları; Ekspertin rəyinə əsasən 3602.96 ABŞ dolları hesablandığı borcun əsasında qətnamə çıxarılmışdır. Hesab edirilər ki, Bakı Apellyasiya məhkəməsinə xx xxxxxxxx 2020-ci il tarixli iş № 2(103)-xxxx/2020 saylı qətnamə 1517.68 ABŞ dolları x 0,5% = 1593,56 ABŞ doll arı çıxarılmalı olduğu halda, 1517,68 ABŞ dolları 2100 ABŞ dolları artmışdır. Hakim R.Qurbanovun qətnaməsində Bakı Apellyasiya məhkəməsi hakim M.Məmmədov kimi faiz borcu hissəsində 4048,18 ABŞ dolları, əsas borc 4100 ABŞ dolları ekspert rəyi əsasında deyil, MM-nin 495.7-ci maddəsinə əsasən 1517,68 ABŞ dolları x 0,5% = 1593,56 ABŞ dolları olmalı idi. Onlar isə Qaradağ rayon məhkəməsinin qətnaməsindən sonra 4505,5 ABŞ dolları ödəniş etmişlər. Bakı Apellyasiya məhkəməsinin qərarında 4048,18 ABŞ dolları faiz borcu hesablanmışdır. 505,5 ABŞ dolları artıq keçirilmiş pulu R.Qurbanovun gəldiyi nəticədə 3602 faiz borcu 4048,18.505,5 ABŞ dolları=3542.68 ABŞ dolları qalır. Bakı Apellyasiya məhkəməsinin hakimi M.Məmmədovun çıxardığı qətnamə 4048.18-504.45=3543.68 ABŞ dolları qalır. Göründüyü kimi, cav abdeh Q xx xxxxxxxx 2020-ci il tarixli iş № 2(103)-xxxx/2020 saylı qətnaməsində gəldiyi nəticə faiz borcu hissəsində 3602 ABŞ dolları gəldiyi nəticə Bakı Apellyasiya məhkəməsinin hakimi M.Məmmədovun qətnaməsində gəldiyi 4048.18 ABŞ dolları nəticə az fərq edib, demək olar ki, eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X1 məhkəməyə iddiaçının kasasiya şikayətinə etiraz ünvanlayaraq, etirazını vermiş olduğu kasasiya şikayətinin mətninə uyğun əsaslandırıb, iddiaçının kasasiya şikayətinin təmin edilməməsini, onların kasasiya şikayətinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh Q və vəkili Vəkil2 məhk əmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçıY “X” vəkili Vəkil1 iddiaçının kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə k hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasi ya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində məhkəmənin ekspert rəyinə istinad edərək əsas və faiz borcunu düzgün hesablamadığını, bankın təqdim etdiyi sübutlarla yanaşı, ekspert rəyinin yoxlanılmadığını qeyd etsə də, kasasiya yoxlaması zamanı ekspert rəyinin əsassızlığına dəlalət edəcək hər hansı sübut müəyyən edilməmişd ir. Bununla yanaşı həmçinin qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi əsas və faiz borcuna dair məhkəməyə təqdim etdiyi sübutlar ilə əldə edilmiş ekspert rəyləri üzrə müəyyən edilmiş əsas və faiz borcu məbləği arasında nəzərə çarpacaq dərəcədə fərqin olması da müəyyən edilməməkdədir. Bu halın özü də rəyləri şübhə altına almağa əsas yaratmadığını göstərməkdədir. Digər tərəfdən iddiaçı kasasiya şikayətində dəlil olaraq apelyasiya kollegiyasının ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmədiyini bildirərək bununla pozuntuya yol verməsinə istinad etsə də, bu dəlil üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, iddiaçı apelyasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət edərkən yalnız borc məbləği ilə bağlı mübahisələndirmə aparmış, ipoteka predmeti ilə əlaqədar hər hansı mübahisələndirmə mövcud olmamışdır. Hazırki halda, iddiaçının dəlil olaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsinə istinad etməsi işin halları ilə əlaqədar olmaqla, bu hal Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə uyğun olaraq kasasiya yoxlamasının predmetini təşkil edə bilməz. Son olaraq iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən cərimə borcunun əhəmiyyətli dərəcəd azaldılmasına dəlil kimi istinad edib, dəbbə pulu borcunun da məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyini göstərmiş, lakin bununla bağlı da hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu barədə mövqeyini yalnız sözlərlə əsaslandırmağa çalışmışdır. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh də iddiaçı kimi a pelyasiya kollegiyası tərəfindən ekspert rəyinə istinad edilməklə faiz borcunun düzgün müəyyən edilmədiyinə, ekspert rəyinin əsassızlığına dəlil kimi istinad etsə də, qeyd edilən dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, iddiaçı kimi o da mövqeyini yalnız sözlərlə əsaslandırmağa çalışmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Y-nin (keçmiş “X” ) v ə Cavabdeh Q nümayəndəsi X1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-xxxx/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar