Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1421/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10454/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova, iş № 2(011)-3813/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 4000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx x xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, İ.K.Xəlilov və V.N.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 2019-cu ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tanışı Cavabdeh sonuncu dəfə 4500 manat məbləğində borc verməsini, lakin sonuncunun borcu qaytarmaqdan boyun qaçırmasını əsas göstərməklə həmin məbləğin Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. İş materiallarından görünür ki, tərəflər bir neçə dəfə borc münasibətində olmuş və Cavabdeh hər dəfə İddiaçı aldığı borcu qaytarmışdır. İddiaçı iddia edir ki, Cavabdeh sonuncu dəfə ondan 4500 manat məbləğində borc almış, lakin borcunu qaytarmamışdır. Cavabdeh sonuncu dəfə iddiaçıdan 4000 manat məbləğində borc almasını etiraf etmiş, lakin həmin borcu iddiaçıya qaytarmasını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə borc verməsini sübuta yetirmiş və cavabdeh də bunu etiraf etmişdir. Lakin cavabdeh tərəfindən borcun qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə iddia tələbin i qismən əsaslı sayaraq təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh tərəfindən borcun qaytarılması təmin olunmadığından məhkəmə qanunun öhdəlik münasibətlərini tənzimləyən normalara əsaslanaraq iddianın qismən əsaslı olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı sayır, hesab e dir ki, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1421/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1421/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver