Məhkəmə qərarları › İş №2(102)-1408/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1408/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1408/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı QƏRARİ (Açar sözlər: mübahisələndirilən hissədə yoxlanılmış məhkəmə aktının həmin hissəsindən yenidən şikayət verilməsinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7919/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı BOKT ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT arasında bağlanmış xx xxx 2016-cı il tarixli 0189/16/PB №-li, xx xxxxxx 2015-ci il tarixli 0141/15/PB-1 №-li, xx xxxxxxx 2015-ci il tarixli 0328/15/PB-l №-li, xx xxxxxxx 20 15-ci il tarixli 0328/15/PB-2 №-li, xx xxxxxx 2015ci il tarixli 0328/15/PB-3 №-li, xx xxxxxx 2015-ci il tarixli 0328/15/PB-4 №-li kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx xxx 2016-cı il tarixli 0189/16/PB №-li kredit müqaviləsi üzrə 49992,50 manat əsas, 29814,04 manat hesablanmış faiz, cəmi 79806,54 manat; xx xxxxxx 2015-ci il tarixli 0141/15/PB-l №-li kredit müqaviləsi üzrə 85041,04 ABŞ dollar əsas, 38390,93 ABŞ dolları hesablanmış faiz, 44561,50 ABŞ dolları dəbbə pulu, cəmi 167993,47 ABŞ dolları; xx xxxxxxx 2015-ci il tarixli 0328/15/PB-l №-li kredit müqaviləsi üzrə 1004772,32 ABŞ dolları əsas, 487624,91 ABŞ dolları hesablanmış faiz, 436071,19 ABŞ dolları dəbbə pulu, cəmi 1928468,42 ABŞ dolları; xx xxxxxxx 2015-ci il tarixli 0328/15/PB-2 №-li kredit müqaviləsi üzrə 24920,37 ABŞ dolları əsas, 11250,31 ABŞ dolları hesablanmış faiz, 7775,16 ABŞ dolları dəbbə pulu, cəmi 43945,84 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 0328/15/PB-3 №-li kredit müqaviləsi üzrə 45143,72 ABŞ dolları əsas, 20379,98 ABŞ dolları hesablanmış faiz, 17967,20 ABŞ dolları dəbbə pulu, cəmi 83490,90 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli 0328/15/PB-4 №-li kredit müqaviləsi üzrə 9363,09 ABŞ dolları əsas, 4227,04 ABŞ dolları hesablanmış faiz, 4138,49 ABŞ dolları dəbbə pulu, cəmi 17728,62 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, bütün kredit müqavilələri üzrə 49992,5 manat və 1169 240,54 ABŞ dolları əsas, 29814,04 manat və 561873,17 ABŞ dolları hesablanmış faiz, 510513,54 A BŞ dolları dəbbə pulu, 79806,54 manat və 2241627,25 ABŞ dolları cəmi borcunun, ipoteka predmetlərinin ******* manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə xx xxxxxx 2015-ci il tarixli 0141/15/PB1№-li, xx xxxxxxx 2015-ci il tarixli 0328/15 PB-1 №-li, xx xxxxxxx 2015-ci il tarixli 0328/15/PB-2 №-li, xx xxxxxx 2015-ci il tarixi 0328/15/PB-3 №-li, xx xxxxxx 2015-ci il tarixli 0328/15/PB-4 №-li kredit müqavilələri üzrə borcların təminatı olaraq, Bakı şəhəri Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1,03773 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 14 mərtəbəli binada 4 otaqlı 188,2 kvadrat metr ümumi, 106,9 kvadrat metr yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə; Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0,137 ha torpaq sahəs ində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın Cavabdeh1 mülkiyyətindəki 1-ci mərtəbəsində və zirzəmisində 124,7 kvadrat metr ümumi, 65,4 kvadrat metr əsas, 59,3 kvadrat metr köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Cavabdeh1 mülkiyyətindəki 0,3626 ha torpaq sahəsində yerləşən 363,95 kvadrat metr ümumi, 133,82 kvadrat metr yaşayış, 230,13 kvadrat metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D nömrəli bağ evi və bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara; ünvan 1 ünvanında Cavabdeh1 mülkiyyətindəki 193,5 kvadrat metr ümumi, 116,5 kvadrat metr yaşayış, 77,0 kvadrat metr yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, fərdi yaşayış evinin və tərkibindəki tikili və ipoteka predmetlərinin hərracda satıl araq tələb edilən borcun ödənilməsi, xx xxxxxx 2015-ci il tarixli 0141/15/PB1 No-li, xx xxxxxxx 2015-ci il tarixli, 0328/15/PB-l No-li, xx xxxxxxx 2015-ci il tarixli, 0328/15/PB-2 No-li, xx xxxxxx 2015-ci il tarixli, 0328/15/PB-3 No-li, xx xxxxxx 2015-ci il tarixli, 0328/15/PB-4 No-li kredit müqavilələri üzrə borcların təminatı olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1.03773 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 14 mərtəbəli binada 4 otaqlı 188,2 kvadrat metr ümumi, 106,9kvadrat metr yaşayış sahəsindən ibarət 22 nömrəli mənzildən orada yaşayan -Cavabdeh2 çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Cavabdeh1 mülkiyyətindəki 0,3626 ha torpaq sahəsində yerləşən 363,95 kvadrat metr ümumi, 133,82 kvadrat metr ya şayış, 230,13 kvadrat metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 120İD nömrəli bağ evi və bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulardan orada yaşayan - Cavabdeh1 çıxarılması, ünvan 1 ünvanında Cavabdeh1 mülkiyyətindəki 193,5 kvadrat metr ümumi, 116,5 kvadrat metr yaşayış, 77,0 kvadrat metr yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 çıxarılmaları, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1,03773 ha torpaq sahəsində yerləşən nömrəli, 14 mərtəbəli binada 4 otaqlı 188,2 kvadrat metr ümumi, 106,9 kvadrat metr yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin; Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0,137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mər təbəli binanın Cavabdeh1 mülkiyyətindəki 1-ci mərtəbəsində və zirzəmisində 124,7 kvadrat metr ümumi, 65,4 kvadrat metr əsas, 59,3 kvadrat metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Cavabdeh1 mülkiyyətindəki 0,3626 ha torpaq sahəsində yerləşən 363,95 kvadrat metr ümumi, 133,82 kvadrat metr yaşayış, 230,13 kvadrat metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 120İD nömrəli bağ evi və bağ evinin tərkibində, həyətyanı tikili və qurğuların; ünvan 1 ünvanında Cavabdeh1 mülkiyyətindəki 193,5 kvadrat metr ümumi, 116,5 kvadrat metr yaşayış, 77,0 kvadrat metr yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə (ahkim Rəşid Səmədov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016cı il tarixli, 0189/16/PB saylı, xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-2 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49992,50 manat əsas borc, 29814,04 manat faiz borcu, cəmi 79806,54 manat; xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı kredit müqaviləsi üzrə 85041,04 ABŞ dolları əsas borc, 38390,93 A BŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, cəmi 128431,97 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı kredit müqaviləsi üzrə 1004772,32 ABŞ dolları əsas borc, 487624,91 ABŞ dolları faiz borcu, 10000 ABŞ dolları cərimə borcu, cəmi 1502397,23 ABŞ dolları; xx.xx.2015ci il tarixli, 0328/15/PB-2 saylı kredit müqaviləsi üzrə 24920,37 ABŞ dolları əsas borc, 11250,31 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 36670,68 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı kredit müqaviləsi üzrə 45143,72 ABŞ dolları əsas borc, 20379,98 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, cəmi 66523,7 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqaviləsi üzrə 9363,09 ABŞ dolları əsas borc, 4227,04 ABŞ dolları faiz borcu, 500 ABŞ dol ları cərimə, cəmi 14090,13 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, cəmi bütün kredit müqavilələri üzrə 79806,54 manat və 1748113,71 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1,03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kvadrat metr ümumi, 106,9 kvadrat metr yaşayış sahəsindən ibarət 22 nöm rəli mənzilə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0,137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kvadrat metr ümumi, 65,4 kvadrat metr əsas, 59,3 kvadrat metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kvadrat metr ümumi, 133,82 kvadrat metr yaşayış, 230,13 kvadrat metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinə, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov ray onu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kvadrat metr ümumi, 116,5 kvadrat metr yaşayış, 77,0 kvadrat metr yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetləri-Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kvadrat metr ümumi, 106,9 kvadrat metr yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin ilkin satış qiyməti 170000 manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0,137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kvadrat metr ümumi, 65,4 kvadrat metr əsas, 59,3 kvadrat metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 650000 manat, Bakı şəhəri, Sabunç u rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0,3626 ha torpaq sahəsində yerləşən 363,95 kvadrat metr ümumi, 133,82 kvadrat metr yaşayış, 230,13 kvadrat metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinin, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 296.000 (iki yüz doxsan altı min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kvadrat metr ümumi, 116,5 kvadrat metr yaşayış, 77,0 kvadrat metr yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən edilməklə, ümumi olaraq ilkin satış qiymətlərinin ******* manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1,03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kvadrat metr ümumi, 106,9 kvadrat metr yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılma sı və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hissəsində ləğv edilməsi və iş üzrə iddia tələblərinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Raqib Qurbanov (sədrlik edən, məruzəçi), Etibar Nəbiyev və Azad İmanov, 2(103)-1821/2018 saylı mülki iş) 06 mart 2018ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b) Kassasiya instansiyası məhkəməsində birinci icraat

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Qəhrəman Allahverdiyev (sədrlik edən, məruzəçi), İlqar Xələfov və Ənvər Şadiyev, 2(102)-4841/2018 saylı mülki iş) 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)7853/2017 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir.

7. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə əlavə verərək, ona məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin yoxlanılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)7853/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya – “tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188.2 kvadrat metr ümumi, 106,9 kvadrat metr yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hissəsində qeyri-mümkün hesab edilməsi, Bakı ş əhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin cavabdehə məxsus ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mümkün hesab edilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin qismən, yəni “hesablanmış faiz, dəbbə pulunun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X1 həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılması" hissəsində ləğv edilməsi və iş üzrə iddia tələblərinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul e dilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2018ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. 11. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 saylı qər ardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərənndən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.

12. Göründüyü kimi, digər Cavabdeh1 şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-1821/2018 saylı qəlnaməsi ilə yoxlanılmış hissələrdən Cavabdeh2 yenidən apellyasiya şikayəti vermişdir.

13. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən hissələrdən yenidən şikayətin verilməsi istinad edilən qərardada əsasən yolverilməzdir və şikayət həmin hissədə qeyri-mümkün hesab edilməlidir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

14. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının qismən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsinin Cavabdeh2 məxsus ipoteka perdmetinin ilkin satış qiym əti ilə bağlı hissədə mümkün hesab edilməsi hissəsində ləğv edilməsinə və şikayətin tam şəkildə qeyri-mümkün hesab edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə tərəfindən ipoteka əmlaklara münasibətdə ilkin satış qiyməti müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində də həmin məsələlər araşdırılmış və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya məhkəməsinin 2(103)1821/2018-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehlər tərəfindən əmlakın qiyməti ilə bağ lı apellyasiya və kassasiya mərhələsində heç bir mübahisə edilməmiş və qoyulan qiymətlərlə razılaşdıqlarını etiraf etmişlər. Buna baxmayaraq istər birinci instansiya məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi ipoteka əmlaklara münasibətdə qiymətləri müəyyən edərək yekun qətnamə çıxarmışdır.

16. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının “tutmanın ipotekaya qoyulmuş X4 ogluna məxsus Bakı, şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev. 14, mənzil, 22 ünanında yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hıssəsində kassasiya icraatı qaydasında ləğv edilməsinə və qeyri-mümkün hesab edilən hissədə ap ellyasiya şikayətinin mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə belə bir qərardad qəbul etməklə onun qanunla müəyyən edilmiş prosessual hüquqlarını məhdudlaşdırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasın ın iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi.

20. Cavabdeh1 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

22. Mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi haqqında “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli 04/2020 № li qərardadı.

23. Mülki Prosessual Məcəllə:

24. Maddə 418-1.3. Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.

25. Maddə 418-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbə r tutmalıdırlar.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətlərində qərardad iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin mümkün hesab edilməsi hissədə, Cavabdeh2 tərəfindən isə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual qanunvericiliyin normaları düzgün tədbiq edilmişdir.

32. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin cavabdeh Münasib Məhhərrəmovun apellyasiya şikayətinin dəlillərinə əsasən tutmanın ipotekaya qoyulmuş X4 ogluna məxsus Bakı, şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev. 14, mənzil, 22 ünanında yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması hissədə apellyasiya qaydasında yoxlanılmışdır.

33. Yuxarıdan istinad edilən qərardadın tələblərinə əsasən həmin hissənin yenidən mübahisələndirilməsi yolverilməzdir. (§ 22)

34. Belə ki, həmin qərardadda qeyd edilm işdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

35. Ona görə də, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.

36. İddiaçının kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə əvvəllər baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlamamışdır. Çünki birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verək digər Cavabdeh1 qətnaməni həmin hissədə mübahisələndirməmişdir.

37. Ona görə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin hissəsini mümkün hesab edərək apellyasiya baxışına təyin etməklə düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7919/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarix li qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar