Məhkəmə qərarları › İş №2(102)-143/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-143/2018

10.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-143/2018 10.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 09 yanvar 2018-ci il № 2(102)-143/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılov Sərdar Əbülfət oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Ağayev, iş № 2(010)-9918/16) iddia təmin olunaraq Cavabdeh 17.020,00 ABŞ dolları məbləğində əsas borc, 1.133,24 ABŞ dolları məbləğində faiz borcu, 51,30 ABŞ dolları məbləğində cərimə, cəmi 18.264,11 (on səkkiz min iki yüz altmış dörd dollar on bir sent) ABŞ dolları pul məbləğində borcun (ödəniş anında manatın ABŞ dollarına məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin alınaraq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tutulacaq məbləğ Cavabdeh məxsus dövlət nömrə nişanı ** SR *** olan “KİA Cerato” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, "xxxx" (Azərbaycan) ASC-yə əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, eləcə də iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 118847-1-9621 saylı, 01.11.2013-cü il tarixli avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)7513/17) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin edilməklə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cava bdeh arasında bağlanmış 118847-1-9621 saylı, 01.11.2013-cü il tarixli avtomobil krediti müqaviləsi ləğv olunmuş və Cavabdeh 17.020,00 ABŞ dolları məbləğində əsas borc, 1.133,24 ABŞ dolları məbləğində faiz borcu, 51,30 ABŞ dolları məbləğində cərimə, cəmi 18.264,11 (on səkkiz min iki yüz altmış dörd dollar on bir sent) ABŞ dolları pul məbləğində borcun (ödəniş anında manatın ABŞ dollarına məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin alınaraq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın Cavabdeh məxsus dövlət nömrə nişanı ** SR *** olan “KİA Cerato” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həc mində iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, "xxxx" (Azərbaycan) ASC-yə əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 avqust 2016-cı il tarixə banka borclu olduğu 17.020 ABŞ dolları məbləğində əsas borcun, 1.133,24 ABŞ dolları faiz borcunun və 51,30 ABŞ dol ları məbləğində cərimənin, cəmi 18.264,11 ABŞ dolları pul borcunun (məhkəmə qətnaməsinin icra olunduğu günə olan dollar məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus, banka ipoteka qoyulmuş, dövlət nömrə nişanı ** SR *** olan “KİA Cerato – minik” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən – qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 118847-1-9621 saylı, 01.11.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 118847-1-9621 saylı, 01.11.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 (altmış) ay müddətinə illik 18 (on səkkiz) faiz olmaqla 22.615 (iyirmi iki min altı yüz on beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh 118847-16-9621 saylı, 01.11.2013-cü il tarixli İpoteka müqaviləsinə əsasən mülkiyyətində olan «KİA Cerato – minik” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya ipoteka qoymuş və bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən avtomobilə dair “İpoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” ba rədə xüsusi qeyd aparılmışdır. Cavabdehə borcunu ödəməsi ilə bağlı pretenziya məktubları göndərilmiş, həmçinin şifahi danışıqlar aparılmış və nəticədə kredit borcunun restrukturizasiya edilməsi, ödəniş cədvəlindəki vaxtın uzadılması ilə aylıq ödəniş yükünün azaldılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə Bank arasında bağlanmış “118847-1-9621 saylı, 01.11.2013-cü il tarixli “Avtomobil Krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı 11.11.2015-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh 17.020,00 ABŞ dolları məbləğində borcu 36 ay müddətinə 01.11.2018-ci il tarixədək illik 18% hesablanmaqla kapitallaşdırılmışdır. Həmçinin cavabdehlə bank arasında “118847-16-9621 saylı, 01.11.2013-cü il tarixli “İpoteka müqaviləsi” nə dəyişiklik edilməsi barədə” 01 sayl ı 11.11.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Belə ki, cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərini 11 dekabr 2015-ci il tarixdənicra etmir. Bununla əlaqədar olaraq, cavabdehlərə pretenziya məktublarıvə bildirişgöndərilmişdir. Lakin cavabdeh öhdəliklərini tam icra etməmişdir. Belə ki, 03.08.2016-cı il tarixəcavabdehin Banka 18.264,11(on səkkiz min iki yüz altmış dörd dollar 11 sent) ABŞ dolları məbləğində borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri id diaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə Kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 03 avqust 2016-cı il tarixə banka borclu olduğu 17.020 ABŞ dolları məbləğində əsas borcun, 1.133,24 ABŞ dolları faiz borcunun və 51,30 ABŞ dolları məbləğində cərimənin, cəmi 18.264,11 ABŞ dolları pul borcunun (məhkəmə qətnaməsinin icra olunduğu günə olan dollar məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus, banka ipoteka qoyulmuş, dö vlət nömrə nişanı ** SR *** olan “KİA Cerato – minik” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən – qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 118847-1-9621 saylı, 01.11.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə işt irak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 iyul 2017-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibə tdə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 9.2, 9.3, 185.2, 387.2.2-ci maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianın təmin olunması barədə yeni qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan prosessual normanın tələblərini pozmuş və cavabdehə işə baxılması ilə bağlı keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verməmişdir. Mülki Pros essual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa ləğv edilməlidir. Qeyd olunan halları, apellyasiya şikayətinin bununla bağlı dəlilini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual əsasla ləğv edilməli və qətnamə ləğv edildiyindən şikayətin dəlilindən asılı olmayaraq qətnamənin qanuniliyi tam şəkildə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki halları kimi aşağıdakıları müəyyən etmişdir: 118847-1-9621 saylı 01.11.2013-cü il tarixli avtomob il krediti müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" (Azərbaycan) ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya avtomobil almaq üçün 60 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 22.615 ABŞ dolları məbləğində kredit vermişdir; 04 noyabr 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh komisiyon xərclər çıxıldıqdan sonra 22.164 (iyirmi iki min bir yüz altmış dörd) ABŞ dolları məbləğində kredit vəsaitini tam şəkildə qəbul etmişdir; Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 578,53 ABŞ dolları olmaqla 01.11.2018-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır; Cavabdeh ilə "xxxx" (Azərbaycan) ASC arasında b ağlanmış 118847-1-9621 №li “Avtomobil Krediti Müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 11 noyabr 2015-ci il tarixli Razılaşmadan görünür ki, həmin razılaşmaya əsasən “kredit alan”ın “Bank”a 11 noyabr 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 17.020,00 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən həmin razılaşmanın imzalandığı tarixdən Kredit alan kredit məbləğini Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və 01 noyabr 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 18% ödəməyi öhdəsinə götürür; 118847-1-9621 №li “Avtomobil Krediti Müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 11 noyabr 2015-ci il tarixli Razılaşmanın əlavə si olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 300 ABŞ dolları olmaqla 01 noyabr 2018-ci ilədək qaytarılması razılaşdırılmışdır; 118847-16-13778 saylı 01.11.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh (borclu) özünə məxsus “KİA Cerato – minik” markalı avtomobili kreditin təminatı olaraq "xxxx" (Azərbaycan) ASC-yə girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı № 107348 saylı, 02 noyabr 2013-cü il tarixli çıxarış verilmişdir; 01 noyabr 2013-cü il tarixli 118847-16-13778 №li “İpoteka Müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 11 noyabr 201 5-ci il tarixli Razılaşmadan görünür ki, həmin razılaşmaya əsasən 118847-16-13778 saylı 01.11.2013-cü il tarixli ipoteka müqaviləsinin 4.1 və 4.2-ci bəndləri dəyişdirilmişdir; 05.08.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 118847-1-9621 saylı 01.11.2013-cü il tarixli avtomobil krediti müqaviləsi və 118847-1-9621 №li “Avtomobil Krediti Müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 11 noyabr 2015-ci il tarixli Razılaşma üzrə 03 avqust 2016-cı il tarixinə 17.020,00 ABŞ dolları əsas borcu, 1192,81 ABŞ dolları faiz borcu, 51,30 ABŞ dolları cərimə borcu, cəmi 18.264,11 ABŞ dolları məbləğində borcu mövcuddur; bildirişdən və onun ünvan sahibinə çatdırılması barədə qəbzdən görünür ki, Cavabdeh oğlunun 118847-1-9621 saylı 01.11.2013-cü il tarixli avtomobil kred iti müqaviləsi və 118847-1-9621 №li “Avtomobil Krediti Müqavilələri”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 11 noyabr 2015-ci il tarixli Razılaşma üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya instansiyası məhkəməsini n qənaətinə görə Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsin ə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları baxımından kredit müqaviləsi üzrə borc götürənin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Bununla da müqavilənin mühüm şərtini pozduğundan kredit müqaviləsi ləğv edilməli və o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqaviləd ə razılaşdırıldığı kimi faizlərlə birgə iddiaçıya ödəməlidir. Borcun məbləği ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi işdə olan sənədləri, o cümlədən maliyyə arayışını və hesabdan çıxarışı müqayisəli şəkildə tədqiq edib, hesab etmişdir ki tələb edilən məbləğ əsaslıdır. Apellyasiya şikayətinin borcun məbləğinin şişdirilməsindən ibarət dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu dəlillər əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh borcun məbləğinin reallığı əks etdirməməsini qeyd etsə də buna dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-i maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlər xüsusi bilik tələb edilmədən tutulan borcun düzgün olaraq hesablanması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır); 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka pred metinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; İşin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış kredit, habelə ipoteka müqavilələrinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmaqla ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. İddiaçı tərəfindən tələbin ipoteka predemetinə yönəldilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edildiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli və avtmobil açıq hərracdan satılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin əsas dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməməsi barədədir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya bax ışı zamanı cavabdeh tərəfindən bu növ ekspertizasının təyin olunması xahiş edilmiş, məhkəmə vəsatəti müzakirə edərək onun əsassız olduğu, ekspertizanın keçirilməsinə əsas olmadığı qəbnaətinə gəlmiş və vəsatəti rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətini lazımi qaydada əsaslandıra bilmədiyindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 iyul 2017-ci il tarixli, 2(103)-7513/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar