Məhkəmə qərarları › İş №2(102)-1414/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1414/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1414/2022 01.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(103)-12510/2021 saylı qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcların silinməsi” tələ binə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 22.09.2014-cü və 07.07.2014-cü il tarixlərində 787/18 və 27/18 saylı kredit müqavilələri üzrə cavabdeh tərəfindən hesablanmış 09.10.2019-cu il tarixində verilmiş saldoda 787/18 saylı müqavilə üzrə 645,40 manat və 27/18 saylı müqavilə üzrə 229,73 manat faiz borcu silinməli, həmin borclarla əlaqədar olaraq Azərbaycan Kredit Bürosundan çıxarışda yaranan gecikmə günləri ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5407/2021 saylı iş üzrə 13.09.2021ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesi ndə olan "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli 2(103)12510/2021 saylı qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab eilərək, AR MPM-nin 361,363 və 364-cü madələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli 2(103)-12510/2021 saylı qərardadından kassasiya şikayəti verərək, qərar dadın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mübahisələndirdiyi hissə (645,40+229,73 manat) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(103)-12510/2021 saylı qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Şəki Apellyasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar