Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1412/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: "xxxx" QSC Cavabdeh: X3 Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldirilməsi” Açar sözlər: kredit borcu və tutmanın ipoteka predmetinə yönəldirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(107)-1701/20 20 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -14 dekabr 2012-ci il tarixli, ******* nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün X2 100.000 USD məbləğində kredit xəttini açmışdır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. -14 dekabr 2012-ci il tarixli, ****** nömrəli kredit xətti müqaviləsi üzrə 29 noyabr 2013-cü il tarixli, ******* nömrəli kredit razılaşmasından görünür ki, iddiaçı 22.000 USD məbləğində krediti a ylıq 2 faiz dərəcəsi olmaqla 48 ay müddətinə X2 verməyi, X3 isə kredit razılaşmsının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. -kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17 mart 2015-ci il tarixli, ******* nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 14 dekabr 2012ci il tarixli ******* saylı uzunmüddətli kredit müqaviləsi üzrə 29 noyabr 2013-cü il tarixdə bağlanmış ****** nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 29 noyabr 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 17 mart 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş plan ı”) uyğun olaraq dəyişdirilmişdir. -kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 04 sentyabr 2015-ci il tarixli, ****** nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 14 dekabr 2012-ci il tarixli ******* saylı uzunmüddətli kredit müqaviləsi üzrə 29 noyabr 2013-cü il tarixdə bağlanmış ******* nömrəli kredit razılaşmasının ayrılmaz hissəsi olan 29 noyabr 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 04 sentyabr 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilmişdir. -kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 29 aprel 2015-ci il tarixli, ******* nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 14 dekabr 2012-ci il tarixli ******* saylı kredit xətti müqaviləsi üzrə 29 noyabr 2013-cü il tarixdə bağlanmış ******* nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 29 aprel 2016-cı il tarixdən aylıq 1.75 faiz: 02 may 2017-ci il tarixdən aylıq 1.6667 faiz: 02 may 2018-ci il tarixdən aylıq 1.5833 faiz dərəcəsi ilə faizlər hesablanır. -kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 02 dekabr 2016-cı il tarixli, ******** nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 14 dekabr 2012ci il tarixli, ******* saylı kredit xətti müqaviləsi üzrə 02 dekabr 2016-cı il tarixdə bağlanmış ******* nömrəli kredit razılaşması (“kredit razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 29 aprel 2016-cı il tarixdən aylıq 1.75 faiz: 02 may 2017-ci il tarixdən aylıq 1.6667 faiz: 02 may 2018-ci il tarixdən aylıq 1.5833 faiz dərəcəsi ilə faizlər hesblanır. -14 dekabr 2012-ci il tarixli, ******* nömrəli zaminlik müqaviləsindən görünür ki, 14 dekabr 2012-ci il tarixdə iddiaçı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. -27 noyabr 2013-cü il tarixli, ******* nömrəli zaminlik müqaviləsindən görünür ki, 27 noyabr 2013-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. -29 noyabr 2013-cü il tarixli, ****** nömrəli zaminlik müqaviləsindən görünür ki, 29 noyabr 2013-cü il tarixdə id diaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. -27 noyabr 2013-cü il tarixli,****** nömrəli ipoteka müqaviləsindən görünür ki, 27 noyabr 2013-cü il tarixdə iddiaçı ilə X3 və Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan kredit alanın ipoteka saxlayan qarşısında pul öhdəliklərini tamamilə icra etməsi üçün ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi (fərdi yaşayış evinin əsas göstəriciləri: mərtəbəliyi-2, yaşayış otaqlarının sayı3, yaşayış sahəsi-78.0 kv.metr, yardımçı sahə 266.5 kv.metr, ümumi sahə-344.5 kv.metr, fərdi yaş ayış evinin tərkibi (həyətyanı tikili və qurğular): liter B-adı (təyinatı)-hamam, mərtəbəliyi-1, tikintialtı sahə-47 kv.metr) ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 23532 manat məbləğində qiymətləndirilmişdir. -RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngədə mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 156 nömrəli vərəqində 28 noyabr 2013-cü ildə ipoteka növündə iddiaçının xeyrinə yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan 04 may 2018-ci il tarixli, 6549 nömrəli maliyyə arayışından görünür ki, X1 29 noyabr 2013-cü il tarixli, ******** saylı kredit razılaşması üzrə 03 may 2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 12834,63 USD, faiz borcu üzrə 5481,27 USD, dəbbə puluna (cəriməyə) görə 9263,51 USD, cəmi 27579.41 USD təşkil edir. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 16 mart 2017-ci il tarixli, 368, 369, 370 və 371 nömrəli xəbərdarlıqlar, Cavabdeh1 qzına 11 avqust 2017-ci il tarixli, 18896 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə 24 avqust 2017-ci il tarixli, 19515 nömrəli ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizə göndərilmişdir. - "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı rəyindən görünür ki, Cavabdeh1 qzına məxsus Ucar şəhəri, 20 Yanvar küçəsi, 4-cü döngədə mülkiyyətdə olan 0.045 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin 10 iyul 2018-ci il tarixinə olan orta bazar qiyməti 38000 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2019-cu il tarixli, 23323 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 29 noyabr 2013-cü il tarixli, 26R000003714 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X1 03 may 2018-ci il tarixinə (iddia üzrə) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 16.380,01 USD məbləğində müəyyən edil ir, o cümlədən əsas kredit borcu 13.095,28 USD və faiz borcu 3287,73 USD müəyyən olunur. 29 noyabr 2013-cü il tarxli, 26R000003714 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X2 cərimə borcu hesablanmamışdır. -ipoteka müqaviləsindən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 23532 manat göstərilsə də, ekspert rəyi ilə ipoteka predmetinin halhazırda orta bazar dəyəri 38000 manat təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı AccessBank QSC cavabdehlər X2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ******* saylı razılaşma üzrə 12.834,63 USD məbləğində kredit borcu, 5.481,27 USD məbləğində faiz borcu və 9.263,51 USD məbləğində cərimə olmaqla, cəmi 27.579,41 USD məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ in X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi qaydada tutulması və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 evdən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi ilə (hakim H.İ.Xəlilov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******* nömrəli kredit razılaşması üzrə əsas borca görə 12.834,63 (on iki min səkkiz yüz otuz dörd, altmış üç) USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı “AccessBank" QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******** nömrəli kredit razılaşması üzrə faiz borcuna görə 3287,73 (üç min iki yüz səksən yeddi, yetmiş üç) USD, dəbbə puluna görə 500 (beş yüz) USD, cəmi 3.787,73 USD (üç min yeddi yüz səksən yeddi, yetmiş üç) USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı “AccessBank" QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməs i barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və xidmət haqqına görə 20 (iyirmi) manat, ümumilikdə 60 (altmış) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38.000 (otuz min səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayş evinin və torpaq sahəsinin boşaldılması, satışdan əldə edilən məbləğ iddiaçı "xxxx" QSC-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqi qatının dəyərinə görə Cavabdeh3 (Mərdanov Seymur) Süleyman oğlundan 200 (iki yüz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(107)-1701/2020 saylı qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməyərək, Ucar Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(063)-21/2019 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası həm əsas, həm də faiz borcunun yüksək olmasını nəzərə almamış, təkrar ekspertiza təyin etməli olduğu halda etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi, cavabdehlər X3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən ü stün qaydada təminat alsın. -295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbayc an Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. -297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlər i pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşadırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. -470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etməd ikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlərə- zaminlərə qarşı da tələb hüququ yaranmışdır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc ala na) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönə ldilə bilər. -39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. -39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. -59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şik ayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə zaminlik müqavilələri bağlamaqla kredit alanın bank qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsulyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikа sı Mülki Məcəlləsinin 269.7, 295, 296.1, 297, 385.1, 442, 448.1, 462.1, 467, 470, 472, 500, 739.1, 739.2 və 741-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.1, 39.3.3, 41.1, 47.4 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad etm əkdə haqlı olmuşdur. Kassasiya kollegiyası kassartorun apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(107)-1701/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1412/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1412/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver