Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1426/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızı, Ərizəçi vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2(105)-3804/2018 saylı qətnaməsindən Ərizəçi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(060)-3742/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.A.Məmmədov) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qanuni sahibliyində, istifadəsində olması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, ünvan 1 ünvanda yerləşən 211 kv.metr torpaq sahəsinin ərizəçinin qanuni sahibliyində, istifadəsində olması faktının müəyyən edilməsi və qətnamənin ərizəçinin həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməsi qət edilmişdir. Maraqlı şəxs Sumqayıt bələdiyyəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2(105)-3804/2018 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, F.G.Zeynallı və A.Ə.Abbasov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə rədd olunmuşdur. Ərizəçi və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki,ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı “torpaq sahəsinin qanuni sahibliyində, istifadəsində olması faktının müəyyən edilməsi” barədə iddia qaldırmış və ərizəsini onunla əsaslandırmışdır ki, ************ massivində yerləşən *************** saylı bağ sahəsi ailəsinə məxsusdur. Bağ sahəsi 1988-ci ildən bu vaxta kimi ailəsinin istifadəsindədir. Onların bağ sahələrinin qarşısında olan 211 kv.metr torpaq sahəsi də həmin tarixdən faktiki istifadəsindədir. Belə ki, göstərilən torpaq sahəsi ai lələrinə məxsus bağ sahəsi qarşısında yerləşdiyindən həmin sahəni o, zibildən təmizləmiş, yenidən zibillənməsinə imkan verməmişdir. Artıq uzun illərdir ki, 211 kv.metr torpaq sahəsindən faktiki o, istifadə edir. Orada yaşıllıq salmış, müxtəlif meyvə ağacları əkmişdir. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi, Sumqayıt bələdiyyəsi və H6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Ərizəçi vəkili Vəkil izahatını di nləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxararkən, ərizənin təmin edilməsi üçün əsasların olmamasına, ərizəni təmin etməklə birinci instansiya məhkəməsin in maddi, prosessual hüquq normalarının tələblərini pozmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, 55, 56-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, “bağ sahəsinin, tikililərin uzunmüddətli icarəyə verilməsinə da ir” 23 iyun 1989-cu il tarixli müqaviləyə əsasən ************ massivində yerləşən ***********saylı, 0,12 ha torpaq sahəsi R6 icarəsinə verilmiş və müqavilənin müddəti 29 iyun 1999-cu il tarixədək müəyyən edilmişdir. 02 iyun 1990-cı il tarixdə Ərizəçi rəsmi nikah əsasında R6 ailə qurmuş və 27 iyul 2009-cu il tarixdə sonuncu ölmüşdür. 13 mart 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Sumqayıt şəhəri, ***************** massivində yerləşən, ************ saylı, 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Rüzgar Əliyevin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ- torpaqlar üzərində qanunla və müqavilə ilə müəyy ən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam ver ilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Göründüyü kimi, torpaq sahəsi üzərində hər hansı hüququn yaranması üçün qanunvericilik torpaq mülkiyyətçisinin qərarını, onunla alqı-satqı müqaviləsinin bağlanmasını və digər əsasları müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun yaranması üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olması məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində o lan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə görə, dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxs lərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 17-ci bəndinə görə, bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda, 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Həmin Əsasnamənin 21-ci bəndinə görə, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydaları”nın 8-ci bəndinə əsasən, satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdi yyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Qanunvericiliyin tələbindən də görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı fiziki şəxsə verilməsi üçün bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə olmalıdır. Hazırki işdə bələdiyyənin qərarı və müqavilə (akt) mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə u yğun deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında ərizəçinin məhkəmədən kənar qaydada müvafiq orqanlardan torpaq sahəsinə dair zəruri sənədləri ala bilməməsini təsdiq edən hər hansı sübut növü mövcud deyil və birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini də pozmuşdur. İş materiallarında olan ünvan 1 0,12 ha torpaq sahəsinin planından görünür ki, ərizəçinin qanuni sahibliyində və istifadəsində olma faktının müəyyən edilməsini xahiş etdiyi 211 kv.metr torpaq sahəsi R6 məxsus bağ sahəsinin qarşısından keçən yolun digər hissəsində yerləşir və həmin 211 kv.metr torpaq sahəsi zəbt edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən hala əhəmiyyət verməmiş, zəbt edilmiş torpaq sahəsinin ərizəçinin qanuni sahibliyində və istifadəsində olması faktını müəyyən etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı müna sibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Ərizəçinin 14 may 2018-ci il tarixdə poçtla Ali Məhkəməyə daxil olmuş ərizəsinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, ərizəçinin adından daxil olmuş həmin ərizədə mübahisənin məhkəmədən kənar qayadada öz həllini tapdığı üçün iddia ərizəsinin geri qaytarılması və iş üzrə xitam verilməsi xahiş olunsa da, Ərizəçi adından ərizənin nümayəndə S6 tərəfindən imzalandığı göstərilsə də, ərizəyə sonuncunun səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Bu səbəbdən də ərizə qəbul edilməmiş və mülki iş üzrə sonrakı prosessual hərəkətlər davam etdirilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Ərizəçi və vəkili Vəkil kassasiya şikayətitəmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 16 oktyabr 2018-ci il tarixli, 2(105)-3804/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1426/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1426/2019
31.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver