Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1430/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları
1. İddiaçı bildirir ki, 27.09. 2012-ci il tarixdə Lexus LX 570 markalı, 2012ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşını almış və dəyərinin ödənilməsi üçün “xxxx” ASC-nin Premium filialından götürdüyü 88032 manat kreditin təminatı kimi maşını bank qarşısında ipoteka ilə yüklü etmişdir. 2014-cü ilin sentyabr ayında həmin avtomobili satmaq üçün maşın salonuna qoymuş, Cavabdeh2 avtomobili etibarnamə əsasında ondan almış, banka ödənişləri özünün aparacağını bildirmişdir. Bir neçə ay sonra bankdan onunla əlaqə saxlanılaraq ödənişin gecikdirildiyi bildirilmişdir. Bu barədə Cavabdeh2 soruşduqda məlum olmuşdur ki, avtomobili 28.000 ABŞ dolları müqabilində etibarnamə əsasında xadlı şəxsə satmışdır. 2015-ci ildə onlara məlum olmuşdur ki, R.İslamov maşını Gürcüstan Respublika sına aparmış, faktla bağlı cinayət işi başlanılmışdır. Məhkəmənin qətnaməsi ilə banka olan borc ondan tutulmuşdur.
2. İddiaçı, cavabdehlərin onun qarşısında pul öhdəliklərinin olduğuna istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər xxxx ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək Cavabdeh2 avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh xxxx ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xxxx ASC-nin Premium filialında xxxx ASC ilə arasında bağlanmış 27.09. 2 012-ci il tarixli müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş Lexus LX 570 markalı, 2012ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüququ əldə etmişdir, banka olan 88032 manat borcundan 44854 manat iddiaçı tərəfindən hissə-hissə vaxtından əvvəl ödənilmişdir, həmin avtomaşını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, Cavabdeh2 tərəfindən istifadə edilən MİR avtosalonunda satışa qoyulan zamanadək onun xxxx ASC ilə arasında heç bir anlaşılmazlıq olmamışdır, banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan Lexus LX 570 markalı avtomaşını 2014-cü ilin sentyabr ayında xunda 100.000 ABŞ dollarına satışa qoymuşdur, razılıqlarına əsasən cavabdeh ilə birlikdə xxxx-yə gedərək həmin maşının üzərində olan nömrəsinin çıxarılması üçün DYP -ə məktub vermələrini xahiş etmişlər, cavabdeh x avtomobili satılanadək aylıq ödənişlərin onun tərəfindən ödəniləcəyini və avtomobil satıldıqdan sonra qalan vəsaitləri bir dəfəyə ödəyəcəyini bildirmişdir, bank ona məktub vermiş və iddiaçı da məktubu DYP-ə təqdim etmək üçün xvermişdir, nömrə dəyişildikdən sonra 2015-ci il fevral ayında xxxx ASCnin Premium Filialından ona zəng edilərək salon tərəfindən ödənişlərin edilmədiyini bildirmişlər, iddiaçı nə vaxtdan etibarən ödəniş ödənilmədiyini soruşanda, ona cavab olaraq 5 ay ödəniş edilmədiyi bildirilmişdir. Ona həmçinin bildirilmişdir ki, onun tərəfindən vaxtından əvvəl və artıq ödəmələr olduğundan sistem həmin artıq ödəmələri silmişdir, İddiaçı bu barədə x ilə əlaqə saxladıqdan sonra öyrənmişdir ki, x maşını xadlı şəxsə satmış, lakin ona ilki n ödəniş olaraq 28.000 ABŞ dolları ödənilmişdir, yerdə qalan məbləğ isə 01 ay ərzində ödəniləcəkdir, İddiaçı x ilə birlikdə banka getmiş və borc barədə arayış almış və avtomobili axtarışa vermişlər, Yol polisindəki kameralar vasitəsi ilə avtomobilin ölkədən çıxarılması və Gürcüstan Respublikası ərazisinə keçirilməsi onlara məlum olmuşdur, bu barədə Yasamal Rayon Polis İdarəsinə məlumat vermişlər, baş vermiş hadisə barədə cinayət işi başlanmışdır, xmaşını alaraq sonradan adları istintaq orqanları vasitəsi ilə müəyyən edilmiş x, x, xun köməyi ilə qaçaqmalçılıq yolu ilə ölkə sərhədindən kənara çıxarmaqla Gürcüstan Respublikasına aparmışdır və satmışdır, Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan ümumilikdə cəmi 65223.42 manat pul vəsaiti iddiaçıdan tutularaq xxxx ASC-yə verilməsi qət edilmişdir, göründüyü kimi o avtomobili Mir Avtosalonunu sahibinin qardaşı xşifahi formada razılaşma əsasında satmışdır, x isə maşını 100.000 ABŞ dolları dəyərində R.İsmayılov adlı şəxsə satmışdır, Rövşən isə həmin maşını başqasına satmışdır, dediyinə görə 28.000 ABŞ 5. 6. 7. 8. dolları almışdır, lakin o, əldə etdiyi puldan nə iddiaçıya nə də xxxx ASC-ə ödəməmişdir. Bunun nəticəsində ona 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Cavabdeh2 yazılı etiraz təqdim edərək bildirmişdir ki, tələb əsassızdır. Belə ki, tərəflər arasında heç bir rəsmi müqavilə və ya alqı-satqı müqaviləsi olmayıb, bunu təsdiq edəcək sübutlar da iş materiallarına əlavə olmamışdır, iddiaçı cavabdehə etibarnamə vermişdir, cavabdeh həmin etibarnamə əsasında iddiaçının iradəsini ye rinə yetirmişdir, tərəflər arasında mübahisəli avtomobilə dair kreditin x təərfindən ödənilməsinə dair heç bir razılaşma olmamışdılr, cavabdeh xxxx qarşısında krediti ödəyəcəyinə dair heç bir öhdəlik götürməmişdir, İddiaçı xetibarnamə vermişdir, etibarnamə isə bir tərəfli əqd sayılır, beləcə x da həmin etibarnamə əsasında İddiaçı adından müvafiq hərəkətləri yerinə yetirmişdir, əgər İddiaçı avtomobili satma desə idi, Cavabdeh2 onu satmayacaqdı, həmçinin iddiaçı istənilən vaxt etibarnaməni ləğv edə bilərdi, lakin ləğv etməmişdir, bu isə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı həmin maşının satmasına öz etirazını bildirməmişdir, maşın hal-hazırda girovdadır, İddiaçı bankdan həmin krediti götürdüyü zaman da maşını öhdəliyin icrası üsulu kimi qoymuşdur, həmçinin İddiaçı həmin avtosalondan X21 markalı maşını götürərək, ilkin ödəniş kimi 28.000 dollar məbləğ ilə əvəzləşdirmişdir, avtosalon həmin maşınlara xidmət göstərir, bunun müqabilində ödəniş alması çox təbii bir haldır, iddiaçı özü də izahatında maşının sonuncu dəfə Rövşən tərəfindən satıldığını vurğulayır, belə olan halda xun cavabdeh qismində cəlb olunmasını əsassız hesab edir. İddiaçı ərizəsində hüquqlarının 2015-ci ilin fevral ayında xəbərdar olduğunu bildirir, belə olan halda hesab edir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. xxxx ASC-nin iddiaçıya zəng edərək salon tərəfindən ödənişin edilmədiyini bildirdiyi gün məhz iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gündür, iddia müddətinin axımı da həmin vaxtdan hesablanmağa başlanmalıdır, iddiaçı isə göstərilən mübahisə ilə bağlı 2019-cu ilin sentyabr ayında, yəni 4 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xxxx ASC-nin nümayəndəsi də iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, tələb tamamilə əsassızdır. Ümumiyyətlə xxxx hazırki iş üzrə cavabdeh deyildir, hazırki iş üzrə eyni tərəflər, eyni əsas və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, iddiaçının mübahisələndirdiyi məsələlər, Yasamal Rayon Məhkəməsinin xsaylı və Bakı Apellyasiya Məhkəməsinin xsaylı qətnaməsi və Ali Məhkəmənin xsaylı qərarında öz həllini tapmışdır, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmış, nəticədə iddiaçıdan 65223.42 manat pul vəsaiti xxxx ASC-nin xeyrinə tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 10 dekabr 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X12 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X4 dəymiş ziyana görə təqsiri müəyyən olunmadığından və avtomobilin faktiki sahibliyindən çıxması birbaşa R.İslamovla əlaqələndirildiyindən iddia tələbi cavabdeh xmünasibətdə təmin oluna bilməz. Həmçinin cavabdeh xqarşı yönəlmiş iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair normaların uyğun həll edilməli, bununla yanaşı iddia tələbi əsassız olduğuna görə iddia müddəti də tətbiq olunmalıdır. Məhkəmə, digər cavabdeh xxxx ASC-yə qarşı iddia tələbinə münasibətdə hesab edir ki, mübahisəli avtomobilin bankda girovu i ddiaçının müqavilə əsasında bank qarşısında götürdüyü kredit öhdəliklərinin təmin edilməsi üsulu kimi çıxış etdiyindən və öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 19 avqust 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan "Lexus" LX 570 markalı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X10 tərəfindən istifadə edilən "MİR" avtosalonunda 100.000 ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X10 ilə birlikdə Bank "xxxx“ ASC-nin "Premium" Filialına getmiş Lexus" LX 570 markalı **-RO-*** nömrəli dövlət qeydiyyatlı avtomaşın "MİR" avtosalonunda satışa qoyduğunu bildirərək həmin nömrənin avtomobilin üzərindən çıxarılması üçün DYP-yə məktub vermələrini xahiş etmiş və X10 isə avtomobil satılanadək aylıq ödənişlərin onun tərəfindən ödəniləcəyini və avtomobil satıldıqdan sonra qalan vəsaitləri birdəfəyə ödəyəcəyini bildirmişdir İddiaçı Bankdan məktubu alıb cavabdehə vermiş cavabdeh DYP-də nömrəni dəyişdirmiş avtomobilə yeni **-VD-*** nömrəsi almışdır. Nə birinci instansiya, nə də apellyasiya məhkəməsində cavabdeh avtomobilin satışa verildiyini inkar etməmişdir. X7 Bakı şəhəri Yasamal RPİ-nə verdiyi izahatında bildirmişdir ki, 17 sentyabr 2014-cü il tarixində işlədiyi Yasamal rayonu ərazisində yerləşən Bakı avtomobil satışı mərkəzindəki MİR avtosalonuna X13 maşın almaq üçün ona müraciət etmiş. Avtosalonda olan “Lexus" LX 570 markalı m aşım bəyəndiyini və almaq qərarına gəldiyini bildirmiş, həmin maşının kreditdə olduğunu və 28 000 ABŞ dolları ödəməli olduğunu bildirmiş, o razılaşmış və 28000 ABŞ dollarını ödəyərək, banka olan 58500 ABŞ dollarını 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. X5 həmin maşını aldıqdan sonra banka olan borcu ödəməmiş və maşını geri qaytamaqdan boyun qaçırmışdır. Göründüyü kimi iddiaçı cavabdeh X2. 28000 ABŞ dolları alıb lakin qalan vəsaiti ala bilmədiyini qeyd edir. Cavabdeh əldə etdiyi pulu - 28000 ABŞ dollarını iddiaçıya verməmişdir. Cavabdeh avtomobili 28000 dollarına satdığını yazılı izahatı ilə qəbul etmiş və nümayəndəsi prosesdə həmin faktı təsdiq etmişdir. Lakin cavabdeh həmin 28000 dollarının əvəzində iddiaçıya yeni avtomobil verdiyini sübut edə bitməmişdir. Bundan başqa məhkəmə iddiaç ının nədən polisə şikayət etdiyini və nədən cinayət işi üzrə zərərçəkən kimi tanınmasını nəzərə almadığından cavabdehin şifahi olaraq ”28000 dollar əvəzinə ona yeni avtomobil verilmişdir" fikrini əsas götürmüşdür. Məhkəmənin gəldiyi nəticə ilə razılaşsaq cinayət işi üzrə iddiaçı deyil, cavabdeh zərərçəkən kimi tanınmalıydı. Məhkəmə nəzərə almalıydı ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi bağlanmış (MİR avtosalonunda satış üçün) və iddiaçı avtomobili ona satmağa vermişdir. Bu məqsədlə Azərbaycan Respublikasında Sahibkarlıq fəaliyyəti sahəsində təşəkkül tapmış formada sərəncam vermək hüququ ilə etibarnamə vermişdir. Cavabdeh avtomobili satıb pulunu iddiaçıya verəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 28000 dolları aldığını etiraf etsə də həmin vəsaiti belə iddiaçıya verməmişdir. Məhkəmənin iddia müddətinin tətbiqi ilə əlaqədar bildirir ki, yol polisində kameralar vasitəsi ilə avtomobilin ölkədən çıxarıldığın, Gürcüstan ərazisinə keçirildiyini müəyyən etdildikdən sonra, bu barədə Yasamal Rayon Polis idarəsinə məlumat verilmiş və Yasamal Rayon Polis İdarəsinin ********* nömrəli qərarı ilə iş üzrə cinayət işi başlanmışdır. Cinayət işi üzrə X8 zərərərçəkmiş olaraq qeydə alınmışdır. Cinayət işi üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X13 maşını alaraq sonradan adları istintaq orqanları vasitəsi ilə müəyyən edilmiş gömrük orqanları əməkdaşları olan X14, X9, X1 ilə gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə ölkə sərhədlərindən kənara çıxarmaqla Gürcüstan Respublikasına aparmışdır. Qeyd olunan mülki işlə əlaqədar əvvəlcədən cinayət işi mövcud olduğun dan məhkəmə tərəfindən müəyyən edilən iddia müddətinin ötürülməsi mövqeyi əsaslı deyil. Cinayət işinin mövcud olma səbəbindən mülki işlə bağlı iddia 30.01.2019-cu il tarixində verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat v ermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
20. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
21. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınm az əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa s öykənir.
26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
27. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
34. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək 58463.22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq xxxx ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
35. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17. 12.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, 58463.22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq xxxx ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4892/17 saylı 11.07.2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.12.2016cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
36. İş materiallarında olan ƏN-İ 472589 saylı etibarnamənin surətindən görünür ki, etibar edənlər İddiaçı və X10 daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X12 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014cü il tarixidir.
37. İş materiallarında olan ƏN-İ 188500 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X6 etibar etmişdir, etibarnamə 5 il müddətinə verilərək 10.12.2014-cü ilədək qüvvədə olmuşdur.
38. Apellyasiya məhkəməsi işin yuxarıda qeyd olunan halları üzrə bu nəticəyə gəlmişdir ki, iddianın rədd olunması əsaslıdır. Belə ki, İddiaçı və Qismət Əhədov eyni vaxtda daşınar əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. səlahiyyətləri Rövşən İslamova etibar etmişlər və etibarnamələrin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir. Qanuni qüvvəyə minmiş 17.06.2015-ci il tarixli məhkəmə aktı ilə 58463.22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində olan pul vəsaitinin cavabdeh İddiaçı tutularaq xxxx ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmuşdur. Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Kollegiya idianı digər cavabdeh xxxx ASC-yə qarşı iddia tələbinə münasibətdə də əsassız saymışdır. İş materiallarından göründüyü kim i, iddiaçı iddia ərizəsində hüquqlarının 2015-ci ilin fevral ayında xəbərdar olduğunu etiraf etmiş, bununla belə 17.09.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Cinayət işinin başlaması hazırki iddia tələbi üzrə iddia müddətinin axımını kəsməmişdir.
39. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, həm müqavilədən, həm də qanundan irəli gələn (əsassız varlanma) öhdəliklər nəzərdən keçirildikdə iddiaçının pul tələbi üzrə müddət ötürülmüşdür. İddiaçı hüquqlarının pozulduğunu 2015-dən bildiyi halda hazırkı iş üzrə cavabdehlərə qarşı iddianı 17.09.2019-cu ildə irəli sürmüşdür. Bununla da tələbin irəli sürülməsi üçün qanunda nəzərdə tutulan müddətləri ötü rmüşdür (§ 22, 27). İddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi də nəzərə alındıqda tələbin təmin olunmaması barədə məhkəmələrin qənaəti maddi və prosessual hüquq normalarına uyğundur.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.