Məhkəmə qərarları › İş №2(102)-1419/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1419/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1419/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə İddiaçı Cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, borcun tutulması, müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası və ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbin ə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6457/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 21.000 ABŞ dolları məbləğində borc verməyi, Cavabdeh isə xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin sonuncu səhifəsinin iki ədəd surətlərinin sonluğunda qeyd olunan əlyazmaya əsasən müəyyən edilir ki, “Mən, Cavab deh yazaraq, bildirirəm ki, bu müqavilədən göstərilən 21.000 ABŞ dolları məbləğində borcdan əlavə, İddiaçı 31.000 ABŞ dolları borc almışam. Bu borcu 15 dekabr 2021-ci ilə kimi qaytarmağı öhdəmə götürürəm. Məmmədov.D.Q. imza” məzmunlu və “Mən Cavabdeh İddiaçı olan 21.000 ABŞ dolları borcu hələ qaytarmamışam. Bundan əlavə aldığım 31.000 ABŞ dollarından da heç nə qaytarmamışam. xx.xx.2022 il, imza” məzmunlu qeydlər aparılmış və imza edilmişdir. Həmçinin borcun xx.xx.2021-ci il tarixədək qaytarılacağına dair qeyd əlavə olaraq İddiaçı özü və Səbzəliyev Zaur Z. tərəfindən imzalanmışdır. Sözügüdən qeydlər notarial qaydada təsdiq edilməmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və Cavabdeh tərəfindən əlyazma formasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən müəyyən olunu r ki, həmin qəbzdə “Mən, Cavabdeh bu günə kimi İddiaçı aldığım 52.000 ABŞ dolları məbləğində borcu qaytarmamışam. Bildirirəm ki, bu borcu 10 aprel 2022-ci il tarixinə kimi qaytaracağam. 16 mart 2022.” məzmunlu qeydiyyat aparılmış və imza edilmişdir.

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 21.000 ABŞ dolları məbləğində və həmin borcdan əlavə 31.000 ABŞ dolları olmaqla, cəmi 52.000 ABŞ dolları məbləğində borcu yarandığını etiraf etmiş və 52.000 ABŞ dolları borcunu bir ay müddətinə İddiaçı ödəməyi öhdəsinə götürmüşdür.

5. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd e dilməsi barədə qərarına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı barəsində onun Cavabdeh təhdid etməsi və hədə-qorxu gəlməsinə dair şikayəti üzrə araşdırma aparılmış və toplanmış materiallar üzrə İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı (ikinci iş üzrə cavabdeh)) Cavabdeh (bundan sonra cavabdeh (ikinci iş üzrə iddiaçı)) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 52.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş video-yazı və onun stenoqramından görünür ki, cavabdeh ondan 52.000 ABŞ dolları məbləğində borc aldığını və qaytarmadığını etiraf edir. 11 may 2022-ci il tarixdə onunla cavabdeh arasında mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, cavabdeh ona ümumilikdə 52.000 (əlli iki min) ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, cavabdeh 52.000 ABŞ dolları məbləğində borc pulu bir ay müddətinə ona ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazıradək borc məbləği cavabdeh tərəfindən ona ödənilməmişdir.

8. İkinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqaviləni n etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəfindən cavabdehdən guya 31.000 ABŞ dollar məbləğində borc alınması barədə xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilənin, kredit müqaviləsinin arxa tərəfində 31.000 ABŞ dollar borcun alınması və xx.xx.2021-ci ilə qədər qaytaracağı barədə tarixsiz əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, xx.xx.2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazısı, borcun etirafı barədə səs yazılarının - bütün əqdlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İkinci iş üzrə iddia onunla əsaslandırılmışdır ki, o, cavabdehdən xx.xx.2021-ci il tarixdə onun yaşadığı evin yaxınlığında yerləşən 9 saylı notariat kontorunda kredit müqaviləsi üzrə iş ilə əlaqədar 21.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bunun müqabilində isə gördüyü iş uğurlu alınacağı təqdirdə borc götürdüyü məbləğdən başqa ona hədiyyə olaraq əlavə pul verəcəyini bildirmişdir. Lakin sonradan görəcəyi iş gözlədiyi kimi alınmadığından pulu vaxtında qaytara bilməmişdir. Bundan sonra o, İddiaçı tərəfindən hədə-qorxulara, təqiblərə və təhdidlərə məruz qalmışdır. Belə ki, İddiaçı öz qohumu və yaxın tanışı Zaur Səbziyevlə onu hədələməklə borca görə evini İddiaçı adına keçirməyi tələb etmişlər. Daha sonra notariat ofisinə gedib onu əlavə 31.000 ABŞ dolları məbləğində borcu olmasını rəsmiləşdirməyi tələb etmişlər. O, etiraz etməsinə baxmayaraq, onlar evi zorla boşaltdıracaqları b arədə hədələməyə başlamışlar. Elxan yüksək şəkəri olan əsəbi bir insan olduğundan və onu çoxdan tanıdığından bilirdi ki, əsəbləşməklə onun səhhətinə ciddi xətər yetirə bilər. Ona görə də məcburiyyət qarşısında qalıb əlavə pul almasını yazmağa məcbur olmuşdur. Zaur Səbziyev isə ona 31.000 ABŞ dollarının verilməsinə şahid olmasına dair müqaviləni imzalamışdır. 2022-ci ilin yanvar ayında isə guya 31.000 ABŞ dolları da götürməyi barədə borc müqaviləsinin arxasına yenidən qeyd yazmalı olmuşdur. Çünki Elxan və Zaur yenidən evi boşaltmağı və ya notariusda evin çıxarışının onların adlarına keçirməyi tələb etmişlər. Halbuki, o, yalnız 21.000 ABŞ dolları məbləğində pulu borc olaraq notariusda təsdiqləmişdir. Bu hədələr, təhdidlər, tez-tez təkrarlandığından adətən dostlarının, qohumlarının yanında ol arkən zəngləri qəbul etdiyindən onlar da ona ünvanlanan hədələrin və təhdidlərin şahidi olmuşlar. Yaxınları ona polisə müraciət etməyi məsləhət görsələr də, o, Elxanla 30 ilə yaxın dostluğu olduğunu və bu səbəbdən dözdüyünü bildirmişdir. 2022-ci ilin mart ayında Elxan yenidən borc müqaviləsinin arxasında guya 31.000 ABŞ dolları borcun da götürülməsi barədə qeyd yazmağını tələb etmişdir. Bundan bir müddət sonra Elxanla “Nizami” metrostansiyasının yaxınlığında görüşərkən bildirmişdir ki, onun yazdıqları kifayət etmir, vəkilləri onun borcun etirafı müqaviləsini də imzalamalı olduğunu bildirmişdir. Məcburiyyət qarşısında qalıb o, etiraf müqaviləsini də imzalamışdır. Çünki, ilkin borc pulun hamısını qaytara bilmədiyi üçün susmuşdur. İddiaçı nə desə təsdiq etməyə məcbur olmuşdur. Bunun digər səb əbi isə İddiaçı 70 yaşlı əsəbi bir insan olması, şəkərinin olması və həmin xəstəliklərin qəfil yüksəlməsi nəticəsində onun həyatını itirməsindən qorxmasıdır. İlkin olaraq aldığı 21.000 ABŞ dolları məbləğində pulu indiyə qədər hissə-hissə ödəməklə qaytara bilərdi. Lakin İddiaçı borc pul alandan az sonra onu bu qədər yükləməsini nəzərə alaraq fikirləşmişdir ki, əgər ayda 1.000 və ya 2.000 manat olmaqla borcunu qaytararsa onun ümumiyyətlə borcu ödəmədiyi iddia olunardı. Bu səbəbdən borcu notarial qadada qaytarmağı düşünmüş, lakin hesab etmişdir ki, əksi olunacağı təqdirdə deyərdi. Buna görə də pulu elə notariusda qaytarmaq istəmişdir. Lakin sonra düşünmüşdür ki, notariat ofisində əlavə olaraq 31.000 ABŞ dolları da üzərinə götürməyi onu məcbur edəcəklər. Bu səbəbdən mübahisə hazıradək açıq qal mışdır. Həmçinin, Elxan onunla telefon yazışmasını və hətta guya 31.000 ABŞ dolları almağı barədə videoçəkiliş də etdiyindən o, özünü gələcəkdə müdafiə etmək üçün məcbur qalaraq aralarında olan danışığı qeydə almışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-1292/2023 nömrəli mülki işin İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair 2(004)-535/2023 nömrəli mülki işlə birləşdirilərək bir icraatda, yəni 2(004)-535/2023 nömrəsi ilə baxılması qərara alınmışdır.

11. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur, Cavabdeh tanıyır, İddiaçı isə tanımır. Cavabdeh onun yeznəsi, o, isə onun qayı nıdır. Mübahisə ilə bağlı bildirir ki, 2021-ci ilin payız ayları - oktyabrın axırı olan vaxtlar o, həmin yolu gedib-gəldiyinə görə axşamlar bacısıgilin evində qalırdı. Cavabdeh telefonla tez-tez kiminləsə danışdığını, problem və narahatçılığın olduğunu bilirdi. Cavabdeh borc haqqında ona demiş və ona 21.000 ABŞ dolları borcunun olması barədə məlumat vermişdir. Bir gün Dilqəmə zəng olmuş, Dilqəm aşağı düşməyə məcbur olmuş və ona demişdir ki, nömrəsini yığacaq, telefonu açıq qoysun, düşüb onlarla söhbət edəcəkdir. Danışıqlara qulaq asarkən anlamışdır ki, onun yanında bir nəfər var. Suala cavab olaraq bildirmişdir ki, Cavabdeh ehtiyat edib ona telefon danışığına qulaq asmasını xahiş etmiş və düşünmüşdür ki, onu harasa apararlar, nəsə problem olar, belə olduğu tədqirdə dərhal polisə məlumat ve rsin. O, otaqda tək oturaraq onların danışığına qulaq asmışdır. Söhbət əsnasında Cavabdeh hədə-qorxu gəlinir və deyilirdi ki, “Pul verilməsə cibindən nələrsə çıxa bilər. Özün bilirsən, pul başqa böyük adamlarındır, problem yaşayarsan.” Həmçinin o, uşaqları ilə təhdid olunurdu. Dilqəmin oğlunun sürücülük vəsiqəsinin olduğunu və adına Ford markalı avtomobilin olduğunu bildiriblər. Əslində isə elə bir şey olmayıb. Cavabdeh oğlunun sürücülük vəsiqəsi belə yoxdur. Onlar kiminsə vasitəsi ilə həmin sənədi çıxartdırmışlar. O, bu olanları telefon vasitəsilə eşitmiş, lakin görməmişdir. O, Elxan adında şəxs tanımır, ona Cavabdeh sonradan bildirmişdir ki, həmin şəxs Elxan imiş. Elxanın səsini isə indi eşitsə tanıyıb-tanımayacağını bilmir. Çünki xeyli vaxt keçib. Onların səsinə qulaq asanda səs yazısın ı qeyd etməmişdir. Telefon danışığına qulaq asmaqda məqsəd o olmuşdur ki, Cavabdeh ona bildirmişdir ki, onu harasa apara bilərlər, belə olduğu halda polisə məlumat versin. O ancaq tədbir kimi polisə məlumat verə bilərdi. Sonra Dilqəm evə gəlib nəsə apardı nə olduğunu soruşduqda isə bildirdi ki, xarici pasportunu istəyiblər ki, birdən harasa qaçıb gedər. Telefon danışığı təxminən 2021-ci ilin oktyabrın axırları olan vaxt idi, payız ayları idi, hava soyuq idi. Dəqiq günü və vaxtı isə deyə bilmir. Cavabdeh nə işlə məşğul olduğunu bilmir. Elxandan başqa Cavabdeh kiməsə borcu olmasını bilmir. Borcu olsa belə bu barədə dəqiq məlumatı yoxdur. Elxanın neçə yaşının olduğunu bilmir, deyilənə görə orta yaşlı adamdır.

12. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Cavabde h onun uzun illərdir dostudur, İddiaçı isə tanımır. O, Dilqəmi düzgün insan kimi tanımış və əvvəllər kiməsə borcunun olmasını eşitməmişdir. Hətta Dilqəmin həmin dövrdə borc pul axtarması barədə xəbəri olmamışdır. Mübahisə ilə bağlı qeyd edir ki, Cavabdehla görüşlərində onunla dərdini bölüşərək Elxan adlı şəxsə 21.000 dollar borcunun olmasını, həmin borca görə yükləndiyini demişdir. Hətta onun yanında Elxan adlı şəxslə telefon danışıqlarına şahid olmuşdur. Yalnız Cavabdeh sözlərindən bilmişdir ki, o, Elxandan nəğd olaraq 21.000 ABŞ dolları almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o tərəflər arasında gedən söhbətlərdə bilavasitə iştirak etməmişdir. Dilqəmin sözlərindən eşidib bilir ki, işgörmək üçün 21.000 dollar borc götürüb, qalan pulları isə onu qorxudub adına yazıblar. Qo rxu ondan ibarət olub ki, “evinə gələcəyik, qapını döyəcəyik, oğlunun başına oyun açarıq” kimi söhbətlər olmuş, Cavabdeh təhdid etmişlər. Bir gün Cavabdeh ona zəng etmiş və o, onların arasında olan təhdidlə bağlı söhbətə qulaq asmışdır. Dəqiq tarixi isə xatırlamır. Ancaq bilir ki, Elxan kimisə yanında gətirib və həmin adam Cavabdeh həmyerlisi olub. O, bunu sonradan Dilqəmin sözlərinə görə bilmişdir. Söhbətlər hədə-qorxu mövzusunda olmuşdur. Lakin həmin vaxt danışıqlarda neçə nəfərin iştirak etdiyini bilmir. O, təhdid eşitdikdən sonra Dilqəmə müvafiq orqana şikayət etməyi təklif etməsinə baxmayaraq Dilqəm özü razı olmamış və Elxanla dostluq münasibətini əsas gətirərək şikayət etməmişdir. Hesab edir ki, Dilqəmə olan təhdid ondan ibarət olmuşdur ki, Cavabdeh çağırıb avtomobildə oturdublar, on a yazı yazdırıblar. Lakin o, telefonla qulaq asan zaman Elxanın konkret olaraq necə hədə-qorxu gəlməsini eşitməmişdir. Eləcə də orada gedən söhbətləri dəqiqliklə başa düşməmiş, sonradan Cavabdeh sözlərindən təhdid olması qənaətinə gəlmişdir. Çünki danışıqları anlamaqda çətinlik çəkmişdir. Yəni o, hədə qorxuları Cavabdeh özündən sonradan eşitmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-535/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) birinci iddia təmin edilərək Cavabdeh 52.000 (əlli iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması; ikinci iddia tələbinin rədd edilməsi qət edilmişdir.

14. Birinci instansiya m əhkəməsi hesab etmişdir ki, birinci iş üzrə iddia əsaslıdır. Çünki tərəflər arasında xx.xx.2021-ci il tarixdə 21.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair notarial qaydada yazılı kredit müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 21.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edərək iddia tələbini həmin hissədə qəbul etmişdir.

15. Məhkəmə həmçnin qeyd etmişdir ki, iş materiallarında olan video və audio yazılardan, həmçinin şahid ifadələrindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh 31.000 ABŞ dolları məbləğində borc alması məsələsini müzakirə edərkən (hansı ki, iki nci iddia üzrə İddiaçı onun təhdid etdiyini, hədə-qorxu gəldiyini bildirir) və borcun etirafı barədə xx.xx.2022-ci il tarixli müqavilə imzalanarkən tək olmuşdur. Əlavə olaraq üçüncü şəxsin iştirakı olmamışdır. Dolayısı ilə Cavabdeh buna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

16. Həmçinin işin hallarından müəyyən edilmişdir ki, İddiaçı həmin vaxt qısa zaman öncə əməliyyat olunduğundan əsanın dəstəyi ilə hərəkət etmişdir. Bu hallar, eyni zamanda İddiaçı yaşlı olması (70 yaş) onu deməyə əsas verir ki, İddiaçı fiziki cəhətdən Cavabdeh hədə-qorxu gələcək və ona zor tətbiq edəcək vəziyyətdə, gücdə və qüvvətdə olması ağlabatan deyildir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da müəyyən edilir ki, araşdırma nəticəsində İddiaçı Cavabdeh qarşı real təhd id etməsi faktı aşkar edilməmişdir. İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmışdır, müqavilə bağanan zaman Cavabdeh hədə-qorxu və ya təhdid edilməsi aşkar edilməmiş, həmçinin iş materialları ilə sübut edilməmişdir. Bununla yanaşı Cavabdeh müqaviləni təhdid altında imzaladığını bildirsə də, müqaviləni və ya İddiaçı qeyd olunan hərəkətlərini uzun müddət mübahisələndirməmiş, yalnız İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etdikdən sonra həmin hərəkətləri mübahisələndirmişdir. Eləcə də məhkəmə, Cavabdeh borcun alınmasına əsas olmuş hərrac işi ilə bağlı sübut təqdim etməməsini, onun ziddiyyətli izahat verməsini, şahid ifadələri ilə onun izahatında göstərilən xüsusatların bir-birinə uyğun gəlməməsini nəzərə alaraq onun təhdid olma sına dair iddialarını inandırıcı hesab etmişdir.

17. Göstərilənlərlə yanaşı məhkəməyə sübut olaraq təqdim edilmiş telefon danışıqlarına dair səsyazısı və videogörüntü tədqiq edilərkən, Cavabdeh təhdid edilməsi faktına dəlalət edən hər hansı məlumat aşkar edilməmişdir. Bunun əksinə olaraq onun 52.000 ABŞ dollar borcu olmasının etiraf etməsi aşkar edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, nə qədər ki, Cavabdeh İddiaçı 31.000 ABŞ dolları məbləğində borclu olduğu sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz Cavabdeh üzərinə düşür. Cavabdeh isə nə iddia tələbində qeyd edilən təhdid faktını, nə də borcu qaytardığını bunu sübut edə bilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh və İddiaçı arasında 31.000 ABŞ dolları məbləği ndə borcun olmasının etirafı barədə bağlanmış müqavilə və Cavabdeh tərəfindən əlyazma formasında yazılaraq imzalanmış qəbzlərin etibarsız hesab edilməsi üçün əsas olmadığından ikinci tələb üzrə iddia tələbi təmin edilə bilməz. Həmçinin Cavabdeh həmin müqavilə və qəbzlərə əsasən 31.000 ABŞ dolları məbləğində borcu qaytarması sübut olunmadığından birinci iş üzrə iddia tələbi 31.000 ABŞ dolları məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 385.1, 390.1, 442, 739.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddia üzrə ondan 31.000 ABŞ dolları (52.000 – 21.000 = 31.000) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində və ikinci tələb üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, onun iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ağır vəziyyətə düşmə si halını vurğulayır və məcburetmə (hədələmə) nəticəsində kredit müqaviləsinin arxa tərəfində 31.000 ABŞ dollarının borc almasını və 15 dekabr 2021-ci ilə qədər qaytaracağı barədə tarixsiz əlyazma yazını, 10 yanvar 2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazını, 16 mart 2022-ci il tarixli borcun etirafı barədə əlyazma yazını, 11 may 2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləni imzalamağa məcbur edilmişdir. Qətnamədə isə məhkəmə tərəfindən işin bu halına (ağır vəziyyətə düşmə) heç bir münasibət bildirilməmişdir. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mövcuddur. Həmin Qərarla bağlı Məhkəmə Qətnaməsində qeyd yalnız bundan ibarətd ir ki, “İkinci tələb üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Nərimanov RPİ TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı barəsində onun Cavabdeh təhdid etməsi və hədə-qorxu gəlməsinə dair şikayəti üzrə araşdırma aparılmış və toplanmış materiallar üzrə İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir.” Halbuki, polis orqanın qərarının nəticə hissəsində göstərilmişdir ki, “Cavabdeh müraciəti əsasında toplanmış material üzrə sübutların təhlili nəticəsində belə qənaətə gəlinmişdir ki, Cavabdeh həqiqətən də İddiaçı cəmi 21.000 ABŞ dolları almışdır. Əlavə olaraq 31.000 ABŞ dolları guya almasını Cavabdeh yazılı surətdə yazma sı təzyiqlərin təsiri altında olmuşdur. Belə ki, səsyazısında Cavabdeh İddiaçı əlbəəl əlavə olaraq 31.000 ABŞ dolları almamasını bildirməsi, İddiaçı 21.000 ABŞ dolları pulu Dilqəmin vaxtında qaytara bilməməsindən kimlərəsə onun əvəzində əlavə olaraq 31.000 ABŞ dolları verməsi ifadələri buna dəlalət edir.” Göründüyü kimi, polis orqanının qərarında ona təzyiqlərin edilməsi halı, o cümlədən səs yazısının tədqiqi nəticəsində, öz təsdiqini tapmışdır. Cinayət işinin başlanmamasına əsas olaraq təhqiqat orqanı kifayət qədər dəlillərin olmamasını əsas gətirmişdir. Məhkəmə isə polis orqanın qərarı ilə öz təsdiqini tapmış sübutu əsassız olaraq nəzərə almamışdır. Eyni zamanda, həmin qərarı öz əsassız qətnaməsinin əsaslandırıcı hissəsinə yerləşdirmişdir. Yəni belə alnıb ki, polis orqanının qərarı qarşı lıqlı iddia ərizəsinin təmin olunmamasında və xüsusi qərardadın çıxarılmasında əsas olaraq gətirilmişdir. Bu isə işin faktiki halları ilə əhəmiyyətli ziddiyyət təşkil edir. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş hallar Mülki Məcəllənin 339.1, 339.4 və 339.6-cı maddələrinin tətbiq edilməsi üçün əhəmiyyətli əsaslardır. Məsələn, tərəfindən təqdim edilmiş səs yazısında Cavabdeh həm 21.000 ABŞ dollarını qaytara bilməməsi ilə bağlı ağır vəziyyətə düşməsi, həm də İddiaçı və onunla birlikdə gəlmiş Zaur Səbzəliyev tərəfindən təzyiqlərə məruz qaldığını təsdiq edir. Məhkəmə, çox qəribə olsa da, bu halları ilkin iddia üzrə iddiaçı Elxan Muxatrovun iddiasında guya haqlı olmasının əsası kimi göstər mişdir. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə dindirilmiş şahidlər də ona olan təzyiqləri öz ifadələrində təsdiq etmişlər. Daha sonra həm Qətnamədə, həm də Qərardadda “Həmçinin işin hallarından müəyyən edilmişdir ki, İddiaçı həmin vaxt qısa zaman öncə əməliyyat olunduğundan əsanın dəstəyi ilə hərəkət etmişdir. Bu hallar, eyni zamanda İddiaçı yaşlı olması (70 yaş) onu deməyə əsas verir ki, İddiaçı fiziki cəhətdən Cavabdeh hədə-qorxu gələcək və ona zor tətbiq edəcək vəziyyətdə, gücdəvə qüvvətdə olması ağlabatan deyildir” göstərilmişdir. Halbuki, iddiaçı Elxan Muxatrovun ona qarşı şəxsən özü tərəfindən fiziki təsir etməsi və ya belə təsir barədə hədələməsi faktı olmamışdır və qətnamədəki bu abzas iş materiallarındakı ifadələrə də ziddir. İlk iddia üzrə iddiaçı Elxan Muxatrovun real hədələ ri şəxsən özü tərəfindən ona fiziki təsir göstərəcəyi barədə olmayıb, onun özünə, oğluna, yaxınlarına qarşı yönəlmiş başqaları (Elxan Muxatrovun sözü ilə desək “Pul bilirsən kimlərindir? Hər imkanları var! Pullar qayıtmalıdır! Yoxsa sizi evdən çıxaracaq, oğluna istədikləri pislik edəcəklər və s.”) tərəfindən edilə biləcək hədələrdir. 21.000 ABŞ dollarını qaytara bilməyərək ağır vəziyyətə düşən o, məhz bu hədələrdən qorxmuşdur və Elxan Muxatrovun əlavə olaraq pulu vaxtında qaytara bilməməsinə görə 31.000 ABŞ dolları guya alması barədə imzalar etmişdir. Hakim həmçinin nəzərə almamışdır ki, Elxan Muxatrov hansı səbəblərdən bu imzalamaları üç-dörd dəfə etdirmiş və əlavə olaraq öz avtomobilində səs yazıları apararaq istintaq dindirməsi stilində videogörüntüsünü də çəkmişdir. Daha bir sual cavab sız qalmışdır: necə olub ki, 21.000 ABŞ dolları məbləğində pul vəsaiti notarial qaydada verilmişdir, lakin 31.000 ABŞ dolları pul vəsaiti heç bir sənəd tərtib edilmədən verilmişdir və yalnız xeyli keçəndən sonra məlum imzalatmalar olunmuşdur. Halbuki, 31.000 ABŞ dolları pulun Elxan Muxatrov tərəfindən Cavabdeh verilməsi yalnız Elxan Muxatrovun “inanmışam” ifadəsinə əsaslanır. Burada aydın olur ki, ilk iddia üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarından və Elxan Muxatrovun özünün izahatından məlumdur ki, guya 31.000 ABŞ dollarının alınmasında yazılı formaya riayət olunmamışdır. Məhkəməyə Elxan Muxatrov tərəfindən təqdim olunmuş imzalar borcun etirafı şəklində tərtib edilmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabd eh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birinci dəfə cavabdeh deyir ki, “mən sənə inandım deyə pulu verdim”. O da deyir ki, əgər ona inanırsa nəyə görə pulu notarius vasitəsilə verirdi? Lakin ikinci dəfə o, pulu qaytarmayaqaytarmaya bir müddət keçdikdən sonra guya 31.000 ona notariussuz verdi. Müqaviləyə cavabdeh istədi deyə o, imza çəkdi. Onun dediklərini videogörüntülər təsdiq edir. İş materiallarındakı səs yazılarında açıq-aydın deyilir ki, “bəli, mən sənin əvəzinə 31.000 vermişəm, sən dedin ver, mən də vermişəm. Mən dedim ki, mən səndən almamışam axı? O da dedi ki, sənin pulun yoxdur deyə mən sənin yerinə vermişəm”. Belə çıxır ki, o, pulunun faizini verib. Dəfələrlə video çəkir və deyir ki, adını və soyadını de notariat q aydada aldığı pulu etiraf edir. O, pulu qaytaracaq, lakin o, qaytaranda pulu faiz məbləğinə hesablayacaq.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, 3.000 manatdan yuxarı olan əqdlərin yazılı şəkildə bağlanmasına dair qanunvericiliyin tələblərinə əsasən etibarsız hesab olunmalıdır. Pulun verilmə faktı ortada yoxdur, həmçinin həmin pulun verilməsi anında bağlanmış müqavilə də yoxdur. Bu yalnız borcun etirafıdır. Tərəf bildirir ki, bu mülki icraatdır. Əgər mülki icraatdırsa həmin hal işin əhəmiyyətli hallarındandır. Qətnamədə daxili ziddiyyətlər vardır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, qarşı tərəfin məhkəməyə göndərdiyi ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə İddiaçı nümyəndəsivəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, 21.000 ABŞ Dolları ilə bağlı qarşı tərəfin iddiası əsassızdır. İş materiallarında əqd vardır, əqd qarşı tərəf tərəfindən imzalanmış və İddiaçı da həmin pul vəsaitini vermişdir. İddiaçı qarşı tərəfə inanmış və etibar etmişdir. Bu cür hadisənin baş verəcəyinə inanmamışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-6457/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqs ədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

27. Həmçinin cavabdehin sənədlərin etibarsız hesab edilməsi üçün istinad etdiyi digər hal onun həmin sənədlər tərtib edilən zaman ağır vəziyyətdə olması ilə əlaqədardır. Əqdi bu əsasla etibarsız hesab etmək üçün bir-biri ilə əlaqəli bir neçə faktın mövcud olması zəruridir: bu hala istinad edən şəxsin ağır vəziyyətdə olması və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin əqdi özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olması, bu iki halın arasında səbəbli əlaqənin mövcud olması və sadalanan hallar barədə qarşı tərəfin məlumatlı olması, bu hallardan öz xeyrinə istifadə etm əsidir. Yalnız göstərilən halların cəmi sübut olunarsa, əqd bu əsasla etibarsız hesab edilə bilər.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirmə səbəblərinin mövcudluğu özü-özülüyündə etibarsızlıqla bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmur. Mübahisələndirilən əqd üzrə etibarsızlıq halı yalnız hüquq sahibinin mübahisələndirməsi nəticəsində yaranır. Cavabdeh istinad etdiyi halları sübut etmək üçün məhkəməyə xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı təqdim etmiş, həmin sənədi mötəbər sübut kimi qiymətləndirməklə nəticəsini məhz həmin sübutlarla əsaslandırılmasını xahiş etmişdir. Göründüyü kimi cavabdehin şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı toplanm ış material üzrə sübutların təhlili nəticəsində belə qənaətə gəlinmişdir ki, “Cavabdeh həqiqətən də İddiaçı cəmi 21.000 ABŞ dolları almışdır. Əlavə olaraq 31.000 ABŞ dolları guya almasını Cavabdeh yazılı surətdə yazması təzyiqlərin təsiri altında olmuşdur. Belə ki, səsyazısında Cavabdeh İddiaçı əlbəəl əlavə olaraq 31.000 ABŞ dolları almamasını bildirməsi, İddiaçı 21.000 ABŞ dolları pulu Dilqəmin vaxtında qaytara bilməməsindən kimlərəsə onun əvəzində əlavə olaraq 31.000 ABŞ dolları verməsi ifadələri buna dəlalət edir.”

29. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin istinad etdiyi xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə müəyyən edilmiş faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Bundan başqa qeyd edilmişdir k i, istintaq orqanı tərəfindən bu cür halların mövcud olması müəyyən edildiyi təqdirdə, aşkar edilmiş bu faktlar üzrə cinayət işinin başlanmaması məntiqsiz olmuşdur. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin cavabdehin istinad etdiyi şahid ifadələrinin və eyni zamanda hazırki icraat çərçivəsində tədqiq edilmiş səs yazısının dəyərləndirilməsi ilə razılaşmış və bu səbəbdən də həmin məsələ üzrə əlavə şərhə zərurət görməmişdir.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallar Cavabdeh istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Çünki cavabdeh mübahisə predmeti olan əqd və qəbzlərin hədə təsiri altında imzalandığını, ona həmin müqaviləyə əsasən pul verilmədiyini, iddiaçını n öz hüquqlarından sui-istifadə etdiyi və cavabdeh üçün şəraitin ağır və əlverişsiz olmasından istifadə etdiyini sübuta yetirə bilməmişdir.

31. Məhkəmə kollegiyası sonra qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

32. Məhkəmə kollegiyası daha sonra qeyd etmiş dir ki, iddiaçının tələbi cavabdehin imzaladığı borcun etirafı sənədinə əsaslanır. Qanuna əsasən, borcun, öhdəliyin yaranmasına əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh etibarsız hesab edilməsini tələb etdiyi müqavilə və əlyazmalarla 31.000 ABŞ dolları məbləğində borc öhdəliyinin yarandığını aşkar və anlaşılan şəkildə, həmçinin yazılı formada bəyan etmiş, onun istinad etdiyi halların işdə olan materialları ilə müəyyən edilməsi isə mümkün olmamışdır.

33. Məhkəmə kolleg iyası, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsinin öhdəlik daşıyan şəxsə aid olduğunu, odur ki, mübahisələndirilən məbləğdə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü, lakin onun, həmin məbləğin iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən müvafiq müqaviləyə əsasən verilmiş məbləğdə pulun iddiaçıya q aytarılmalı olması qənaətinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirmədiyi, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, vaxtında icra etməmişdir. Halbuki, o, xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləni imzalamaqla aldığı pulun qaytarılması üzrə vəzifə daşıdığını etiraf etmişdir. Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Çünki, borc müqaviləsi üzrə borc verənin borc verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

34. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 324.1, 337.1, 337.3, 339.1, 339.4, 385.1, 42 5.1, 442, 739, 882.1, 882.5, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən cavabdeh (ikinci iş üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddia üzrə cavabdehdən 31.000 ABŞ dolları (52.000 – 21.000 = 31.000) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində və ikinci tələb üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı tələb üzrə iddiaçı Cavabdeh iddia tələblərinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassas iya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılməş, əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi olaraq göstərilmişdir ki, “ Həmçinin cavabdehin sənədlərin etibarsız hesab edilməsi üçün istinad etdiyi digər hal onun həmin sənədlər tərtib edilən zaman ağır vəziyyətdə olması ilə əlaqədardır. Əqdi bu əsasla etibarsız hesab etmək üçün bir-biri ilə əlaqəli bir neçə faktın mövcud olması zəruridir: bu hala istinad edən şəxsin ağır vəziyyətdə olması və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin əqdi özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olması, bu iki halın arasında səbəbli əlaqənin mövcud olmasıvə sadalanan hallar barədə qarşı tərəfin məlumatlı olması, bu hallardan öz xeyrinə istifadə etməsidir. Yalnız göstərilən halların cəmi sübut olunarsa,əqd bu əsasla etibarsız hesab edilə bilər.” Bu hissədə Məhkəmə tərəfindən Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri düzgün tətbiq olunmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi bir-biri ilə əlaqəli bir neçə faktın mövcud olması iş materiallarındakı sübutlarla təsdiq olunur. Əvvəla, Diqəm Məmmədovu ilkin aldığı 21.000 ABŞ dolları borcu vaxtında qaytara bilməməsi ağır vəziyyətə qoymuşdur. Bu iş materialları ilə təsdiq olunur. Borc aldığı 21.000 ABŞ dollarından başqa, Cavabdeh məhkəmə iclasında bildirdiyi işin uğurlu alınacağı təqdirdə kreditora əlavə mükafat verməsi öhdəliyini üzərinə götürməsi onun vəziyyətini kreditor qarşısında daha da ağırlaşdırmışdır. (borcdan başqa əlavə mükafat ödəməsi öhdəliyi). Bu halla bərabər kreditor Elxan Mu xatrovun yaranmış vəziyyətdən sui-istifadə etməsi, təzyiqlər, açıq-aşkar hədələmələr etməsi və əlavə 31.000 ABŞ dolları tələb etməsi. Bütün bu hallar Cavabdeh ağır vəziyyətə düşməsini təsdiq edir. Göstərilən faktlar iş materialları ilə təsdiq olunur. Bura məhkəmədə dindirilmiş şahid ifadələri, Nərimanov rayon Polis İdarəsinin cinayət işinin başlanmasının təmin edilməməsi haqında Qərar, məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş səs yazıları, o cümlədən, iddiaçı Elxan Muxatrovun ifadələri daxildir. Göstərilənlər Cavabdeh ağır vəziyyətdə olmasını və İddiaçı bundan suiistifadə etməsi nəticəsində isə Cavabdeh almadığı pul məbləğini alması barədə əqdi bağlamağa məcbur olmasını sübut etmişdir. Bu iki hal arasında səbəbli əlaqənin mövcud olması və sadalanan hallar barədə qarşı tərəfin məlumatlı olması, bu hallardan Elxan Muxatrovun öz xeyrinə istifadə etməsi sübut olunmuşdur. Göstərilən əsasların cəmi Cavabdeh imzaladığı əqdin (əqdlərin) etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, apellyasiya instansiyası, birinci instansiya məhkəməsinin yol verdiyi ciddi pozuntuları aradan qaldırmamış, o cümlədən Mülki Məcəllənin 339.1-ci maddəsini düzgün tətbiq etməmişdir.

37. Daha sonra məhkəmə öz qətnaməsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı toplanmış material üzrə sübutların təhlilinə istinad edərək, polis təhqiqatının gəldiyi nəticəsini sitat gətirmişdir: “Cavabdeh həqiqətən də İddiaçı cəmi 21.000 ABŞ dolları almışdır. Əlavə olaraq 31.000 ABŞ dolları guya almasını Cavabdeh yazılı surətdə yazması təzyiqlərin təsiri altında o lmuşdur. Belə ki, səsyazısında Cavabdeh İddiaçı əlbəəl əlavə olaraq 31.000 ABŞ dolları almamasını bildirməsi, İddiaçı 21.000 ABŞ dolları pulu Dilqəmin vaxtında qaytara bilməməsindən kimlərəsə onun əvəzində əlavə olaraq 31.000 ABŞ dolları verməsi ifadələri buna dəlalət edir.” Ardı ilə Məhkəmə cavabdehin istinad etdiyi xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə müəyyən edilmiş faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyini və bu əsasla istintaq orqanı tərəfindən bu cür halların mövcud olması müəyyən edildiyi təqdirdə, aşkar edilmiş bu faktlar üzrə cinayət işinin başlanmamasının məntiqsiz olmasını qeyd etmişdir. Və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır. Məhkəmənin qətnamədə əsaslandırdığı bu bənd da xili ziddiyyətlidir. Belə ki, məhkəmə qərarın həqiqiliyini qəbul edir və ardı ilə gəldiyi nəticələr üzrə cinayət işinin başlanmamasını məntiqsiz hesab edir. Halbuki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən edilmiş hallarla razılaşmayan tərəfin ondan şikayət vermək hüququ var. Və nə qədər ki, həmin qərar qüvvədədir, qərarla müəyyən edilmiş hallar əsassız hesab edilə bilməz. O cümlədən məhkəmə tərəfindən. Bu arqument məhkəmə təcrübəsinə əsaslanır.

38. Daha sonra məhkəmə cavabdehin istinad etdiyi şahid ifadələrinin və eyni zamanda məhkəmə icraat çərçivəsində tədqiq edilmiş səs yazısının dəyərləndirilməsi ilə razılaşır və bu səbəbdən də həmin məsələ üzrə əlavə şərhə zərurət görmədiyini qeyd edir. Halbuki, Nərimanov RPİ-nin qərarındakı müəyyən etdi hissəsi məhz səs y azısının təhlili nəticəsində qəbul edilmişdir. Həmin səs yazısıdakı danışıqlara cavabdeh tərəfindən də mübahisələndirici münasibət bildirilməmidir. Məhkəmədə dindirilən şahidlərin hər ikisi Dilqəm X1 qarşı başqa şəxslər vasitəsi ilə zor tətbiq etməsindən qorxduğunu, şahidlərə problem yaransa polisə zəng etmələrini tapşırmasını birbaşa və ya dolayısı ilə təsdiq etmişdər. Məhkəmənin bu sübutları qərəzli təhlil etməsi və sübutlara aşkar birtərəfli yanaşması ədalət mühakiməsindən kənardır. Nəzərə alınmalıdır ki, 31.000 ABŞ dollarının alınması barədə yazılı qəbz yoxdur. Yalnız “borcun etirafı” yazıları və borcun etirafı müqaviləsi var, hansılar ki, məcburən imzalatdırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

39. İddiaçı (ikinci iş üzrə cavabdeh) qətnamədən cavabdeh (ikinci iş üzr ə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin olunmamasını, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

40. Maddə 324.1, 324.2 və 324.3. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

44. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

45. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nətic əsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

46. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilm iş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

49. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

51. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

52. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etira f edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

53. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

54. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci iş üzrə cavabdeh tərəfindən qismən, yəni ilk iddia üzrə cavabdehdən 31.000 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində və ikinci iş üzrə iddianın rədd edilməsi hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını m üəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 26-33-cü paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır.

68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qey ri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

69. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin (ikinci iş üzrə iddiaçı) kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

70. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

72. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halla rın, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

73. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

76. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6457/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar