Məhkəmə qərarları › İş №2(102)-1426/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1426/2022

17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1426/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXXnun cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ № 2(102)-1426/22 (Açar sözlər: delikt nəticəsində vurulmuş zərərə görə pul tələbi) Bakı şəhəri, 17 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı XXXnun cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5501/2021 nömrəli, 09.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xəzər Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin hökmə göpə Rəşad İsayev, 14 aprel 2018-ci il tarixdə saat 09:25 radələrində nəqliyyat vəsitəsini idarə etmək hüququ olmadan, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi, ölkə ərazisində nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş bir ay müddət bitərək texniki cəhətdən saz olan “Daevoo” markalı, dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobusu ilə Mərdəkan-Bakı şosse yolu ilə Bakı şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozub qəza şəraiti yaratmış, baş vermiş yol nəqliyyat hadisəsinin nəticəsində XXXnun mülkiyyətində olub X5 tərəfindən idarə edilən, "X7” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2018-ci il tarixli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “My Auto” Servis Mərkəzinin 20.05.2018-ci il tarixli aktındakı məlumatlara əsasən 2015-ci il buraxılışlı, “X7” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 173302,00 manat müəyyən edilmişdir.

3. XXX hadisə nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi əsası ilə hazırki mübahisəni başl atmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı XXX cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “X7" markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, yəni avtomobilin təmir-bərpa xərcinin əvəzi kimi 173302 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 173332 manat məbləğində vəsaitin cavabdeh "xxxx" MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 2(004)1589/2020 saylı, 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 1096.1-1096.2-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmünün dəyişdirilməyən hissəsindən müəyyən edildiyi kimi, “Daevoo” markalı, **-TG-*** dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobusunun mülkiyyətçisi "xxxx" MMC olmuş və MMC yüksək təhlükə mənbəyinin iradəsinə zidd, Rəşad İsayevin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirə bilməmişdir. Ona görə də, iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyan cavabdeh MMC tərəfindən ödənilməlidir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və komm ersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə üçün qeyd edilən hökm üstün hüquqi qüvvəyə malikdir.

8. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Babayev sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) 2(103)-6485/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1589/2020 saylı, 01 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi yanlış olaraq mübahisəyə Mülki Məcəllənin 1099-cu maddəsini tətbiq etmiş, bununla da tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 1099-cu maddə yüksək dərəcəli məsuliyyəti nəzərdə tutmaqla, işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntularına görə məsuliyyətini tənzimləyir. Başqa sözlə qanunverici, işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə həmin işçinin əmək müqaviləsi münasibətində olduğu, yaxud mülki hüquq müqaviləsi əsasında iş gördüyü hüquqi və ya fiziki şəxsin üzərinə zərəri ödəmək vəzifəsini qoymuşdur. Mülki Məcəllənin 1099-cu maddəsinin mənasına görə, əmək müqaviləsi üzrə işləyən işçinin vurduğu zərəri işəgötürən yalnız zərəri işçinin əmək (qulluq, mənsəb) vəzifəsinin icrası zamanı vurduğu hallarda ödəyir, əmək vəzifələrinin ic rası deyildikdə isə, həm əmək müqaviləsi ilə müəyyənləşdirilmiş fəaliyyət, həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin iş və istehsal zərurəti ilə bağlı işəgötürənin verdiyi tapşırığın yerinə yetirilməsi üzrə fəaliyyət başa düşülməlidir. Hazırki işdə isə, yol-nəqliyyat hadisəsini törətmiş Rəşad İsayevlə "xxxx" MMC arasında əmək müqaviləsinin bağlandığı, onların arasında əmək münasibətlərinin olduğu və hadisə baş verən zaman onun əmək vəzifəsini icra etməsi barədə heç bir sübut yoxdur.

11. Qətnamədən iddiaçı XXX kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2725/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qərarı ilə (Ə.Nurməmmədov – sədrlik edən və məruzəçi, A.Hüseynov, İ.Xələfov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-783/2019 nömrəli, 03 sentyabr 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Rəşad İsayevin törətdiyi cinayət əməli nəticəsində iddiaçı XXXnun mülkiyyətində olub X5 tərəfindən idarə edilən, "X7” markalı, **OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi baxılan işin mübahisələndirilməyən hallarıdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən işdə olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməyərək prosessual pozuntuya yol vermişdir. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Belə ki, işə əlavə edilmiş hökmlə müəyyən edilmişdir ki, “...şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, adı Hümmətəli olsa da, hər kəs onu Mehti kimi tanıyıb çağırır. Hal-hazırda "xxxx" LTD MMC-də dəstə rəisi vəzifəsində çalışır. Şirkətdə avtobusların qaimə və cədvəllərini gündəlik olaraq o tərtib edir. 14 aprel 2018-ci il tarixdə qarajda sürücü çatışmadığından özünü də cədvələ salmışdır. Həmin qarajda 171, 214, 160 və 144 saylı marşrut avtobusları cədvəl üzrə işə çıxırlar. Özünü də cədvələ saldığından o, **-TG*** dövl ət nömrə nişanlı, 171 saylı marşrut avtobusunu idarə etməyə başlamışdır. O, səhər saat 07 radələrində işə başlamışdır. Bir dövrədən sonra o, qaraja qayıtmışdır.. Ailədə problemləri olduğundan o, tanıdığı Rəşad adlı şəxsi çağırıb marşrut avtobusunu bir dövrə idarə etməyə ona vermişdir.

16. Hökmdə həmçinin qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus 01 dekabr 2017-ci il tarixdən 31.12.2017-ci il tarixədək olan yol vərəqəsindən görünür ki, A3928229 BCDE sürücülük vəsiqəsi ilə İsayev Rəşad “Daevoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla marşrut qrafiki üzrə hərəkət etmişdir. İş materiallarına əlavə edilmiş 2017-ci ilin noyabr və dekabr ayları üçün R.İsayevə verilmiş X6 Kitabçalarından görünür ki, o, yola çıxmaq üçün tibbi müayinədən keçmişdir. İş materiallarına əlavə edilmiş 2018 -ci ilin aprel ayı üçün R.İsayevə verilmiş X6 Kitabçasından görünür ki, həmin ay üçün ona ona kitabça verilmiş və hadisənin törədildiyi gün, yəni 14.04.2018-ci il tarixdə tibbi müayinədən keçərək marşrut qrafiki üzrə yola çıxmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi bu hallara qiymət verməmiş, yolnəqliyyat hadisəsini törətmiş şəxs Rəşad İsayevlə cavabdeh MMC arasında əmək müqaviləsinin olmaması əsası ilə onun MMC-nin işçisi olmaması qənaətinə gəlmiş, lakin sadalanan sübutlara hüquqi qiymət verərək Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından Rəşad İsayevin cavabdeh MMC üçün mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olub-olmadığını müəyyən etməmişdir.

18. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Rəşad İsayevin məhkum olunmasına dair cinayət işi, həmçinin ha zırkı mülki iş üzrə materiallara görə cavabdeh MMC-yə məxsus “Daevoo” markalı avtobus 14 aprel 2018-ci il tarixdə Rəşad İsayevin qanunsuz sahibliyində, istifadəsində və istismarında olmuş (avtobusu idarə etməyə sənədləri, yol vərəqəsi, etibarnamə, Azərbaycan Respublikasında tanınmış sürücülük vəsiqəsi və sair olmamışdır), lakin həmin avtobusun Rəşad İsayev tərəfindən MMC-nin sahibliyindən hüquqa zidd götürülüb-götürülməməsini məhkəmə müəyyən etməmişdir. Halbuki, həmin halın müəyyən olunması MM-nin 1108.2-ci maddəsinin tələbləri baxımından işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Məmmədov sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və V.İbayev) 2(103)-5501/2021 nömrəli, 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5784/2018 nömrəli, 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi R.İsayevin cavabdeh MMC-nin işçisi olması barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, R.İsayev ilə cavabdeh MMC arasında “Əmək müqaviləsi” bağlanmamış, onların arasında əmək münasibətləri olmamışdır. Bununla yanaşı, Apellyasiya Məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya vurulmuş zərər cavabdeh MMC tərəfindən ödənilməlidir. Çünki, işin hallarından mübahisəsiz olaraq təsdiq edilir ki, yüksək təhlükə mənbəyi ola n nəqliyyat vasitəsinin – “Daevoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi hazırki iş üzrə cavabdeh MMC-dir və MMC-nin vəzifəli şəxsi buna heç bir qanuni əsas olmadan avtobusun idarə edilməsini R.İsayevə həvalə etmişdir.

21. Vurulmuş ziyanın məbləği ilə bağlı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, R.İsayevin təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının verdiyi 15.01.2018-ci il tarixli, 31113 saylı rəy ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 173.302 manat məbləğində vəsait tələb olunur. Həmin rəyi şübhə altına ala biləcək sübutlar MMC tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MMC iddiaçıya vurulmuş ziyanın məbləğini ümumiyyətlə m übahisələndirmir. Odur ki, Məhkəmə hesab etmişdir ki, işə baxmış Rayon Məhkəməsi həmin rəyi etibarlı sübut kimi qiymətləndirərək iddiaçıya vurulmuş zərəri rəyə uyğun olaraq 173.302 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur.

22. Cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh "xxxx" MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, cinayət işinin materiallarında olan şahid X1 ifadəsindən görünür ki, yol-nəqliyyat hadisəsi həmin şahidin təqsiri nəticəsində baş vermişdir. Avtobusun idarə edilməsi üçün Rəşad İsayevə verilməsi barədə MMC-nin məlumatı olmamışdır. Rəşad İsayev avtobusa qeyri-qanuni olaraq yiyələnmişdir. Buna görə də, cavabdeh kimi pulun tutulması MMC-dən tələb edilə bilməz. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasayd ı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1099.1-ci və 1 099.2. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdə n və i.a. istifadə edilməsi; tikinti əaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

31. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin m ənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə v ə kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 3

9. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

43. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etməklə, müvafiq araşdırma aparmış, iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmışdır.

44. Ali Məhkəmənin göstərişinə əsasən, apellyasiya instansiyası məhkəməsinin baxış predmeti bundan ibarət idi ki, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin Rəşad İsayev tərəfindən MMC-nin sahibliyindən hüquqa zidd götürülüb-götürülməməsi müəyyən edilməlidir.

45. Apellya siya məhkəməsi tərəfindən aparılan araşdırmalar nəticəsində belə nəticəyə gəlinmişdir ki, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin – “Daevoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibinin hazırki iş üzrə cavabdeh MMC olması və MMC-nin vəzifəli şəxsinin buna heç bir qanuni əsas olmadan avtobusun idarə edilməsini R.İsayevə həvalə etməsi işin mübahisəsiz halıdır və həmin hallar cinayət işindəki materiallarla öz təsdiqini tapır.

46. Hökmlə müəyyən edilmişdir ki, marşurut avtobusu əvvəllər mütəmadi olaraq onu idarə etmiş R.İsayevə şirkətin məsul şəxsi tərəfindən verilmişdir. Yəni, marşrut avtobusunun hadisəni törətmiş R.İsayevin hüquqa zidd hərəkətləri nəticəsində şirkətin sahibliyindən ələ keçirərək idarə etməsi təsdiq olunmamışdır. Əksinə, şirkətin səlahiyyətlisi öz ü təsdiq etmişdir ki, avtobusu R.İsayevə idarə etmək üçün təhvil vermişdir.

47. Mülki Prosessual Məcəllənin tələblərinə (§34) əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

48. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri işin faktiki halları ilə bağlıdır ki, MPM-yə əsasən (§38, §39), Ali Məhkəmə işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. O cümlədən, hazırkı kassasiya şikayətində əvvə llər irəli sürülməyən və məhkəmə baxışlarının predmeti olmayan yeni dəlillər irəli sürülməsi də qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, işin faktiki halları ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən araşdırılır.

50. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tar ixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5501/2021 nömrəli, 09.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar