Məhkəmə qərarları › İş №2(102)-1440/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1440/2020

21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1440/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh vəkili Kərimov Siracəddin Allahverdi oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə ba xaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı kredit müqavilələri üzrə yaranmış əsas, faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair ilkin iddia ərizəsi ilə, ikin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Rzayev, iş 2(008)-1265/2018) ilkin iddia qismən təmin edilərək Cavabdeh Hüseyn oğlundan İddiaçı ASC-nin xeyrinə 23.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə 200.000 manat əsas borcun, 21.05.2012-ci il tarixədək (müqavilə müddəti bitən tarixədək) yaranmış 11639 manat faiz borc unun, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun, cəmi 211669 manat məbləğində pulun tutulması, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.05.2007-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas borc 200.000 manatın, faiz borcu 11639 manatın, cəmi borcun 211639 manat məbləğində müəyyən edilməsi, İddiaçı ASC-də 05.10.2015-ci il tarixli 1574 saylı, 08.07.2015-ci il tarixli 1493 saylı və 08.07.2015-ci il tarixli depozit müqavilələri əsasında “Tam sərbəst” depozitləri üzrə X1 adına əmanət hesablarında olan və 11.08.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdehə bağışlanmış 115512, 21 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzən nəsi nəzərə alınmaqla ) Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 23.05.2007-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 211639 manat məbləğində borcun öhdəliyi ilə qarşılıqlı əvəzləşdirilməsi, 23.05.2007-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi qarşılıqlı əvəzləşdirildikdən sonra yerdə qalan pul məbləğinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra 1(bir) ay ərzində Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmeti olan İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 2,0073 ha torpaq sahəsinin yüklülükdən azad edilməsi və ipotekaya xitam verilməsi, borcun ödənilmədiyi halda tutmanın ipoteka predmeti olan və Cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 2,0073 ha torpaq sahəsinə yön əldilməsi, həmin torpaq sahəsinin açıq hərrac yolu ilə satılması,torpaq sahəsinin satışından əldə olunan pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan pul məbləğinin ipoteka qoyan Cavabdeh qaytarılması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 127 manat ekspertiza xərcinin müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-dən və Cavabdeh oğlundan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsi kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, AZ34 CTRE**********002088501 hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-879/2019) Cavabdeh qarşılıqlı iddia tələbinə aid hissədə xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-879/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın qismən təmin edilməsi, Cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 23.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə 200.000 manat əsas borcun, pulun verilməsi müddəti bitənədək yaranmış 11639 manat, pulun verilmə müddətinin bitdiyi tarixdən sonra illik 5%-lə hesab lanan 5400 manat dəymiş zərərin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın, cəmi 217069 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 2,0073 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 502.000 manat məbləğində müəyyən edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, işin birinci instansiyası məhkəməsində baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 127 manatın 67 manatının ləğv prosesində olan İddiaçı ASC-dən, 60 manatının Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməsi, işin apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə rəyinin dəyəri olan 500 manat məb ləğində pulun 250 manatının ləğv prosesində olan İddiaçı ASCdən, 250 manatının Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş № 2(102)-5278/2019) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş № 2(102)-5278/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin və Cavabdeh kas sasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-13193/2019) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(008)- 1265/2018 saylı qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilə n hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Ba kı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh vəkili Kərimov Siracəddin Allahverdi oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin d əlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onla ra istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “23.05.2007-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə maliyyə arayışında müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış illik 5%, yəni 54473 manatın təmin edilməməsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçı öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin iddiaçı faiz formasında (real zərər və əldən çıxmış faydanın)tələb etdiyi bu zərərin yaxud digər formada zərərin ümumiyyətlə nədən ibarət olması və nədə ifadə olunması barədə məhkəməyə d ə heç bir sübut təqdim etməmişdir. Ona görə də, cavabdehin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. İkincisi, birinci instansiya məhkəməsinin 23.06.2008-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə dair qənaəti də əsassız olmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ərzində hər iki kredit müqavilələri üzrə ödəmələrin bir hesabat üzrə aparılıb-aparılmamasına yaxud borclu tərəfindən borcunetirafına dair hansısa hərəkətlərin edilib-edilməməsinə dair hansısa bir sübut təqdim edilməmişdir. Bu hal iş materialları ilə də hansısa formada sübut olunmur. İddiaçı tərəf özü də belə bir halın olduğunu bəyan etmir. Yalnız cavabdehin kredit müqaviləsi üzrə iddia müddəti bitdikdən sonra 10.0 4.2017-ci ildə 500 manat ödəməsi isə borcun etiraf edici hərəkəti kimi və iddia müddətinin axımının yenidən başlanılması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə məəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Üçüncüsü, qarşılıqlı iddianın tam təmin edilməsi də əsassız hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “Banklar haqqında” Qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütöv lükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. Mülki Məcəllənin 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. ” Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540 və 543-cüi maddələrinin tətbiqi ilə razıla şmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 963.1, 545, 527, 555, 431-ci maddələrinin tətbiq etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o c ümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadala maqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiya sı qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv ed ilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar