Məhkəmə qərarları › İş №2(102)-1422/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1422/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1422/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlə), tutmanın ipoteka predmetinə yöndəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yön əldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4804/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə əsasən borcverən 140000 manat məbləğində krediti 288 ay müddətinə, illik faiz dərəcəsi 6,8% olmaqla borcalana verməyi, borcalan isə əsas borc və ona hesablanacaq faizləri bu müqaviləyə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. X1, ipoteka saxlayan "xxxx" ASC və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın satış qiyməti 210000 manat təşkil etmişdir. Əmlak dəyərinin 70000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyan özü tərəfindən, 140000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2017-ci il tarixli 115İk/17 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş vəsait hesabına ödənmişdir.

3. İpoteka predmeti xx.xx.2018-ci il tarixdə Bankın xeyrinə xx.xx.2017-ci ildən xx.xx.2042-ci il tarixinədək ipoteka ilə yüklü edilmişdir.

4. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən, o, X3 mülkiyyətində olan Abşero n rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsini və həmin sahədə yerləşən 7 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən gələcəkdə həyat yoldaşı Cavabdeh1 məxsus olacaq yuxarıda göstərilən fərdi yaşayış evinin və torpaq sahəsinin əldə edilməsindən sonra ipotekaya qoyulmasına etiraz etmədiyini, ipotekaya qoyulmuş əmlaka yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 115İK/17 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdə n 133 677,58 manat əsas, 9395,71 manat faiz, cəmi 143073,29 manat borcun və ödənilmiş 433,08 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 1000 manat xidmət haqqının tutulması, tələbin cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra cavabdehlərin tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin y uxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və bunun nəticəsində cavabdehin banka tələb olunan məbləğdə borcu yaranmışdır. 7. “Legal Prime MMC” tərəfindən təqdim olunmuş rəydə fərdi yaşayış evinin ilkin likvid dəyəri 210 000 manat, bazar qiyməti isə 215000 manat məbləğində qiymətləndirilmişdir. 8. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2022-ci il tarixinə 133677,58 manat əsas, 9395,71 manat faiz borcu olmaqla, cəmi 143073,29 manat borcu olmuşdur.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti əsasında təkrar ekspertiza təyin edilmiş və Daşınmaz Əmlakların Qiymətləndi rilməsi Xidməti MMC tərəfindən təqdim olunmuş rəydə həmin əmlakın ilkin dəyəri 200000 manat, bazar dəyəri 208000 manat məbləğində qiymətləndirilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-5476/2023 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbi təmin edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı Unibank KB ASC Cavabdeh1 müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh1 isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, belə olan halda iddia tələbi təmin edilməlidir.

13. Məhkəmənin qənaətinə görə, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi müqavil ənin vaxtından əvvəl ləğv edilməsi və borc məbləğinin Cavabdeh1 tutulması üçün əsas təşkil etmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin razılaşmasında sözügedən yaşayış evinin dəyəri 210 000 manat, "xxxx" MMC tərəfindən təqdim olunmuş rəydə fərdi yaşayış evinin ilkin likvid dəyəri 210 000 manat, Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən təqdim olunmuş rəydə həmin əmlakın ilkin dəyəri 200 000 manat məbləğində qiymətləndirildiyindən, Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin likvid dəyəri 210000 manat məbləğində müəyyən edilmişdir.

15. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqı və ipoteka predm etinin qiymətləndirilməsi ilə bağlı 1000 manat xidmət haqqı barədə qeyd etmişdir ki, xidmət haqları iddiaçı tərəfindən ödənildiyindən və iddia tələbi təmin edildiyindən həmin məbləğlər də Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli idi.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 421.2 və 739.1-ci, “İpoteka haqqında “ Azərbaycan Respublikası Qanununun 34, 39.3.3 və 59.3.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 771.1 və -ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, məhkəmə iclasında iştirakı təmin olunmamışdır. “Bildirişin qeydə alınması barədə ərizə”də bildirişin ona göndərildiyi tarix olaraq xx.xx.2021-ci il göstərilmişdir, lakin bildirişin bu tarixdə ona çatdırılmasını təsdiq edən sübut kimi məhkəməyə heç bir poçt qəbzi və s. sənəd təqdim edilməmişdir. Bundan əlavə bildirişin qeydə alınması barədə ərizə də iş materiallarına əlavə edilməmişdir. Buna görə də qanunverciliyin tələblərinə uyğun olaraq bildirişin qeydə alınması barədə ərizənin 1 iş günü müddətində təqdim edilib-edilməməsi ona bəlli olmamışdır. Birinci instansiya nəhkəməsində işə baxılan zaman ipoteka predmeti olan evin dəyərinə dair "xxxx" MMCnin təqdim etdiyi rəy əsas götürülməklə qətnamə çıxarmışdı r. Həmin rəyə uyğun olaraq, ipoteka predmetinin ilkin satış (likvid) qiymətini 210.000 manat, bazar qiymətini isə 215.000 manat müəyyən etmişdir. O, qeyd olunan qiymətləndirmə rəyi ilə razı olmamış, əmlak dəyəri göstəriləndən daha aşağı qiymətləndirilmişdir. Məhkəmə iclasında iştirak edə bilmədiyinə görə ekspertizanın təkrar keçirilməsinə dair vəsasət verə bilməmişdir. Həmin evin dəyəri verdiyi rəy üçün məsuliyyət daşımayan mütəxəssis tərəfindən deyil, ekspertin verdiyi rəy əsasında qiymətləndirilməli idi. Məhkəmə tərəflərin razılaşması və "xxxx" MMC tərəfindən müəyyənləşdirilən qiyməti əsas götürsə də, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı xidmət haqqı kimi Bank tərəfindən "xxxx" MMC-yə ödənilmiş 1000 manatın ondan tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. O, əsas və fai z borcu ilə razı olmamış, hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. İddiaçı “iddia tələbi irəli sürməmişdən əvvəl pretenziya qaydasına əməl etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinin tələblərini pozaraq mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdir. Yəni, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ona məlumat verməli idi.

19. Apellyasiya baxışı zamanı 2(103)-4804/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzinin 15 noyabr 2023-cü il tarixli, 9/7521 saylı rəyi ilə əsas borcun məbləği 134.365,1 manat, faiz borcunun məbləği 8836,02 manat müəyyən edilmiş dir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4804/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 9395,71 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 tutulacaq faiz borcunun məbləği 8836,02 manat müəyyən edilmiş və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunu mübahisələndirmişdir.

22. Ekspert rəyi ilə müəyyən edil miş əsas borcun məbləği tələb həddini aşdığından məhkəmə kollegiyası əsas borcun məbləğini birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə, yəni tələb həddində tutulmalı olduğunu qanuni və əsaslı hesab etmişdir.

23. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı isə ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 9395,71 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği 8836,02 manat müəyyən edilməli idi. Nəticədə cavabdehdən əsas borca görə 133 677,58 manat, faiz borcuna görə 8836,02 manat olmaqla, cəmi 142 513,6 manat pul tutulmalı idi.

24. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakın göstəriləndən daha aşağı qiymətləndirilməsinə dair apellyasiya şikayətinin digər dəlilin ə münasibətdə isə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iki dəfə əmlakın qiymətləndirilməsi aparılmışdır. "xxxx" MMC-nin rəyinə uyğun olaraq ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 210000 min manat, bazar qiyməti isə 215000 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli rəydə isə Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 208000 manat, likvid dəyəri isə 200000 manat təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 1000 manat təşkil etmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, təqdim olunmuş rəylər arasında əmlakın qiyməti ilə bağlı cüzi fər q olmuşdur. "xxxx" MMC-nin rəyi daha dolğun əsaslandırılmış olduğundan birinci instansiya məhkəməsi həmin rəyi əsas götürmüş və ipoteka predmetinin qiymətini rəyə uyğun müəyyən etmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1,421.2 və 739.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkili-Vəkil) kassasiya şikayəti verərək, qətnamənin apellyasiya şikayətinin təmin olunmayan hissəsində ləğv edilib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təqdim etdiyi rəy ilə razı olmamışdır. Belə ki, həmin rəyə əsasən ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 210.000 manat, bazar qiyməti isə 215000 manat müəyyən edilmişdir. Lakin ipoteka predmeti olan yaşayış evi göstərilən qiymətlərdən daha artıq maddi dəyərə malik olmuşdur. Bunu isə başqa sübutlarla yox, iş materiallarında olan 27 dekabr 2017-ci il tarixli, 115İK İ/17 №-li alqı-satqı və İpoteka müqaviləsi ilə müəyyən etmək olardı. Belə ki, ipoteka müqaviləsinin 1.4-cü bəndində daşınmaz əmlakın satış qiymətinin 210.000 manat olması müəyyən edilmişdir. Hamıya bəlli olan hal ondan ibarət olmuşdur ki, keçən müddət ərzində ölkə bazarında torpaq və daşınmaz əmlakın dəyəri qat-qat qalxmışdır. Ona görə də, hesab etmişdir ki, qeyd olunan torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin dəyəri yenidən q iymətləndirilməli və obyekiv rəy qoyulmaqla hərraca çıxarılmalı idi. Bundan başqa, hesab etmişdir ki, faiz borcumun məbləği yenə də düzgün hesablanmamışdır. Buna görə də, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri idi. Qeyd edilənlərdən əlavə bildirmişdir ki, "xxxx" MMC-nin təqdim etdiyi mütəxəssis rəyində təqdimatın dəyərinin 300 manat kimi göstərilmiş, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin təqdim etdiyi rəydə də xidmət haqqı 300 manat kimi göstərilmişdir. (kassasiya şikayətinə əlavə olunmuşdur). Bu halda iddiaçı bankın ödəniş tapşırığından da olduğu kimi 1.000 manat məbləğində ödəniş etməsi həmin məbləği məhkəməyə təqdim etdiyi iddia ərizəsində ondan tələb etməsinə əsas verə bilməzdi. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmət i MMC keçirdiyi qiymətləndirmənin dəyərini 300 manat müyyənləşdirmişdisə və ödənilməli məbləğin 300 manat olmasını müəyyən etdiyi halda “Unibank K B ” A SC həmin 1000 manat tələb etməsi düzgün olmamışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsi və həmin qətnaməni qeyd olunan hissədə dəyişdirmədən saxlayan apellyasiya instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də qanunsuz və əsassız hesab etmişdir.

29. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4 və 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 207.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüq uq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

34. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir.

35. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndi ricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

36. Maddə 59.3.1. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

1. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

2. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilən zaman onun əmək qabiliyyətini müvəqqəti itirmiş vəziyyətdə olması iddiaçı tərəfindən təqdim olunmuş tiddi sənədlərlə öz təsdiqini tapır ki, bu da əmək müqaviləsinin ləğv olunması qadağan edilən haldır.

3. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

4. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4804/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar