Məhkəmə qərarları › İş №2(102)-1409/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1409/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1409/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7667/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıl arı müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9654.86 ABŞ dolları məbləğində əsas borc, 1464.66 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 11119.52 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətində olan **-LU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ GRANDEU” markalı minik (buraxılış ili 2011, Ban KMHFH41BBCA060896, rəngi-qara mirvari) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “Aqrarkredit" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cava bdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq “Aqrarkredit“ QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinni rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasə n, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Azərbaycan Respublikasının N azirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1980 saylı, 22 yanvar 2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC -yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 29.07.2011-ci il tarixdə 062 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 27335 ABŞ dolları məbləğində kredit verilmişdir. 01.08.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ GRANDEU” ma rkalı minik avtomobili (buraxılış ili 2011, Ban -KMHFH41BBCA060896, rəngi - qara mirvari) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X1 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 29.07.2011-ci il tarixli, AA seriyalı, 017634 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 27335 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3 -cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 aydır. (5.5. bənd) kredit vəsaitinin istifadə müddəti 29 iyul 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda 9654.86 (ABŞ dolları məbləğində əsas borc, 1464.66 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 11119.52 ABŞ dolları məbləği borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı MMC-nin nümayəndəsi X3 Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən, əsl olmayan tərəfin əvəz edilməsinə dair ərizə ilə müraciət etmiş, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı mülki iş üzrə iddiaçı qismində cəlb olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci ins tansiya məhkəməsi) 09 oktyabr 2019-cu il tarixli 2(003)-2865/2019 nömrəli qərardadı ilə (hakim Ramilə Xəzri) məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Premium Legal Services” MMC tərəfindən tərtib edilən H/02-PLS №-li 11 dekabr 2019-cu il tarixli rəyə əsasən, «Hyundai Grandeur» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 20.000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(003)-36/2021 nömrəli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə Cavabdeh 9654.86 ABŞ dolları əsas borc, 1464.66 ABŞ dolları manat faiz borcu, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 11119.52 ABŞ dolla rı məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan «Hyundai Grandeur» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin 20.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 11119.52 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəm əsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-yə 13.01.2017, 02.03.2017 və 07.02.2017-ci il tarixlərdə ödəniş həyata keçirilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 06.08.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti ötürülməmişdir, cavabdehin etirazı əsassızdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tə ləbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməmiş 9654.86 ABŞ dolları əsas və 1464.66 ABŞ dolları manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır və hesab edir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316.1, 319.1, 319.6, 385.1, 425.1, 427.3, 428.4, 442, 443.1, 448.1, 448.2, 449.4, 462, 739.1, 739.2, 741, 742.1, 743-cü, “İpteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.3, 3 6.3, 39.1, 39.3.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Fuad Talışinski) 28 sentyabr 2021-ci il tarixli, 2(103)-7667/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(003)-36/2021 saylı qətnaməsinin apelyasiya şikayətinə əssən dəyiş dirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh apelyasiya şikayətində hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünə istinad etsə də, Kollegiya bununla razılaşmır və hesab edir ki, rayon məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi barədə gəldiyi qənaət əsaslıdır. Kollegiya qeyd edir ki, baxılan işdə tərəflər arasındakı münasibətlər 29.07.2011-ci il tarixli borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. MM-in 377.1-ci və 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hü ququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı 29.07.2016cı il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi 29.07.2019-cu il hesab olunur. Lakin cavabdehin adına olan ******************** saylı hesabdan çıxarışdan və ödəniş qəbzlərindən örünür ki, kredit müqaviləsi üzrə 2017-ci ildə ardıcıl olaraq dörd ay (yanvar, fevral, mart və aprel ayları üzrə) ödənişlər edilməklə sonuncu ödəniş 13.04.2017-ci il tarixdə 100 ABŞ dolları məbləğində edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 380.1-ci və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Belə olan halda, Kollegiya hesab edir ki, icra müddəti 29.07.2016-cı il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, yəni 13.04.2017-ci il tarixdə kredit borcu üzrə 100 ABŞ dolları ödəniş etməklə iddia müddətinin axımını kəsmiş, bununla da iddia müddətinin axımı həmin tarixdən yenidən başlamışdır. Bu halda, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn tələblər üzrə məhk əmədə iddia qaldırılmasının son tarixi 13.04.2020-ci il hesab olunur ki, hazırkı iddia ərizəsi 03.08.2019-cu il tarixdə rabitə orqanına təqdim edilməklə iddia müddəti daxilində verilmişdir. Cavabdeh apelyasiya şikayətində ödəniş qəbzindəki imzaların ona məxsus olmadığını və ödənişlərdən xəbərinin olmadığını bilirsə də, Kollegiya bu dəlilləri inandırıcı hesab etmir və vurğulayır ki, MM-in 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Bununla yanaşı, hətta qeyd edilən ödəniş nəzərə alınmasa belə, işdən görünür ki, 29.07.2011-ci il tarixli kredit müqaviləsinin müddəti 29.07.2016-cı il tarixdə bitmişdir. Lakin həmin müddət bitənədək tələb hüququ iddiaçıya güzəşt olunmuş, sənədlər isə 22.01.2017-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçıya təhvil verilmiş, iddia ərizəsi 03.08.2019-cu il tarixdə rabitə orqanına təqdim edilmişdir. Göründüyü kimi iddiaçı tələbin güzəştindən və sənədlərin ona təhvil verilməsindən sonra qanunla müəyyən olunmuş müddət ərzində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) ka sasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Əvvəla, həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması, müvafiq sübutların təqdim ediləcəyi barədə vəsatəti təmin etməmişdir. Belə ki, edilmiş ödənişlərin müddət axımının bərpa edilməsi məqsədi ilə bank əməkdaşları tərəfindən edildiyini bildirsə də, apelyasiya məhkəməsi bu halı heç bir araşdırma aparmadan, ekspertiza təyin etmədən, öz şəxsi mülahizələri ilə əsaslandırmış və sadəcə bu hal ın inandırıcı olmadığını qeyd edərək məsələyə aydınlıq gətirməyə çalışmışdır. Bununla bağlı vəsatətlə məhkəməyə müraciət olunmuş və məhkəmənin müvafiq qərardadı ilə vəsatəti təmin olunaraq, ödənişlər üzrə mədaxil qəbzlərindəki imza nümunələrinin araşdırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu göndərilmişdir və sorğunun cavablandırılması üçün məhkəmə mülki işin icraatını bir ildən çox müddətə dayandırmışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəmənin sorğusu cavablandırılmamışdır. Apellyasiya məhkəməsi isə bu qeyrimüəyyən halın araşdırılmasına nail olunmadığı halda öz mülahizələri əsasında qanunsuz qərar qəbul etmişdir. Nəhayət hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsini n vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olmuşdur ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər i zahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 377.1. və 377.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. və 380.2. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də ödəniş qəbzlərindəki imzanın ona məxsus olmadığına və apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə apelyasiya qaydasında baxılarkən cavabdeh keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, hər hansı ekspertiza təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülməməsi apelyasiya kollegiyası tərəfindən kifayət qədər geniş izah edilmiş, bu zaman ape lyasiya kollegiyası tərəfindən hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməmişdir. Bundan əlavə, cavabdeh kasasiya şikayətində məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı pozuntuya da yol verilməsini göstərmiş olsa da, göstərilən hal da kasasiya yoxlaması nəticəsində müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7667/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar