Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1425/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7171/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 336659 saylı texniki pasporta əsasən, mühərrikin nömrəsi EB51510 olan “Ford Kuqa” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsus olaraq onun xüsusi mülkiyyətindədir. 25 avqust 2021-ci ildə təxminən saat 16 radələrində “Ford Kuqa” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobili iddiaçının oğlu X2 idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh1 idarə etdiyi “Toyota Camry” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş və nəticədə iddiaçının avtomobilinə ziyan vurmuşdur. 2. xx.xx.2021-ci il tarixli, İXP ******* İnzibati Xəta haqqında Protokol və TP ******* nömrəli İnzibati Tənbeh verm ə haqqında Qərarla müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində “X6” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 3. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 130564 №-li “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi”nə dair Hesabata əsasən **-ED-*** dövlət nömrə nişanlı, “Ford Kuqa” markalı nəqliyyat vasitəsinə çəkilən cəmi xərc 11.606,60 (on bir min aitı yüz altı manat, altmış qəpik) təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üz ündən ona dəyən maddi zərərin əvəzinin ödənilməsi üçün 7.676,20 manat pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYPİ-nin verdiyi 336659 №-li, texniki pasporta əsasən, EB51510 №-li mühərriki olan **-ED-*** dövlət nömrə nişanlı FORD KUGA markalı maşın iddiaçıya məxsus olaraq onun şəxsi mülkiyyətindədir. 25 avqust 2021ci ildə təxminən saat 16 radələrində həmin avtomaşını oğlu X2 idarə edərkən Sabunçu RPİ DYPS ərazisində Bilgəh qəsəbəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh1 Toyota Camry markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə onun mülkiyyətində olan EB51510 №-li mühərriki olan **-ED-*** dövlət nömrə nişanlı FORD KUGA markalı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Hadisə yerinə "xxxx" ASC cəlb edilmiş və sığorta şirkətinin mütəxəssisləri tərəfindən müvafiq qiymətləndirilmə aktı tərtib edilmişdir. Həmin qiymətləndirilmə aktına əsasən avtomobilə dəyən ziyan 11606 manat kimi müəyyən edilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi Toyota Camry markalı **-EF-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri olması Sabunçu Rayon DYPŞ xx.xx.2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “ Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən 5000 manat məbləğində müəyyən edilmişdir. Belə ki, sığorta şirkəti tərəfindən ona 3929.8 manat pul ödənilmişdir. Sığorta ödənişinin qalan 1070,20 manat hissəsi isə dövlətə dəyən ziyanın ödənilməsinə yönləndirilmişdir. Göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, ona dəyən ziyanın 7676,20 manat məbləği bugünə qədər Cavabdeh1 Rauz qızı tərəfindən ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2022-ci il tarixli, 9/9366 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Ford Kuga” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9750,0 (doqquz min yeddi yüz əlli) manat müyyən edilmişdir.
7. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 2(006)-538/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 5.825 (beş min səkkiz yüz iyirmi beş) manat məbləğində maddi zərərin və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi vurulan maddi ziyanın ödənilməsi hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sübutlardan və ekspert rəyindən də aydın olur ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədilmiş və “Ford Kuga” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə müəyyən məbləğdə maddi ziyan dəymişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 101.7, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassız və ədalətsizdir. Belə ki, o, iddiaçıya onun avtomobilini təmir etdirməyi, əlavə yaranacaq xərcləri öz öhdəsinə götürməyi və yalnız sığorta şirkətinin iddiaçıya ödədiyi sığorta məbləğini servis mərkəzinə ödəməyi təklif etmiş, iddiaçı isə bu təklifdən imtina etmiş və bildirmişdir ki, o, avtomobili öz istədiyi servis mərkəzində təmir etdirmək niyyətindədi r. O, bununla razılaşmayaraq bildirmişdir ki, iddiaçının servis mərkəzinin tərtib etdiyi smeta reallığı əks etdirmir və qiymətlər şişirdilmişdir. Eləcə də məhkəmə dəyən zərərin müəyyən olunmasında da yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə tərəfindən təyin olunan ekspertizanın nəticəsinə əsasən iddiaçıya dəyən zərərin məbləği 9.750 manat şəklində qiymətləndirilmiş, lakin iddiaçının özünün təqdim etdiyi servis mərkəzinin görüləcək işlər üzrə təyin etdiyi smeta dəyəri 8.735 manatdır. Bu hal da ekspert rəyinin dəqiqliyinə şübhə doğurur. Məhkəmə isə smetanı əks etdirən sənədi nəzərə almamış, ekspert rəyi və həmin sənəd arasında müqayisə aparmadan birbaşa olaraq rəyi əsas götürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) 29 noyabr 2022-ci il tarixli, 2(103)7171/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki,məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, iş materialları və digər sübutlarla tam təsdiqini tapmışdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il t arixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
16. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh1 idarə etdiyi “Toyota Camry” minik markalı **-EF-*** dövlə t qeydiyyat nişanlı avtomobilin İddiaçı məxsus “FORD KUGA” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
17. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində iddiaçının servis mərkəzinin tərtib etdiyi smetanın reallağı əks etdirmədiyini və qiymətlərin şişirdildiyini, məhkəmənin dəyən zərərin müəyyən olunmasında yanlışlığa yol verdiyini bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
18. Eyni zamanda, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin iş üzrə təyin edilmiş ekspertizanın rəyinin dəqi qliyinə şübhə doğurması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin yol nəqliyyat hadisəsi törətməsi onun İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olması barədə Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında TP ******* №-li, xx.xx.2021-ci il tarixli qərarla və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır.
19. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin iş üzrə ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.
20. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
22. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndir mə aparılmış,müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 386, 1096, 1097, 1108, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(103)-7171/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayətdə Mülki Məcəllənin 21.3, 1108.1 və 1115-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinin pozulduğu bild irilərək qeyd olunmuşdur ki, işin faktiki hallarından məlum olduğu kimi avtomobili idarə edən iddiaçının oğlu - X2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmiş və nəticədə Cavabdehin qəza törətməsinə səbəb olmuşdur. Belə ki, inzibati xəta haqqında protokolla cavabdehin inzibati xətanı törətməsi təsdiq olunsa da, məhkəmə nəzərə almalı idi ki, avtomobili idarə edən İddiaçının oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etməklə inzibati xəta törətmiş və qəza şəraiti yaratmışdır. Bununla bağlı həmin şəxs barəsində inzibati tənbeh tədbiri də tətbiq olunmuşdur. Bu halda yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusunu cavabdeh törətmiş olsa da, məhkəmə İddiaçının mülkiyyətində olan avtomobili idarə edən şəxsin qəsdini n əzərə almalı və Cavabdehi zərəri ödəməkdən azad etməli idi. Cavabdeh Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərəri ödəmək vəzifəsi daşımasa da, tərəflər arasında aparılan məhkəməyə qədər danışıqlara uyğun olaraq cavabdeh İddiaçının avtomobilini təmir etdirməyə razı idi. İddiaçı isə istədiyi pulu əldə edə bilməyəcəyi üçün bu təklifdən imtina etmişdi. Bu halda məhkəmə nəzərə almalı idi ki, baş vermiş qəza nəticəsində Cavabdehin də avtomobilinə ciddi ziyan dəymiş və avtomobil yararsız hala düşmüşdür. Belə olduqda, onsuz da maddi olaraq zərərdə olanda Cavabdehin vəziyyəti məhkəmə qərarı ilə daha da ağırlaşmışdır. Apellyasiya instansiyası məhkəməsi dəyən zərərin məbləğinin müəyyən olunmasında da yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə tərəfindən təyin olunan ekspertizanın nəticəsinə əsa sən iddiaçıya dəyən zərərin məbləği 9750,00 manat şəklində qiymətləndirilmişdir. Lakin iddiaçının özünün təqdim etdiyi servis mərkəzinin görüləcək işlər üzrə təyin etdiyi smeta dəyəri 8735,00 (səkkiz min yeddi yüz otuz beş) manatdır (smeta qoşma şəklində əlavə olunur). Bu hal ekspert rəyinin dəqiqliyinə şübhə doğurur. Məhkəmə isə smetanı əks etdirən sənədi nəzərə almamış, ekspert rəyi və həmin sənəd arasında müqayisə aparmadan birbaşa olaraq rəyi əsas götürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zər ərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
30. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
35. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşı yan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətinə apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apelly asiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hü quqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli 2(103)7171/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.