Məhkəmə qərarları › İş №2(102)-1428/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1428/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1428/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)2214/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 04 iyul 2014-cü il tarixli, İPK-02 nömrəli kredit müqaviləsi ilə İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 51000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 04 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 48,5 kv.m ümumi sahəsindən ibarət mənzili İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit müqaviləsinə 04 dekabr 2015-ci il tarixli, 01 saylı əlavə ilə 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə həmin tarixə qalan 50841 ABŞ dolları həcmində kredit qalığının qaytarılması müddəti 04 iyun 2016-cı il tarixə qədər uzadılmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh 04 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25 may 2017-ci il tarixə 50755 ABŞ dolları əsas, 16840 ABŞ dolları faiz, cəmi 67595 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 iyul 2021-ci il tarixli rəyinə əsasən 04 iyun 2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) Cavabdeh İddiaçı-yə olan ümumi borcu 47667,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu - 46024,34 ABŞ dolları, faiz borcu - 1643,41 ABŞ dolları. "xxxx" MMC-nin 01 iyun 2020-cİ il tarixli rəyinə əsasən ünvan 1 saylı mənzilinin bazar dəyəri 60000 manat, likvid dəyəri 55000 manat məbləğində müəyyən olunmuşd ur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 50755 ABŞ dolları əsas, 16840 ABŞ dolları faiz, cəmi 67595 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, bildirişin qeydiyyatı üçün dövlət rüsumunun, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat məbləğində vəsaitin tutulması, tutmanın cavabdehlə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 48,5 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(009)36/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 25 may 2017-ci il tarixə olan 46024,34 ABŞ dolları əsas borc, 3887,1 ABŞ dolları faiz borcu olmaqla, cəmi 49911,44 manat məbləğində kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 48,5 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 48,5 kv.m ümumi sahəsi olan mənzilin ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcun ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsinin Cavabdeh qaytarılması, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, 48,5 kv.m ümumi sahəsi olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 ay ərzində Cavabdeh həmin fərdi yaşayış evini tərk etməklə evin boşaldılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(009)-36/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti vermiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2020ci il tarixli, 2(009)-36/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)-2214/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(009)-36/2020 nömrəli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilmiş, Cavabdeh İddiaçı-nin xeyrinə 1643,41 ABŞ dolları faiz borcunun tutulması, qətnamənin cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, habelə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instans iyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da, sonradan lazımınca icra olunmamış və onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 739.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcuna görə 1643,41 ABŞ dolları tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyinə əsasən cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 46024,34 ABŞ dolları, faiz borcu üzrə 1643,41 ABŞ dolları olaraq müəyyən edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətində əsas və faiz borcunun məbləğinə dair dəlilləri iş üzrə təkrar keçirilmiş ekspert rəyi ilə də təsdiq edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)-2214/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm əmiş, əsas və faiz borcunun düzgün müəyyən edilməsi üçün tədbirlər görməmiş, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanını cavabdehə tətbiq etməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia apellyasiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Kassasiya şikayətini cavabdeh vermiş və qətnaməni borcun müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessu al hüquq normalarına uyğun olmasının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pul a və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazl arını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4 18.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə cavabdehin iddiaçının qarşısında olan borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ödənilmiş, lakin ekspert tərəfindən nəzərə alınmamış maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən təkrar ekspertiza təyin etmiş və alınan rəyə uyğun olaraq cavabdehin faiz borcunu müəyyən etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcunun məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmi şlər. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının barəsində tətbiq edilməli olmasına dair dəlilləri apellyasiya instansiyası məhkəməsində irəli sürməmiş və bununla bağlı sübutları həmin məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (o n yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Cavabdehin hazırki kredit borcu isə Fərmanda qeyd olunan məbləğdən artıq olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(103)-2214/2021 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə borc məbləğinin tutulmasi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar