Məhkəmə qərarları › İş №2(102)-144/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-144/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-144/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı LLL İddiaçı YYY XXXnun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, iddiaçı LLL İddiaçı YYY XXXnun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8614/2019 saylı, 07 avqust 2019cu il tarixli qətnaməsindən iddiaçı LLL İddiaçı YYY XXX və vəkili Məmmədov Azər Məhəbbət o ğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2345/2019 saylı, 28 mart 2019cu il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov) iddiaçı LLL İddiaçı YYY XXXnun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8614/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov), iddiaçı LLL İddiaçı YYY XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2345/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı LLL İddiaçı YYY XXX Cavabdeh qarşı “bo rcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2013-cü il tarixli plastik kart kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə şərtlərinə əsasən Cavabdeh borc məbləğini faizləri ilə birlikdə vaxtında ödəməyi öz öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində banka 1985,84 manat əsas, 1392,53 manat faiz və 347,25 manat dəbbə borcu olmaqla ümumilikdə 3725,62 manat məbləğində borcu yaranmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə q ətnaməsindən narazı qalaraq iddiaçı LLL İddiaçı YYY XXX həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı LLL İddiaçı YYY XXX və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsass ız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehlə bağlanmış kredit müqaviləsində borcun və faizlərin ödənilməsi şərtləri və müddəti göstərilmişdir. Cavabdeh müqavilə öhdəliyinə əməl etməyərək, icranı gecikdirdiyinə görə kreditor cavabdehə xəbərdarlıq göndərmişdir. Lakin bu xəbərdarlıq müddətinin keçməsinə baxmayaraq, cavabdeh yenə də borc öhdəliyinin icrasından boyun qaçırır. Digər tərəfdən, Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən: “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlər, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Buradan aydın olur ki, faizlərlə şərtləşdirilmiş borc müqaviləsinə ümumi iddia müddəti deyil, Azərbaycan Respublikası MM-in 744-cü maddəsində nəzərdə tutulmuş müddət tətbiq ed ilməklə borc öhdəliyinin icrası ilə müddət şərtləndirilir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı LLL İddiaçı YYY XXXnun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimi n məruzəsini, iddiaçı LLL İddiaçı YYY XXXnun vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı LLL İddiaçı YYY XXXnun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəru ri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 18 faiz ödəmək şərti ilə 12 ay müddətində 2000 manat kredit götürmüş, krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən, borcalanın 21.02.2018-ci il tarixinə 1985,84 manat məbləğində əsas, 1392,53 manat məbləğində faiz, 347,25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3725,62 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh mübahisəyə 3 illik iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi 16.08.2013-cü il tarixdə 12 ay müddətinə bağlanmışdır, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzə rdə tutulmuş müddət 16.08.2014-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Belə olduğu təqdirdə isə iddia müddəti 16.08.2017-ci il tarixdə başa çatdığından və iddia ərizəsi ilə məhkəməyə təminən 11 ay 20 gün sonra - 06.08.2018-ci il tarixdə müraciət edildiyindən iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tər əfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları i lə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LLL İddiaçı YYY XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8614/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar