Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1414/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 na qarşı iş üzrə QƏRARİ Açar sözlər: yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 na qarşı yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-576/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şi kayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraatlar, iddianın əsasları, etiraz və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırmaları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 2(102)-452/2023 nömrəli 15 fevral 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (iş vərəqi 96-104, cild 2, sc.supremecourt.gov.az/decision-search/). a) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
2. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-576/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, XXX nömrəli qərarı əsasında İddiaçı və 3 nəfər ailə üzvlərinin mülkiyyətinə XXX rayonu XXX kəndində yerləşən 0.13 ha torpaq sahəsi, həmin torpaq sahəsinə dair isə JN XXX KOD 4XXX01018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmçinin Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, XXX nömrəli qərarı əsasında Cavabdeh1 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmin torpaq sahəsinə d air isə JN XXX KOD 4XXX01018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçı iddia tələbində mülkiyyətində olan torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulan yoldan istifadəsinə Cavabdeh1 tərəfindən maneçilik törədildiyini göstərsə də məhkəmə kollegiyasının araşdırması zamanı İddiaçı fərdi yaşayış evinə gedən yoldan istifadəsinə Cavabdeh1 tərəfindən maneçilik yaradılması halı müəyyən edilməmişdir. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, apellyasiya şikayətinin Dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri digər göstəriciləri mütəxəssis tərəfindən müəyyən edilməli olduğu halda, bunlar edilmədən bələdiyyənin sənədi əsasında qətnamə çıxarılmasına dair dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən İddiaçı evinə gedən yoldan istifadəyə maneələrin yaradılıbyaradılmasının müəyyən edilməsi, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, Şəki Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, XXX nömrəli ekspert rəyində göstərilir ki: XXX rayonu XXX kəndində yerləşən, İddiaçı və 3 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, XXX nömrəli qərarı ilə verilmiş və JN XXX KOD 4XXX01018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.13 ha torpaq sahəsində yerləşən evinə yol XXX rayonu XXX kənd sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihəsində (DWJ məlumatları torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə) nəzərdə tutulmuşdur. Lakin elektron baza məlumatlarında mövcud olan XXX rayonu XXX kəndinə aid “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə (DWG məlumatları na əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada mövcud istifadəçilik arasında uyğunsuzluq olduğundan layihədə nəzərdə tutulmuş yolun naturada yerini dəqiq müəyyən etmək mümkün deyildir; XXX rayonu XXX kəndində yerləşən X1 və üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarx XXX nömrəli qərarı ilə verilmiş və JN-XXX KOD 4XXX01018 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.05 ha hissəsinin (mübahisəli yolun keçdiyi hissə) elektron məlumat bazasına əsasən yerləşmə mövqeyi və naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlar müəyyən edilmişdir. Elektron məlumat bazasına əsasən mülkiyyətə verilmiş torpaq sahələrinin yerləşmə mövqeyi ilə naturada faktiki istifadəçilik arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Dövlət aktı əsasında mülkiyyətçilərə verilmiş torpaq sahələrini naturaya köçürdükdə torpaq sahələrinin bir hissəsi fərdi yaşayış evlərinin üzərinə və eyni zamanda mübahisəli yolla üst-üstə düşür. Rəyə əlavə olunmuş ortofoto görüntülərində həmin uyğunsuzluqlar öz əksini tapmışdır; İddiaçı açılmasını tələb etdiyi sözügedən yol JN- XXX KOD 4XXX01018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 və JN- 0XXX1 KOD 4XXX01018 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasında mülkiyyətçilərə verilmiş torpaq sahələrini naturaya köçürdükdə torpaq sahələrinin bir hissəsi fərdi yaşayış evlərinin üzərinə və eyni zamanda mübahisəli yolla üst-üstə düşür. Rəyə əlavə olun muş ortofoto görüntülərində həmin uyğunsuzluqlar öz əksini tapmışdır. İddiaçı açılmasını tələb etdiyi sözügedən yol naturada mövcuddur; XXX rayonu XXX kəndində yerləşən İddiaçı naturada faktiki istifadesindeki fərdi yaşayış evinə gedən yol naturada mövcuddur və cavabdehlər tərəfindən tutulmamışdır. Kollegiya qeyd edir ki, 19 oktyabr 2023-cü il tarixli, XXX saylı ekspert rəyindən göründüyü kimi İddiaçı naturada faktiki istifadesindeki fərdi yaşayış evinə gedən yoldan istifadəyə Cavabdeh1 tərəfindən maneə yaradılmamışdır. Bu baxımdan iş materiallarında olan “X2” MMC-nin 20 yanvar 2022-ci il tarixli XXXsaylı mütəxəssis rəyində İddiaçı açılmasını tələb etdiyi sözügedən yolun yerləşdiyi ərazinin JN XXX KOD 4XXX01018 nömrəli Totpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməməsinə dair qeyd edilənlər, məhkəmə kollegiyasının qəbul etdiyi qərarın icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 avqust 2023-cü il tarixli müşaiyət məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş mütəxəssis rəyi ilə təkzib edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, XXX saylı ekspert rəyi ilə müəyyən edilən hallar da “X2” MMC-nin 20 yanvar 2022-ci il tarixli XXXsaylı mütəxəssis rəyində qeyd edilənlərlə deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə ko llegiyası “X2” MMC-nin 20 yanvar 2022-ci il tarixli XXXsaylı mütəxəssis rəyinə tənqidi yanaşır və mübahisənin həllində həmin rəyə istinad edilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 tərəfindən evinə gedən yoldan istifadəyə maneə yaradılması barədə göstərdikləri, digər sübutlarla təsdiqini tapmadığı halda özlüyündə iddianın təmin edilməsi üçün yetərli sayıla bilməz. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, XXX nömrəli ekspert rəyi ilə iddiaçının istifadəsinə maneələrin aradan qaldırılmasını tələb etdiyi yol sahəsinin Dövlət aktı əsasında Cavabdeh1 digərləri ilə ümumibirgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsi, eyni zamanda XXX rayonu XXX kəndində yerləşən İddiaçı naturada faktiki istifadəsindəki fərdi yaşayış evinə gedən yolun naturada mövcud olmaqla Cavabdeh1 tərəfindən tutulmaması müəyyən edilmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
5. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə mübahsələndirilən torpaq sahəsinin yaşayış məntəqəsinin hüdudunda olub-olmasına diqqət yetiməmiş, təsərrüfat təyinatlı torpağın yaşayış məntəqəsinin hüdudlarına daxil edilməsini təsdiq edən sənədləri araşdırmamış, kənd təsərrüfatı təyinatlı torpağın yaşayış məntəqəsinin hüdudlarına keçirilməsinə zəmin yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüq uqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 8. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəld ilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır; Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
12. Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
14. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
15. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
18. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən edil mişdir ki, iddiaçının istifadəsinə maneələrin aradan qaldırılmasını tələb etdiyi yol sahəsinin dövlət aktı əsasında Cavabdeh1 digərləri ilə ümumibirgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsi, eyni zamanda iddiaçının faktiki istifadəsindəki fərdi yaşayış evinə gedən yol Cavabdeh1 tərəfindən tutulmamışdır və maneə yaradılmamışdır.
19. Şikayətin dəlilləri də işin bu halları, yəni qeyd olunan faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin sözügedən hallara uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Çünki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §11).
20. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-576/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxla nılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.