Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1419/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcu üzrə pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1272/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: 23 sentyabr 2010-cu il tarixdə “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 16 faiz olmaqla 36 ay müddətinə 9660 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi borclu Cavabdeh1 məxsus avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar 23 sentyabr 2010-cu il tarixdə onunla bank arasında ipoteka müqaviləsi bağlanmışdır. Borclunun öhdəliklərinin təminatı kimi eyni zamanda bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, 05 iyun 2009-cu il tarixli müqaviləyə əsasən bankla əməkdaşlıq edən və avtomobillərin kreditləşdirilməsi ilə bağlı müştərilər i banka yönəldən Cavabdeh5 MMC banka ünvanlandığı 23 sentyabr 2010-cu il tarixli məktubunda borclunun öhdəliklərinin icrası barədə üzərinə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2013-cü ilin avqust ayında “X1 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kreditin qaytarılması ilə əlaqədar üzərinə düşən öhdəliklərin icrasını lazımınca təmin etməməsi səbəbindən banka cəmi 11.474,52 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə borcun cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4584/2013 nömrəli, 27 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim: T.C.Xəlilova) iddia qismən təmin edilərək Cavabdeh1 bankın xeyrinə əsas borca görə 7.437,26 manat, faiz borcuna görə 1427,37 manat, cəriməyə görə 2573,39 manatın tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və onun ilkin satış qiymətinin 13.800 manat məbləğində müəyyən olunması, avtomobilin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 və Cavabdeh5 MMC-yə qarşı hissədə iddianın baxılmamış saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək kreditin ona ən yüksək faizlə verilməsini, lakin məhkəmənin işin həmin halını nəzərə almadan qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilmə si və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1272/2021 nömrəli, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və E.G.Rəhimov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 7437,26 manat, faiz borcuna görə 1427,37 manat, cəriməyə görə 257 manat bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, avtomobilin ilkin satış qiymətinin 1 3.800 manat müəyyən olunması, iddia tələbinin Cavabdeh5 MMC-yə aid hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı “X1 Azərbaycan” QSC kassasiya şikayəti verərək ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin onun ipotekaya qoyulduğu 2010-cu ildən uzun müddət keçdikdən sonra hazırkı bazar qiymətinin 13.800 manat müəyyən olunmasının qeyri-mümkün olmasını, cərimə borcunun düzgün olmayaraq 2573,39 manatdan 257 manata qədər azaldılmasını əsas göstərməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini avtomobilin ilkin satış qiymətinin və cərimə borcunun müəyyən olunmasına dair hissədə ləğv edilib işin həmin hissədə yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çə kinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız avtomobilin ilkin satış qiymətinin və cərimənin məbləğinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən, kollegiya qətnamənin qanuniliyini həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan 2009-cu il buraxılışlı avtomobilin ilkin satış qiymətini müəyyən edərkən bankla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2010-cu il tarixli ipoteka müqaviləsində müəyyən olunmuş qiyməti əsas götürmüşdür. İpoteka müqaviləsindən görünür ki, avtomobil 23 sentyabr 2010-cu il tarixli qiymətləndirmə rəyi əsas götürülməklə 13.800 manat məbləğində qiymətləndirilmişdir. Bank həmin qiymətlə razılaşmasa da, məhkəməyə avtomobilin müəyyənləşdirildiyindən daha aşağı dəyərə malik olması barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kre ditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi bankın tələb etdiyi dəbbə pulunu azaldıb 257 manat məbləğində müəyyən edərkən qanunun göstərilən normasına əsaslanmış və bu zaman cavabdehin maddi və əmlak vəziyyətini nəzərə almışdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bank mübahisələndirilən hissədə qətnamənin əsassız olmasını sübuta yetirə bilmədiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1272/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1419/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1419/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver