Məhkəmə qərarları › İş №2(102)-1416/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1416/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1416/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsgərov Qürbət Ağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və X30 vəkili Rzayev Ramin Alik oğlunun iştirakı ilə, Cavabdeh2 və X30 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 və X30 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarix li qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı ASC cavabdehlər "xxxxx" MMC-yə, Cavabdeh2, X30, X9, X14, X4 və X10 qarşı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına və sair tələblərə dair ilk iddia ərizəsi ilə, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilmiş hesa edilməsinə və sair tələblərə dair qarşılıqlı iddia ərizəsi ilə, iddiaçılar X23 və X15 cavabdeh İddiaçı ASC-yə qarşı zaminlik müqavilələrinin ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Səlimova, iş 2(001)-179/2019) ilk iddia ərizəsi qismən təmin edilmiş, "xxxxx" MMC-dən, Cavabdeh2, X2 və X11 müştə rək qaydada 25.12.2013-cü il tarixli100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9 820 000 manat, faiz borcuna görə 3 229 801,93 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 13 049 831,93 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, "xxxxx" MMC-dən, Cavabdeh2, X2 və X11 müştərək qaydada Legal hüquq və ekspert mərkəzi MMC-nin xeyrinə 550 manatın, dövlət nəfinə 229 manatın tutulması, X5 mülkiyyətində olan Porsche Cayenne GTS minik markalı **- LK-**** dövlət qeydiyyat nişanlı, X1 mülkiyyətində olan BMWX6 minik markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri ünvan 1 ünvanında evin 58 saylı mənzilin ilkin satış qiyməti 63 000 manat, Bakı şəhəri ünvan 2 ünvanında evin 8 saylı mənzilin ilkin satış qiyməti 2 53 500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitlərin hazırkı qətnamə ilə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 13 049 831,93 manat borcun və məhkəmə xərclərinə görə Legal hüquq və ekspert mərkəzi MMC-nin xeyrinə tutulmalı olan 550 manatın, dövlət nəfinə tutulmalı olan 229 manatın ödənilməsinə yönəldilməsi, Bakı şəhəri ünvan 1 ünvanında mənzilin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 və X30 mənzildən çıxarılmaqla mənzilin boşaldılması, Bakı şəhəri ünvan 2 ünvanında saylı evin 8 saylı mənzilin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzildən çıxarılmaqla mənzilin boşaldılması, ilk iddia ərizəsininqalan hissədə təmin edilməməsi; Cavabdeh2 İddiaçı ASC-yə qarşı İddiaçı ASC ilə Cavabdeh2 arasında 25.12.2013-cü il tarixdə bağlanmış 100.CL.251213.00001/n saylı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsinə, zaminlik müqaviləsinin təminatı olaraq 25.12.2013-cü il tarixli 100.LN.2005. 251213.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 29.11.2007-ci il tarixli 1-965 saylı ipoteka müqaviləsinə, X16 arasında bağlanmış 25.12.2008-ci il 1-TFR/G-061 (a) saylı ipoteka müqaviləsinə, Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il 100.CL.251213.0000/m saylı zaminlik müqaviləsinə, X16 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.2511213.0000/n saylı zaminlik müqaviləsinə, X16 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213. 00001/f saylı ipoteka müqaviləsinə, X17 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/g saylı ipoteka müqaviləsinə, X6 arasında bağlanmış 25.12.2013cü il tarixli 100.CL.251213.00001/h saylı ipoteka müqaviləsinə xitam verilməsinə və bu müqavilələrə edilmiş əlavələr ilə təmin olunmuş bütün əmlakların girovdan azad edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi; X13 və X7 İddiaçı ASC-yə qarşı 27.04.2016-cı il tarixli 100.CL.251213.00001/v saylı və 27.04.2016-cı il tarixli 100.CL.251213.00001/u saylı zaminlik müqavilələrinin ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), E.Şamayev və E.Həsənov, iş № 2(103)-7324/2019) ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavadova Vüsalə Teyyub qızı tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Binəqədi rayon məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 və X30 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdilər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 və X30 vəkili Rzayev Ramin Alik oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmə miş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya insta nsiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə borcalan Gəncə Süd MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsinə əsasən, bank borcalana təmir-tikinti işləri üçün illik 11% ödəmək şərtilə 9 820 000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş 25.03.2014-cü il, sonuncu ödəniş isə 26.12.2016-cı il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İddiaçı ASC-nin 25.12.2013cü il tarixli 100.LN.2005.251213.00001 1 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, borcalan Gəncə Süd MMC 25.03.2014-cü il tarixdən 26.12.2016-cı il tarixədək olan dövr ərzində əsas borca görə 9 820 000 m anat, faiz borcuna görə 3 243 600,55 manat olmaqla cəmi 13 063 600,55 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, borcalan "xxxxx" MMC, zamin X16 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/n zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bu müqaviləyə əsasən bank qarşısında 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələcək öhdəliklərin, o cümlədən borcalanın 9 820 000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən İddiaçı ASC ilə borcalan "xxxxx" MMC, zamin Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL251213.0001/m saylı zaminlik müq aviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 25.12.2013-cü il tarixli 100.CL.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın ******* manat məbləğində kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürmüşdür.İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli İ-965 saylı ipoteka müqaviləsinə 7 saylı əlavə razılıqdan müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı ASC və borcalan "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsinə və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr. 19 saylı evin 58 saylı mənzilini ipoteka saxlayan qarşısında yülkü etmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan "xxxxx" MMC arasında bağlanmış 29.12.2013-cü il tarixli 100.CL.251213.00001/o saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı ASC və borcalan "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan mülkiyyətində olan Bakı şəhəri ünvan 2 ünvanında evin 8 saylı mənzilini ipoteka saxlayan qarşısında yülkü etmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X17, borcalan "xxxxx" MMC arasında bağlanmış 25.12.2 013-cü il tarixli 100.CL.251213.00001/g saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı ASC və borcalan "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan mülkiyyətində olan 2008-ci il buraxılışlı, Porsche Cayene GTS minik markalı, WP1ZZZ9PZ9LA66396 ban nömrəli qara rəngli avtomobili ipoteka saxlayan qarşısında yülkü etmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X3, borcalan "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/h saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı ASC və borcalan "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipoteka qoyan mülkiyyətində olan 2009-cu il buraxılışlı BMW-X6 minik markalı 5UXFG8C56ALZ94597 ban nömrəli boz metal rəngli avtomobili ipoteka saxlayan qarşısında yülkü etmişdir.Borcverən İddiaçı ASC, borcalan "xxxxx" MMC, ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsinə 29.12.2013-cü il tarixli 1 saylı əlavə razılıqdan müəyyən olunur ki, tərəflər kredit müqaviləsinin 6.1.-ci bəndinin aşağıdakı kimi göstərilməsi barədə razılığa gəlmişlər: Bu əlavə razılığın şərtlərinə əsasən verilmiş kredit Cavabdeh2 arasında bağlanmış 29.10.2007-ci il tarixli İ-965 saylı ipoteka müqaviləsi, X16 aras ında bağlanmış 25.07.2008-ci tarixli İ-TFP/G-061(a) saylı ipoteka müqaviləsi, X18 arasında bağlanmış 19.01.2010-cu il tarixli İ-TFP-063 saylı ipoteka müqaviləsi, X18 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/e saylı ipoteka müqaviləsi, "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/i saylı girov müqaviləsi, "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.0000 l/j saylı girov müqaviləsi, "xxxxx" MMC arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213,00001 /k saylı girov müqaviləsi, "xxxxx" MMC asında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/1 saylı dövriyyədəki mallar üzrə girov müqaviləsi, Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/m saylı zaminlik müqaviləsi, X16 ar asında bağlanmış 25.12.2013cü il tarixli 100.CL.251213.00001/n saylı zaminlik müqaviləsi, X16 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/f saylı ipoteka müqaviləsi, X17 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/g saylı ipoteka müqaviləsi, X3 arasında bağlanmış 25.12.2013-cü il tarixli 100.CL.251213.00001/h saylı ipoteka müqaviləsi, Cavabdeh2 arasında bağlanmış 29.12.2013-cü il tarixli 100.CL.251213.00001/o saylı ipoteka müqavilələri və onlara edilmiş və ediləcək əlavələri ilə təmin olunur. Bu əlavə razılığın şərtlərinə əsasən 25.12.2013-cü il tarixli kredit müqaviləsinin digər şərtləri qüvvədə qalır.Borcverən İddiaçı ASC, borcalan "xxxxx" MMC, zamin X23 arasında bağlanmış 27.04.2016-cı il tarixli 100.CL.251213.00001/u saylı zaminlik müqaviləsind ən müəyyən olunur ki, zamin X23 25.12.2013-cü il tarixli 100.CL.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn borcalanın öhdəliklərinin, o cümlədən borcalanın 10651612 manat məbləğində kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən İddiaçı ASC, borcalan "xxxxx" MMC, zamin X15 arasında bağlanmış 27.04.2016-cı il tarixli 100.CL.251213.00001/v saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X23 25.12.2013-cü il tarixli 100.CL.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədənborcalanın 10651612 manat məbləğində kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyət i öz üzərinə götürürmüşdür. İddiaçı ASC-nin 20.09.2017-ci il tarixli 05/1759 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan "xxxxx" MMC-nin 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi üzrə 20.09.2017-ci il tarixə əsas borca görə 9 820 000 manat, faiz borcuna görə 3 735 606,75 manat olmaqla cəmi 13 555 606.75 manat borcu vardır, ödəniş aparılmadığı dövr 24 ay təşkil edir, kreditin verildiyi müddət ərzində cəmi 83,98 manat ödəniş edilmiş, həmin məbləğ faiz borcuna silinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.04.2018-ci il tarixli 10420 saylı rəyindən müəyyən olunur ki, 25.12.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 26.12.2016-cı il tarixədək "xxxxx" MMC-ni n əsas borcu 9 820 000 manat, faiz borcu 3 229 801,93 manat təşkil edir. Legal hüquq və ekspert mərkəzi MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 07.05.2018-ci il tarixli 73/E saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri ünvan 1 ünvanında evin 58 saylı mənzilinin real bazar dəyəri 63 000 manat, Bakı şəhəri ünvan 2 ünvanında evin 8 saylı mənzilinin real bazar dəyəri 253500 manat məbləğ təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.08.2018-ci il tarixli 21550 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 252-253-cü vərəqələrində yerləşən C seriyalı 014027 saylı 30.12,2013-cü il tarixli çekin üz tərəfindəki imzalar, arxa tərəfində isə imzalar və çekdə göstərilən məbləği aldı imza qrafalarındakı imzalar, həmçinin həmin çek üzrə verilmiş eyni tarixli kassa məxaric orderində vəsaiti aldım qrafasındakı imza, mülki işin 2-ci cildinin 254255-ci vərəqələrində yerləşən C seriyalı 014026 saylı 29,12.2013-cü il tarixli çekin üz tərəfində imzalar, arxa tərəfində isə imzalar və cekdə göstərilən məbləği aldım imza qrafalarındakı imzalar, həmçinin həmin çek üzrə verilmiş eyni tarixli kassa məxaric orderində vəsaiti aldım qrafasmdakı imza mülki işin 2-ci cildinin 267-ci vərəqəsində yerləşən imza və möhür nümunələri vərəqəsində imza nümunələri qrafasındakı imza X8 tərəfindən icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 385, 442, 425, 445.1, 445.2.1, 269.5, 317, 414-416, 319.1, 462.1-ci, “İpote ka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrini tətbiq etmişdir. Cavabdeh2 və X30 kassasiya şikayətində əsasən işin faktiki hallarına istinad etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki halları ilə əlaqədar olan dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bundan əlavə kassasiya şikayətində qeyd olunmuşdur ki, “AR Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə; zaminliyin təmiri etdiyi öhdəliyə xita m verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmçinin Mülki Məcəllənin 477.0.2-ci maddəsinə görə; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilin'ədikdə və müəyyənləşdirilə b ilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” Kassasiya şikayətində istinad edilən maddi hüquq normaları ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, həmin maddi hüquq normalarının heç biri mübahisəli hüquq münasibətinə tətbiq edilməli olmadığına görə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin maddələrə istinad etməmiş və kassasiya şikayətində həmin maddi hüquq normalarına istinad olunması kassasiya şikayətinin təmin olunması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsində nəzərdə tutulan hallar baş vermədiyinə, yəni zaminliyin təmin etdiyi öhdəliyə xitam verilmədiyinə, həmçinin zaminin razılığı olmadan həmi n öhdəlik dəyişdirilmədiyinə görə istinad olunan maddənin tətbiqi üçün əsas mövcud deyildir. Mülki Məcəllənin 477.0.2-ci maddəsi zaminliyə xitam verilməsini zaminin yeni borclu üçün cavabdeh olmaq barədə kreditora razılıq verilməməsi ilə əlaqələndirir. Mülki işin materialları ilə müəyyən edilir ki, həmin işdə yeni borcludan söhbət getmir. Ona görə də Mülki Məcəllənin 477.0.2-ci maddəsinə istinad olunması üçün də əsas mövcud deyildir. Mülki Məcəllənin 477.0.4-cü maddəsi zaminlik müqaviləsində zaminliyin verilmə müddətinin qurtarmasına istinad olunur. Mülki işin materialları ilə müəyyən edilir ki, mübahisəli zaminlik müqaviləsi üzrə zaminliyin verilmə müddəti bitməmişdir. Ona görə də kassasiya şikayətində həmin maddəyə istinad da əsassız hesab olunmalıdır. Kassasiya şikayətində həmçinin ona istinad olunmuşdur ki, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Həmçinin Mülki Məcəllənin 477.0.1-ci maddəsi ilə zaminliyə xitam verilməsi üçün zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.” Mülki işin materialları ilə təsdiq olunur ki, zaminlik müqaviləsinə zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər edilməmişdir. Ona görə də Məhkəmə kollegiyası kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına istinad olunmasını əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələri ni rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar