Məhkəmə qərarları › İş №2(102)-1439/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1439/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1439/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: varlanmış şəxsin əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 və X1 qarşı varlanmış şəxsin əldə etdiklərinin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş ka ssasiya şikayətinə 04 aprel 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 42,3 kv.m ümumi, 29,6 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 31 saylı mənzil (bundan sonra mübahisəli mənzil) İddiaçı məxsus olmuş, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. “X5” ASC Sumqayıt filialı ilə YYY arasında bağlanmış 29 oktyabr 2008-ci il tarixli, 3437 saylı kredit müqaviləsinə əsasən YYYə 18 ay müddətinə, illik 30% dərəcəsi ilə 10 000 manat məbləğində kredit verilmişdir. YYYin kredit öhdəliyinin təminatı kimi onun mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllədəki 5/11 saylı evin 31-ci mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmi şdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 2(005)-720/2010 nömrəli qətnaməsi ilə “X5” ASC-nin İddiaçı qarşı iddiası təmin edilmiş, “X5” ASC-nin xeyrinə İddiaçı 9444 manat məbləğində əsas kredit borcunun, 1890 manat məbləğində faiz borcunun, 1220 manat məbləğində cərimənin - cəmi 12.554 manat məbləğində borcun tutulması, tutmanın YYYin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 36-cı məhəllədəki, 5|11 saylı evin, 31ci mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərracda satılması və satışdan əldə edilən pulun İddiaçı kredit borcunun ödənilməsinə yönəldilməsi və İddiaçı 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.

4. Həmin qətnamə icraya yönəldilmiş və İddiaçı məxsus mənzil xx.xx.2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15.3 00 manata Cavabdeh2 satılmışdır.

5. Hərracın nəticələri ilə razılaşmayan İddiaçı 2014-cü ildə "xxxx" MMC-ə qarşı hərracın yekunları barədə protokolların ləğv edilməsi, mənzilin satılması ilə əlaqədar bağlanan alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(002)-3643/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 may 2015-ci il tarixli, 2(102)-1822/15 saylı qərarı ilə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, mübahisəli mənzilinə dair hərrac, hərracın yekunları barədə "xxxx" MMC tərəfındən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolları, habelə hərracın yekunları üzrə mübahisəli mənzilinə dair Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində mübahisəli mənzilinə dair Cavabdeh2 adına olan qeydin ləğv edilməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdeh "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 dekabr 2016-cı il tarixli, 2(102)5787/2016 saylı qərarı ilə Cavabdeh2 kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və 06 fevral 2017-ci il tarixdə icraya yönəlmişdir.

10. Cavabdeh2 hərracın nəticələrinin etibarsız sayılması barədə məhkəmə çəkişmələri getdiyi dövrdə yəni, 20 dekabr 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq, mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 5 /11 saylı evin 31 saylı mənzilini 34.150 manata Cavabdeh1 satmışdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında 20 dekabr 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,3 kv.metr olan 2 otaqlı 31 saylı mənzilinə dair bağlanmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunda təsdiq olunmuş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 36- cı məhəllə, ev 5/11 ünvanında yerləşən ümumi sahəsi 42,3 kv.metr ola n 2 otaqlı 31 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014cü il tarixdə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması qət edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-529/2020 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2955/2019 nömrəli iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər X3 və X1 qarşı indiki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alğı-satqı müqavilələri nəticəsində əsassız varlanan Cavabdeh2 34150 manat, Cavabdeh1 isə 15000 manat, habelə ödənilm iş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbində işin yuxarıda qeyd olunan hallarına istinad edilmiş, əlavə olaraq göstərilmişdir ki, kredit borcu tam şəkildə iddiaçı tərəfindən “X5” ASC-nə ödənilməsinə baxmayaraq, iddiaçıya məxsus mənzil xx.xx.2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılmışdır. Cavabdeh2 hazırkı halda vicdanlı əldə edən də sayıla bilməz. Cavabdeh2 ipoteka saxlayan “X5” ASC ilə əlbir olaraq iddiaçıya məxsus mənzili real dəyərindən aşağı qiymətə əldə edərək, sonra isə mənzillə bağlı məhkəmə çəkişmələri getdiyi zaman gələcəkdə mənzilin qaytarılmasında süni maneələr yaratmaq məqsədi ilə həmin mənzili xx.xx.2014-cü il tarixdə Cavabdeh1 34150 manata satmışdır. Göründüyü kimi, cavabdehlər iddiaçıya ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlər nəticəsində iddiaçı və ailə üzvləri yaşadıqları mənzildən məhrum olunmuşlar. Məhkəmə çəkişmələri getdiyi zaman cavabdehlər iddiaçıya məxsus olan mənzili yararsız vəziyyətə saldığına görə həmin mənzildə təmir işlərini aparmaq məcburiyyətində qalmışdır. Qohumlarından borc-xərc edərək iddiaçı həmin mənzildə təxminən 15000 manat civarında əsaslı təmir işləri aparmışdır. Hal-hazırda təmirli mənzilin dəyəri təxminən 60000 manat təşkil edir. Bundan əlavə, mənzilin qanunu pozmaqla satılması nəticəsində iddiaçı sarsıntı keçirərək ağır xəstəliyə tutulmuşdur. Cavabdehlər iddiaçıya məxsus mənzili satmaqla əsassız olaraq varlanmışlar. Cavabdeh X2 əsassız varlanma yolu ilə təxminən 34150 manata, digər Cavabdeh1 isə təmirli mə nzilin mülkiyyətçisi olmaqla mənzildə təmirə çəkdiyi 15000 manat məbləğində pulu əldə etmişlər.

16. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən mənzili notarial qaydada alğı-satqı vasitəsi ilə alaraq mülkiyyətinə keçirmişdir. Hazırki iş üzrə iddiaçı qanunsuz olaraq onun mənzilinin qapısını sındırıb ora köçmüşdür. Bundan sonra o, məhkəməyə müraciət edərək İddiaçı ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxarılmasını xahiş etmiş və məhkəmə onun iddiasını təmin etmişdir. İddiası təmin edildikdən sonra İddiaçı və ailə üzvləri onun mənzilindən çıxarılmışlar. Onunla digər Cavabdeh2 arasında olan alğı-satqı müqaviləsini İddiaçı məhkəmə qaydasımnda mübahisələndirmiş, lakin İddiaçı iddiası rədd edilmişdir. Məhkəmə qətnamələrinə əsasən onunla Cavabdeh2 arasında olan al ğı-satqı müqaviləsi qanuni hesab edilmişdir.

17. Digər Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli, 2(060)-7920/2021 saylı qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddiaçının iddia tələbi rədd edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 29 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında mübahisəli mənzil xx.xx.2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılmışdır. Cavabdeh2 qeyd edilən mənzili xx.xx.2014-cü il tarixdə Cavabdeh1 34150 manata satmışdır. Buradan görünür ki, cavabdehlərin mənzili əldə etməsində onlar tərəfindən heç bir mülki hüquq pozuntusu qeyd edilmir. Bu hallar qüvvədə ola n məhkəmə aktları ilə öz təsdiqini tapmışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88,77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1985/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Səyyad Qafari) ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 əsassız varlanma nəticəsində əldə olunmuş 18850 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

24. Məhkəmə kollegiyası tərəflərin arasında bundan əvvəlki məhkəmə çəkişmələri üzrə qüvvədə olan məhkəmə aktlarından çıxış edərək qeyd edib ki, 29 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 42,3 kv.m ümumi, 29,6 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 31 saylı mənzilin xx.xx.2011-ci il tarixdə hərrac keçirmə yolu ilə 15300 manata Cavabdeh2 satılması və sonuncunun qeyd edilən mənzili xx.xx.2014-cü il tarixdə Cavabdeh1 34150 manata satması işin mübahisələndirilməyən halıdır. Daha öncə istinad olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə bağlanmış 26 iyul 2011-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin mənzilə dair Cavabdeh2 adına olan qeyd ləğv edildiyindən, aydın olur ki, sonuncunun mübahisəli mənzil üzərində heç bir hüququ olmadığından o, həmin mənzil barəsində sərəncam verə bilməzdi. Lakin onun tərəfindən mənzil Cavabdeh1 satılarkən qeyd olunan qətnamə mövcud olmadığından, başqa sözlə mənzilin alğı-satqısına hər hansı formada qanuni qadağa olmadığından, tərəflər arasında sözügedən alğı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh1 satılmışdır.

25. Kollegiya hesab edib ki, be lə olan halda mübahisəli mənzil üzərində heç bir hüququ olmayan (həmin hüquq məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir) iş üzrə cavabdeh X2 hərrac keçirmə yolu ilə 15300 manata aldığı mənzili daha sonra 34150 manata Cavabdeh1 sataraq, əsassız varlanma yolu ilə 18850 manat vəsait əldə etmişdir ki, məhz hazırkı iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan təmin edilməli və qeyd olunan 18850 manat pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir.

26. İddia tələbinin Cavabdeh1 mənzilin təmirinə çəkilmiş 15000 manat məbləğində xərcin əvəzinin tutulması hissəsində kollegiya qeyd edir ki, bu barədə məhkəməyə hər hansı legitim, əsaslı şübhələrdən kənar sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.

27. Kollegiya qeyd edib ki, birinci instansiya məhkəməsi işin faktiki halla rını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 21.1, 425.1, 1091, 1091.2, 1091.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olmuş mübahisəli mənzili kütləvi informasiya vasitələrində verilmiş elanı oxuduqdan sonra, təklif onun üçün məqbul olduğuna görə "xxxx" MMC tərəfindən keçirilmiş hərracda iştirak etmiş, alğı-satqı müqaviləsi bağlayaraq həmin müqavilənin şərtləri daxilində 15300 manat məbləğdə dəyərini tam ödəyərək ona mülkiyyət hüququ qazanmışdır. Kassatorun iddiaçı ilə heç bir qarşılıqlı əlaqəsi olmamışdır. Bundan əlavə, kassator hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməmiş, onun pul vəsaitini özündə saxlayaraq faydalanmamışdır. Bu səbəbdən kassatorun əməli əsassız varlanma kimi qiymətləndirilə bilməz. İddiaçı 2011-ci ildə mübahisəli mənzilin satılmasından məlumatlı idi. Yəni kiminsə əsassız varlanmasına dair iddianı həmin tarixdən iki il müddətinə verə bilərdi. İşin bu faktiki halına apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət verməyərək, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir.

31. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 1095-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma....

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hü quqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Mülki Məcəllənin 1092.1-ci maddəsidir. Həmin normaya əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

54. Baxılan işdə də apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 31 saylı mənzili hərracın yekunları barədə "xxxx" MMC-nin tərtib etdiyi 53/02 və 100/02 nömrəli protokolların, habelə hərracın yekunları üzrə onunla bağlanmış 26 iyul 2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Lakin həmin protokollar və alğı-sa tqı müqaviləsi məhkəmənin qətnaməsi əsasında etibarsız sayılmışdır.

55. Buna görə də Cavabdeh2 20 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsi bağlamaqla mənzili Cavabdeh1 satması zamanı onun varlanmasına haqq qazandıran müqavilə və qanuni əsaslar sonralar aradan qalxmışdı. Bu hal, Mülki Məcəllənin 1091.2-ci maddəsinə istinadla, iddiaçının tələbi üzrə Mülki Məcəllənin 1092.1-ci maddəsinin tətbiq olunmasına əsas verir və məhkəmə haqlı olaraq iddianı Cavabdeh2 qarşı qismən təmin etmişdir.

56. Kassatorun iddiaçı ilə heç bir qarşılıqlı əlaqəsinin olmaması, mənzilin "xxxx" MMC tərəfindən keçirilmiş hərracdan əldə etməsi barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir.

57. Kassatorun iddia tələbi üzrə iki il iddia müddətinin keçməsi barədə dəlili də əsassızdır. Belə ki, əsassız varlanma obyek tini qaytarmaq üçün müddətin keçməsindən bəhs edən Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

58. İşin hallarından göründüyü kimi, mübahisəli ev əvvəl Cavabdeh2, sonradan Cavabdeh1 satılmasına baxmayaraq, iddiası faktiki olaraq həmin evdə yaşayır. İddiaçı cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsinin hüquqi nəticələrinin aradan qaldırılması və mənzilin geri qaytarılması üçün hüquqi müdafiə vasitələrindən istifadə etmiş (bu qərarın 5-13-cü paraqrafları) və mənzilin geri qaytarılmasının mümkünsüzlüyü, yəni hüququnun pozulması, onun mənzilə dair Cavabdeh2lə Cav abdeh1 arasında bağlanmış 20 dekabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinin rədd olunmasından sonra bilmişdir. Həmin iddia tələbi üzrə yekun məhkəmə aktı (Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı) xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. İddiaçı hazırki iddianıxx.xx.2021-ci il tarixdə vermişdir və Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən olunan müddəti ötürməmişdir.

59. Kollegiya həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, hə min hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(105)-1985/2022 nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar