Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1423/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar X4 və İddiaçı Cavabdeh oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1423/2023 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar X4 və İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4042/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından Cavabdeh oğlu (V əkil) tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın, 7.000 manat məbləğində pulun, məhkəmənin hesabına köçürdüyü 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. X1 iddiaçı qismində cəlb olunmuşdur.
3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, cavabeh Salyan rayonundandır və Bakı şəhərində yaşayır. Səmimi və mehriban münasibətləri var. 2020-ci ilin yanvar ayında cavabdeh ona vacib pul lazım ol duğunu bildirmiş və bir ay müddətində qaytaracağını demişdir. İddiaçı və həyat yoldaşı ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov 21 ünvanında onunla görüşmüş, borc istədiyi 5.000 manat məbləğində pulu cavabdehə vermişdir. Bir aydan sonra ona pulun qaytarmasını bildirəndə birazda gözləməyini xahiş etmişdir. Bir ay bir ili də ötmüş, indiyə qədər tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmır. Hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsi şikayəti əsasında araşdırma aparmış və ona bildirmişlər ki, cavabdeh borc aldığını etiraf edir və söz verir ki, qaytaracaqdır, məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Mövcud mübahisəli işdə cavabdeh ona borclu olduğu 5.000 manat məbləğində də da xil ümumilikdə 2.000 manat, cəmi 7.000 manatla bərabər ödədiyi dövlət rüsumu 30 manat və 1 manat xidmət haqqı da daxil olmaqla onlara ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2022 saylı, 27 yanvar 2022ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh oğlundan 5.000 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının tutularaq X4 və İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 2(103)-4042/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “Cavabdeh oğlundan 5.000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq X3 və İddiaçı ödənilməsi” hissəsində ləğv olunması və müvafiq hissədə yeni qətnamə çıxarılması, həmin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh oğlundan əsassız varlanma obyekti olan 5.000 manat, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı, yəni cəmi 5.031 (beş min otuz bir) manatın tutularaq X3 ödənilməsi qət edilmiş, iddia tə ləbi qalan hissədə təmin olunmamışdır.
7. Qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verilmədiyinə görə qətnamə icraya yönəldilmişdir. 8. 08 dekabr 2022-ci il tarixdə Cavabdeh oğlunun nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti elektron kabinet vasitəsilə sistemə yüklənmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4042/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi şikayəti qaytararkən qərardadda qeyd etmişdir ki, Cavabdeh oğlunun nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyindən, şikayət geri qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh oğlunun iştirakı ilə elan olunmuş, xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayəti isə, yuxarıda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixdə elektron sistemə yüklənmişdir. 11. 28 dekabr 2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yenidən kassasiya şikayəti, habelə prosessual müddətin bərpa olunmasına dair ərizə verilmiş, ərizədə elektron kabinetinin olmadığını və kabinetdən istifadə etmədiyini, qətnamənin ona xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edildiyini, buna görə də müddətin bərpa edilməli olduğunu qeyd etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4042/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı il ə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçinin, müddəti ötürməsinin üzrlü səbəbi kimi göstərdiyi hal iş materialları ilə təkzib olunur və o, müddəti ötürməsinə haqqı qazandıracaq digər hər hansı sübut təqdim etməmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 135.5, 135.6, 135.7, 405.0.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Qərardaddan cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişd ir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsə heç bir SMS bildirişi daxil olmamışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh oğlunun iştirakı ilə elan olunmuş, xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Lakin, bu barədə şəxsə SMS və ya elektron poçt məlumatı bildirişi getdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4042/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadında belə öz əksini tapmır. Qətnamə cavabdehə verilmədiyindən xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin verilməsini xahiş etmişdir. Bundan sonra qətnamə ona xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə vəkili tərəfindən kassasiya şikayəti elektron sist emə yüklənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şə xslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.
21. Maddə 402.1. Mülki işlər üzrə qəbul e dilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
22. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və ka ssasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r.
26. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
27. Maddə 408.1.5. Kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
32. Qeyd olunmalıdır ki, cavabd eh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müddətin bərpası barədə ərizəsini və kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə almadığı ilə əsaslandırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixli qətnamə Cavabdeh oğlunun iştirakı ilə elan olunmuş, xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayəti isə, yuxarıda qeyd olunduğu kimi, qətnamənin elektron kabinetinə yerləşdirilməsindən sonra qanunla müəyyən olunmuş 2 aylıq müddət ötürülməklə, xx.xx.2022-ci il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun elektron kabinetinə yerləşdirilməsindən 5 aydan sonra elektron sistemə yüklənmişdir. Buna baxmayaraq cavabdeh qətnamədən müddətin bərpası barədə ərizəsində kassasiya şikayəti vermə müddətinin ötürməsinin səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətnamənin xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsini əsas gətirərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi qənaətinə gəlmişdir.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilm əsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
35. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 36. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mİ ÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunma z səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
38. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
39. Hazırki iş üzrə isə müəyyən olunur ki, cavabdeh kassasiya şikayətini onun elektron kabinetinə yerləşdirilməsindən 5 aydan sonra elektron sistemə yüklənmiş və MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.
40. Cavabdeh kassasiya şikayətində elektron kabinetinin olmadığını və kabinetdən istifadə etmədiyini qeyd etsə də, iş materiallarından müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini məhz özünə məxsus elektron sistem vasitəsi ilə vermiş, həmin şikayətində özünə aid olan “mailto:alisafa-aliyev@mail.ruElektron ünvan ” elektron poçt ünvanı və ***-***-**-** nömrəli möbil nömrəsinin olması barədə məlumatları yerləşdirmişdir.
41. Həmçinin cavabdeh kassasiya şikayətində xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin verilməsini xahiş etməsini, bundan sonra qətnamənin ona xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edilməsini qeyd etsə də, bununla bağlı, sübutları araşdırmaq səlahiyyəti olan apellyasiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.
42. Bu səbəbdən kassasiya şi kayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməməsi və bərpasından imtina edilməsi, kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4042/2022 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.