Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1430/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1430/2025 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1146/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kass asiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olub Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülmüşdür.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “kompensasiya və özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və cavabdeh X3 məxsus ümumi sahəsi 80,58 kv.m. olan M-93A nömrəli özbaşına tikili ev, "xxxx" ASC tərəfindən cavabdeh X3 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, ASC) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət e dərək, cavabdeh tərəfindən ona məxsus əmlaka vurulmuş 120.000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən 115 kv.m. tikintialtı sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində qazıntı, söküntu və tikinti işlərinin aparılmasının qadağan edilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1993-cü ildən ailə üzvlərilə birlikdə Ağdam rayonunun Çuxurməhlə kəndindən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb yaşayır. İddiaçının mənzil şəraiti pis olduğundan Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında öz şəxsi hesabına 115 kv.m. tikintialtı sahəsi olan 5 otaqlı fərdi yaşayış evi tikib, ailə üzvlərilə birlikdə həmin evdə yaşayır. Həmin fərdi yaşayış evi 4 otaqdan və mətbəxdən ibarət idi. İddiaçıya məxsus həmin fərdi yaşayış evi 28 fevral 2024-cü il tarixdə saat 11 radələrində cavabdeh ASC-nin əməkdaşları tərəfindən qəfil ağır texnika ilə sökülərək məhv edilmişdir. Cavabdeh ASC qeyd edilən hüquqa zidd fəaliyyəti nəticəsində iddiaçıya məxsus əmlaka 120.000 manat məbləğində zərər vurmuşdur. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi və digər cinayətlərin əlamətləri var.
5. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2668/2024 nömrəli, 2 may 2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələ bini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, qarşı tərəfin izahatı tamamilə əsassızdır. Onlar bununla bağlı 19 mart tarixində iddia ərizəsi də vermişdilər. Həmin mənzilə ekspertiza keçirilmişdir. Evin yarımtikili və pis vəziyyətdə olduğu, heç bir yaşayışın olmadığı ekspertiza nəticəsində əksini tapmışdır. Ekspertizanın rəyində də bu faktlar qeyd edilmişdir. Bununla sübutları da məhkəməyə təqdim ediblər. Öz iddia ərizəsində kompensasiyanın verilməsinə razı olduqlarını da qeyd ediblər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə bu məsələ artıq hüquqi qüvvəsini almış, X4 tərəfindən M-119 ünvanda inşa olunmuş ev kimi nəzərdə tutulmuş tikilinin hazırkı real bazar qiyməti ilə təqribi dəyəri 8.000 manat məbləğ ində müəyyən edilmişdir. Odur ki, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
7. X1 24 saylı, 20 fevral 2024-cü il tarixli Qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında “Qanlı gölün şimalqərb hissəsində yerləşən torpaq sahəsində X4 tərəfindən M-119 ünvanda inşa olunmuş ev kimi nəzərdə tutulmuş tikilinin hazırkı real bazar qiyməti ilə təqribi dəyəri 8.000 manat məbləğində müəyyən edilir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya m əhkəməsi) 2(004)-3376/24 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 20 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, özbaşına tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 8000 manat məbləğində müəyyən edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin məbləğin iddiaçının ərinə ödənilməsi qət edilmişdir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, iddia tələbi ilə işin faktiki halları üst-üstə düşmədiyindən rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 180.2, 180.3, 180.4, 386.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual normaların tələbini pozmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1146/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlim ova və Məhəmməd Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər fərqli olmuş olsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə hazırkı mübahisəyə mahiyyətcə hüquqi qiymət verilmişdir. Belə ki, həmin işdə eyni özbaşına tikili barəsində iddia tələbi "xxxx" ASC tərəfindən iddiaçının əri X3 qarşı irəli sürülmüşdür. Adı çəkilən qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və cavabdeh X3 məxsus ümumi sahəsi 80,58 kv.m. olan M-93A nömrəli ö zbaşına tikili ev, "xxxx" ASC tərəfindən cavabdeh X3 8.000 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, özbaşına tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 8.000 manat məbləğində müəyyən edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 180.1, 180.2, 180.3, 180.4, 386.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
16. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və id dia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Kassasiya şikayətində işin faktiki halları və qanunvericilik normaları sadalanmış, konkret dəlil göstərilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
25. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etd iyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya bax ışının hədləri:
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM- in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1146/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.