Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1440/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1440/21 (Açar sözlər: maddi ziyan) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, cavabdeh X1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6985/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə x x xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X1 qarşı “mənzilinə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 mənzilinə dəymiş 5000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması və əlavə olaraq ünvan 1 ünvanda yerləşən mənzilinin su borularının cavabdeh öz hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayonu **************** mənzili onun mülkiyyətindədir. Cavabdeh onun üst qonşusudur. Bakı şəhəri Xətai rayonu 82 saylı MKİS-dən aldığı arayı şa əsasən Bakı şəhəri *********** mənzili cavabdehə məxsusdur. Cavabdehin mənzilinin boruları nasaz olduğundan onun mənzilinə su axaraq maddi ziyan vurmuşdur. O, boruların təmir etməsini dəfələrlə cavabdehə bildirsə də nəticəsi olmamışdır. Son iki ildir ki, onun mənzilinə cavabdehin mənzilindən su axır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(011)-*****/2019 nömrəli qərardadı ilə (hakim Namidar Misirzadə) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 29067 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri ************* saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq tə qribən 1888 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-****/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbi qismən təmin edilərək, 1888 manat məbləğində pul vəsaitinin cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pul məbləğinin cavabdeh X1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olub-olmamasına gəldikdə isə, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə ya şamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Ekspertiza tərəfindən qeyd olunmuşdur ki, mərtəbəarası örtük konstruksiyalarından su sızması boru xətlərində yaranan qəzadan, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borusunun çatlamasından və s. digər nasazlıqlardan, habelə mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən yarana bilər. Cavabdeh özü də məhkəmə baxışı zamanı verdiyi ifadəsində iddiaçının mənzilinə suyun axmasını ehtiyatsızlıqdan su kranın açıq qalması səbəbindən baş verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyanın həqiqi həcminin 5000 manat məbləğində deyil, 1888 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, iddiaçıya vurulmuş ziyanın real həcmi 1888 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh X1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini və təkrar tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-***/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının mənzilinə cavabdehə məxsus olan 70 saylı mənzildən su axması baş vermişdir. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, eks pertiza rəyi, eləcə də cavabdehin öz izahatı ilə təsdiqini tapır. Cavabdeh ekspert rəyi ilə, həmçinin müəyyən edilmiş məbləğlə razılaşmasa da, bunun əksini təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Ekspert rəyi ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, lakin cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmadığından, su axıntısının texniki səbəblərini müəyyən etmək də mümkün olmamışdır. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olması müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır v ə bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Eləcə də nəzərə alınmalıdır ki, cavabdeh özü də aşkar şəkildə etiraf edir ki, iddiaçının mənzilinə su onun mənzilindən axmışdır. Görülməli təmir bərpa işlərinin dəyəri isə ekspert rəyi ilə mövcud bazar qiymətlərinə uyğun olaraq 1888 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, kollegiya qeyd edir ki, ekspert rəydə göstərilən məbləğin yaranması zərurətini detallı şəkildə açıqlamış, öz rəyini kifayət qədər əsaslandırmışdır. Apelyasiya baxışı zamanı ekspert rəyini, dəymiş zər ərlə bağlı ekspert rəyində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Ona görə də apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh X1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına və d üzgün tətbiq edilməməsinə yol vermişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, ekspertiza qarşısında qoyulan sulların heç birinə ekspert tədqiqatı nəticəsində düzgün cavab verilməmiş və sadəcə mülahizələrə və MKSİ-in aktına istinad edilmişdir. Tədqiqat yalnız iddiaçının mənzilində aparılmış, ekspertizanın keçirilməsi tarixi, vaxtı barədə ona heç bir məlumat verilməmişdir və həmin müddətdə o, mənzildə olmadığı üçün onun mənzilində tədqiqatın aparılması mümkün olmamışdır. Ekspert rəyində də iddiaçının mənzilinə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkünsüz hesab edilmişdir. Bu səbəbdən ekspertiza hərtərəfli və obyektiv aparılmamışdır. Onun mənzilindən suyun axması sübuta yetirilmədiyindən dəymiş ziyanı tutmaqla məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və obyektivlik prinsipləri pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh X1 və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənil məsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də ekspert rəyinin əsassızlığına, düzgün olmamasına istinad etsə də, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Əksinə özü məhkəmə iclasnda iştirak etdiyi zaman onun mənzilindən iddiaçının mənzilinə su axmasını etiraf etmiş, lakin tələb edilən zərər məbləği ilə razılaşmamışdır ki, həmin məbləğ də ekspert rəyi əsasında müəyyən edilmişdir. Bundan başqa, cavabdeh kasasiya şikayətində ekspertiza keçirilməsinin vaxtı barədə ona məlumat verilmədiyinə istinad etsə də, kasasiya yoxlaması nəticəsin də iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin qeyd etdiyi xüsusat da əsassızdır. Belə ki, iş materiallarından (səh 44) görünür ki, məhkəmə tərəfindən tərəflərə ekspertizanın keçirilməsi barədə rəsmi qaydada məlumat verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh X1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.