Məhkəmə qərarları › İş №2(102)-1433/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1433/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1433/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosessində olan “xxxx” ASC Cavabdeh: Cavabdeh1 Cavabdeh: X2 Cavabdeh: Cavabdeh3 İddia tələbi: “14.255,40 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 4779,64 ABŞ dolları faiz, 18.639,49 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 21.08.2019-cu il tarixə kimi 1797,84 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5% olmalqa, cəmi 39.472,37 ABŞ dolları borcun tutulması” Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ib arət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(103)-6016/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosessində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -13.02.2015-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh1 arasında şəxsi istehlak məqsədi üçün illik 24 faizlə 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmışdır. -Cavabdeh1, X1 və Cavabdeh3 oğluna göndərilmiş 12.08.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, cədvəl üzrə yaranmış borcun ödənilməsi təklif olunur və rəsmi xəbərdarlıq edilir ki, əgər qeyd olunan taxirədək borcun ödənilməsi təmin edilməzsə, borcun məcburi, o cümlədən təminatın hesabına ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəkdir. -****** saylı, 13.02.2015-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin X2 və Cavabdeh3 oğlu İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə aldığı kreditlə bağlı öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilməsi ilə əlaqədar borcalanla birlikdə məsuliyyəti tam üzərinə götürmüşlər. -26.08.2019-cu il tarixli arayış hesabatdan görünür ki, Cavabdeh1 müqavilə üzrə əsas borcu 14.255,40 ABŞ dolları, hesablanmış və tələb olunan faiz dərəcəsi üzrə 4.779,64 A BŞ dolları, tələb ounan cərimə məbləği 18.639,49 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1797.84 ABŞ dolları olmaqla yaranmış ümumi borc məbləği 39.472, 37 ABŞ dolları təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə 14.255,40 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 4.779,64 ABŞ dolları faiz, 18.639,49 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 21.08.2019-cu il tarixə kimi 1797,84 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5% olmalqa, cəmi 39.472,37 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(008)6668/2019 saylı q ətnaməsi ilə (hakim S.Ş.Talıbov) iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 14.255,40 ABŞ dolları əsas borc, 4.779,64 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.797,84 ABŞ dolları və 1000 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21.829,88 (iyirmi bir min səkkiz yüz iyirmi doqquz) ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(103)-6016/2020 saylı qətnaməsi ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov ) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6668/2019 saylı iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəm ə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən zaminliklə bağlı qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı Ləğv prosessində olan “xxxx” ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -445.4-cü maddəsinə görə icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təy in edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. -470.1-ci və 472.1-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə q arşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. -445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, apellyasiya instansiyası məhkəməsi MM-nin 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq etmişdir. Çünki, 13.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit 24 ay (müqavilənin 2.3-cü bəndi) müddətinə verilmişdir. Yəni kred it müqaviləsi üzrə son ödəniş tarixi 13.02.2017-ci ildir. Əsas öhdəliyin icra vaxtını həmin tarixdən hesabladıqda iddiaçı, zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı bir il ərzində - 13.02.2018-ci ilədək iddia irəli sürməli idi. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, LPO İddiaçı ASC, həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən iki il yeddi ay keçdikdən sonra, yəni 26.09.2019-cu ildə irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kreditor İddiaçı ASC, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldırmadığı üçün sonuncuların zaminliyinə 13.02.2018-ci il tarixdə qa nuna əsasən xitam verildiyindən və zaminlikləri aradan qalxdığı üçün onlar, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Apellyasiya instansiyası məhkəməsi zaminlik müqaviləsinə əsasən, tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək bu müqavilənin qüvvədə qalması barədə iddiaçının mövqeyini əsaslı hesab etməmişdir.Əvvəla, ona görə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsində belə bir şərt nəzərdə tutulmayıb. Digər tərəfdən, müqavilə ilə razılaşdırılsaydı belə, bu şərt etibarsız olmalqa, heç bir hüquqi qüvvəyə malik ola və hüquqi nəticə yarada bilməzdi. Çünki, bu müddəa, məzmun etibarilə öhdəlik institutunun mahiyyətinə, məqsəd və funksiyalarına, habelə zaminliyin müddətə görə xətm olmasına dair Mülki Məcəllənin 477.0.4-cü maddəsinə aşk ar şəkildə ziddir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi bankın müqavilə müddəti başa çatdığı tarixdən əsas borcun illik 5% miqdarında məbləğ tələb etmək hüququ qanunda nəzərdə tutulduğundan 13.02.2017-ci il tarixdən 21.08.2019-cu il tarixə kimi hesablanmış faiz borcunun tutulmasının əsaslı olmaması hissəsində də cavabdehin mövqeyini əsaslı hesab etməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(103)-6016/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar