Məhkəmə qərarları › İş №2(102)-1413/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1413/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1413/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözləri - cinayət nəticəsində vurulumuş ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(106)-323/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tlərinə 5 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli, 890 saylı Sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün ******* (bir milyon) manat və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 1752 saylı Sərəncam ilə isə 3000000 (üç milyon) manat olmaqla cəmi ******* (dörd milyon) manat vəsait ayrılmışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidar ə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsini n 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəli 05 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin olunmaması qərara alınmışdır.

4. Hökmlə həmçinin mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiasının təmin edilməsi, mülki Cavabdeh 274894,22 manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, X1 adına rəsmiləşdirilmiş və üzərlərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 55 №-li fərdi ev, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 943-cü məhəllə, bina 45 mənzil 47, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 106 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 7), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 94 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 12 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 103 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 44 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 6 mənzil 8), Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən 32L №li ev, X1 adına rəsmiləşdirilmiş BMW X5 markalı Az **-CM-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X4 adına rəsmiləşdirilmiş «X21 Rover» markalı Az **-KH-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X1 təsisçisi olduğu "xxxx" MMC-yə sənədləşdiril miş «BMW 740İ» markalı Az **-AZ-*** dövlət qeydiyyat nömrəli və «Bentley Continental GT» markalı Az **-PR-*** dövlət qeydiyyat nömrəli minik avtomobilləri, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsində saxlanılan 6.298.834 manat ekvivalentində 2.504.057 ABŞ dolları, 1.006.470 Avro, 365 İngilis funt sterlinqi, 60 İsveçrə frankı, 455 Türk lirəsi, 1970 BƏƏ dirhəmi, 19350 Rusiya rublu şəklində xarici valyutalar və 55550 manat olmaqla, cəmi ******* manat məbləğində nağd pul vəsaiti xüsusi müsadirə olunması, yzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, qalan hissəsinin isə dövlət nəfinə alınması, cinayət işi üzrə ekspertiza xərclərinin və mütəxəssis fəaliyyətinin dəyəri 5239,17 manat Cavabde h tutulmaqla dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Cavabdeh 11 aprel 2020-ci il tarixdə yaşadığı İmişli şəkər zavodunun yataqxanasında olan mənzilində aparılan əməliyyat videoçəkilişi, Cavabdeh və onunla əlaqədar olan şəxslərlə telefon danışıqları, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatinin baş mühasibi X7 istintaqa təqdim etdiyi qeydiyyat dəftəri, fleşkart tipli elektron daşıyıcıda saxlanılan «Respublika büdcəsi» adlı «exsel» tipli, «Hesabat 2019» və «Evler» adlı «word» tipli fayllar, İmişli şəhəri Şadlinski küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasındakı mənzillər və onların sahibləri haqqında 08 vərəqdə məlumat vərəqi, X2 istintaqa təqdim etdiyi əmək haqqları mənimsənilən "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış İmişli rayonu üzrə ictimai işçilərin 03 vərəqdə siyahısı, İmişli rayonu üzrə "xxxx" MMC ödənişli ictimai işçilərin 2019-cü ilə aid əmək haqqı tabelləri, 2016- 2018-ci illər üzrə İmişli Kommunal Xidmətlər Kombinatının ödənişli ictimai işçilərin tabel cədvəlləri, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli 157000/2-4316 №-li məktubla göndərilmiş "xxxx" MMC vasitəsilə işə cəlb edilmiş, ümumilikdə 137 nəfər şəxsə məxsus əmək haqqı kartları üzrə bankomantlardan nağdlaşdırma əməliyyatlarını həyata keçirən şəxslərin foto görüntülərinin əks olunduğu 01 ədəd CD disk, şahid X5 istintaqa təqdim etdiyi fotojurnal sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması, Azərbaycan Respublikası DTX Maddi-texniki təminat idarəsinin Silah-sursat anbarına təhvil verilmiş 177 ədəd 7,62 mm k alibrli patron DİN Maddi-texniki təminat idarəsinə təhvil verilməsi, 4 ədəd 7,62 mm kalibrli patronun gilizi və 1 ədəd 7,62 mm kalibrli patronun mərmisi təyinatını itirdiyindən məhv edilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)569/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərarla qərara alınmışdır ki, Cavabdeh Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 313.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilədək, CM-nin 179.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə - 08 (səkkiz) il 03 (üç) ayadək endirilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, Cavabdeh hazırki qərarla və 25 iyul 2022-ci il tarixli hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 308.1 və 308.2-ci maddələri ilə təyin edilmiş əsas və həmin Məcəllənin 179.4, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin olunmuş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974193 manat ziyanın İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq onu qeyd etmişdir ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Cavabdeh 05 may 2020-ci il tarixdə törətdiyi cinayət əməllərinə görə həbs edildikdən sonra onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 228.1-ci, 308.1-ci, 308.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisinin aparılması məqsədi ilə İmişli Rayon İcra Hakimiyyəti aparatı tərəfindən 15 mart 2019-cu il tarixdə keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş "xxxx" MMC-nin İmişli Rayon icra Hakimiyyətinin yeni inzibati binasının inşası ilə bağlı gördüyü işlərə görə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində, həmin MMC-nin layihə rəhbəri X3 şəxsən özü üçün maddi nemət olan 974193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində istəyərək, aralarında olan razılığa əsasən vahid qəsdlə əhatə olunmaqla Səyalı Səfərova tərəfindən 28 iyul 2019-cu il tarixdən 11 aprel 2020-ci il tarixədək olan dövr ərzində tələb olunan rüşvət məbləğinin hissə-hissə onun göstərişlərini icra edən sürücüsü X6 və İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş mühasibi X9 təqdim etdikdən sonra sonuncudan, yəni 28 iyul 2019-cu il tarixdə Bakı şəhəri Dəniz Vağzalının qarşısında Cəmil Musayevdən 76.200 manat, 12 avqust 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Seabreaze" bağ massivində Cəmil Musayevdən 342000 manat, 10 fevral 2020-c i il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 15000 manat, 04 mart 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 51.393 manat, 14 mart 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ‘20 Yanvar” metro stansiyasının yaxınlığında Cəmil Musayevdən sürücüsü Elçin Məmmədov vasitəsilə 107000 manat, 25 mart 2020-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Şüvəlan qəsəbəsində Səyalı Səforovadan sürücüsü Elçin Məmmədov vasitəsi ilə 170000, 11 aprel 2020-ci il tarixdə kirayə yaşadığı İmişli rayon şəkər zavodunun yataqxanasında Cəmil Musayevdən 59.700 manat təhvil almaqla ümumilikdə 974193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda rüşvət almışdır. Nəticədə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikinti si üçün ayrılmış vəsaitin 974193 manat məbləği "xxxx" MMC-nin layihə rəhbəri Səyalı Səfərovadan alındığı və həmin vəsait yerində olmadığından binanın tikintisi bu günə qədər başa çatdırılmamışdır. Bütün bunlar istintaq və məhkəmə prosesində sübuta yetirilmiş, İmişli Rayon İcra Hakimiyyəti zərər çəkmiş hüquqi şəxs kimi tanınmış və İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi X14 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi məhkəmə prosesində iştirak etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 1(101)-163/2022 saylı hökmü ilə Cavabdeh 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və əmlakı müsadirə edilmişdir. Məhkəmənin hökmündə üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödən ilməsi və qalan hissəsini dövlət nəfinə alınması qeyd olunmuşdur. Cavabdeh vəkillərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101 )-163/2022 saylı hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir.

8. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsini qəbul etmir. Tələbin cavabdeh olaraq ona heç bir aidiyyəti yoxdur. İddiaçı ona məxsus müsadirə edilmiş əmlakdan vurulmuş ziyanın ödənilməsini tələb edir, ancaq cavabdeh olaraq onu təqdim edir. Onun cavabdeh olaraq dövlətin müsadirə etdiyi əmlak üzərndə sərəncam vermək hüququ yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmü və həmin hökmü qanuni qüvvədə saxlayan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, - cinayət işinin 01-ci cildinin 323-325-ci vərəqlərində olan 05 may 2020-ci il tarixli “şübhəli şəxsi dindirmə” protokolundan görünür ki, Cavabdeh müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, İmişli RİH-nin yeni inzibati binasının tikintisini həyata keçirən "xxxx" MMC-in nümayəndəsi Səyalı Səfərovadan bu məqsədlə ayrılmış ******* manat məbləğində büdcə vəsaitinin 30 faizini “otkat”, yəni rüşvət şəklində ona qaytarılmasını tələb etmiş və Səyalı Səfərova ona həmin vəsaiti verməyə razı olmuşdur. Həmin razılığa əsasən X17 Musayevin vasitəsi ilə ona 28 iyul 2019-cu il tarixdə 76200 manat, 12 avqust 2019-cu il tarixdə 152900 manat, 08 fevral 2020-ci il tarixdə 342000 manat, 14 fevral 2020-ci il tarixdə 39400 manat və əlavə olaraq 15000 manat, 14 mart 2020- ci il tarixdə isə onun tapşırığı əsasında sürücüsü Elçin Məmmədova Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında 137000 manat təhvil verilmişdir. Beləliklə də Səyalı Səfərova həmin binanın tikintisi ilə bağlı ona ümumilikdə 984600 manat pul vermişdir. Göründüyü kimi məhkəmə hökmündən iddia ərizəsinə köçürülən cinayət işi üzrə işin hallarından müəyyən olunur ki, iddia ərizəsində tələb edilən vəsaitə münasibətdə hüquqi araşdırma aparılaraq Bakı Ağır Cinayətlər xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı Hökmü və həmin hökmü həmin hissədə qüvvədə saxlayan məhkum qərarları ilə hüquqi qiymətləndirmə aparılmışdır. Yekun nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-163/2022 saylı Hökmü ilə həmçinin mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin m ülki iddiası təmin edilərək, mülki Cavabdeh 274894,22 (iki yüz yetmiş dörd doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, ******* manat məbləğində nağd pul vəsaitinin xüsusi müsadirə edilməsi, üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsi, qalan hissəsi isə dövlət nəfinə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(101)-163/2022 saylı hökmü qeyd edilən hissədə dəyişdirilmədən saxlanılaraq hazırda qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddianın digər əsassızlığı bundan ibarətdir ki, iddia ərizəsində qeyd edilən məbləğin büdcəyə ödənilməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-16 3/2022 saylı hökmündə qiymət verilmiş və müsadirə edilmiş əmlaklar hesabına ödənilməsi hökm edilmişdir. Hazırda iddiaçının artıq müəyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən bu formada məhkəmə qaydasında müraciət edərək tələb edilməsi yol veriməzdir.

9. İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(036)-1831/2024 saylı qətnaməsi ilə (hakim Mahmud Orxan) iddia təmin edilmiş, Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974193 manat ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi və 1264,19 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

10. Mə hkəmə qeyd etmişdir ki, Cavabdeh məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə məhkəmə hökmü ilə təqsirli bilinib məhkum edilməsini və qərarın qanuni qüvvəyə minməsini və həmin hökmün cavabdehə aid hissədə hazırkı işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ondan cinayət yolu ilə alınmış 974193 manat məbləğində pul vəsaitini cavabdehdən mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır.

11. Məhkəmə cavadehin etirazına münasibətdə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmündə zərər çəkmiş İmişli Rayon İcra Hakimiyyəti cinayət mühakimə icraatı zamanı mülki iddia ərizə ilə müraciət etmədiyi üçün cinayət əməli nəticəsində ona dəymiş maddi zərəri n ödənilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Həmin hökmlə yalnız digər zərərçəkmiş şəxs – mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilmiş və mülki Cavabdeh 274894,22 (iki yüz yetmiş dörd min səkkiz yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi hökm edilmişdir. Buna görə də iddiaçı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2- ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia ərizəsi vermədiyi üçün hazırda mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır və cavabdehin etirazı əsassızdır.

12. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlak ları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974193 manat məbləğində maddi ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək iddia təmin edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2 və 1097.1 və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müsadirə edilmiş əmlakdan vurulmuş ziyanın ödənilməsini tələb etmiş, ancaq cavabdeh olaraq dövlətin müsadirə etdiyi əmlak üzərndə sərəncam vermək səlahiyyəti yoxdur. İddia ərizəsində qeyd edilən məbləğin büdcəyə ödənilməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmündə qiymət verilmiş və müsadirə edilmiş əmlaklar hesabına ödənilməsi hökm edilmişdir. Hazırda iddiaçının artıq müyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən bu formada məhkəmə qaydasında müraciət edərək tələb etməsi yol veriməzdir.Əlavə olaraq məhkəmə tərəfindən Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyəti nə vurulmuş 974193 manat ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi nəticəsinə gəlsə də işin halalrından müəyyən edilmişdir ki, cavabdehə məxsus bütün əmlaklar müsadir edilmişdir, məhz müsadirə vedilən əmlaklar hesabına da dövlətə vurulan, o cümlədən dövlət qurumu olan icra hakimiyyətinə vurulan ziyanın ödənilməsi qət edilmişdir. Qalan əmlakların isə müsadirə edilməsi qət edilmişdir. Cavabdehin müsadirə edilən əmlaklar üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda məhkəmə cavabdehin üzərinə qanusuz olaraq bu öhdəliyi qoymuşdur.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-323/2025 nömrəli, 23 yanvar 2025- ci il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Qasım Əliyev) Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Məhkəmə qeyd etmişdir ki, iş üzrə Cavabdeh məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə məhkəmə hökmü ilə təqsirli bilinib məhkum edilməsini və qərarın qanuni qüvvəyə minməsini və həmin hökmün cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiy ini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən cinayət yolu ilə əldə edilmiş 974193 manat məbləğində pul vəsaitini mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır.

20. Cinayət işi üzrə iddiaçı İmişli Rayon İcra Hakimiyyəti zərər çəkmiş şəxs qismində tanınmış, ona 974193 manat məbləğində maddi zərər dəyməsi sözükedən hökmlə tam sübuta yetirilmişdir. Lakin, zərər çəkmiş şəxs məlum cinayət işinə baxarkən cavabdehə qarşı mülki iddia irəli sürmədiyindən müəyyən edilmiş dəymiş ziyan məbləği ona ödənilməmişdir.

21. Ona görə də Cavabdeh üzərlərinə həbs qoyulmuş və müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974193 manat məbləğində maddi ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

22. Apellyasiya məhkəməsi daha sonra hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2,1097.1 və 1098.1-ci, MPM-in 14.2, 77, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayət inin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, hazırkı tələb üzrə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün icraata xitam verilməlidir. İddia ərizəsində qeyd edilən məbləğin büdcəyə ödənilməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmündə qiymət verilmiş və müsadirə edilmiş əmlaklar hesabına ödənilməsi hökmlə qərara alınmışdır. Hazırda iddiaçının artıq müyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən məhkəmə qaydasında müraciə t edərək tələb edilməsi yol verilbilməzdir. Bundan başqa, cavabdeh dövlət rüsumunu ödəməkdən azad edildiyi halda, məhkəmənin tərəfindən ödənilən rüsumun Cavabdeh tutulması da əsassızdır. Dövlət rüsumunun iddiaçıya aid edilməsi imkanları olduğu halda cavabdehdən tutulması qətiliklə yersizdir. Cavabdeh İcra hakimiyyətində işləmədiyi və öz adına olmayan vərəsəlik və bağışlama ilə ailə üzvlərinin adına olan əmlaklar da müsadirə edildiyi üçün hazırda ödəmə qabiliyyəti yoxdur. Qeyd edilən rüsumun da Cavabdeh üzərinə həbs qoyulmuş, müsadirə edilmiş əmlakları hesabına ödənilməsi imkanı olduğu halda, bu hissədə də əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının M ülki Məcəlləsi:

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə ntiarzda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçi nin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-323/2025 nömrəli iş üzrə 23 yanvar 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar