Məhkəmə qərarları › İş №2(102)-1426/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1426/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1426/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və maddi ziyan tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6888/2023 nömrəli mülki iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra - iddiaçı) "xxxx" MMC arasında əldə edilmiş razılıq əsasında iddiaçı, endirimli qiymətlərlə çörəyin satışından əldə edilmiş pul vəsaitlərini həmin məntəqələrdən şəxsən alaraq müəssisəyə təhvil vermişdir. İddiaçı MMC-nin rəsmi işçisi olmamışdır.

2. Sabunçu rayon prokurorunun böyük köməkçisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçının müraciəti ilə əlaqədar toplanmış 193 C-21 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir.

3. Həmin qərara əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qəbul etdiyi çörəyə görə 4992,89 manat, 11 saylı cəz açəkmə müəssisəsinin 6173,23 manat, 16 saylı cəzaçəkmə müəssisəsinin 2081,5 manat, 3 saylı istintaq təcridxanasının 3464,72, 6 saylı cəzaçəkmə müəssisəsinin 3897,98 manat, 9 saylı cəzaçəkmə müəssisəsinin 5004,9 manat borcu yaranmış, həmin borcdan 4400 manat ödənilmiş və qalıq borc 11.483,56 manat olmuşdur. 4. "xxxx" MMC-nin (“Bakıxanov çörək zavodu”nun) aidiyyəti əməkdaşları, o cümlədən Cavabdeh (bundan sonra-cavabdeh) tərəfindən Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət edilərək bildirilmişdir ki, təxminən 1 ildən artıqdır ki, iddiaçıya və Ehtibar adlı şəxsə nisyə çörək vermişlər, həmin şəxslər hər ay çörəklərin ödənişini etmişlər. Yanvar-fevral aylarında ödənişləri tam etmədikləri üçün 11483 manat borc yaranmışdır. Bu borcu ödəyə bilmədiyi üçün, pulu xərclədiyinə görə ona bildirmişdir ki, pul un müqabilində “Daewoo Gentra” minik markalı avtomobilini (bundan sonra mübahisəli avtomobil) borc əvəzi 10.000 adına keçirməyə razılıq verir. xx.xx.2021-ci il tarixdə notariat qaydada etibarnamə alınmış, qalan pulu isə 3 gün ərzində ödəyəcəyini bildirmişdir. Daha sonra iddiaçı ona mesaj yazaraq, aldadıldığını və avtomobilinin əlindən alındığını bildirmiş, lakin Ceyhunun ona olan borcu müqabilində qarşılıqlı razılıq əsasında həmin avtomobil onun adına keçirilmiş və borcunu ödəyərsə, avtomobilin qaytarılması şərtləşdirilmişdir.

5. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat idarəsi və "xxxx" MMC arasında xidmətin cəzaçəkmə müəssisələrini çörək norması ilə təmin edilməsi ilə bağlı müqavilə bağlanılmamışdır.

6. Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 n ümayəndəsi iddiaçı tərəfindən mübahisəli avtomobilə dair X2 adına etibarnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 135 manat dövlət rüsumunun, 13.500 manat əldən çıxmış faydanın, əlavə iddia üçün ödənilmiş 31 manat dövlət rüsumunun, ümumilikdə 28.666 manat məbləğində pul vəsaitinin birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 il ərzində “Bakıxanov Çörək Zavodu”nda işləmiş və cəzaçəkmə müəssisələrinə paylanmış çörəklərin pulunu yığıb təhvil verməklə məşğul olmuşdu r. Onunla əmək müqaviləsi bağlanmamışdır. 2021-ci ilin mart ayında 1000 manat məbləğində pulu təsadüf nəticəsində itirmişdir. Zavod direktorunun oğlu olan və faktiki idarəçiliklə məşğul olan cavabdehə pulu hansı şəraitdə itirməsi barədə məlumat vermiş və təklif etmişdir ki, qeyd edilən məbləğ hər ay onun maaşından tutulsun. Lakin cavabdeh onu kamerasız otağa salaraq döymüş, zorla, hədə-qorxu altında ona guya 11.486 manat borcu olması barədə iltizam yazdıraraq imza etdirmişdir. Cavabdeh ondan avtomobili neçəyə aldığını soruşduqda o, 11.500 manata aldığını bildirmişdir. Cavabdeh həmin avtomobili 11.486 manat məbləğində qiymətləndirdiyini bildirmiş və bunun əvəzi olaraq avtomobili onun tanışının adına keçirilməsinə məcbur etmişdir. Sonra isə bir neçə nəfər tanışı ilə onu Bakı şəhəri 16 sayl ı notariat ofisinə göndərmiş və ona məxsus mübahisəli avtomobillə bağlı cavabdehin tanışına verilməsi üçün baş etibarnaməyə imza etdirmişdir. Cavabdehin iki dostu ona zor tətbiq etməklə istədiklərinə nail olaraq, avtomobil özgəninkiləşdirilmişdir. O, həmin avtomobili 11.500 manata almış və əlavə olaraq avtomobilə xərc çəkilmiş, müəyyən hissələri dəyişdirilmiş, təzə təkərlər alınmış, təmir edilmiş və avtomobilin dəyəri 15.000 manatadək yüksəlmişdir. Həmin məbləğin yarısı iddiaçının anası, yarısı isə bacısı tərəfindən ödənilmişdir. Bu hadisədən sonra stress keçirib, xəstəxanaya düşmüş, bu vəziyyət onlara olduqca pis təsir göstərmiş və hələ də psixologiyasında travma kimi qalmışdır. Cavabdeh zor tətbiq etməklə onun əmlak hüquqlarını əldə etmişdir və onu maddi ziyana məruz qoymuşdur. Bu barədə Sabunçu rayon Polis İdarəsinə şikayət etsələr də, nəticəsi olmamışdır. İddiaçı qorxu altında olduğundan və hüquqlarını bilmədiyindən həmin vaxt etibarnamənin ləğv edilməsinə təşəbbüs göstərməmişdir.

9. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının tanımır, onun işçisi olmayıb, sadəcə onun Etibar adlı şəxsə borcu olmuş, o da pulu vasitəçi olaraq qəbul etmişdir. Buna görə də iddiaçı və Etibar adlı şəxslər məhkəmə iclasında şəxs izahat verməlidirlər, onların iştirakı təmin edilmədən, özünün tam izahat verməsi qeyrimümkündür. Həmin şəxslərin ona borcu olmuş, avtomobillə bağlı məsələ də oradan qaynaqlanmışdır. Avtomobilin alqı-satqısında iştirak etməmiş, iddiaçıya məcburi yolla iltizama imza etdirməmiş və hər hansı zor tətbiq etməmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Mə hkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-356/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 11.500 manat məbləğində pul vəsaiti və 124,5 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı, ona aid olmayan borcla bağlı, cəzaçəkmə müəssisələrinə tərəfindən paylanılmış çörəklərə görə ödənilməmiş 11.486 manat pul məbləğinin borc şəklində qaytarılmalı olduğuna dair məcburi şəkildə adından xx.xx.2021-ci il tarixdə iltizam alındığını, bundan sonra elə həmin tarixdə mübahisəli avtomobilə dair məcburi olaraq "xxxx" MMC-nin “Bakıxanov çörək zavodu”nda işləyən X2 adına etibarnamə verdiyini iddia edir. Cavabdeh tərəf isə iddiaçının ona borcu olduğunu, hazırkı mübahisənin bundan qaynaqlandığı, lakin özünün iddiaçıdan heç bir iltizam almadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə iddiaçı Sabunçu RPİ-nin 13-cü PB-nə göstərilənlərlə bağlı müraciət etmişdir. "xxxx" MMC-nin (“Bakıxanov çörək zavodu”nun) aidiyyəti əməkdaşları, o cümlədən cavabdeh tərəfindən (həmçinin iddiaçının müraciəti ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon prokurorluğunda toplanmış 193 C-21 nömrəli materialdan göründüyü kimi) iddiaçının cəmiyyətə 11.486 manat pul borclu olduğu bildirilib, həmin borcun yaranma əsası kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin çörək norması ilə təmin edilməsi göstərilsə də, həmin xidmətin xx.xx.2021-ci il tarixli məktu buna əsasən, Təchizat idarəsi və "xxxx" MMC arasında bununla bağlı müqavilənin bağlanılmadığı bildirmişdir.

12. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının 11.486 manat məbləğində borcunun yaranması üçün əsas yoxdur.

13. Məhkəmə qeyd etmişdir ki, olmayan borca görə iddiaçının qanuni sahibliyində olan mübahisəli avtomobil onun sahiblik və istifadəsindən çıxmışdır ki, bu fakt işin mübahisəsiz halı olub iş materialları ilə təsdiqlənir. Həmçinin o da aşkardır ki, iddiaçının əmlakından qeyri-qanuni məhrum olmasından əldə edilmiş pul vəsaiti onun “Bakıxanov çörək zavodu”nun rəhbəri cavabdehə əslində mövcud olmayan 11.486 manat borcunun silinməsinə xidmət etmiş, bununla da sonuncu, əsassız varlanmışdır.

14. Məhkəmə hesab etmişdir ki, habelə avtomobilin markasını və buraxılış ilini nə zərə alaraq hazırkı iddia tələbi qismən, 11.500 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 442, 443.1, 443.2, 1091.1, 1091.2, 1092.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM)14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını idd ianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdır.

17. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, sözügedən mübahisədə iddiaçı çörəklərin satışı nəticəsində əldə etdiyi və cəmiyyətə qaytarmadığı pullarla əsassız şəkildə varlansa da, məhkəmə iddiaçının yox, cavabdehin əsassız varlandığı qənaətinə gəlmişdir. İddiaçı cavabdehin guya onu döydüyünü və s. bildirmişdir. Belə bir hal mövcud deyildir və heç bir sübutla təsdiqlənməmişdir. Cavabdehin iddiaçını döyməsi, hər hansı sənədə qol çəkdirməsi, avtomobilin əlindən zorla alınması, hədə qorxu ilə avtomobili ələ keçirməsinə dair heç bir güc strukturuna iddiaçı tərəfindən şikayət daxil olmamışdır. İddiaçının dediyi kimi faktlar olsaydı cinayət işi başlanmış olardı. Əgər iddiaçının dediyi kimi hər-hansı borc yoxdursa, o hansı səbəbdən döymə faktını və s. bildirmişdir. Göründüyü kimi, iddiaçı özü də dolayı yolla etiraf edir ki, həqiqətən də borc mövcuddur, mübahisə məhz bunun üzərindən qalxmışdır. Belə olan halda həm borcu ödəmədiyi üçün, həm də çörək paylanması ilə bağlı əldə etdiyi vəsaitlə əsassız varlanan şəxs iddiaçının özündən başqası deyildir. Lakin məhkəmə bu faktı qiymətləndirməmiş, yalnız formal ifadələrə qiymət verərək əsassız qətnamə qəbul etmişdir. Avtomobilin mülkiyyətçisi Nadirov Ramil iddiaçıya avtomobil üzərində sərəncam vermək üçün etibarnamə vermişdir. Bu etibarnamə avtomobil üzərində sərəncam verməyə dair olmuşdur. Həmin etibarnamənin olması iddiaçıya məhkəmədə iddiaçı qismində tanınmaq hüququ vermir. Ona görə ki, o, əsl mülkiyyətçi deyildir. Göründüyü kimi, məhkəmə şəxsə yalnız avtomobil is tifadəsi üçün verilən etibarnaməyə görə onun mülkiyyətçi kimi tanınmasını təmin etmişdir. Bu hal məhkəmənin qanunsuz və qərəzli yanaşmasının nəticəsidir. Göründüyü kimi o, qanunvericiliklə fiziki şəxslərə verilmiş hüquqlardan sui-istifadə etmiş və əsas olmadığı halda iddiaçı kimi tanınmağa nail olmuşdur.

18. Apellyasiya baxışı zamanı X8 verdiyi məlumata (sorğuya cavab) əsasən müəyyən edilmişdir ki, mübahisəli avtomobill xx.xx.2021-ci il tarixdə satılmış və bununla əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6888/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq və işdə olan sübutlara istinad edərək qeyd etmişdir ki, iddiaçının borc öhdəliyi yaranmamışdır. Lakin, cavabdeh iddiaçıya məxsus avtomobili onun sahiblik və istifadəsindən çıxarmış, həmin avtomobildən qeyri-qanuni əldə etdiyi pul vəsaiti ilə iddiaçının onun qarşısında mövcud olmayan borc öhdəliyini əvəzləşdirmiş və aradan qaldırımışdır. Nəticədə, cavabdeh əsassız varlanmışdır.

21. Məhkəmə kollegiyası, həmçinin, apellyasiya şikayətində iddiaçının avtomobilin sahibi olmadığına, buna görə də iddia tələbi ilə müraciət etmə hüququ olmadığına dair dəlili ilə bağlı Mülki Məc əllənin 152.5-ci maddəsinə istinad edərək vurğulamışdır ki, iddiaçıya etibarnamə əsasında əmlak üzərində sərəncam vermək hüququnun verilməsi onun məhkəmədə həmin əmlak barəsində iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olduğu nəticəsinə gəlməyə əsas verir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, inkassator zonasına aid edilən hesabatdan çıxarışda iddiaçının borcu 11483.56 manat təşkil etmişdir. Bir sözlə, iddiaçının cavabdehə borcu olması bir növ təsdiqlənmişdir və əsassız varlanmadan söhbət gedə bilməz. Lakin həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi bu faktı gözdən qaçırmış və qətnaməni qəbulu üçün sübutları yalnız iddiaçının şifahi sözləri üzərindən qəbul etmişdir. İş materiallarına əsasən, hadisələr 2021-ci ilin birinci rübünün ikinci ayında baş vermişdir. Yəni, artıq iddiaçı hüquqlarının pozulduğunu o vaxtdan bilirdi. Lakin iddiaçı məhkəməyə müraciət edərkən artıq 2023-cü ilin ikinci rübünün son ayı idi. Beləliklə iddiaçı bu maddənin tələblərinə uğun olaraq əsassız varlanma obyektini qaytarmaq hüququnu itirmişdir. Lakin hər iki instansiya məhkəməsi Mülki Məcəllənin 1095-ci maddəsini ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə iddiaçının subyektiv hüququ olmadığını bilmiş və qərəzli şəkildə sonuncuya avtomobil üzərində sərəncam verməsinə görə verilən etibarnaməni əsas gətirərək onun iddia qaldırmaq hüququnun mövcud olduğu qənaətinə gəlmişdir. Etibarnamə yalnız avtomobilin üzərində sərəncam vermək üçündür. Məhkəmədə iddia qaldırmaq, iddiaçı qismində çıxış etmək hüququ isə onun mülkiyyətçisinə aiddir. Belə olan cavabdehin hüquqları pozulmuş və o, heç bir mülki hüquq pozuntusu olmadığı halda cavabdeh kimi işə cəlb edilmişdir. Halbuki, o, iddiaya cavab verməli olan şəxs deyildir. Çünki o, zavodun işçisi və ya müdiri deyil və avtomobil ona satılmamışdır. Cavabdeh ona satılmayan avtomobilə görə pulu necə və hansı şək ildə tələb edə bilərdi, üstəlik iddiaçı ona qarşı zorakılıq tətbiq edildiyini bildirmişdir. Ümumiyyətlə, avtomobil cavabdehə deyil, onun tanıdığı X1. Buradan aydın görünür ki, məhkəmə işdə qərəzlidir və subyektiv hüququ olmayan və iddiaya cavab verməli olmayan şəxsləri iddiaçı və cavabdeh qismində tanımışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə

442. Öhdəliyin icr a edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlan ma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərin də qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

40. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, iddiaçının cavabdeh qarşısında hər hansı borcu mövcud deyildir. Bu faktı cavabdeh özü kassasiya şikayətində göstərərək qeyd etmişdir ki, “... əgər Etibarın borcu olmasa idi, Etibar adlı şəxsin göstərişi ilə, İddiaçı avtomobil üzərində sərəncam vermək üçün etibarnamə verməz və avtomobilin alınıb-satılmasının və borcun ödənilməsinin təmin edilməsini tapşırmazdı.”

41. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin həm cinayət təqibi üzrə vermiş olduğu izahatından, həm də məhkəmə iclaslarında vermiş olduğu izahatlarından aydın olur ki, heç bir hald a iddiaçının şəxsən ona borclu olmasını göstrməmiş, borcun Etibar adlı şəxsə aid olmasını bildirmişdir. Belə olan halda isə iddiaçıya məxsus olan avtomaşının başqa şəxsin borcuna münasibətdə əldə edərək yaranmış borcla əvəzləşdirməsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə yanaşı onun satılması nətiəsində əldə etmiş olduğu məbləğ həddində əsassız varlanmışdır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələ r əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin d əlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətna mə qəbul etmişdir.

49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6888/2023 nömrəli mülki iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar