Məhkəmə qərarları › İş №2(102)-1410/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1410/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1410/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1847/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh ar asında notarial qaydada təsdiqlənməklə bağlanmış xx.xx.2019-cu il tarixli zərərin əvəzinin ödənilməsi barədə sazişə əsasən Cavabdeh 6000 manat pulu xx.xx.2021-ci il tarixədək hissələrlə ödəməyi öhdəsinə götürmüş, İddiaçı isə Cavabdeh qarşı heç bir maddi tələbinin olmadığını bəyan etmişdir.

2. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 1(004)162/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsu munun, cəmi 6030 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ayrı-ayrı vaxtlarda 9000 (doqquz min) manat qızının Universitet problemlərinin həlli məqsədilə pul vermişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 1(004)-162/2019 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış, Cavabdeh ona vurulmuş zərərəin 3000 manatını ödəmişdir. Qalan 6000 manatın isə hissələrlə ödənilməsi barədə 07 sentyabr 2019-cu il tarixli saziş bağlanmışdır. Sazişə görə 6000 manat borcu ca vabdeh xx.xx.2021-ci il tarixə qaytarmağı öhdəsinə götürmüşdür. Hal-hazırda cavabdehin 6000 manat ödənilməmiş borcu qalmışdır. Lakin cavabdeh söz verdiyi vaxtda ona verdiyi pulu qaytarmaqdan yayınır. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qızının psixoloji problemləri olmuşdur, bununla əlaqədar bir müddət dərsə getməmiş, nəticədə onun universitet problemləri yaranmışdır. Bu problemlərin birdəfəlik həll edilməsi üçün cavabdehə 9000 manat pul vermişdir. Lakin cavabdeh universitetə 1200 manat ödənişlər etmiş, qalan pulu isə qaytarmaqdan imtina etmişdir. Daha sonra cavabdeh ona əvvəlcə Memar Əcəmi metro-stansiyasında 300 manat, daha sonra isə Nəriman Nərimanov metro-sta nsiyasında 400 manat ödəmiş və nəticədə cavabdehin 7000 manat borcu qalmışdır. Bu borcu rəsmiləşdirmək üçün notariusa getmişlər. Notarius xərci çox olduğu üçün borc 6000 manat kimi rəsmiləşdirilmişdir. Cavabdeh qalan pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də bu günə kimi pulu qaytarmamışdır. Ona görə də o, məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının qızı universitetdən qovulmuşdu. O, iddiaçının qızının Kooperasiya Universitetində təhsil almasını təmin etmiş və iddiaçı tərəf də bunun müqabilində ödənişlər etmişdir. İddiaçının qeyd etdikləri yalandır, onda əlyazmalar da vardır. O, sazişə uyğun olaraq ödəniş etmişdir. O, aralarındakı razılaşmaya ə məl etsə də, iddiaçı ondan şikayətçi olmuş və onun barəsində həbs qətimkan tədbiri də tətbiq olunmuşdur. Ona vaxt verildiyi təqdirdə etdiyi ödənişlərlə bağlı sənədləri məhkəməyə təqdim edəcəkdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-8072/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh 6000 (altı min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6030 (altı min otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli zərərin əvəzinin ödənilməsi barədə saziş imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəl iklərini yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 6000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

9. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləni qismən icra etməsi ilə bağlı məhkəməyə sübutlar təqdim edəcəyini bildirsə də və bununla bağlı ona vaxt verilsə də, onun tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 739.1 və 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1 və 217.4 cü madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci isntansiya məhkəməsinin qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəfindən borc münasibətlərinin nədə ifadə olunması, iddiaçı tərəfindən sazişin verilmə səbəbləri aydınlaşdırılmamışdır. İddiaçıya olan borcun hamısı qaytardığını da məhkəmə nəzərə almamışdır.

13. Cavabdeh şikayətinə iddiaçıya xx.xx.2019-cu ildə 3000 manat və xx.xx.2019-cu ildə 4000 manat ödəməsi barədə qəbzlərin kserosurətlərini əlavə etmişdir.

14. Məhkəmə kollegiyası iclası zamanı iddia çı göstərmişdir ki, cavabdehin ona 6000 manatdan başqa, 1000 manat borcu olmuş, həmin borcdan ona 300 və 400 manat borc müqaviləsi imzalandan sonra cəmi 700 manat ödənilmiş, notariusda imzaladığı 6000 manat borc üzrə heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş qəbzlər onun tərəfindən icra edilmişdir, lakin orada 3000 və 4000 manat yox, 300 və 400 manat olmuşdur. Həmin qəbzlərdə cavabdeh tərəfindən «0» rəqəmləri əlavə edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1847/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X1 və X4) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 20 dekabr 202 1-ci il tarixli 2(060)-8072/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yoxdur.

17. Məhkəmə Cavabdeh iddiaçıya olan borcunun qaytarılması barədə dəlilini qəbul etməmiş və qeyd etmişdir ki, müqavilə üzrə cavabdeh iddiaçıya 6000 manat borclu olduğu halda, cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş qəbzlərin surətindən iddiaçıya guya 7000 manat borcun qaytarılması inandırıcı deyildir. Bundan əlavə olaraq Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, borcun ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir, odur ki, məhkəmə kollegiyası həmin sübutu borcun ödənilməsi kimi qəbul etmir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 739.1 və 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 89.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, razılaşma ilə bağlı öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilmişdir. Belə ki, iş materiallarına bununla bağlı qəbzlər əlavə edilmişdir. İddiaçı apellya siya şikayətinə əlavə olunmuş qəbzlərin onun tərəfindən icra olunduğunu, lakin orada 3000 və 4000 manat yox 300 və 400 manat olduğunu, həmin qəbzlərə guya cavabdeh tərəfindən “0” rəqəmlərinin əlavə edildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd olunan ziddiyyətin aradan qaldırılması üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin etməmiş və nəticədə qanunsuz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcl udan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməmə si, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 32. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyin i müəyyən etmək mümkün olsun.

33. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 34.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

46. Belə ki, cavabdehin kassasiya şik ayətinə görə iddiaçıya olan borcunun tam qaytarmışdır, bu faktı təsdiq edən 3000 manat və 4000 manat pulu iddiaçının alması barədə 2 ədəd qəbzi məhkəmələrə təqlim etmişdir, həmin qəbzlərdəki yazıların ona aid olduğunu iddiaçı da etiraf etmişdir, lakin işə baxan məhkəmələr həmin halları nəzərə almamış, qəbzlərə düzgün qiymət verəmişdir.

47. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət vermiş, onun tərəfindən təqdim olunmuş iki ədəd qəbzə də hüquqi qiymət vermişdir.

48. Kassasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd edir ki, iddiaçının 3000 manat və 4000 manat alması barədə cavabdehin təqdim etdiyi 2 ədəd qəbz kserosurət olmaqla iş üzrə sübut əhəmiyyəti kəsb etmir, məhkəmələr tərəfindən həmin s ənədlərin əsillərinin təqdim olunması təklif olunmasına və bunun üçün vaxt verilməsinə baxmayaraq cavabdeh həmin qəbzlərin əsillərini təqdim etməmiş, kassasiya şikayətinə əlavə etməmişdir. İddiaçı isə bu qəbzlərdə “300” rəqəminin “3000”, “400” rəqəminin isə “4000” kimi düzəliş edildiyini, cavabdehin cəmin 700 manat pul ödədiyini göstərmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə isə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. Cavabdehin təqdim etdiyi qəbzlərin həqiqiliyini kserosurətlər oldubuna görə müəyyən etmək mümkün deyildir.

49. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquq i qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsminin ləğv olunması və ya dəyişdrilməsi üçün əsas ola btlməz, ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1847/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar