Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-143/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “mənzillərin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipotekanın yüklülükdən azad edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6471/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-5949/2015) iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 08 aprel 2014cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsinə əsasən 91.499,04 manat əsas borc, 5.489,15 manat məbləğində faiz, ümumilikdə isə 96.988,19 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 nömrəli mənzilə və ünvan 2nda yerləşən 52 nömrəli mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin açıq hərraca çıxar ılması, ünvan 1 ünvanda yerləşən 15 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 57.500 manat, ünvan 2nda yerləşən 52 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, mənzillərin satılması, ondan əldə ediləcək vəsait cavabdeh X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, mənzillərin açıq hərracdan satıldıqdan sonra bir ay ərzində X5 və digərləri tərəfindən boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev, iş № 2(103)-2037/2016) iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2016-cı il tarixli 2(102)3312/2016 saylı qərarı ilə (hakimlər: V.İbayev, Ə.Əhmədov və M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli 2(103)7933/2016 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Cəmilə Səfiyeva və Vüqar Həsənov) cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsini n 10.12.2015-ci il tarixli 2(005)-5949/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli 2(102)2440/2017 saylı qərarı ilə (hakimlər:İ.Dəmirov, Ə.Rüstəmov və T.Qoldman) cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli 2(103)-7933/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. QSC "xxxx" KB-nin 13 mart 2020-ci il tarixli məktubundan (borc öhdəliyinin olub-olmaması barədə) görünür ki, 04.02.2020-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli 2(005)-5949/2015 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda X1 məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəliyi m övcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «mənzillərin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 15 saylı mənzilin və ünvan 4 yerləşən 52 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO QSC "xxxx" KB ilə o zaman fərdi sahibkar kimi fəaliyyət göstərən həyat yoldaşı X5 arasında bağlanmış 08.04.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsinə əsasən bank yoldaşına 24 ay müddətinə 91.500 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi onun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 15 saylı mənzil və valideyni tərəfindən 2014-cü ildə ona bağışlandığı üçün onun şəxsi əmlakı sayılan Bakı şəhəri 9-cu mikrorayon Mir Cəlal küçəsi 141, 52 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə əsas borc və faiz ilə bağlı bütün öhdəliklər yerinə yetirilmiş və həmin müqavilə üzrə borcun olmaması barədə bank tərəfindən onlara 13.03.2020-ci il tarixli məktub verilmişdir. Bundan sonra, o, dəfələrlə banka, ləğvedici Əmanətlərin Sığortalanması Fonduna yazılı və şifahi qaydada müraciət edərək, sözügedən müqavilə üzrə borcun olmamasını nəzərə alaraq mənzillərinin ipoteka yüklülüyündən azad olunmasını xahiş etmişdir. Lakin bank və onun ləğvedicisi süründü rməçiliyə yol verərək, onu və nümayəndəsini dəfələrlə banka gətirəndən sonra həyat yoldaşının 17.04.2014-cü il tarixli təminatsız kredit müqaviləsi üzrə banka ödənilməmiş şəxsi borcunun olmasını bəhanə edərək ona imtina cavabı vermişdir. O, bu halın qanunsuz olmasını, onunla bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 08.04.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsi üzrə yüklü olmasını, həyat yoldaşının təminatsız olan borcuna görə onun heç bir halda məsuliyyət daşımadığını və həmin borca görə tutmanın onun əmlaklarına yönəldilməsinin qeyri-mümkün olmasını qeyd etmişdir. Bunun müqabilində isə ona bildirilmişdir ki, məhkəməyə və ya istənilən yerə müraciət etməsindən, əmlaklarının sonrakı kredit müqaviləsi üzrə təminat qismində çıxış edibetməməsindən asılı olmayaraq yold aşının borcu ödənilməyincə mənzillər girovdan azad olunmayacaqdır. O isə bu halın açıq-aşkar özbaşınalıq, qanunu saymamaq, özünü qanundan üstün görmək olmasını, əmlaklarını banka girova qoymaqla onlara bağışlamadığını və bütün bu qanunsuzluq barədə ölkə rəhbərliyinə müraciət edəcəyini bildirmişdir. Lakin bunun heç bir müsbət nəticəsi olmamış, nəticə etibarı ilə faktiki olaraq banka girov qoyduğu mənzillər təminat olmayaolmaya bank və onun ləğvedicisi tərəfindən qanunsuz olaraq mənimsənilmiş, dövlət tərəfindən qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağızadə) 11 mart 2021-ci il, tarixli 2(006)-508/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə İddiaçı məx sus olan ünvan 3 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 4 yerləşən 52 saylı mənzilinə dair QSC "xxxx" KB-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, ünvan 3 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 4 yerləşən 52 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində QSC "xxxx" KB-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X4 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə QSC "xxxx" KB qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən ipotekaya xitam verilməsi üçün qanuni əsas mövcuddur. Belə ki, girovla (ipoteka ilə) təmin edilmiş öhdəliyə xit am verildikdə girova (ipotekaya) xitam verilir. Məhkəmə qətnaməsini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2, 48.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Qətnamədən cavabdeh LPO QSC "xxxx" KB apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-508/2021 saylı iş üzrə 11.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)508/2021 saylı, 11 mart 2021-ci tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki h alların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfındən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Birincisi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı Bank qarşısında öhdəliklərini tam yerinə yetirmişdir. Qeyd edir ki, Bankla iddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən ipotekaya xitam verilə bilməz. Belə ki, iddiaçı şəxsin Bankın elektron borc cədvəlində 11451,28 (on bir min dörd yüz ə lli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Həmin borc məbləği ödənilmədiyindən birinci instansiya məhkəməsi ipoteka yüklülüyünə xitam və ipoteka yüklülüyünə dair qeydiyyatın ləğvini verə bilməzdi. İkincisi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir və mübahisəli əmlaklara tutma yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd edir ki, başqa bir məhkəmənin daha öncə əmlaklara tutma yönəldilməsi barədə qərarının olmasına Nəsimi rayon Məhkəməsi həm bir əhəmiyyət verməmiş və ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, həmin qətnamə mübahisəli əmlaklara tutma yönəldilməsi, əmlakların hərracdan satılması barədə qərar qəbul etmişdir. Məhkəmə aktının əsaslandırılmam ası özü-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü maddəsinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, qanunun tələblərinə uyğun olaraq işə aid olan və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6471/2021 nömrəli işi üzrə 07.07.2021-ci il tarixli qət naməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-508/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddianın təmin edilməsi, 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 4 yerləşən 52 saylı mənzilinə dair "xxxx" KB QSC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi; ünvan 3 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 4 yerləşən 52 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi ndə "xxxx" KB QSC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd etmişdir ki, iş materialları və tərəflərin izahatı ilə təsdiq olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli 2(005)-5949/2015 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda X1 məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Yəni, cavabdeh X4 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə QSC "xxxx" KB qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Lakin cavabdeh X4 başqa kredit müqaviləsi üzrə, Bankla iddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11451,28 (on bi r min dörd yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Həmin öhdəliyin isə ipoteka ilə təminatı olmamışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili X2 cavabdehdən dövlətin xeyrinə 10.000,0 manat pul tutulması barədə vəsatətini (Azərbaycan Respublikası MPM-in 120-ci maddəsinə əsasən Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.) cavabdehin apellyasiya şikayəti verməsi onun prosessual hüququ olması kimi qiymətləndirmişdir. Cav abdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli 2(103)-6471 /2021 saylı qətnaməsini qismən ləğv edərək kredit müqavilələri üzrə əsas və faiz borcu hissəsində yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021ci il tarixli 2(103)-6471/2021 saylı qətnaməsi ilə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; apellyasiya instansi yası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; apellyasiya instansiyası məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsi eləcə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, iddiaçı Bank qarşısında öhdəliklərini tam yerinə yetirmişdir. Lakin Bankla iddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən ipotekaya xitam verilə bilməz. Belə ki, iddiaçı şəxsin Bankın elektron borc cədvəlində 11.451,28 (on bir min dörd yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Həmin borc məbləği ödənilmədiyindən birinci instansiya məhkəməsi ipoteka yüklülüyünə xitam və ipoteka yüklülüyünə dair qeydiyyatın ləğvini verə bilməzdi. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir və mübahisəli əmlaklara tutma yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Başqa bir məhkəmənin daha öncə əmlaklara tutma yönəldilməsi barədə qərarının olmasına nə birinci instansiya nə də ki, apellyasiya instansiyası məhkəməsi heç bir əhəmiyyət verməmiş və ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, həmin qətnamə mübahisəli əmlaklara tutma yönəldilməsi, əmlakların hərracdan satılması barədə qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 294.1.1. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə, girova xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 10.1 İpoteka müqaviləsi müstəq il xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti əsasinda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmələr tərəfindən işdə olan sübutlar qiymətləndirilməklə, müəyyən edilmişdir ki, borclu ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə kredit borcu öhdəliyini tam həcmdə yerinə yetirmişdir. İddiaçının əmlakı ilə təmin edilmiş kredit müqavilələri üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqavilələri üzrə ipoteka predmetlərinin girovda qalma zərurəti də aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə qiymət verilmişdir. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6471/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.