Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1422/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, mübahisə predmeti barəsində müstəqilə tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və “RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı2 və onun, eyni zamanda digər iddiaçının vəkili-nümayəndəsi Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4473/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı, Bakı şəhəri Nərimanov Rayon İcra Hak imiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış, ünvan 2 nömrəli binanın birinci mərtəbəsində yerləşən 473,1 kv.metr sahənin satılmasına dair alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi tərəfindən sonuncunun adına verilmiş xx xxxxx 2001-ci il tarixli 001210 nömrəli‘‘ Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzini cavabdeh qismində cəlb etməklə, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 328 nömrəli alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxx 2001-ci il tarixli 30/1 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan SSR Dövlət X5 Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli orderə əsasən, İddiaçı1 ünvan 2 nömrəli binada yaşayış sahəsi ayrılmış, lakin orderdə ayrılmış sahənin ölçüsü göstərilməmişdir. Həmin order əsasında İddiaçı1 binanın birinci mərtəbəsində yerləşən 232 kv.met r sahəni istifadə etməyə başlamış, o və onun arvadı İddiaçı2 həmin sahədən 2019-cu ilin may ayınadək istifadə etmişlər. Həmin orderin surətinin təqdim edilməsi barədə Azərbaycan SSR Dövlət X5 Komitəsinin hüquqi varisi “xxxx” ASC-yə verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, keçmiş Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi tərəfindən İddiaçı1 ünvan 1 ünvanında yerləşən yataqxanada qeydiyyata düşməsi və yaşayış sahəsi ayrılması məqsədi ilə xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli order verilmiş, lakin orderlə ayrılmış sahənin ölçüsü məktubda göstərilməmişdir. Binanın birinci mərtəbəsində yerləşən 232 kv.metr sahənin 1991-ci ildən 2019-cu ilədək tərəflərindən istifadə edilməsi binanın digər sakinləri tərəfindən təsdiq edilə bilər. Həmçinin həmin sahəyə dair elektrik enerjisin ə görə ödənişlər də buna sübutdur. Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qanuni istifadələrində olan 232 kv.metr sahənin də daxil olduğu 473,1 kv.metr sahə Cavabdeh1 satılmış, nazirlik tərəfindən sonuncunun adına verilmiş xx xxxxx 2001-ci il tarixli 001210 nömrəli “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” şəhadətnamə ilə onun qanuni istifadəsində olan 232 kv.metr sahənin də daxil olduğu 473,1 kv.metr sahə üzərində Cavabdeh1 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsi və şəhadətnamə istifadə hüququ ilə yüklü əmlaka dair verildiyi üçün etibarsız hesab edilməlidirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov rayon M əhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-414/2020) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, mübahisə predmeti barəsində müstəqilə tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və “RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “şəhadətnamənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan SSR Dövlət MaddiTexniki Təchizat Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli orderə əsasən İddiaçı 1 ünvan 2 nömrəli binada yaşayış sahəsi ayrılmışdır. Respublika Auksion Mərkəzinin xx xxxx 2001-ci il tarixli hərrac protokoluna əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 473,1 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1-qalib alıcı tərəfindən alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi-satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 328 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi ilə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən xx xxxx 2001-ci il tarixdə Dövlət Əmlakı Nazirliyinin Respublika Auksion Mərkəzində keçirilən auksionda 30/1 nömrəli protokola əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 473,1 kv.metr olan qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirli yi tərəfindən xx xxxxx 2001-ci il tarixdə verilmiş 001210 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsindəki 473,1 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən alınmış, müvafiq əmlak 2 nömrəli reyestr kitabının 72 nömrəli səhifəsində qeydiyyatı aparılmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd ba ğlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bi lər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbər dar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 37 5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü və cavabdeh təşkilatın nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, hazırki mülki iş üzrə ilk iddiaya iddia müddəti tətbiq edilməli və İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, mübahisə predmeti barəsində müstəqilə tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və “RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “şəhadətnamənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə iddia ərizəsi təmin edilə bilməz. İddia tələbi üzrə mübahisəl əndirilən halların heç biri öz həqiqi və hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi keçmiş Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (hazırkı Dövlət Kontrakt Korporasiyası “xxxx” Səhmdar Cəmiyyəti) tərəfindən həmin Komitənin tabeliyində fəaliyyət göstərmiş “Azərmaş” birliyinin vaxtı ilə işçisi olmuş X3 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən yataqxanada yalnız otaq ayrılmışdır. İddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı şəxsə hər hansı bir hüquqmüəyyənedici sənəd verilməmişdir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), F.Babayev və A.İmanov, iş № 2(103)4473/2020) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya m əhkəməsi müəyyən etmişdir ki, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1991-ci il tarixli 14 nömrəli orderə əsasən İddiaçı1 ünvan 2 nömrəli binada yaşayış sahəsi ayrılmışdır. Orderdə yaşayış sahəsinin ölçüsü göstərilməsə də, iddiaçıların özlərinin izahatından da belə aydın olur ki, onlar həmin order əsasında binanın 5-ci mərtəbəsində yaşamışlar və həmin yaşayış sahəsi müqabilində onlara pilot layihə əsasında inşa edilən yeni binada 20 % artıq sahəsi olan yeni mənzilin verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, orderə əsasən İddiaçı1 yalnız yaşayış üçün sahə verilmişdir, hazırda isə iddiaçılar həmin binanın birinci mərtəbəsində yerləşən 232 kv.metr sahənin 1991-ci ildən 2019-cu ilədək istifadə etmələrinə əsaslanaraq, həmin sahənin də daxil ol duğu 473.1 kv.m sahənin Cavabdeh1 satılması barədə müqavilənin və şəhadətnamənin etibarsızlığını tələb edirlər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, iddia olunann qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı şəxsə hər hansı bir hüquqmüəyyənedici sənəd verilməmişdir, iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüququ olmamışdır, belə olan halda iddiaçıların hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüquqları yaranmamışdır və iddiaçıların həmin sahədən uzun müddət faktiki istifadə etmələri onlara əsas vermir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanuni əsaslarla həmin qeyri-yaşayış sahəsinin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsinin və verilmiş şəhadətnamənin etibarsızlığını tələb etsinlər. Apell yasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırda iddiaçıların etibarsızlığını tələb etdikləri alqı-satqı müqaviləsi qanunvericiliyin qeyd olunan tələbləri çərçivəsində bağlanmışdır və onun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir, iddiaçıların mübahisəsi gedən qeyri-yaşayış sahəsindən faktiki istifadə etmələri həmin qeyri-yaşayış sahəsinə dair qanuni sahib olmaları anlamına gəlmir və buna əsaslanaraq qanunvericiliyin tələblərinə riayət edərək həmin sahənin satılması barədə müqavilənin, həmçinin verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, eyni zamanda iddiaçılar etibarsız əqdlər üzrə 1 illik kəsici müddəti də ötürmüşlər. Hazırda göründüyü kimi, mübahisəli qeyriyaşayış sahəsi 2001-ci il tarixdə özəlləşdirilmişdir. Həmin dövrdən isə iddianın qaldırıldığı vaxta qədər 18 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində iddiaçıların mübahisəli sahənin başqasına satılmasından məlumatsız olmaları inandırıcı görünmür. Bu nəticəyə gələn Kollegiya onu da nəzərə alır ki, iddiaçılar Cavabdeh1 həmin sahəyə görə halallıq üçün cəmi 32.000 manat pul almışlar, yəni dolayısı ilə qeyri-yaşayış sahəsinin Cavabdeh1 satılması onları narahat etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı2 (Vəkil1) kass asiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4473/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 zahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(103)-4473/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X4 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337-ci maddəsi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu M əcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun q anunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 328 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən xx xxxx 2001-ci il tarixdə Dövlət Əmlakı Nazirliyinin Respublika Auksion Mərkəzində keçirilən auksionda 30/1 nömr əli protokola əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 473,1 kv.metr olan qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmışdır. Kollegiya qeyd edir ki, hazırda iddiaçıların etibarsızlığını tələb etdikləri alqı-satqı müqaviləsi qanunvericiliyin qeyd olunan tələbləri çərçivəsində bağlanmışdır və onun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir, iddiaçıların mübahisəsi gedən qeyri-yaşayış sahəsindən faktiki istifadə etmələri həmin qeyri-yaşayış sahəsinə dair qanuni sahib olmaları anlamına gəlmir və buna əsaslanaraq qanunvericiliyin tələblərinə riayət edərək həmin sahənin satılması barədə müqavilənin, həmçinin verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi yolverilməzdir....Eyni zamanda iddiaçılar etibarsız əqdlər üzrə 1 illik kəsici müddəti də ötürmüşlər..” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4473/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.