Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1436/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(009)-253/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxx”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 31.07.2017-ci il tarixli kredit müqaviləsi üzrə 5502,29 (beş min beş yüz iki manat iyirmi doqquz qəpik) manat əsas, 7,64 (yeddi manat altmış dörd qəpik) manat faiz borcunun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11061/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən), V.T.Həsənov və Ş.A.Məmmədova) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(009)-253/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 31.07.2017-ci il tarixli kredit müqaviləsi üzrə 5498,22 (beş min dörd yüz doxsan səkkiz manat iyirmi iki qəpik) manat əsas, 7,64 (yeddi manat altmış dörd qəpik) manat faiz borcu, 29,7 (iyirmi doqquz manat yetmiş qəpik) manat dövlət rüsumu, cəmi 5535,56 (beş min beş yüz otuz beş manat əlli altı) qəpik tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 148,5 (yüz qərx səkkiz manat əlli qəpik) manatının Cavabdeh, 1,5 (bir manat əlli qəpik) manatının iddiaçı “xxxx” MMC-dən tutulub, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hes ab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2017-ci il tarixli, 612 nömrəli kredit müqaviləsinə əsasən əsas kredit qalığı olaraq 5502,29 manat, faiz borcu olaraq 7,64 manat olmaqla ümumilikdə 5509,93 qəpik məbləğində borcun, həmçinin, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh aid edilərək ondan tutulması və “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİY A ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmələr iş üzrə bütün halları nəzərə almamış və işin faktiki hallarını araşdırmamışdır. Bundan başqa qeyd edirlər ki, mülki iş materiallarından da göründüyü kimi, mülki iş üzrə sübutlara birtərəfli qiymət verilib və işin faktiki halları ilə uyğun deyil. Ona görə də hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11061/2019 saylı qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2(103)-11061/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbi nə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan maliyyə arayışı əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə 31 iyul 2017-ci il tarixli, № 612 nömrəli kredit müqaviləsi əsasən 07 sentyabr 2018-ci il tarixinə borcunun qalıq hissəsi 5502,29 manat əsas borc, 7,64 manat faiz borcu olmaqla, cəmi 5509.93 manat borcu mövcuddur. Cavabdeh ilə “xxxx” MMC-nin baş ofisi arasında bağlanmış 31 iyul 2017-ci il tarixli, 612 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 31 iyul 2019-cu il tarixə qədər illik 50% ödəmək şərti ilə 10300 manat məbləğində kredit verilmiş, həmin müqaviləyə əsasən kreditin və faizin ödənilməsinə dair “Forma-1” qrafiki tərtib edilmiş və borclu Cavabdeh hər ay 687,12 manat məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 31.07.2017-ci il tarixli girov müqaviləsi əsasında müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2017-ci il tarixli, № 612 nömrəli kredit müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq “xxxx”-lə Cavabdeh arasında girov müqaviləsi bağlanmışdır. İş materiallarında olan borclu Cavabdeh tərəfindən yazılmış ərizələrlə müəyyən edilmişdir ki, onun tərəfindən girov qoyulmuş qızılların satılmasında iradəsi və razılığı ilə satılmasına icazə verir. Cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 38 №-li, 29 aprel 2019-cu il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyi əsasında apellyasiya kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 31.07.2017-ci il tarixli 612 saylı krediti müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh BOKT “xxxx” MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən 07.09.2018-ci il tarixə əsas kredit borcu 5498,22 manat, faiz borcu 267,27 manat. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilsə də, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Apellyasiya kollegiyası həmçinin, qeyd etmişdir ki, ekspert rəyinə əsasən əsas borcun məbləği az göstərildiyi halda, birinci instansiya məhkəməsi əsas borc məbləğini iddia tələbi üzrə qəbul edərək, iddianı tam təmin etməklə, düzgün olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya kollegiyası hesab etmişdir ki, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5498,22 manat əsas, 7,64 manat faiz borcu tutulmalıdır. Apellyasiya kollegiyası iş materiallarına əlavə edilmiş X3 Palatası tərəfindən verilmiş “Poblemli Kreditlərin kompensasiyası” ilə bağlı əsas məlumatlara istinad edərək qeyd etmişdir ki, hazırki kredit müqaviləsi üzrə cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanın təsiri altına düşmür. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası cavabdehin borcunun olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qay dada icra etdiyini, işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsini n tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, məhkəmələr iş üzrə bütün halları nəzərə almamış və işin faktiki hallarını araşdırmamışdır. Bundan başqa qeyd edirlər ki, mülki iş üzrə sübutlara birtərəfli qiymət verilib və işin faktiki halları ilə uyğun deyildir. Kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşd irərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2(103)-11061/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1436/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1436/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver