Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-142/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Dadaşov Natiq Elman oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-142/22 (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)1345/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 01 fevral 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı X1 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən ona dəymiş maddi ziyana görə 229 manat pulun, habelə
1. Armudu stəkan17 ədəd;
2. Bakallar (pivə) - 17 ədəd;
3. Rumka - 10 ədəd;
4. Colastəkanı- 13 ədəd;
5. Çaxır bakalı - 4 ədəd;
6. Kül qablar- 16 ədəd;
7. Fincanlar- 16 ədəd;
8. Ketçupqabı - 19 ədəd;
9. Çaynik-13 salamat – 2 sınıq;
10. Kasa-5 böyük - 2 balaca;11. Qəndqabı - 2 ədəd;
12. Nəlbəki - 13 ədəd;
13. Limon qabı - 2 + 6 limon çəngəli;
14. Düz boşqab - 21 ədəd;
15. Kiçik boşqab - 21 ədəd;
16. Güllü salat qabı - 18 ədəd;
17. Böyük düz boşqab - 6 ədəd;
18. Aş qabı - 6+ 3 (dərin) + böyük;
19. Adi dərin boşqab 19 +2 bulud;
20. Tava - 9 ədəd 4 ədəd balaca 5 ədəd böyük;
21. Qazarı - 9 ədəd;
22. Şişlər - 17 ədəd;
23. Çəngəl - 18 ədəd + 9 balaca;
24. Xörək qaşığı - 6 ədəd;
25. Yağ bıçağı - 18 ədəd;
26. Çay qaşığı 9 ədəd + 8 balaca;
27. Bıçaq - 8 ədəd + 1 ədəd ət bıçağı;
28. Padnos - 3 ədəd;
29. Süzgəc 1 ədəd kartof əzən 1 ədəd ət döyən 1 ədəd kəfgir 2 ədəd;
30. Kabab kartof setka – 3;
31. Sac - 1 ədəd 32. ətçəkən maşını – 1 ədəd 33. ət kartof çevirən- 6 ədəd; 34. duz qabı - 19 ədəd (qarışıq); 35. xaledilnik (soyuducu) - 4 ədəd, 3 işlək; 36. elektronik çaynik- 1 ədəd; 37. qazan - 10 ədəd;
38. Tava - 6 ədəd + 1;
39. Çaydan -2 ədəd; 40. ət çəkən 1 ədəd əşyanın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci i l tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.B.Cavadzadə) iddia qismən təmin edilərək, cavabdehdən dəymiş maddi zərərə görə 229 manat pulun tutulub ona ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 21 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 89,8 kv.metr olan qeydi-yaşayış sahəsini 21 sentyabr 2023-cü il tarixədək cavabdehin icarəsinə verib. Həmin müqavilənin 11-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları cavabdeh tərəfindən ödənili r. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən, onun tərəfindən 05 sentyabr 2019-cu ildə 124 manat, 23 sentyabr 2019-cu ildə 105 manat olmaqla, "xxxx" ASC ümumilikdə 229 manat pul ödənilib. Eyni zamanda, işə əlavə edilmiş siyahılardan görünür ki, müxtəlif tarixlərdə iddia ərizəsində qeyd edilən əşyaların siyahıları tutulub. Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2020-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 27-ci vərəqinin arxa tərəfində olan “30 mart 18” tarixli əşyaları əks etdirən siyahıdakı yazılar cavabdeh tərəfindən icra olunub. Ekspertizaya təqdim olunmuş mülki işin 26-cı vərəqinin ön və arxa hissəsində əşyaları əks etdirən siyahıdakı yazılar və 27-ci vərəqinin ön tərəfində “23 fevral 2018” tarixli əşyaları əks etdirən siyahıdakı yazılar ca vabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunub. Hazırda iddiaçı, cavabdehdən 40 adda məişət əşyalarının qaytarılmasını tələb etsə də tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməyib. Ona görə də iddia 40 adda məişət əşyaları tələbinə aid hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386, 442, 448.1, 700.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məru zəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassas iya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı vəkili Vəkil və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyat a keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 21 sentyabr 2018-ci il tarixli ica rə müqaviləsinə əsasən, iddiaçı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 89,8 kv.metr olan qeydi-yaşayış sahəsini 21 sentyabr 2023-cü il tarixədək cavabdehin icarəsinə verib. Həmin müqavilənin 11-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları cavabdeh tərəfindən ödənilir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən, onun tərəfindən 05 sentyabr 2019-cu ildə 124 manat, 23 sentyabr 2019-cu ildə 105 manat olmaqla, "xxxx" ASC ümumilikdə 229 manat pul ödənilib. Eyni zamanda, işə əlavə edilmiş siyahılardan görünür ki, müxtəlif tarixlərdə iddia ərizəsində qeyd edilən əşyaların siyahı ları tutulub. Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2020-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 27-ci vərəqinin arxa tərəfində olan “30 mart 18” tarixli əşyaları əks etdirən siyahıdakı yazılar cavabdeh tərəfindən icra olunub. Ekspertizaya təqdim olunmuş mülki işin 26-cı vərəqinin ön və arxa hissəsində əşyaları əks etdirən siyahıdakı yazılar və 27-ci vərəqinin ön tərəfində “23 fevral 2018” tarixli əşyaları əks etdirən siyahıdakı yazılar cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunub. Hazırda iddiaçı, cavabdehdən 40 adda məişət əşyalarının qaytarılmasını tələb etsə də tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməyib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nə ticə və hüquqi əsaslandırma ilə razılaşır, işə əlavə edilmiş sübutları, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, iddiaçı ərizədə sadalanan məişət əşyalarını qarşılıqlı razılıq əsasında cavabdehə təhvil verdiyini, hazırda cavabdehin həmin əşyaları özündə saxlamaqla, ona qaytarmadığını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb. Cavabdeh isə həmin əşyaların ona təhvil verilmədiyini və hazırda onda olmadığını, əksinə icarə obyektini tərk edərkən onun özünə məxsus olan əşyaların orada qaldığını bildirməklə, iddiaçının tələbinə etiraz edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, cavabdehin hüquqi əsas olmadan iddiaçının xeyrinə 40 adda əmlak əldə etməsi, başqa sözlə əsassız varlanması mülki iş materialları ilə istisna olunur. Birinci instansiya məh kəməsi iddianı bu hissədə rədd etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiy a şikayətinin dəlilləri əslində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı deyil, işin hallarının sübut olunmaması, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Halbuki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kassasiya şikay ətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-1345/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.