Məhkəmə qərarları › İş №2(102)-141/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-141/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-141/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kredit” tələbinə dair ilkin iddia ərizəsi ilə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-1245/2018) ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə cavabdeh (borclu) Cavabdeh İddiaçı xeyrinə 9600 (doqquz min alt ı yüz) manat məbləğində pulun və məhkəməyə müraciət üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, ilkin iddia üzrə Cavabdeh əlavə olaraq 10 (on) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev (məruzəçi), R.Eyvazov, F.Talışinski, iş № 2(103)-7872/2018) cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməm iş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərovvə İ.Dəmirov, iş № 2(102)-2682/2019) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi qismən – Cavabdeh 9.600 manat pulun tutulub İddiaçı verilməsi ilk iddia ərizəsinin təmin edilməsi hissəsindələğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (məruzəçi), T.Səmədov, İ.Şirinov, iş № 2(103)-8689/2019) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya inst ansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Hacıyev Bəxtiyar Yusif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququn un pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 12 oktyabr 2016-cı il tarixli borc müqaviləsinin bağlanmasından sonra, tərəflər arasında 25 noyabr 2016-cı il tarixli barışıq sazişi olmuş və həmin sazişin şərtlərinə görə İddiaçı Cavabdeh Cama! oğluna verdiyi 9.600 manat borc pulu ona bağışlamışdır. Qeyd olunan Barışıq Sazişinin şərtlərinə görə Cavabdeh da ünvan 1 ünvanda yerləşən 08 saylı mənzilin alqı-satqı müqaviləsinə, bundan əvvəl bağlanmış ünvan 2 ünvanda yerləşən 90 saylı mağazanın 15 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilənin ləğvinə dair 11 iyun 2015-ci il tarixli sazişlə bağlı heç bir iddiası və tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, Cavabdeh qeyd olunan mənzilin və qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı heç bir iddiası və tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə öhdəlik götürməsinə səbəb borcun bağışlanması olmuşdur. Beləliklə də, borcun bağışlanması ilə mənzilin və qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı heç bir iddia və tələbin olmadığı və gələcəkdə də olmayacağı arasında səbəbli əlaqənin olması açıq-aşkar bəlli olur. Cavabdeh qeyd olunan sazişin şərtlərinə əməl etməməsi işdən görünmür. Əksinə Cavabdehla X1 arasında bağlanmış 23 noyabr 2016-cı il tarixli barışıq sazişindən sonra Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin ona qaytarılması barədə iddiadan imtina etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(004)14118/2016 s aylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş və qeyd olunan qərardad qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, 25 noyabr 2016-cı il tarixli barışıq sazişinin həqiqiliyi yoxlanarkən Cavabdeh həmin barışıq sazişinin şərtlərinə münasibəti öyrənilmiş, lakin ilk İddiaçı nəinki apellyasiya baxışında iştirak edərək qeyd olunan barışıq sazişi qüvvədə olmasına baxmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etməsinin əsf. səbəblərini açıqlamaq istəməmiş, ümumiyyətlə heç vaxt məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq bu hissədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı heç bir maddi hüquq normasına istinad etmədən birinci instansiyası məhkəməsini n qətnaməsini ləğv edərək iddia tələbini rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə birinci instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin borc və öhdəliklərin təmini ilə bağlı maddi hüquq normalarına istinad olunmasının əsassızlığını da qətnaməsində qeyd etməmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və məhkəmənin rəhbər tutduğu qanunları göstərməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin materialları ilə müəyyən edilir ki, 12 oktyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İ ddiaçı 12 aprel 2017-ci il tarixdə qaytarmaq şərti ilə Cavabdeh 9600 manat borc vermişdir. 25 noyabr 2016-cı il tarixdə tərəflər aralarında barışıq sazişi bağlayaraq belə razılaşmışlar ki, İddiaçı verdiyi 9600 manat borcu Cavabdeh bağışlayır, bu şərtlə ki Cavabdeh Bakı şəhəri, H.Əliyev prospekti, ev 72 ünvanda yerləşən 08 saylı mənzilin alqısatqısını, bundan əvvəl bağlanmış ünvan 4 ünvanda yerləşən 90 saylı mağazanın 15.01.2015-ci il tarixli alqı-satqı və həmin 15.01.2015-ci il tarixli 3m-542 reyestr nömrəli saziş ilə bağlı heç bir iddia tələbi olmayacaq. Cavabdeh bununla bağlı mübahisə yaratsa hazırki borc müqaviləsində göstərilən borc pulunun iki mislini ödəyəcəkdir. Tərəflər aralarında bağlanmış kredit müqaviləsi və barışıq sazişini mübahisələndirmirlər. Həmin iş ilə əlaqədar Cavabdeh q arşılıqlı iddia təqdim etmiş, İddiaçı qarşılıqlı iddiaya (Cavabdeh tərəfindən verilmiş) etirazı birinci instansiyası məhkəməsinin qətnaməsində aşağıdakı kimi öz əskini tapmışdır. “06.04.2018-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi ilə bağlı etiraz və mülahizəsini təqdim edərək, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan faktlara əsasən hesab edir ki, iddia tələbini müdafiə etdiyindən, mübahisə predmeti aşkar olduğundan, notarial qaydada təsdiq edilən müqaviləyə əsaslandığından onun iddia tələbi təmin olunmasına dair, habelə Cavabdeh qarşılıqlı iddia tələbinin ilk tələb ilə heç bir əlaqəsi və bağlılığı olmadığından onun tələbinin rədd ol unmasına dair qətnamə çıxarılmalıdır. Cavabdeh hazırda ona qarşı irəli sürdüyü qarşılıqlı iddia tələbində bundan əvvəl də artıq 2 (iki) dəfə digər məhkəmələrdə çıxış etmiş və onun bu əsassız iddia tələblərinin rədd olunmasına dair qanuni qüvvədə olan üç məhkəmə aktı mövcuddur. Belə ki, iddiaçı Cavabdeh “pul tələbinə” və “ünvan 5 ünvanında yerləşən 59 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi”nin (mağazanın) onlara qaytarılması barədə qeyri-dəqiq iddia tələbi, sonuncunun öz iddiasından imtina etməsi səbəbindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli 2(004)-1418/2016 saylı (hakim F.F.Babayev) qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı Cavabdeh və 9 (doqquz) baş ailə üzvlərinin “pul tələbinə” və “ünvan 5 ünvanında yerləşən 59 kv.m sahəsi ola n qeyri-yaşayış sahəsi”nin (mağazanın) onlara qaytarılması barədə iddia tələbləri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.11.2017-cı il tarixli 2(006)-7776/2018 saylı (hakim R.Ə.Səmədov) qətnaməsi ilə rədd edilmişdir. Daha sonra iddiaçı Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.11.2017-cı il tarixli 2(006)-7776/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən hakim T.Səmədov) 06.03.2018-ci il tarixli 2(103)-3227/2018 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.” Birinci instansiyası məhkəməsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.11.2017ci il tarixli qətnaməsinə sübut kimi istinad edərək göstərmişdir ki, “iş materiallarında olan Nəsimi rayon məhkəməsinin 2(006)-776/2017 nömrəli, 22.11.2017-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçılar X8, X11, X5 və X15 cavabdehlər X20, X2 və Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı pul tələbinə dair ilkin, X1 X6, Cavabdeh və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin geri qaytarılması və pul tələbinə dair qarşılıqlı iddia ərizələri təmin olunmamışdır.” Beləliklə iddiaçı ilə cavabdeh arasında 25 noyabr 2016-cı il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinin pozulması, yəni Cavabdeh ailə üzvlərinin barışıq sazişində göstərilən alqı-satqılarla bağlı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmələri əsas götürülərək, İddiaçı iddia tələbi təmin olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mülki işdə mövcud olan həmin sübutlara diqqət yetirmədən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, “Cavabdeh qeyd olunan sazişin şərtlərinə əməl etməməsi işdən görünmür”. Apelyasiya instansiyası məhkəməsi gəldiyi həmin nəticə ilə Məhkəmə kollegiyası razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunanlarla əlaqədar mülki işdə olan sübutları tam araşdırmamışdır. Belə ki, mülki işin materiallarına X11 və qeyrilərinin (Cavabdeh ailə üzvləri) Bakı şəhəri Nəsimi rayon məhkəməsinə ünvanlandığı iddia ərizəsinin surəti, həmin iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon məhkəməsi 22 noyabr 2017-ci il tarixli qətnaməsi və həmin qətnamədən verilən apelyasiya şikayəti əlavə olunmuşdur. Beləliklə, Cavabdeh barışıq sazişində alqı-satqı müqavilələrini bir daha mübahisələnd irilməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəlik onun ailə üzvlərinin iddia tələbi və apelyasiya şikayətləri ilə pozulmuşdur. İddia ərizəsində tələb aşağıdakı kimi əks olunmuşdur: “cavabdeh X20 və (bu qarışıq işdə iştirakı, əlaqəsi olan) digərlərindən 250.000 azn pulun (15.01.2015-ci ildə bu məbləğ 320.000 ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 31 ay x 2000 azn = 62000 azn) bizə çatacaq icarə haqlarının məbləğini tutularaq bizə ödənilməsi, əks təqdirdə alğı-satğı müqaviləsinin ləğvinə dair 11 iyun 2015-cü il tarixli saziş əsasında ünvan 7 ünvandakı 59 kv.m qeyri yaşayış sahəsinin bizə qaytarılması barədə qətnamə çıxarasınız.” Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ailə üzvləri tərəfindən iddia ərizəsi və apelyasiya şikayəti ilə məhkəməyə müraciət edilməsi Cavabdeh özünün iradəsindən asılı olmaya bilərdi və belə olan halda onun barışıq sazişinin şərtlərini pozması qənaətinə gəlmək üçün kifayət qədər əsas olmayacaqdır. Lakin həmin məsələnin araşdırılması məhz apelyasiya instansiyası məhkəməsinin səlahiyyəti və vəzifəsinə aid olduğu halda məhkəmə bu məsələ ilə əlaqədar zəruri araşdırma aparmamışdır. Mülki işə yenidən apelyasiya qaydasında baxılarkən aşağıdakıların nəzərə alınmasını Məhkəmə kollegiyası məqsədəmüvafiq hesab edir: 1) Mülki işin materialları ilə Cavabdeh və ailə üzvlərinin iradə ifadələrini fərqli olması öz təsdiqini tapmır, əksinə onlar həmişə eyni mövqedən çıxış etmişlər. 2) Cavabdeh həmin iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ailə üzvlərinin ayrıca iddia ilə Bakı şəhəri Nəsimi rayon məhkəmə sinə müraciət zamanı istinad etdikləri eyni əsaslara istinad etmiş, eyni tələbləri irəli sürmüşdür.həmin iddia ərizəsinin məzmunu da onunla ailə üzvlərinin eyni mövqedə olmasını təsdiq edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, “Öz aramızda razılaşaraq, sui-niyyətlə inamımdan sui istifadə edənlər İddiaçı, X20 ya mənim halal mülküm olan mağazanın qaytarılmasını, əks təqdirdə mağazanın o vaxtkı təqribi qiymətini və mənə bu müddətdə dəyən maddi və mənəvi ziyanı (250.000 azn pulun (15.01.2015-ci ildə bu məbləğ 320.000ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 36 ay x 2000azn= 72000azn) bizə çatacaq icarə haqlarının məbləğini tutularaq bizə ödənilməsi, bundan əlavə ailəmizin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 azn ödəyəcəkləri halda onlarla barışacağımı bi ldirmişəm. Verdikləri vədə əməl etmədiklərinə görə o şəxsləri məhkəməyə vermişik. Bununla bağlı mənim dəfələrlə dövlət mühafizə orqanlarına və məhkəməyə müraciətlərim olmuşdur. Mənim qanuni tələblərim bu günədək öz həllini tapmamışdır.” Qarşılıqlı iddia tələbi aşağıdakılardan ibarətdir: “ İlkin İddiaçı iddia tələbi rədd edilsin və mənim qarşılıqlı iddia tələbim təmin edilməklə, Cavabdehlər: İddiaçı, X20dən və (bu qarışıq işdə iştirakı, əlaqəsi olan) digərlərindən 250.000 azn pulun (15.01.2015-ci ildə bu məbləğ 320.000ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 37 ay x 2000azn=74000 azn, mənə çatacaq icarə haqlarının məbləğini), bundan əlavə ailəmizin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 azn tutularaq mənə ödənilməsi, əks təqdirdə alğı-satğı müqaviləsinin ləğvinə dair 1 1 iyun 2015-cü il tartixli saziş əsasında ünvan 7 ünvandakı 59 kvm qeyri yaşayı sahəsinin bizə qaytarılması və bu illər ərzində ailə üzvlərimizə dəymiş ziyanın (bu günə kimi 37 ay x2000 azn = 74000 azn icarə haqqları və ailəmizin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 azn) məbləğini tutularaq bizə ödənilməsi barədə qətnamə çıxarasınız.” Beləliklə Məhkəmə kollegiyası Cavabdeh qarşılıqlı iddia tələbi ilə, ailə üzvlərinin barışıq sazişindən sonra Nəsimi rayon məhkəməsində qaldırdıqları iddia tələblərinin üstüstə düşdüyünü müəyyən edir və bu onların iradə ifadələrinin ümumiliyi, Cavabdeh Bakı şəhəri Nəsmi rayon məhkəməsində iddia qaldırılmasında razılıq verməklə barışıq sazişinin şərtlərini pozması barədə qənaəti formalaşdırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiy ası məhkəməsi işə baxarkən sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Ape lyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar