Məhkəmə qərarları › İş №2(102)-1408/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1408/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1408/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8770/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdeh iddiaçıdan un məhsulu almış dır.

2. İddiaçı satdığı əşyanın pulunun cavabdeh tərəfindən tam ödənilmədiyini bildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borcun məbləği olan 131.961 (yüz otuz bir min doqquz yüz altmış bir) manat məbləğində vəsaitin tutularaq onun hesabına xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, X2 ünvan 1 ünvanında yerləşən "xxxx" Səlimoğlu MMC-nin nəzdindəki dəyirmanda icraçı direktor vəzifəsində çalışır. Un istehsalı və satışı ilə məşğuldur. İstehsal etdiyi unu hüquqi və fiziki şəxslərə satır. Bununla əlaqədar 2015-ci ildə n iş prosesi ərzində tanıdığı, Bakı şəhəri, kənd Əhmədli, ev 6-da yaşayan və qeydiyyatda olan Cavabdeh ilə aralarında alqı-satqı olub, vaxtaşırı ondan nisyə olaraq un aparıb və pulunu hissəhissə ödəmişdir. İşlədikləri dövrdə, yəni 2017-ci ildən 2019- cu ilin sentyabr ayının sonlarına kimi şifahi sözləşərək qarşılıqlı etimada əsaslanaraq və etibarından sui-istifadə edərək Cavabdeh 131961 manatlıq unu satmaq və pulunu vermək adı ilə alaraq həmin məbləğdə pulu ödəməmişdir. 2019-cu ilin əvvəllərindən bu günə qədər vədlər verərək, müxtəlif bəhanələr gətirərək vaxt qazanmış, pulunu ondan tələb edəndə də bildirdi ki, kimsə borcludur pulu alıb ona qaytaracaq. Əgər alınmasa satılıq əmlakı var, onun pulunu qaytaracaq. Bir ildən çoxdur ki, bu boş vədlər davam edir və bu onu müflisləşməyə aparır, kimi n qarşısında öhdəliyi varsa onu yerinə yetirə bilmir. Belə olduğu halda işinin ahəngi pozularaq işini dayandırmaq təhlükəsi ilə üzləşmişdir. Son zamanlar onun zənglərinə də cavab vermədiyinə görə məcbur qalıb cavabdehin evinə getmişdir. Lakin cavabı budur ki, onu narahat etməyim, nə zaman pulu olsa, o zaman da qaytaracaqdır. 30.10.2019-cu il tarixdə Suraxanı Rayon prokuroruna şikayət ərizəsi ilə müraciət etmişdir. Prokurorluq bu işi Surxanaı RPİ baş müstəntiqi, polis mayoru Müşfiq Əliməmmədovun icraatına vermişdir. 2 ay ərzində təhqiqat aparılmış, onun və şahidlərin ifadələri alınmışdır. Material üzrə ifadəsi-izahatı alınan Cavabdeh bildirmişdir ki, müxtəlif şəxslərə, o cümlədən Ramin, Zəfər, Aqil, Telman, Əsgər, Mübariz, Uğur, Tural, Yaşar, Maarif, Ağaəli, İlham və Namik adlı şəxslərə Mus ayev Əmiraslandan aldığı unun müəyyən hissəsini onlara satıb, amma pulunu ala bilməmişdir. Bu səbəbdən həmin şəxslərin özlərinə məxsus olan şəxsiyyət vəsiqələrinin surətlərinin üzərində Nazim olan borcları və öz ad soyadları və ünvanlarını qeyd etməklə sənədləri almışdır. Sonra isə həmin sənədləri ona təqdim etmişdir. Cavabdeh ifadəsində əlavə olaraq bildirmişdir ki, Əmiraslan yuxarıda qeyd edilən şəxsləri tanımır, onlarla da un alqı-satqısı aparmamış, danışmamış, sözləşməmişdir. Nazim ondan aldığı unun müəyyən hissəsini həmin şəxslərlə razılaşıb, un alqı-satqısı aparmışdır. Hazırda yuxarıda göstərilən şəxslərə satılan unun pulundan başqa Əmiraslana olan borc 108161 manatdır. Əlavə olaraq, o, həmin şəxsləri tanımır, onlarla heç bir əlaqəsi olmayıb, faktiki olaraq cavabdehin ona olan borcu 131961 manatdır. Nazimin ondan un alıb, pulunu ödəməməsi barədə şahidlər var, bunlar X4, X5 və X1r. Cavabdehin ona borclu olduğu 131.961 manat onun şəxsi vəsaitidir. 17 dekabr 2019-cu il tarixdə Suraxanı RPİ-nin baş müstəntiqi material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmışdır. 5. 03.06.2020-ci il tarixdə iddiaçı X2 əsl İddiaçı MMC ilə əvəz edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1655/2020-ci il saylı, 03.06.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin (hakim S.Nuriyeva) 17 sentyabr 2020-ci il tarixli, 2-2(113)1972/2020 nömrəli qə tnaməsi ilə iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) 02 fevral 2021-ci il tarixli, 2-2(103)-63/21 nömrəli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1972/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. c) Birinci instansiya məhkəməsində ikinci icraat

9. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh Suraxanı RPİ-nin qərarında qeyd edildiyi kimi 108.161 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh polis bölməsində ona zor tətbiq edilərək həmin ifadəni verməsinə məcbur edildiyini bildirsə də, o, polis bölməsinə vəkili ilə birlikdə gəlmişdir və zor tətbiq edilməsi ilə bağlı heç bir sübut da təqdim edə bilməmişdir.

10. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə hansı miqdarda unun verilməsi barədə qaimə və ya başqa bir sənəd yoxdur. Cavabdeh iddiaçı Cəmiyyətdən nisyə un almış, lakin pulunu da qaytarıb vermişdir. Polis orqanında təzyiq altında izahat verdiyi üçün iddiaçıya 108.161 manat borcunun olduğunu bildirmişdir. Cavabdeh şifahi formada aldığı unun dəyərini elə həmin formada da iddiaçıya qaytarmışdır.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim P.Zamanlı) 31 may 2021-ci il tarixli, 2(011)2965/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 108.161 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini yerinə yetirərək razılaşdırılmış əşyanı (unu) cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq nisyə aldığı malın (unun) dəyərini iddiaçıya tam ödəməməklə öhdəliyini lazımınca icra etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 19 oktyabr 2021-ci il tarixli, 2(103)-8770/21 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2695/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC qarşısında iddia etdiyi pul tələbi ilə bağlı Mülki Məcəllənin 385.1, 386.1-ci maddələrində nəzərdə tutulan heç bir öhdəliyi mövcud deyildir. Mülki Məcəllənin 1091.2-ci maddəsi: “Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçının bizə qarşı qaldırmış olduğu pul tələbinə dair iddiasının heç bir hüquqi əsası yoxdur və o, hüquqi əsas olmadan cavabdehin hesabına pul vəsaiti (əmlak) əldə etməklə əsassız varlanmaq niyyətindədir. Heç bir hüquqi əsas olmadan 108.161 manat məbləğində pulun bizdən alınaraq iddiaçıya verilməsi nəticəsində o, əsassız olaraq varlanacaq, bunun nəticəsində Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrinin tələbi kobud şəkildə pozulmuşdur. Qeyd olunanlardan göründüyü kimi məhkəmə tərəfindən Mülki Məcəllənin 385.1, 386.1, 567,600.1 və 406-ci maddələrinin tələbi pozulmuş, həmin maddələrin tələbləri təhrif edilməklə əsassız və qanunsuz olaraq iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi, alqı-satqı ilə bağlı hər hansı bir sənədləşmə, qeydiyyat, üzləşmə aktı olmadığı halda, həmin maddələr düzün olmayaraq iddiaçının mənafeyinə təfsir edilmiş, tərəflər arasında hər hansı öhdəlik, borcun olmasını təsdiqləyən heç bir sübut olmadığı halda, cavabdehin ona borclu olan şəxslərdən pullarını almaq üçün onlara təsir vasitəsi kimi özünün də dəyirmana borcu olmasını göstərməsini qanunsuz olaraq sübut kimi qəbul edib Cavabdeh üzərinə 108.161 manat məbləğində pulun ödənilməsi ilə bağlı əsassız öhdəlik qoyulmuşdur. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

20. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hall arını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

27. Suraxanı RPİ-nin İstintaq şöbəsinin 17.12.2019-cu il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, cavabdeh izahatında Əmiraslandan (iddiaçının direktoru) götürdüyü unun hər kisəsinin üzərinə 50 qəpik əlavə etməklə ayrı-ayrı şəxslərə özü sataraq qazanc əldə etdiyini, sonradan həmin şəxslərin maddi sıxıntıya düşdükləri üçün onun pulunu qaytara bilmədiklərini, onun da Əmiraslanın borcunu qaytara bilmədiyini bildirmişdir. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 108161 manat borclu olduğunu etiraf etmişdir.

28. Apellyasiya kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlanması həm cavabdehin Suraxanı RPİnin istintaq şöbəsində verdiyi izahatı, həm də şahidlərin birinci instansiya məhkəməsində verdiyi izahatları ilə öz təsdiqini tapır. Eyni zamanda qanunvericilik nisyə alğı-satqı müqaviləsinin məhz yazılı formada bağlanmasını nəzərdə tutmamışdır. Tərəflər arasında qarşılıqlı hüquq münasibətləri onlar arasında həmin hüquq münasibətlərinin yaranmasına dair qarşılıqlı razılıqları əmələ gəldiyi və iradə ifadələrinə uyğun hərəkət etdikləri andan yaranmışdır.

29. Cavabdeh Suraxanı RPİ-də izahat verərkən, iddiaçı ilə hüquq münasibətlərində olmasını etiraf etmiş və iddiaçıya 108.161 manat borcunun olmasını bildirmişdir. Həmin izahatın iradəyə zidd şəkildə verildiyini təsdiqləyən sübutlar isə işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim olunmamışdır.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunma malıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8770/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar