Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1412/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi (kredit müqaviləsi üzrə borcun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), məhkəmə tərəfindən dəbbə pulunun azaldılması), ipoteka (tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti), sübutların qiymətləndirilməsi (ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarə t tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutulmanın ipoteka predimetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1259/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İP 511 №-li, 16 sentyabr 2019-cu tarixli kredit və ipoteka müqaviləsinə əsasən, Cavabdeh illik 8 faizlə 300 ay müddətinə 119000 məbləğində kredit verilmiş və həmin kredit borcalana Abşeron rayonu, Novxanı kəndi, M.S.Ordubadi küçəsində olan 0.0728 ha tor paq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 7 saylı fərdi yaşayış evinin alınmasına ayrılmış və 0.0728 ha torpaq sahəsi, 147.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-ə ipoteka qoyulmuş, onun qeydiyyatı ********** nömrəli çıxarışla təsdiqlənmişdir.
2. İP 511 №-li, 18 sentyabr 2019-cu tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı X1 rayonu, Novxanı kəndi M.S.ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** reyestr nömrəi **********7110301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı ( bundan sonra-daşınmaz əmlakı) alıcı Cavabdeh - ipoteka qoyanın mülkiyyətinə verir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank” və ya iddiaçı) Cavabdeh (bundan sonra “Borcalan” və ya cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 170,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 445 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılm asını xahiş etmiş, sonradan ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirərək borcun cavabdehdən tutularaq iddiaçı xeyrinə ödənilməsi xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli İP 511 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyələşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qey d edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Borcalan arasında 18 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə yüklü edilmişdir. İP 511 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********7110301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi, xx.xx.2019) dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 00529 nömrəli ipoteka kağızı verilmişdir. Lakin Kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. İpoteka saxlayan iddiaçı İpoteka qoyana “İpoteka haqqınd a” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı rəyindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixədək banka 118.755,52 manat əsas və 30.035,89 manat faiz borcu olmaqla, cəmi 148.791,41 manat borcu vardır.
6. Yevlax Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 26 iyul 2023-cü il tarixli, e-2(039)-47/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehdən xx.xx.2019-cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin ilkin sa tış qiymətinin 170000 (yüz yetmiş min) manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 149.982,54 manat iddiaçının xeyrinə ödənilməsi, qalan vəsaitin isə cavabdehə qaytarılması, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması və evin onlar tərəfindən boşaldılması, iddianın qalan hissədə rədd olunması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 manat məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun müqavilə müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixə Banka 118,365.96 manat əsas, 30,183.33 manat faiz borc u, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat borcu yaranmışdır
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən əsas kredit borcunun, faiz borcunun və müqavilə müddəti bitdikdən sonra hesablanmış borcun tutulması hissəsində qismən əsaslıdır, lakin dəbbə pulu yüksəkdir.
9. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun tutulması barədə iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsinə Cavabdeh "xxxx" ASC-nin xeyrinə 118,365.96 manat əsas, 30,035.89 manat faiz, 1580.69 manat cərimə borcu olmaqla, cəmi 149.982,54 manat məbləğində borc tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisə olmadığı üçün qiymətləndiricinin rəyi alınmamışdır. İş ma teriallarında olan Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbli, 4 otaqlı, ümumi sahəsi 146,6 m2 olan 7 saylı fərdi yaşayış evinin real bazar dəyəri iddiaçının təklif etdiyi ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat təşkil edir. Məhkəmə sözügedən məbləğini ipoteka predmetinin ilkin satış qiyməti hesab edir.
11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik)manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borc tutulmalı, tutma Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməli, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsatinin İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yöndəldilməli; Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır.
12. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutulması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur.
13. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və ödənilmiş 439 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 279, 317.1, 3 19.1, 467, 739-cu maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulmasının təmin edilməyən və ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellya siya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh İP 511 saylı maliyyələşdirilmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 914 gün gecikdirmişdir. Odur ki, cavabdehdən müvafiq olaraq 5,580.69 (beş min beş yüz səksən manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. Həmçinin tərəflərindən sonuncu iddia ərizəsinə əlavədə faiz borcu 30,183.33 (otuz min yüz səksən üç manat, otuz üç qəpik) manat tələb edilmişdir. Bundan əlavə iddia ərizəsində ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi tələb edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissəyə münasibət bildirilməyərək, düzgün olmayan nəticəyə gəlinmişdir. X4 qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə az altmışdır. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dair əsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1, 220.1 və 220.4-cü maddələrinin normalarının qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Tərəflərindən iddia ərizəsində ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi tələb edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissəyə münasibət bildirilməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. Çünki ipoteka predmetinin dəyəri borcun ödənilməsi ü çün kifayət etmədiyi halda, qalan borcun tutulması ilə bağlı mübahisə doğuracaqdır. Bu səbəbdən də həmin hissəyə məhkəmə tərəfindən qiymət verilməli, əgər rədd edilirsə hansı əsaslara görə edildiyi qətnamədə qeyd edilməli idi. Bundan başqa, tərəflərindən sonuncu iddia ərizəsinə əlavədə faiz borcu 30,183.33 (otuz min yüz səksən üç manat, otuz üç qəpik) manat tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixədək banka 118.755,52 manat əsas və 30.035,89 faiz borcu olmaqla, cəmi 148.791,41 manat borcu vardır. Qeyd edilənlərə əsasən bildirir ki, məhkəmə faiz borcunu ekspert rəyində qeyd edilən 30. 035,89 manat məbləğində təmin edildiyi zaman, həmin məbləğin hansı səbəbdən əsaslı və düzgün olmasını qətnamədə əsaslandırmamışdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi tələb edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissəyə münasibət bildirilməməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının geci kdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən İP 511 saylı kredit müqaviləsi üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 914 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 1580.69 (min beş yüz səksən manat altmış doqquz qəpik) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Bundan başqa, faiz borcunun ekspert rəyində qeyd edilən 30.035,89 manat məbləğində təmin edildiyi zaman, həmin məbləğin hansı səbəbdən əsaslı və düzgün olması qətnamədə əsaslandırılmamışdır. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilmə məsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə qiymət verilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bu barədə yuxarıda kifayət qədər dəlil göstərilmişdir.
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş yeni hallar əsasında (ekspertizası rəyindən asılı olaraq) iş üzrə yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ədalətli qərar qəbul etməmişdir. Onun ödədiyi 30 min manat əsas borcdan silinmədiyi halda əsassız qərar qəbul edilmişd ir. Əsas borc düzgün hesablanmadığı halda digər borclar da düzgün hesablana bilməzdi. Məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, işdən göründüyü kimi o, iddiaçıya 30000 min manat pulu ödəmişdir. Onlar həqiqətən xx.xx.2019cuil tarixində kredit müqaviləsini bağlamışlar. Ancaq 2019-cu il tarixindən 30000 manat ödəmişdir. Ancaq əsas borcu yenə dəyişilməz qalıb. Məhkəmə mühasibatlıq ekspertizası keçirsədə ekspertiza məhkəmə qərarını tam və hərtərəfli qaydada araşdırmamışdır. Nəticədə heç nə dəyişməmişdir. Əsas borcun dəyişməsi həm də faiz borcuna ciddi təsir edə bilərdi. Buda öz-özlüyündə ümumi məbləğə təsir edə bilərdi. Aparılan ekspertiza qaldırılan mübahisəni araşdırmadan qərarlaşdırıb. Halbuki o, tamamilə bildirir ki, 30000 manat pulu yəni borcunu ödəmişdir. Belə vəziyyətdə demək o lar ki, əsas borc dəyişilməz olaraq qalmışdır. Ona görə də məhkəmə-mühasibatlıq ekspertizasının təkrar yenidən keçirilməsi, əsas borcun yenidən hesablanması, həmçinin əsas borca görə faizin düzgün müəyyənləşdirilməsi vacibdir. Bütün bunlar tam və hərtərəfli qaydada müəyyənləşdirilməmişdir. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə işə obyektiv baxmamışdır. Məhkəmə mühasibatlıq ekspertizası qeyri-obyektiv qərar qəbul etmişdir. Onun ödənişi əsas borcdan silinmədiyi halda yenidən hesablanmışdır. Bu həddə məbləğ üzərinə yazılmış, ancaq ödənişi silinməmişdir. Onun mövqeyi və etdiyi ödənişlərin ekspert tərəfindən qeydə alınmaması onun hüququnu pozur. İşin tam araşdırılmadığını, onun ödənişlərinin əsassız qeydə alınmaması işinə qərəzli baxılmasını müəyyən edir. Onun üzərində qalan m əbləği ekspertiza təyin etsə də əsas borcun dəyişilməz olduğunu görsə də yeni əsas borc yerində qalmışdır. Bu da faizə təsir edən amildir. Ümumilikdə işin nəticəsinə bilavasitə təsir edir. Məhkəmənin çıxarmış olduğu qətnaməsi işin faktiki halına uyğun deyil. Çünki onun ödədiyi məbləğ nəzərə alınmadığı üçün məhkəmə nəzəri cəhətdən tələbə baxsa da işi obyektiv araşdırmağı üçün əsas borc tam olaraq qalmışdır. Əsas borcun düzgün hesablanmaması faizə də ciddi təsir edən amildir. Bu səbəbdən də hazırki qərarı qəbul etmir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. 1-ci onun ödədiyi 30000 manat əsas borcdan silinməmiş, 2-ci ekspertiza işin həlli ilə bağlı araşdırmasını düzgün aparmamışdır. Necə ola bilər ki, ödədiyi məbləğ əsas borca heç b ir halda təsir etməsin. Bu ekspert nəyi aydınlaşdırır. 3-cü Əsas borc düzgün hesablansaydı, bütün bunlar faizə də təsir edərdi. 4cü Bu kimi ziddiyyətlərin qarşısının alınması üçün təkrar məhkəmə ekspertizası keçirilməli idi.
19. Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(107)1259/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən, yəni iddia tələbinin təmin edilmiş Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması və evin onlar tərəfindən boşaldılması hissəsində təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Abşeron rayonu, N ovxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması və evin onlar tərəfindən boşaldılması hissəsində ləğv edilmiş, iddia tələbinin daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1259/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ələddin Məcidov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münas ibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin təmin edilmiş cavabdehdən xx.xx.2019cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın xüsusi mülkiyyət hüquqi ilə cavabdehə məxsus Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsin də yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 170000 (yüz yetmiş min) manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manatın iddiaçının xeyrinə ödənilməsi, qalan vəsaitin isə cavabdehə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 (dörd yüz otuz doqquz) manat məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissələrində təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 8% olmaqla 300 ay müddətinə 119,000 manat məbləğində ipoteka krediti verilmiş, həmçinin tərəflər arasında xx.xx.2019-cu il tarixli İP 511 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 18 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torp aq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit alanın müqavilə öhdəliklərinə əməl etmədiyinə istinad edən İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apellyasiya şikayətinin dəlillərini ayrılıqda qiymətləndirmiş və iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən cərimə (dəbbə) pulunun kəskin surətdə azaldılmasına, cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərinin nəzərə alınmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin həmin dəlilləri əsaslı deyildir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gec ikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). İddiaçı tərəfindən tələb olunan 5,580.69 manat cərimə məbləğinin tənasübsüz yüksək hesab edilərək, azaldılıb 1580.69 manat müəyyən edilməsində birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Həmçinin qanunvericilikdə cərimə məbləğinin azaldılmasında öhdəliyin icrаsının gecikdirilməsi müddətlərinin deyil, məhz onun tənasübsüzlüyünün diqqətə alınmalı olması nəzərdə tutulmuşdur.
23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə faiz borcunu ekspert rəyində qeyd edilən 30.035,89 manat məbləğində təmin etdiyi zaman, həmin məbləğin hansı səbəbdən əsaslı və düzgün olmasını qətnamədə əsaslandırmamasına dair dəlili ilə də razılaşmayaraq, qeyd edir ki, ekspertiza məhkəmənin işə baxarkən qarşıya çıxan və aydınlaşdırılması xüsusi bilik tələb edən suallara izah verilməsindən ibarət bir tədqiqatdır. Məhkəmə iddiaçının tələb etdiyi məbləğin nə dərəcədə həqiqəti əks etdirməsini aydınlaşdırmaq məqsədi ilə qəbul etdiyi qərardadla bu sahədə xüsusi biliyə malik olan şəxsə-ekspertə müraciət etmiş və tərəflərə münasibətdə neytrallıq təşkil edən bir sübuta, yəni ekspertiza rəyinə istinad etmişdir. Ekspertiza rəyinin əsassızlığına, mötəbər olmamasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayə tinin ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbindən göründüyü kimi iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək digər tələblərlə yanaşı, kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulmasını xahiş etmiş, həmin tələbə hüquqi qiymət verilmişdir.
25. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 (yüz on səkkiz min ü ç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair hissəsi, özü-özlüyündə ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş pul vəsaiti cavabdehin iddiaçı "xxxx" ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq borcun cavabdehdən alınaraq "xxxx" ASC -nin hesabına ödənilməsini ehtiva edir.
26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
27. Cavabdehin apellyasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası cava bdehin apellyasiya şikayətinin onun 30000 manat pulu yəni borcunu ödəməsi, əsas borcunun dəyişilməz olaraq qalması, məhkəmə-mühasibatlıq ekspertizasının təkrar yenidən keçirilməsi, əsas borcun yenidən hesablanması, həmçinin əsas borca görə faizin düzgün müəyyənləşdirilməsinin vacib olması, bütün bunların tam və hərtərəfli qaydada müəyyənləşdirilməməsi, ziddiyyətlərin qarşısının alınması üçün təkrar məhkəmə ekspertizası keçirilməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı rəyindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək banka 118.755,52 manat əsas və 30.035,89 faiz borcu olmaqla, cəmi 148.791,41 manat borcu vardır.
29. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqil iyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir. Həmin rəyin məzmununda cavabdehin iddiaçı banka ödədiyi cəmi məbləğin 5465,52 manat olması müəyyən edilmiş, cavabdeh isə apellyasiya şikayətində iddiaçı banka 30000 manat pulu ödədiyini göstərməsinə baxmayaraq, buna dair hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməkdə iddia tələbini əsas borca münasibətdə 118,365.96 manat, faiz borca münasibətdə isə 30,035.89 manat məbləğində təmin etməklə düzgün nəticəyə gəlmişdir.
31. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
32. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
33. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bun un üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Lakin cavabdeh ekspert rəyi ilə razı olmasa da, işə mahiyyəti üzrə baxan məhkəmələrə ekspert rəyi ilə razı olmamasını əsaslandırmamışdır.
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6, 309.1, 317.1, 319.1, 319.4, 319.6, 385.1, 425.1-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 1.0, 1.0.6, 41.2, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılır ki, işdən göründüyü kimi iddiaçıya 30000 manat pulu ödəmişdir.Həqiqətən xx.xx.2019-cu il tarixində kredit müqaviləsini bağlamışlar. Ancaq 2019-cu il tarixindən 30000 manat ödəmişdir. Ancaq əsas borcu yenə dəyişilməz qalıb. Məhkəmə mühasibatlıq ekspertizası keçirsə də ekspertiza məhkəmə qərarını tam və hərtərəfli qaydada araşdırmayıb. Nəticədə heç nə dəyişməyib. Əsas borcun dəyişməsi həm də faiz borcuna ciddi təsir edə bilərdi. Buda öz-özlüyündə ümumi məbləğə təsir edə bilərdi. Aparılan ekspertiza qaldırılan mübahisəni araşdırmadan qərarlaşdırıb. Halbuki tamamilə bildirir ki, 30000 manat pulu yəni borcunu ödəmişdir. Belə vəziyyətdə demək olar ki, əsas borc dəyişilməz olara q qalıb. Ona görə də məhkəmə mühasibatlıq ekspertizasının təkrar yenidən keçirilməsini, əsas borcun yenidən hesablanmasını, həmçinin əsas borca görə faizin düzgün müəyyənləşdirilməsi vacibdir. Bütün bunlar tam və hərtərəfli qaydada müəyyənləşdirilməmişdir.
37. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə işə obyektiv baxmamışdır. Məhkəmə mühasibatlıq ekspertizası qeyri-obyektiv qərar qəbul etmişdir. Ödənişi əsas borcdan silinmədiyi halda yenidən hesablanmışdır. Bu həddə məbləğ üzərinə yazılmış, ancaq ödənişi silinməmişdir. Mövqeyi və etdiyi ödənişlərin ekspert tərəfindən qeydə alınmaması onun hüququnu pozur. İşin tam araşdırılmadığını, ödənişlərinin əsassız qeydə alınmaması işinə qərəzli baxılmasını müəyyən edir
38. Məhkəmə yeni sübutları tədqiq edərkən işin nəticəsinə təsir e dən digər faktiki halları müəyyən etməmiş, işdə əhəmiyyət kəsb edən ziddiyyətli sübutun olduğunu görsədə əleyhimizə qətnamə qəbuletmişdir. Bütün bunlar tamamlanmamış məhkəmə araşdırmasının bariz nümunəsidir. Bütün bunları qəbul etməyərək tam ədalətli araşdırmanı gözləyərək pozulmuş maddi və prosessual hüquq normalarına hüquqi qiymət verilməsini istəyirlər. Məhkəmə işi tam və obyektiv araşdırmadı. İşdə yetərincə sübutlar olsada nəticədə əleyhlərinə qərar qəbul edildi. Məhkəmənin aktivliyi pozuldu. Halbuki məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmaqla onlardan istifadə etməli idi. Çıxarılan qətnamə qanuni və əsaslı olmalı idi. Ancaq məhkəmə həqiqi halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq öz mövqeyini əsaslandırmadı. Halbuki çıxarılan qətnamə tədqiq olunmuş sübutlara əsaslanmalı idi. Şəki Apellyasiya Məhkəməsi tərəflərin münasibətlərini tənzimləyən maddi hüquq normasını düzgün tədbiq etmədi. Buda hazırki qətnamənin düzgün olmadığını ortaya qoyur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı (vəkil və nümayəndə Vəkil2) kassasiya şikayətinə qarşı etirazda kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.
41. Maddə 309.1. Daşınmaz əmlak ın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
42. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
43. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razıl aşma etibarsızdır.
44. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər.
45. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdı rsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəl iyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
51. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 52. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 53. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
54. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur
55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
56. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
57. Maddə 462.1. Cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kred itora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
58. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
59. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
60. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
61. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
62. Maddə 1.0 və 1.0.6. İpoteka hüququ dedikdə, bu Qanun un 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur.
63. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
64. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
65. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
66. Maddə 11.2 İpoteka hüququ ipoteka müqavilə sinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.
67. Maddə 34.1, 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarındandır.
68. Maddə 39.3-cü və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
69. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu na uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmas ı və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
83. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallar ının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
84. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli 2(107)-1259/2023 nömrəli qətnamə si iddianın təmin edilən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.