Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1429/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5753/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı müraciəti əsasında 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, arada ev və avtomobil alqı-satqısı işi ilə məşğul olur. Belə ki, təxminən 2023-cü ilin noyabr ayının 6da Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında yerləşən ev alqı-satqı ofisində olan zaman bir nəfər xanım yaxınlaşmış, kirayə ev axtarmış, o da İddiaçı demişdir ki, məlumatlı olduğu evlər vardır. Onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən həyət evlərinə baxmışlar, qiyməti yuxarı olduğu üçün İddiaçı istəməmişdir. Sonradan xanımla münasibət yaranmış, Aynurə xanım ona faizə pul verdiyini, həmin işin sərf etmədiyini demiş, daha yaxşı nə iş görə biləcəklərini soruşmuş, o isə ev alıb sata biləcəyini, evi alıb təmir edib sata biləcəyini, maşın alıb sata biləcəklərini, həmçinin “Porsche Cayenne” markalı avtomobil var, onu ucuz alıb sata biləcəyini demişdir. Sonra isə ona mağazada göstərmiş, Aynurə xanım seçim içərisində qalmış, fikirləşdikdən sonra avtomobil alıb satmalarını demiş, həmçinin dediyi “Porsche Cayenne” markalı avtomobili alıb satmağı demişdir. Bu səbəblə o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən bankın qarşısında xx.xx.2023-cü il tarixdə Aynurə xanımdan 21000 manat pul almış, A ynurə xanıma isə “Porsche Cayenne” markalı avtomobilin qiymətinin 48000 manat olacağını, qalan pulu isə özü düzəldib üstünə qoyacağını, həmin avtomobili alacağını, İddiaçı adına keçirəcəyini demiş, Aynurə xanım isə ona ehtiyac olmadığını, avtomobili alıb öz adına keçirməsini bildirmişdir. Cavabdeh ona avtomobili satdıqdan sonra isə əlavə olan puldan yarı-yarı götürəcəklərini demiş, Aynurə xanım da onunla razılaşmışdır. O, Aynurə xanıma avtomobilin ola bilər ki, 3 günə, 10 günə, 1 aya satıla biləcəyini, buna görə də səbirli olmasını demiş, Aynurə xanım da bununla razılaşmışdır. Təxminən 2 gündən sonra Aynurə xanım 10000 manat faizə pul verməli olduğunu, buna görə ona 10000 manat pul lazım olduğunu demiş, o isə əlində o qədər pulun olmadığını bildirmişdir. Təxminən 2-3 gündən sonra Aynurə xa nım ona 5000 manat pul lazım olduğunu, mağazaya mal almalı olduğunu demiş, o, isə tanıdığı varsa götürməsini, maşın satılandan sonra pulu verməsini bildirmişdir. Lakin sonradan İddiaçı pulunu qaytarmasını, onun danışığından xoşu gəlmədiyini demişdir. Cavabdeh ona avtomobili satın pulunu qaytaracağını demişdir. A. Rzayeva sonradan ona maşının şəkillərini göndərməsini, kürəkəninin avtomobili satmaq üçün kömək edəcəyini demiş, o, da şəkilləri göndərmişdir. Sonradan eşitmişdir ki, Aynurə xanım şikayət etmişdir. O, “Porsche Cayenne” markalı Az **-MX-*** dövlət nömrə nişanlı avtomobildən söhbət etdiklərini, Aynurə xanım ilə danışığı avtomobili ucuz alıb baha qiymətə satacağını, əlavə əldə olunan qazanc pulu isə yarı böləcəklərini, lakin Aynurə xanım bunu gözləmədiyini, o, yenə də avtomobil satıl an kimi Aynurə xanımın pulunu qaytaracağını, avtomobilin satılması üçün elan yerləşdirdiyini bildirmişdir, söz vermişdir ki, Aynurə xanıma olan borcunu tezliklə qaytaracaq. Hazırda Aynurə xanıma 21000 manat borcu olduğunu bildirmişdir.
2. Qəbzlərə əsasən, İddiaçı hesabına 19 dekabr 2023-cü il tarixdə 400 manat, 16 yanvar 2024-cü il tarixdə 550 manat, 17 yanvar 2024-cü il tarixdə 200 manat, 17 yanvar 2024-cü il tarixdə 50 manat pul vəsaiti ödənilmişdir.
3. CD diskdə olan səs yazılarına əsasən, Rəşidov X1 Aynurə Rasim qızı ilə “WhatsApp” sosial şəbəkədə danışıqlar zamanı borclu olduğunu qəbul etmiş, İddiaçı kart hesabını vermədiyinə görə onun (İddiaçı) istəyi ilə 5000 manat məbləğində pul vəsaitini polisə verdiyini, bundan başqa 400 manat pul vəsaitini hesabına göndərdiyini bildirmişdir. Dig ər səs yazısında “WhatsApp” sosial şəbəkədə danışıq zamanı o, Cavabdeh 19800 manat borcundan 2500 manat hissəsini çıxdığını, o, 17300 manat borc qaldığını bildirmiş, həmin danışıqda İddiaçı “polisə verdiyini də çıxım burdan” ifadəsini işlətmişdir. Həmin səs yazıları tədqiq edilərkən İddiaçı həmin danışıqları onun tərəfindən aparıldığını təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.000 manat məbləğində pul vəsaitinin, ödənilmiş 154 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manatın, cəmi 21.454 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbin i belə əsaslandırmışdır ki, 2023-cü ilin noyabr ayının ortalarında iddiaçı kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən bina evində olan mənzildən çıxacağı üçün yenidən kirayə ev axtarmaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında olan ev alqı-satqı kirayə ofisinə yaxınlaşmışdır. İddiaçı orada olan xanımla söhbət edərək ev axtaran zaman, kənarda olan bir nəfər, sonradan adını bildiyi Malik adlı şəxs ona bildirmişdir ki, ev kirayəsi işi ilə məşğul olur. O, iddiaçıya demişdir ki, burada ev axtarmasın, çünki o, daha yaxşı təkliflər edəcək. Bu səbəbdən onlar çölə çıxmış və bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Həmin gün axşamüstü Malik adlı şəxs iddiaçıya zəng edərək bildirmişdir ki, sabah görüşsünlər ki, ev barəsində məl umat versin. Növbəti gün onlar Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən həyət evlərinə baxmışlar və ev iddiaçının xoşuna gəlməmişdir. Cavabdeh iddiaçıya təklif etmişdir ki, burada ikisi yaşasın və evin kirayə pulunu cavabdeh ödəsin. İddiaçı isə bildirmişdir ki, onun cavabdehin puluna ehtiyacı yoxdur, ona kirayə ev lazımdır. Bundan sonra cavabdeh iddiaçıya bir neçə obyekt göstərmiş və bildirmişdir ki, 50.000 manat iddiaçı və 50.000 manat isə cavabdeh düzəltsə, işlər görmək olar. İddiaçı isə o qədər pulunun olmadığını ona bildirmişdir. Bundan sonra cavabdeh bildirmişdir ki, birlikdə nəsə iş görüb şərikli pul qazansınlar. İddiaçı 20000 manat pulu olduğunu və bu civarda nəsə iş görə biləcəyini demişdir. Cavabdeh bir neçə təklif etmiş, iddiaçı isə onlardan avtomobil alışı və satışın a razılaşmışdır. Bu səbəblə iddiaçı 26 noyabr 2023-cü ildə 20.000 manat pulu, 27 noyabr 2023-cü ildə isə 1.000 manat pulu, ümumilikdə 21.000 manat pulu ünvan 1 ünvanda H.Aslanov metrostansiyasının yaxınlığında olan bankomatdan çıxardaraq cavabdehə vermişdir. İddiaçı təxminən bir həftədən sonra cavabdehlə əlaqə saxlamış, cavabdeh ona “Porsche Cayenne” markalı avtomobil aldığını və onu inandırmaq üçün həmin avtomobilin fotoşəkillərini göstərmişdir. İddiaçı demək olar ki, hər gün cavabdehə zəng edərək nə olduğunu, avtomobilin satılmadığını soruşurdu. Cavabdeh isə avtomobil bahalı olduğu üçün satışın bir az gec olduğunu demişdir. Cavabdeh iddiaçıya “Porsche Cayenne” markalı avtomobili 47.000 manata aldığını, satışa isə 55.000 manata çıxardığını demişdir. İddiaçı cavabdehin avtomobili sata bilm ədiyini görüb demişdir ki, verdiyi 21.000 manat pulu geri qaytarsın. Cavabdeh ona bildirmişdir ki, əlində pulu yoxdur, ancaq əvəzində ona obyekt verə bilər. İddiaçı isə ondan yalnız pulunu tələb etmişdir. Cavabdeh pulunu qaytarmadığı üçün iddiaçı polisə müraciət etmişdir. Cavabdeh Xətai rayon Pİ-nin TŞ-na dəvət olunmuş və orada izahatı alınmışdır, cavabdeh polis idarəsində etiraf etmişdir ki, hazırda iddiaçıya 21.000 manat borcu var və tezliklə qaytaracaqdır. Polis idarəsində iddiaçıya iş mülki xarakterli olduğundan, pul tələbinə dair məsələyə baxılması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
6. Birinci instansiya məhkəməsində cavabdeh etiraz verərək göstərmişdir ki, İddiaçı ondan tələb etdiyi pul ona faizlə borca verdiyi pul məbləği olmuş və həmin məbləğin böyük hi ssəsini qaytarmışdır. Belə ki, münasibətləri yaxşı olduğu üçün ona dəfələrlə pul vermiş, lakin bununla bağlı heç bir sübut toplamamış, çünki onun ağlına da gəlməzdi ki, ona qarşı belə haqsız hərəkət edər. İddiaçı ondan polisə şikayət etdiyi vaxt ona elə polis idarəsində 5.000 manat pul da vermişdir. Bundan sonra da, cavabdeh müxtəlif vaxtlarda 1.200 manat, 550 manat, 1.000 manat, 400 manat, 2.500 manat və 250 manat pul vəsaitlərini iddiaçıya ödəmiş, bununla bağlı sübutları (qəbzlər, yazışmalar, səsli mesajlar) mövcuddur, ona borcu 5.100 manat təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, onu prosesdə təmsil edən vəkili Nümayəndə fəaliyyəti dayandırılmışdır və ona məlum olmuşdur ki, ona təqdim etdiyi sübutları məhkəməyə təqdim etməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(011)-3976/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, vəkilə ödənilmiş 300 manat və 154 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%-i, yəni 227 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının izahatı və mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, tərəflər arasında avtomobil alveri ilə bağlı şifahi razılaşma olmuş, İddiaçı Cavabdeh 21000 manat pul vermiş, onlar şərikli “Porsche Cayenne” markalı avtomobil almış, cavabdeh həmin avtomobil satıldıqdan sonra əldə olunan qazancı bölüşdürməyi öhdəsinə götürmüşdür. Bu hal 21 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin izahatı ilə təsdiq olunmuşdur. Cavabdeh avtomobili sata bilməmiş, iddiaçıya olan 21.000 manatdan müxtəlif vaxtlarda (iş materiallarında olan qəbzlər və səs yazıları ilə müəyyən edilmiş) 9.900 manat ödəniş etmiş, ümumilikdə 11.000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəmə iclasında səs yazılarını dinlədikdən sonra cavabdehin 1.200 manat məbləğində ödəniş etdiyini etiraf etmiş, lakin ödənişlərin olunmasını iddia ərizəsində qeyd etməyərək, məhkəmədən gizlətməyə çalışmışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya 21.000 manat borcunun olması, sonradan həmin borcla bağlı 9.900 manat pul vəsaitinin qaytarılması, cavabdehin qalan pulun iddiaçıya geri qaytarmaması təsdiq olunduğundan, iddia qism ən təmin edilməli, Cavabdeh 11.000 manat məbləğində borc pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd edilmişdir ki, “cavabdeh iddiaçıya olan 21.000 manatdan müxtəlif vaxtlarda 9.900 manat ödəniş etmiş, ümumilikdə 11.000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəmə iclasında səs yazılarını dinlədikdən sonra cavabdehin 1.200 manat məbləğində ödəniş etdiyini etiraf etmiş, lakin ödənişlərin olunmasını iddia ərizəsində qeyd etməyərək, məhkəmədən gizlətməyə çalışmışdır”. Məhkəmə işə baxan zamani işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallara uyğunluq təşkil etməmişdir. Guya polisə verilmiş 5.000 manat pulun iddiaçıya çatdırıldığını dəqiqləşdirmədən, habelə məhkəməyə təqdim olunmuş sübut, dəlil və faktları araşdırmadan, öz işində qeyri-dəqiqliyə v ə subyektivliyə yol vermiş, əsasən cavabdehin maraqları istiqamətində iş görmüş və bu səbəbdən də iddianı qismən təmin etdiyindən, haqsız olaraq cavabdeh tərəfindən iddiaçıya ödənməli olan 8800 manat məbləğində pul vəsaiti azaltmışdır. Cavabdeh məhkəməni çaşdırmaq üçün eyni qəbzdən 5 nüsxə çıxararaq məhkəməyə göndərmişdir. Bu hala diqqət yetirilmədiyindən, guya cavabdeh mənə borclu olduğu məbləğdən ödəniş etmişdir. Hakim isə bu cür çox vacib hal və məqamları diqqətə almamış, üstündən sükutla keçmişdir. O cümlədən, işin materiallarına əlavə edilmiş 400 manatlıq qəbzin və 50 manatlıq qəbzin surətini 2 dəfə çıxararaq məhkəməyə göndərmişdir. Buradan da aydın görünmüşdür ki, cavabdeh tərəf məhkəməni aldatmağa çalışmışdır. Onun adına olan **********147676 nömrəli karta xx.xx.2024-cü ildə tanım adığı şəxsdən 550 manat pul köçürülmüşdür. Bir az keçdikdən sonra ***-***-**-** nömrəli telefondan zəng edilərək bildirilmişdir ki, “sizin kartınıza səhvən 550 manat pul köçürmüşəm, zəhmət olmasa, onu geri qaytarın”. Bir saat keçdikdən sonra cavabdeh Malik ona zəng edərək bildirmişdir ki, adamı tanıyır, sənin adına olan karta səhvən pul göndərilib, həmin pulu o şəxsə qaytar. Belə vəziyyətdə səhvən ona göndərilmiş 550 manatdan 200 və 50 manatı Dost bank kartları olan 416973*****4435 və 417973*****1412 nömrəli kartlara geri qaytarmağa məcbur olmuşdur. Lakin, ona bildirmişdir ki, qalan 250 manatı borclu olduğu 21.000 manatdan çıxarsan. Cavabdehin polis idarəsində 5.000 manat pulu kimə verməsi barədə heç bir sübut təqdim etməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan s onra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5753/2024 nömrəli mülki iş üzrə 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın rədd olunduğu hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, 6.300 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissələrdə (iddianın təmin olunduğu hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin olaraq birinci instansiya məhkəməsinin hüquqi əsas kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad olunmasını düzgün hesab etməmişdir. Çünki bu norma ümumi normadır və iddianın konkret hüquqi əsasını təşkil edə bilməz. Cavabdehin əməlində cinayət tərkibinin olmaması istintaq orqanının qərarı ilə təsdiqini tapdığından deliktlə bağlı normaların tətbiqi də istisna olunur. İşin hallarından da görünür ki, tərəflər birgə vəsait hesabına avtomobil alınması və baha qiymətə satılması barədə razılığa gəlmiş və mübahisə iddiaçı tərəfindən bu məqsədlə cavabdehə verilmiş pulun qaytarılması ilə bağlıdır. Buna görə də mübahisəyə mülki qanunvericiliyin öhdəlik, müqavilə ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq olunmalıdır. Cavabdehin istintaq orqanına verdiyi izahatda qeyd olunmuşdur ki, “... o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən bankı n qarşısında xx.xx.2023-cü il tarixdə Aynurə xanımdan 21.000 manat pul almışdır.” Birinci instansiya məhkəməsi də 21.000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi qənaətinə gəlmişdir və məhkəmə kollegiyası bu qənaətlə razılaşmışdır. Həmçinin, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyindən bu hal mübahisələndirilmir.
15. İşin mübahisə edilən halı 21.000 manat məbləğində pul vəsaitinin hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasıdır. Birinci instansiya məhkəməsi 9.900 manat məbləğində pulun qaytarılması qənaətinə gəlsə də, hansı səbəbdən bu qənaətə gəlməsi qətnamənin məzmunundan aydın olmur.
16. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən qeyd etmişdir ki, 21.000 manat məbləğində pul vəsaitinin 1200 manat məbləğində hi ssəsinin cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərə əsasən qaytarılması təsdiqini tapmışdır. (21.000 – 1.200 = 19.800)
27. Həmçinin CD diskdə olan səs yazılarından göründüyü kimi, iddiaçı cavabdehə 19.800 manat borcundan 2.500 manat hissəsini çıxdığını, cavabdeh isə 17.300 manat borc qaldığını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası pulun 2.500 manat məbləğində hissəsinin qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə də razılaşmışdır. (19.800 – 2.500 = 17.300). Birinci instansiya məhkəməsi səs yazılarına əsasən 5.000 manat məbləğində pulun polis şöbəsinə verilməsi barədə xüsusatı da əsaslı hesab edərək bu hissəsi borc məbləğindən çıxmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, pulun polis orqanında kimə, hansı məqsədlə verilməsi, hətta verildiyi təqdi rdə belə bu məbləğin iddiaçıya qaytarılması ilə bağlı heç bir sübut mövcud olmadığından işin bu halı öz təsdiqini tapmamışdır. Buna görə də bununla bağlı məhkəmənin gəldiyi qənaət əsassız olmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2, 21.1, 21.2, 324.4, 385.1, 386.1, 389.1, 390, 425.1, 427.2, 442-ci, 77.1, 88, 217.1, 217.3, 372, 384, 385.1.1, 385.1.2, 385.1.4, 386, 389 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 442ci, MPM-in 4.1, 77.1, 87.2, 403.1, 417.1.4, 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti absurd və ziddiyyətli olmuş, borc məbləğinin həqiqiliyinin müəyyən etməli olduğu halda, məhkəmə bunu etməmiş, qərəzli və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ g əlir.
23. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:
24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
25. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması.
26. Maddə 14.2.7. Əsassız varlanma.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlak ının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları i stisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətn aməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələl ərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ka ssasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5753/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.