Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1430/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2021-ci il tarixli, 2(103)279/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ASC (Kreditor) ilə İddiaçı (borcalan) arasında 24.11.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə əsasən kreditor borcalana Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə görə borcalan bu müqaviləyə uyğun tərtib edilmiş və onun ayrılmaz hissəsi olan, tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəli əsasında ödənişləri hər ayın 24-ü həyata keçirir. Müqavilədə bank hesabı **********0000 müəyyən edilmişdir. 2. "xxxx" firması (icraçı) ilə İddiaçı (payçı) arasında 24 noyabr 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda, İİİ mərtəbədə 40 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 140 kv.m. təşkil edir. Mənzil sahəsinin ümumi dəyəri 154.000 manat təşkil edir.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməklə son nəticədə yaşayış sahəsini qəbul etməyi öz üzərinə götürür.
4. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin hər kvadratmetri 1100 manat həcmində qiymətləndirilməklə mənzil sahəsinin dəyəri 154.000 manat təşkil edir.
5. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, payçı tərəfindən ödənilmiş m əbləğ icraçı tərəfindən yalnız həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır.
6. Cavabdeh2 ASC (borc verən) ilə İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 24.11.2009-cu il tarixli, 103/1 nömrəli ipoteka müqaviləsi əsasında tərəflər arasında bağlanmış həmin tarixli 103 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ona ayrılmış 154.000 manat məbləğində kreditin təminatı üçün Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 40 nömrəli mənzili ipoteka qoymuşdur.
7. İddiaçının təqdim etdiyi qəbzlərin kserosurətlərindən görünür ki, 25.12.2009-cu ildə 2156 manat, 11.02.2010-cu ildə 2500 manat, 30.03.2010-cu ildə 4000 manat, 06.07.2010cu ildə 2156 manat, 06.12.2010-cu ildə 7000 manat, 27.01.2011-ci ildə 2000 manat, 28.02.2011-ci ildə 2000 manat, 06.02.2012- ci ildə 4000 manat pul **********0000 saylı hesaba ödənilmişdir.
8. Cavabdeh2 ASC-nin İdarə Heyətinin sədri Z.Quliyevanın imzası və bankın möhürü ilə təsdiq edilmiş 24 iyul 2013-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh2 ASC-də **********420000 saylı hesabı var və onun 24.07.2013-cü il tarixinə banka borcu yoxdur.
9. Cavabdeh2 ASC-nin 28.04.2021-ci il tarixli maliyyə arayışında İddiaçı Cavabdeh2 ASC-də 24 noyabr 2009-cu il tarixli müqavilə üzrə 151.269 manat əsas borcu olduğu göstərilir.
10. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestri məlumatlarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi 08.08.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının hüquqi varisidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 08.08.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödədiyi 25.812 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ilin axırlarında cavabdeh “Meridian" Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənz ili almaq barədə cavabdehlə razılaşmışlar. Həmin tikilidən alınan mənzil Cavabdeh2 ASC tərəfindən ipoteka krediti ilə təmin edilmişdir. Mənzil üçün hər ay ən azı 2000 manat pulu Cavabdeh2 ASC-də onun adına açılmış **********0000 nömrəli hesaba köçürmüşdür. 25.12.2009-cu il tarixdən 06.02.2012-ci il tarixədək ümumilikdə 25.812 manat banka pul ödəmişdir. Sonradan imkanı olmadığından mənzil haqqını ödəyə bilməmişdir. Cavabdehlərlə aralarında belə razılaşma olmuşdur ki, mənzili başqa şəxsə verəndən sonra ödədiyi pulları özünə qaytaracaqlar. Cavabdeh2 ASC tərəfindən ona bankda **********24420000 saylı hesabının olması və 24.07.2013-cü il tarixə banka heç bir borcunun olmaması barədə 24.07.2013-cü il tarixli 369 nömrəli arayış verilmişdir. Son vaxtlar cavabdeh "xxxx" Kooperativinə və Cavabdeh2 A SC-yə ödədiyi 25.812 manat pulun qaytarılması barədə müraciət etmiş, məlum olmuşdur ki, cavabdeh tərəf həmin mənzili başqa şəxsə vermişdir. Lakin ödədiyi 25.812 manat pulu geri qaytarmaqdan imtina etmişlər.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 2(007)1999/2018 saylı qətnaməsi ilə (hakim Məzahir Sadıqov) İddiaçı cavabdehlər "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" Kooperativindən 25812 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi qismən təmin edilib və "xxxx" firmasından (Kooperativindən, hazırkı "xxxx" MMC-dən) 25812 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli qətnaməsi Cavabdeh2 ASC-yə aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. c) Kassasiya instansiyası məhkəməsi ndəki birinci icraat
17. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2(102)-2549/2019 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.05.2019-cu il tarixli, 2(102)2549/2019 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bir sıra prosessual pozuntulara yol verib. Belə ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 saylı binanın 40-cı mənzilinə dair 24 noyabr 2009-cu il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilə İddiaçıla Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı ünvanda yerləşən "xxxx" firması arasında bağlandığı və müqavilə sonuncunun qanuni təmsilçisi Nazim Əhmədov tərəfindən imzalandığı və firmanın dairəvi möhürü ilə təsdiq edildiyi halda, iddia tələbi sonuncuya qarşı deyil, hüquqi ünvanı ünvan 28 avqust 1995-ci il tarixdə dövlət qeydiyyatına alınan "xxxx" Kooperativinə qarşı verilib.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" firmasının 18 avqust 1995-ci il il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Kooperativinin hüquqi varisi olub-olmamasını aydınlaşdırm adan, həmin firmanın 08 avqust 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, onun bazasında əvvəl "xxxx" MTK, sonradan isə çevrilməsi nəticəsində "xxxx" MMC yaranmasını, hazırkı iddianın ona cavab verməli olmayan 18 avqust 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Kooperativinə qarşı verilməsini nəzərə almadan, iddiaçının razılığı ilə cavabdeh "xxxx" Kooperativini əsl cavabdeh "xxxx" firmasının hüquqi varisi "xxxx" MMC ilə əvəz edib, bu barədə prosessual qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul etmədən, iddia tələbini qismən təmin etməklə "xxxx" firmasından (Cavabdeh1ndən, hazırkı "xxxx" MMC-dən) iddiaçının xeyrinə 25.812 manat pul tutulmuşdur.
21. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, digər tərəfdən iddiaçı ilə "xxxx" firması arasında bağlanan sözügedən m üqavilədə sonuncunun hüquqi ünvanı ünvan 3 Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılıb. Halbuki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə Nizami Rayon Məhkəməsində baxılarkən onun ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyini aşkara çıxardığı halda, işi ərazi aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Xətai Rayon Məhkəməsinə göndərmək əvəzinə, prosessual normaların tələblərini pozaraq işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında l əğv edilməsi üçün əsasdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(103)-9354/2019 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli qətnaməsi, işə ərazi aidiyyəti pozulmaqla baxıldığından ləğv edilmiş və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. d) Birinci instansiyası məhkəməsindəki icraat
24. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim X1) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binas ından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi 08.08.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə AzərbaycanRespublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının hüquqi varisidir. İş materiallarında olan kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 08.08.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan-Respublikası Ədliyyə Na zirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
26. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 ASC (kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış 24.11.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinə əsasən borcalana Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində kredit verilməsi, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 24.11.2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə”yə əsasən "xxxx" firması Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tiki lən 15 mərtəbəli yaşayış binasının İİ blokunda, İİİ mərtəbədə 40 nömrəli mənzili ilə İddiaçı verməyi öz öhdəsinə götürməsi. tərəflərin razılaşmasına əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, ödənilmiş məbləğin icraçı tərəfindən həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılacağı, iddiaçının 25.12.2009-cu il tarixdən 06.02.2012-ci il tarixədək olan müddətdə ipoteka krediti üçün Cavabdeh2 ASC vasitəsi ilə "xxxx" firmasının hesabına cəmi 25.812 manat məbləğində pul ödəməsi, həmin vaxtdan sonra iddiaçının müqaviləni birtərəfli qaydada pozması, mənzilə görə ödənişləri dayandırması, bununla da müqavilənin 2.5-ci bəndində nəzərdə tutulduğu qaydada ödənilmiş məbləğin ona geri qaytarılması üçün əsasların yaranması, iddiaçının dəfələrlə müraciət etm əsinə baxmayaraq, cavabdeh "xxxx" firmasının iddiaçıya məxsus pul məbləğini ona geri qaytarmaması müəyyən olunmuşdur.
27. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh "xxxx" Firması ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 manat pulu ona qaytarmamaqla əsassız olaraq varlanmışdır. Ona görə də, İddiaçı iddia irəli sürərək əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılmasını və vurulmuş zərərin əvəzinin ödənilməsində haqlı olmuşdur. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ASC-yə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi qismən təmin e dilərək cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) mənzilin alınmasına görə ödənilmiş 25.812 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 135, 405.1, 421.3, 425, 1091, 1092, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdeh "xxxx" MMC-nin direktoru X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 22.02.2021-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza nın aparılması Auditorlar Palatasına həvalə edilməsi qərara alınmışdır. 08.04.2021-ci il tarixli auditor rəyində bildirilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 103 saylı kredit müqaviləsi əsasında (kreditin təminatı üçün Girov müqaviləsi əldə olunmadı), 103/1 saylı, 24 noyabr 2009 tarixli ipoteka müqaviləsi üzrə (kredit xətti) əməliyyatlar hüquqi nəticələr doğursa da natamam maliyyə nəticələri doğurur. Yəni müqavilə üzrə ipoteka saxlayan cavabdeh "xxxx" ASC ipoteka haqqında qanunvericiliyin tələblərini gözləməklə, habelə ipoteka müqaviləsinin tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirdiyi 3.1-ci maddəsində təsbit olunmuş (Borcalana 154000,00 manat kredit verir) vəzifəni yerinə yetirməsi barədə əməliyyatlar təsdiqini tapmır və ya ipoteka kreditinin verilməsi təsdi qini tapmır. İqtisadi (maliyyə) cəhətdən əsaslandırılması mümkün olmayan əməliyyatlara görə hər hansı ödəniş öhdəliyi yarana bilməz və ya etibarlı deyil. Əgər bu məsələ ilə bağlı tutarlı audit sübutlarını əhatə edə biləcək rəsmi sənədlər (elektron sənədlər və çıxarışlar) və faktlar aşkar edilərsə, auditor tədqiqata yenidən başlaya (baxa) bilər.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2021-ci il tarixli, 2(103)279/2021 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı işi üzrə 25 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC -nə qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi və ekspertiza xərci olan 145 manat məbləğdə pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-388, 446, 447, 452,458, 527, 529, 556, 560; Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlara müvafiq səhv qənaətə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən pulun məhz cavabdeh "xxxx" firmasına və ya Kooperativinə ("xxxx" MMC) ödənilməsini təsdiq edən sübutlar müəyyən edilməmiş, qəbzlərdə qeyd edilmiş hesab nömrəsi "xxxx" Firması kimi qeyd edilən hesabla uyğunluq təşkil etmir, lakin kredit müqaviləsində qeyd edilən iddiaçının hesab nömrəsi ilə eynilik təşkil edir (iş səh.9-11,61-64,67-72). Diqqətə çatdırılmalıdır ki, Cavabdeh2ASC aid hissədə iddia tələbinə xitam verildiyindən ona münasibətdə tələbin tədqiq edilməsi prosessual cəhətdən yolverilməzdir. Ona görə şikayət baxılan hissədə təmin edilməli, qətnamə ləğv edilərək iddia tələbi rədd edilməlidir.
33. Qeyd edilənlərə müvafiq qənaət ondan ibarətdir ki, müqavilə öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi müstəv isində iddiaçı pulu məhz "xxxx" MMC-dən tələb etsədə bunu sübuta yetirməmiş, aparılmış araşdırmalar zamanı qeyd edilən tələbin əsasları öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir lüzum olmadan iş üzrə mühasibatlıq ekspertizası üzrə auditor araşdırması (Audit yoxlaması) keçirmiş, auditorun 10 avqust 2021-ci il tarixli rəyini əsas götürərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Halbu ki, rəydə Cavabdeh2 ASC-yə aid olan qeyd edilən faktlar və xüsusatların araşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 may 2019-cu il tarixli xüsusi qərardadı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi göndərilmiş xüsusi qərardadın nəticəsi ilə bağlı Baş Prokurorluğa verdiyi sorğuya cavabdan da aydın olur ki, xüsusi qərardad hal-hazıradək araşdırılmadan Cavabdeh2 ASC-nin vəzifəli şəxsləri barəsində ayrılmış cinayət işinə əlavə edilmiş, lakin xüsusi qərardad hal-hazıra kimi araşdırılmamış və göstərilən faktlara hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" firması (icraçı) ilə İddiaçı oğlu (payçı) arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavi lənin 2-ci bəndinə istinad etməmiş və həmin bəndə əsasən iddia tələbinə düzgün hüquqi qiymət verməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
37. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
38. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri
39. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
40. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 43.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxs in (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavi lə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxark ən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilməlidir.
46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-9-cu paraqraflarında göstərilmişdir.
47. İş üzrə əvvəl verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə 07.05.2019-cu il tarixdə baxılarkən məhkəmə kollegiyası iddianın düzgün həlli üçün əhəmiyyətli olan bir sıra halların araşdırılmalı olduğunu müəyyən etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün göndərmişdir. 48.Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
49. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qeyd etdiyi işin ərazi aidiyyəti və əsil cavabdehin müəyyən olunması ilə bağlı göstərişlərinə əməl etmişdir. Lakin işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan digər hallar üzrə araşdırmanı tam aparmamışdır. Belə ki, Ali Məhkəmə 07.05.2019-cu il tarixli qərarında göstərmişdi ki: «İşə əlavə edilmiş Cavabdeh2 ASC kassa mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı “ipoteka krediti üçün aylıq annuitet ödənişinə görə” 25 dekabr 2009-cu ildən 06 fevral 2012-ci il tarixədək bankda olan **********20000 saylı hesab nömrəsinə ümumilikdə 25.812 manat pul köçürüb. Cavabdeh2 ASC 24 iyul 2013-cü il tarixli arayışından isə görünür ki, İddiaçı bankda **********4420000 saylı hesab nömrəsi var və onun 24 iyul 2013-cü il tarixə banka heç bir borcu yoxdur.
50. İddia ərizəsindən görünür ki, iddiaçı sözügedən mənzili satın almaq üçün cavabdehlərlə q arşılıqlı razılığa gəldiyini, bunun üçün Cavabdeh2 ASC adına açılan **********0000 saylı hesab nömrəsinə 25.812 manat pul köçürdüyünü, lakin sonradan mənzilin haqqını ödəyə bilmədiyi üçün qarşılıqlı razılığa əsasən mənzil başqa şəxsə satıldıqdan sonra mənzilə görə ödədiyi pul vəsaitini cavabdehlərin ona geri qaytaracaqlarını öhdələrinə götürmələrini iddia edir.
51. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh2 ASC olan **********20000 saylı hesab nömrəsinə ümumilikdə 25.812 manat pul köçürməsi işin mübahisə olunmayan halıdır və "xxxx" MMC-də kassasiya şikayətində bu halı inkar etmir. Lakin hazırda “Meridian-M MMC sözügedən pul vəsatinin ona deyil, Zaminbank ASC ödənildiyini, sonuncu ilə aralarında hər hansı öhdəlik hüquqi münasibətlərin yaranmadığını, eləcə də həmi n pul vəsaitinin bu günədək ona ödənilmədiyini və bu səbəbdən də mənzilə dair İddiaçıla bağladığı müqaviləni birtərəfli qaydada ləğv edib, mənzili başqa şəxsə satdığını göstərib iddia tələbinə etiraz edir.
52. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanan kredit, ipoteka müqavilələrinin, eləcə də sonuncu ilə "xxxx" firması arasında bağlanan “kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin şərtlərini təfsir edərkən, həmin müqavilələr üzrə tərəflərin iradə ifadələrinin həqiqi mənasını, bütövlükdə müqavilələrin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də bütün müvafiq halları, o cümlədən tərəflərin sözügedən müqavilələrə qədərki danışıqlarını, sonrakı hərəkətlərini nəzərə almadan, həmçinin İddiaçı iddia etdiyi 25.812 manat pul vəsaitini "xxxx" firmasına deyil, Cavabdeh2 ASC-də öz adına açılan **********0000 saylı hesab nömrəsinə köçürməsinə əhəmiyyət vermədən, həmin hallar üzrə, o cümlədən Cavabdeh2 ASC ilə "xxxx" firması arasında hər hansı iş birliyinin, mülki hüquqi bağlılığın, həmin firmanın adına Cavabdeh2 ASC hesab nömrəsinin olubolmamasını və sair araşdırmadan, İddiaçı Cavabdeh2 ASC-nə ödədiyi 25.812 manat pul vəsaitini qanuni əsas olmadan "xxxx" firmasından (Kooperativdən, hazırkı "xxxx" MMC) tutmuşdur. Halbuki, Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
53. Bundan başqa işdən görünür ki, İddiaçı Cavabdeh2 ASC-də **********0000 saylı hesab nömrəsindən əlavə, **********420000 saylı hesab nömrəsi də vardır və Cavabdeh2 ASC 24 iyul 2013-cü il tarixli arayışına görə onun 24 iyul 2013-cü il tarixə banka heç bir borcu yoxdur.
54. Apellyasiya instansiyası məhkəməsi sözügedən mənzilin satın alınması üçün Cavabdeh2 ASC tərəfindən İddiaçı ayrılmış 154.000 manat kredit vəsaitinin sonuncu tərəfindən bankdan kassa məxaric orderinə əsasən götürülüb-götürülməməsini və ya həmin vəsaitin təyinatı üzrə Cavabdeh2 ASC tərəfindən "xxxx" firmasının bank hesabına köçürülüb-köçürülməməsini, eləcə də İddiaçı adına bankda fərqli hesab nömrələrinin açılmasının səbəblərini aydınlaşdırmadan, kredit və ipoteka müqavilələrini imzalamış Cavabdeh2 ASC İdarə Heyətinin sə dri Zəhra Quliyeva və “kooperativ binada mənzil tikintisi haqqında” müqaviləni imzalamış Nazim Əhmədovun və digər vəzifəli şəxslərin hərəkətlərində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə cinayətinin əlamətlənin olub-olmamasını yoxlamaq üçün xüsusi qərardad çıxarmaqla prokurora məlumat vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi, eləcə də İddiaçı izahatı ilə müəyyən olunur ki, "xxxx" firması ilə Cavabdeh2 ASC arasında “işgüzar” münasibətlər olub və kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh2 ASC tərəfindən İddiaçı bir manatda olsun pul ödənilməyib, verilməyib və sonuncunun deməsinə görə həmin pul vəsaiti "xxxx" firmasına ödənilməli idi. Bütün bu faktlar, eləcə də hər üç müqavilənin eyni tarixd ə bağlanması, mənzilə dair ipoteka müqaviləsinin üç tərəfli deyil, yalnız Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmaqla imzalanması, həmin müqavilənin notarial qaydada təsdiq edilməməsi, həmçinin "xxxx" firmasının məhz Cavabdeh2 ASC Xətai filialında **********0000 saylı hesab nömrəsinin olması, həmin firmanın və "xxxx" MTK və "xxxx" MTK qanuni təmsilçisinin eyni şəxs, yəni Nazim Əhmədovun olması, sonuncu tərəfindən mənzilə dair İddiaçıla bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi və sair hallar da sözügedən müqavilələrin aldatma, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə bağlanmasını istisna etmir».
55. Eyni zamanda kassasiya instansiyası məhkəməsi xüsusi qərardad çıxarmaqla, Zaminbank” ASC İdarə Heyətinin sədri X2, eləcə də "xxxx" firmasının qanuni təmsilçisi X4 və digər vəzifəli şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3-cü maddələrində nəzərədə tutulan cinayətlərin əlamətlərinin olub-olmamasının yoxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat vermişdir.
56. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi bu göstərişlər üzrə tam araşdırma aparmamış, MPM-nin 420-ci maddəsinin tələblərinə əməl etməmişdir.
57. Həmçinin görünür ki, apellyasiya instansiyası məhkəməsi işə tətbiq olunan maddi hüquq normaları kimi Mülki Məcəlləsinin 446, 452, 458, 556, 569-cu maddələrinə istinad etmişdir. Lakin bu normaların işə tətbiqini əsaslandırmamışdır.
58. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bü tün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
59. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırıl an sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2021-ci il tarixli, 2(103)279/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.