Məhkəmə qərarları › İş №2(102)-1419/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1419/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1419/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” ASC ilə "Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-***-***-*** saylı qarantiya müqaviləsinə Kreditin ayrılmasına dair xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 iddiaçı "xxxx” ASC-nin xeyrinə 159629.14 manat əsas, 3164.81 manat faiz, cəmi 162793.95 manatın, "xxxx" ASC ilə “Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2019-ct il tarixli ***-***-***-*** saylı qarantiya müqaviləs inə Kreditin ayrılmasına dair xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 iddiaçı "xxxx” ASC-nin xeyrinə 164814.94 manat əsas, 1 648.15 manat faiz, cəmi 166463.09 manatın, hər iki kredit üzrə ümumilikdə 324444.08 manat əsas, 4812.96 manat faiz, cəmi 329 257.04 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC ilə cavabdeh “Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-***-***-*** saylı qarantiya müqaviləsi əsasında “xxxx" MMC-nin xeyrinə olan 300000 manat məbləğində ödəniş qarantiyası verilmiş, təminat olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli ***-***-***-*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, “xxxx" ASC ilə cavabdeh "Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-***-***-*** saylı qarantiya müqaviləsi əsasında “xxxx” MMC-nin xeyrinə olan 300000 manat məbləğində ödəniş qarantiyası verilmiş, təminat olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli ***-***-***-*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu qarantiyalar üzrə “xxxx” ASC-yə Benefisiar "xxxx" MMC tərəfindən ödəniş tələbi daxil olmuş, ödəniş tələbi üzrə öhdəlik “xxxx” ASC tərəfindən tam icra edilmişdir. Cavabdehlə bağlanmış Qarantiya müqavilələrinin 5.9-cu bəndinə əsasən “Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvə zini “Prinsipaldan reqress qaydasında tələb etmək hüququ vardır. Həmin Müqavilələrin 5.9.1 -ci bəndinə əsasən Prinsipalın (Cavabdehin) hesabında vəsait olmadıqda öhdəlik bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə ilə müəyyən olunmuş şərtlər çərçivəsində “Qarant” (Bank) tərəfindən Prinsipala veriləcək kredit vəsaiti hesabına icra olunur (qarantiya örtüksüz olduqda). Qarantiya müqavilələrinə Kreditin ayrılmasına dair xx.xx.2019-cu il tarixli Əlavələrə əsasən Prinsipala 6 ay müddətinə illik 20 faizlə kredit verilir. Bununla bağlı cavabdehlərə Banka olan borcunun 3 (üç) iş günü ərzində tam ödənilməsi barədə xx/xx-xxxx saylı, xx xxxxxx 2019-cu il tarixli pretenziya göndərilmiş və cavabdehlər tərəfindən alınmış, buna baxmayaraq cavadbehlər borcun qaytarılması üçün heç bir təşəbbüs göstərm əmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(005)-****/2020 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilərək, xx.xx.2019-cu il tarixli ***-***-***-*** saylı qarantiya müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh1 MMC və Cavabdeh2 159629.14 manat əsas, 3164.81 manat faiz, cəmi 162 793.95 manatın “xxxx” ASC-nin xeyrinə tutulması, xx.xx.2019-ct il tarixli ***-***-***-*** saylı qarantiya müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh1 MMC və Cavabdeh2 164814.94 manat əsas, 1 648.15 manat faiz, cəmi 166 463.09 manatın və 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə Cavabd eh1 MMC-nin qarantiya müqaviləsi üzrə “xxxx” ASC qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini, Cavabdeh2 isə zaminlik müqavilələrinə əsasən həmin öhdəliyinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürdüyü nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” ASCnin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarantiya müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasına dair tələb etmək hüququ vardır. Ona görə də iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 470.1, 472.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tə ləbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)****/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclunun müqavilə üzrə qarant olduğu borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, müflis elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadığından apelyasiya şikayətin dəlilləri əsassızdır. Cavabdeh1 MMC qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 MMC (nümayəndəsi və vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ərizə ilə 2 saylı İnzibatiİqtisadi Məhkəməyə müflis elan edilməsi ilə bağlı müraciət etmiş və hal-hazırda həmin iş məhkəmənin icraatındadır. Cavabdehin kreditorları, eyni zamanda hazırki iş üzrə iddiaçı da həmin iş üzrə maraqlı şəxs kimi işə cəlb edilmişdir. Yəni, iddiaçının, həmin işə baxılmasında özünün bilavasitə iştirak etməsinə rəğmən, yenidən məhkəməyə borclunun öhdəliklərinin icrası ilə bağlı müraciət etməsi adi hüquq məntiqi ilə uzlaşmır. Cavabdehə qarşı tələb yalnız iflas prosesi çərçivəsində irəli sürülə bilər və yuxarıda göstərildiyi kimi, iddiaçı maraqlı şəxs qismində, onsuz da, prosesdə iştirak etməkdədir və tələbi həmin proses çərçivəsində irəli sürmək hüququna malikdir. Digər tərəfdən, qətnamənin cavabdehin müflisləşməsi haqqında digər məhkəmədə qərar çıxarıldıqdan sonra faktiki olaraq qüvvə si olmayacaq, yəni icraya yönəldilə bilməyəcəkdir. Ona görə də, iddiaçının tələbinə ayrıca məhkəmə icraatı qaydasında baxıla bilməzdi və MPM-in 261.0. 1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməli idi. Hesab edirlər ki, bu istiqamətdə məhkəmə praktikası da kifayət qədər genişdir. Belə ki, müflisləşmə prosesində olan banklara qarşı iddialara digər məhkəmələr tərəfindən baxılmır və həmin məsələlər müflisləşmə prosesi çərçivəsində həll olunur. Beləliklə məhkəmə tərəfindən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi də pozulmuşdur. Qətnamədə apelyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları M əhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiy ası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh kasasiya şikayətində apelyasiya şikayətində olduğu kimi cavabde hin iflas prosesində olmasına istinad edib iş üzrə icraata xitam verilməli olmasını bildirmişdir. Hazırda cavabdeh kasasiya şikayətində apelyasiya məhkəməsinin apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməməsini qeyd etsə də, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, apelyasiya kollegiyası cavabdehin dəlillərinə münasibət bildirmiş və hətta düzgün olaraq qeyd etmişdir ki, cavabdehin müflis elan olunması ilə bağlı qüvvəyə minmiş məhəkəm aktı olmadığından apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar