Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1424/2024 28.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: işi kassasiya baxışından çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6480/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜ ƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6480/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, həmin qərardad ləğv edilməli və iş baxışdan çıxarılmalıdır. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və nəticə etibarilə apellyasiya instansiyası məhkəməsində iddiaçının şikayətinə baxılmamışdır. Beləlikə, iddiaçının apelyasiya məhkəməsi tərəfindən təmin olunmamış tələbi mövcud olmadığından, onun kassasiya şikayəti vermək hüququ yoxdur. Bel ə ki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Belə olan halda, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasi ya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 403 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6480/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 1 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1424/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-1424/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver