Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1435/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6683/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli 2(011)4528/2019 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 analarının yanında qalması qət edilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7238/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının himayəsində olan 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu və 20 noyabr 2010-cu il təvəllüdlü X1 üçün yaşayış minimumuna uyğun olaraq bir uşaq üçün 220 manat məbləğində, cəmi 440 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması, 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun saxlanılması üçün əlavə xərclərə görə Cavabdeh ayda 502.52 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması, mediasiya prosesi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq id diaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu sağlamlıq imkanı məhdud olan şəxs kimi tanınmışdır. Belə ki, Fuada “uşaq autizmi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq artikulyasiyasının spesifik pozğunluğu” diaqnozu qoyulmuşdur. Uşağın ambulator kartasından çıxarışdan da göründüyü kimi, diaqnoz “Yüngül dərəcəli kəmağıllılıq, qulluq müalicə tələb edən ciddi davranış pozuntusu, uşaq autizmi “Kanner sindromu”dur. Hazırda uşaq fasiləsiz müalicə alır. Həmçinin, onun loqoped məşğələlərinə və psixoloqa getməsi zəruridir. Bu xidmətlər isə ərazi üzrə uşaq poliklinikasında olmadığından, iddiaçı məcburən ödənişli şəkild ə xidmətdən yararlanır. Hər seans üçün 20 manat məbləğində pul ödəyir. Uşağı həftədə iki dəfə loqoped və iki dəfə psixoloq seanslarına aparır. Ay ərzində psixoloq və loqoped üçün ümumilikdə 320 (160+160) manat ödənilir. Həmçinin, Fuada hər il iki dəfə EEQ müayinəsi edilməlidir. EEQ (elektron ensefaloqrafiya) müayinəsinin bir senası 180 manatdır. Hər il bu müayinəyə 360 (180+180) manat pul xərclənir. Bu məbləği 12 aya böləndə, bir ay üçün 30 manat təşkil edir. Uşaq fasiləsiz olaraq Epinex 500mq preparatını qəbul edir. Həmin dərmanın qutusu 37.10 manatdır, bir qutuda 50 ədəd dərman var. Fuad həmin dərmanın gündə iki ədədini qəbul edir. Odur ki, həmin dərmanın bir qutusu uşağa 25 gün üçün bəs edir. Bir ay ərzində Fuadın ehtiyacı olan həmin dərmanın dəyəri 44.52 manat edir. Fuad daha öncə hərə kətli çıxan ortodontik aparat taxıb (breket). Lakin maddi vəsait olmadığından müalicə yarımçıq qalmışdır. Hal-hazırda distal dişləmi var, 13 və 23-cü dişlərinin distopiyası var, diş qövslərinin anomaliyası tam müalicə olunmayıb və olunmasa gələcəkdə dişlərin kökü sorulub dişlərini itirə bilər. Fuadın təkrar ortodontik müalicəyə ehtiyacı var, professional gigiyenik müalicə mütləqdir. Breketin taxılması İcbari Sığortanın Pulsuz Xidmətlər zərfinə daxil deyildir. Xidmətlər Zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısında Angle CL İ ortodontik müalicə (estetik breket) 600, Angle CL İİ ortodontik müalicə (estetik breket) 700, Angle CL İİİ ortodontik müalicə (estetik breket) 800 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, breketlərə görə siyahıda qeyd edilən qiymətlər minimumdur və klinikalar reallıqda həmin məbləğdən qat-qat artıq ödənişlər alır. Lakin nəzərə alınsa ki il ərzində Fuad üçün minimum iki breket tələb olunacaq, bu zaman bir il üçün bu vəsait 1.300 manat, bir ay üçün isə təxminən 108 manat təşkil edəcəkdir. İşin hallarından da göründüyü kimi, iddiaçı və cavabdehin övladı Fuadın müalicəsi üçün mütəmadi vəsait xərci tələb olunur.
5. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatında bildirmişdir ki, cavabdehin gəlirləri aliment məbləğinin artırılmasına imkan vermir, belə ki, cavabdeh ölkə xaricində işləyir, aylıq gəlirindən vergilər çıxıldıqdan sonra qalan 502 avro (903 manat) pulun 386 manatını aliment olaraq ödəyir. Həmçinin, iddiaçının ərizədə 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu üçün tələb etdiyi müayinələr dövlət tərəfindən pulsuz həyata keçirilir, diş müalicəsi üçün tələb olunan vəsait qeyri-müəyyəndir və bunu zəruri edən sübutlar məhkəməyə təqdim edilməmişdir. 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun saxlanılması üçün iddiaçının həm özünə, həm də uşağa dövlət tərəfindən vəsait ayrılmışdır. Qeyd olunlara əsasən, iddia əsassız olduğundan rədd edilməlidir.
6. Məhkəmə araşdırması zamanı mütəxəssis qismində dindirilmiş Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyinin tibbi sığorta departamentində sığorta işinin təşkili şöbəsinin müdiri X4 bildirmişdir ki, stomotoloji xidmətlər dö vlət sosial sığorta paketinə daxil deyildir. Həmçinin, Epinex 500 mq preparatı dövlət tərəfindən pulsuz təmin edilən dərmandır. EEQ (elektron ensefaloqrafiya) müayinə paketinə isə həm iki, həm dörd, həm də daha artıq saatı əhatə edən xidmətlər daxildir. Loqoped xidmətləri ilə bağlı hissədə isə qeyd edir ki, sahə üzrə poliklinikalarda loqoped yoxlanışı pulsuzdur. Uzunmüddətli müayinə isə sığorta paketinə daxil deyildir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 21 avqust 2023-cü il tarixli, e-2(011)-3287/2023 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7238/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi əsasında 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 2 0 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Əjdərovananın xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı Əjdərovananın xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması, 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun ortodontik müalicəsi (estetik breket) üçün tələb edilən 600 manat məbləğində vəsaitin yarısı olan 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh 50 manat mediasiya xərci alınaraq İddiaçı Əjdərovanaya və 30 manat dövlət rüs umu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutul masını məqsədəmüvafiq hesab etmişdir.
9. Cavabdeh tərəfin alimentin artırılmasına etiraz kimi bildirdiyi dəlillərə qiymət verərək məhkəmə hesab etmişdir ki, ananın və uşağın dövlət tərəfindən hər hansı vəsait alması atanı valideyn olaraq uşağı saxlamaq vəzifəsindən azad etmir. Atanın gəlirlərinin kifayət qədər yaxşı olmamasını məhkəmə alimentin artırılmaması üçün kifayət dəlil saymır.
10. Məhkəmə iddia tələbinin Epinex 500 mq dərmanı üçün 44.52 manat vəsaitin tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, uzun müddət 8 nömrəli uşaq poliklinikasının rəhbərliyinin vəzifələrini lazımınca icra etməməsi nəticəsində iddiaçı uşaq üçün dərmanı əvəzli şəkildə əldə etmişdir. Lakin aidiyyatı orqanların məhkəmə sorğusuna verdiyi cavabla m üəyyən edilmişdir ki, istinad olunan dərman əvəzsiz şəkildə xəstə olan vətəndaşa təqdim edilməlidir. Odur ki, iddia tələbi hazırkı hissədə təmin edilməməlidir.
11. Məhkəmə iddia tələbinin EEQ (elektron ensefaloqrafiya) müayinəsinə görə hər ay 30 manatın cavabdehdən tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, həm məhkəməyə mütəxəssis qismində cəlb edilmiş Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyinin tibbi sığorta departamentində sığorta işinin təşkili şöbəsinin müdiri X2 izahatından, həm məhkəmə sorğusuna gələn cavabdan görünür ki, müvafiq həkim göstərişi mövcud olduqda bu prosedur da dövlət sosial sığorta paketinə daxildir və pulsuz həyata keçirilir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
12. Məhkəmə iddia tələbinin psixoloq və loqoped üçün ödənilən 320 manatın cavabdehdən tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, iş materiallardakı sənədlərdən və tərəflərin izahatından 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun loqoped xidmətlərindən istifadə etməsi üçün zərurət olduğu müəyyən edilmişdir. Lakin bu zərurətin hansı həddə olması, yəni müalicənin hansı qaydada aparılmalı olmasını nə iş materiallarından, nə də digər sübutlarla müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə tərəfindən uşağın loqoped xidmətlərindən dövlət tərəfindən pulsuz təşkil edilən hədlərdə və yaxud ondan artıq tələb olunmasının müəyyən edilməsi mümkün deyil. İddiaçı uşağı loqoped yanına aparmasını, müəyyən bir loqopedə öyrəşdiyi üçün loqopedin dəyişə bilməməsini, hər seans üçün 20 manat ödəməsini qeyd etsə də, istinad etdiyi ha lları sübuta yetirə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
13. Məhkəmə iddia tələbinin breket üçün hər ay 108 manatın cavabdehdən tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, iş materialları və tərəflərin verdiyi izahatlarla uşağın stomotoloji problemlərinin olduğu və bunun aradan qaldırılması üçün breket taxılmasına ehtiyac olduğu görünür. Məhkəmə araşdırması zamanı stomotoloji xidmətlərin dövlət sosial sığorta paketinə daxil olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəf iddiaçının dəqiqliyi ilə hansı həcmdə vəsaitin tələb edilməsini əsaslandıran sübutlarının olmamasına istinad etmişdir. Lakin məhkəmə hazırkı etirazı iddianın təmin edilməməsi üçün əsas saymamışdır. Belə ki, uşağın breket taxmasına zərurət old uğu iş materiallarından aşkar görünür. Məhkəmə araşdırma apararaq TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən sığorta olunmayan şəxslər üçün göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri, sığorta olunan şəxslər üçün İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin siyahısında qeyd olunan qiymətləri müşahidə edərək belə qənaətə gəlmişdir ki, iddia ərizəsində və saytda minimal qiymət olaraq müəyyən edilən 600 manatın yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı breketlərin ildə 2 dəfə dəyişilməsinə zərurət olduğunu qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7 5.1, 75.4, 78.1, 81.1, 81.2, 81.3, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 13-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1, 112, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddia təmin edilməsini xahiş edilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə iddiaçı tərəfdən sübutların verilməməsinə əsaslanan nəticəsi ilə bağlı fərqli mövqeyinin olmasını və həmin mövqe birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə bağlı olduğundan şikayətin digər hissəsində göstər ilmişdir. Qanunvericilikdə gələcəkdə çəkilməsi zəruri olan xərclərin tutulmasına valideynin cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə faktiki olaraq həmin xərclərin tutulmasından eyni səbəblərə görə - xəstənin müalicəsinin hansı müddət davam edəcəyinə dair sübutların olmaması səbəbi ilə təmin etməmişdir.
17. İddiaçı hesab etmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddənin tələblərində göstərildiyi kimi, əlilliyin müəyyən edilməsi və Ağarəhimli Fuad Emin oğlunun müalicəsinə zərurətin olub-olmamasına dair üç ildən bir müayinə keçirilməsi mülki hüquq münasibətlərinin mahiyyətinə zidd deyil.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6683/2023 saylı mülki iş üzrə 3 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) ap ellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın müalicə xərci aliment hesabına qarşılanmalı, əgər zərurət olarsa daha çox miqdarda aliment tələb olunmalıdır. Yalnız müstəsna hallar mövcud olduqda Ailə Məcəlləsinin 81.1-ci maddə tətbiq edilə bilər. 81.1-ci maddənin mətnində “ağır xəstə” ifadəsi qeyd olunub, lakin xəstəliyin ağırlığı öz-özlüyündə müstəsnalıq yaratmır. Müstəsnalıq o zaman mövcud olur ki, müəyyən olunsun ki, ağır xəstəliklə bağlı uşağın konkret müalicəyə ehtiyacı var, həmin müalicənin xərci açıq-aşkar yüksək olduğuna görə alimentlə qarşılana bilmir və uşağın bu müalicəni (tibbi xidməti, dərman vasitələrini və s.) pulsuz almaq hüququ yoxdur. Bu bax ımdan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddianın rədd edilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (nümayəndə və vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faktiki olaraq əlavə xərclərin tutulmasından eyni səbəblərə görə - xəstənin müalicəsinin hansı müddət davam edəcəyinə dair sübutların olmaması səbəbi ilə təmin etməmişdir. Halbuki, bu halı müəyyən etmək üçün məhkəmə müstəqil ekspert və ya uşağı müalicə və müayinə edən h əkimi məhkəməyə dəvət etməklə müəyyən edə bilərdi. Əks halda iddiaçının həmin şəxsləri məhkəməyə dəvət etməkləri praktiki olaraq mümkün deyildir.
22. Apellyasiya məhkəməsinin bir səhifəlik qətnaməsindən aydın görünür ki, hakim işə səthi yanaşmış, apellyasiya şikayətinin dəlillərini araşdırmamış, heç bir digər qanunvericilik aktına istinad etmədən, yalnız şəxsi mülahizələr əsasında Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.
23. Apellyasiya instansiyası əlavə xidmətlərə çəkilən xərcləri yalnız alimentlə ödənilməsini uyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi loqopedin xidmətindən istifadə edilməsi zəruriyyətinin olduğunu müəyyən etsə də bu zərurətin hansı həddə olması, yəni müalicənin hansı qaydada aparılmalı olmasını nə iş materiallarından, nə də dugər s übutlarla müəyyən etmək mümkün olmadığını qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, bunun müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfi olaraq iddiaçının hər hansı bir sübut təqdim etməyimiz heç nəzəri cəhətdən də mümkün deyil. Müalicənin hansı müddət davam edəcəyi, hansı nəticə verəcəyi ümumiyyətlə məlum deyil. İş materialarında loqoped və psixoloq müalicəsinin zəruri olduğu təsdiqini tapır. Lakin, məhkəmə bu loqoped müalicəsinin hansı qaydada aparılmalı olmasını müəyyən edə bilmədiyindən həmin hissədə iddianı rədd etmişdir. İddiaçı hesab etmişdir ki, məhkəmə bu hissədə yekun qənaətə gələrkən haqlı olmamışdır. Belə ki, müalicə zərurətinin olması təsdiqini tapırsa və bu müalicə tibbi sığorta xidmətləri paketinə daxil deyilsə, buna vəsait xərcləndiyi aşkardır. Tərəfin istifadə etdiyi loqop ed xidmətinin bir seansı 20 manat təşkil edir. Məhkəmə eyni loqopedin xidmətindən istifadə etməyi uyğun hesab etmirsə belə, digər loqopedin xidməti də pulludur və belə olan halda, məhkəmənin bu hissədə iddianı təmin etməməsi başa düşülən deyil. Psixoloqla bağlı hissədə isə ümumiyyətlə qətnamədə hər hansı bir əsaslandırma yoxdur. Qətnamənin məzmunundan belə anlaşılır ki, psixoloqun müalicəsinə zərurət var, lakin, həmin hissədə iddianın nə üçün təmin edilmədiyi haqda hər hansı bir mövqe yoxdur.
24. İşin mübahisəsiz halından görünür ki, Ağarəhimli Fuad Emin oğlunda “Uşaq autizmi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq artikulyasiyanın spesifik pozğunluğu” təyin olunub. Apellyasiya instansiyası öz qətnaməsində də bu fakta istinad edir. Lakin məhkəmə gəldiyi nəticəni heç bi r maddi hüquq norması ilə əsaslandırmır. Hakim yalnız özünün şəxsi mülahizəsi və yanaşması əsasında apellyasiya şikayətinin təmin edilməməsini qət edib. Belə ki, Apellyasiya instansiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinə 2022-ci ildə edilən dəyişikliyi qətnamədə nəzərə almayaraq, maddənin qüvvədən düşmüş hissəsinə istinad etməklə yanlış qətnamə qəbul edib. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6683/2023 nömrəli, 3 noyabr 2023-cü il t arixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
26. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
27. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur.
28. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və t ərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
29. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
30. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti ol mayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
31. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
32. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
33. Maddə 112.1. Aliment ödənilməsi barə də saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
35. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu 36. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərar
37. Maddə 3.1. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir.
38. Maddə 3.2. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymət ləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 noyabr 2023-cü il tarixli 2(103)-6683/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.