Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1440/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 12.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2424/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə 2018-ci il tarixdə tanış olmuş, cavabdeh inqubator avadanlığının düzəldilməsi üzrə mütəxəssis olduğundan, iddiaçı cavabdehə inqubator avadanlığı düzəldilməsini sifariş etmişdir. Aralarında olan şifahi müqavilə əsasında birinci dəfə cavabdeh 3000 yumurtalıq inqibator düzəldib iddiaçıya təhvil verməli, digər tərəf isə avadanlığın 1700 manat pulunu ödəməsi barədə razılığa gəlmişlər. Sonradan isə tərəflər fikirlərini dəyişib qiyməti 15500 manat olan 20000 yumurtalıq inqubator avadanlığı düzəldilməsi, və həmin avadanlığa dair birlikdə biznes fəaliyyəti ilə məşğul olması barədə şifahi razılığa gəlmişlər. İddiaçı bununla bağlı cavabdehə hissə-hissə 15500 manat pul vermişdir. Lakin cavabdeh pulu qəbul etməsi nə baxmayaraq üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17200 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünü inqubator ustası kimi təqdim edən Cavabdeh ilə 2018-ci il tarixdə tanış olmuşdur. Qısa müddət ərzində cavabdeh inqubator avadanlığı üzrə özünü səliqəli, məsuliyyətli və etibarlı mütəxəssis kimi təqdim etmişdir. Cavabdeh təklifi ilə Novxanı kəndində icarəyə götürdüyü və işlətdiyi yerə gedərək 1700 (min yeddi yüz) manat müqabilində 3000 (üç min) yumurtalıq i nqubator avadanlığını hazırlamağı Cavabdeh sifariş vermiş, eləcə də razılaşdıqları məbləğin 1000 (min) manatını ona beh verərək pulun qalan hissəni sifariş hazır olandan sonra alacağını bildirmişdir. Sifarişi hazır olandan sonra məlum oldu ki, 3000 (üç min) yumurtalıq inqubator avadanlığının böyük və yerləşdirilməsi mümkünsüz olduğundan Cavabdeh sözügedən avadanlığın satılmasını xahiş etmişdir. Sözügedən avadanlıq Cavabdeh tərəfindən satılmış və satılmış avadanlığın pulunu vermək əvəzinə ona daha böyük inqubator avadanlığı hazırlamağı təklif etmişdir. O da Turala inanmış və irəli sürülmüş təkliflə razılaşaraq hissə-hissə olmaqla ümumilikdə Cavabdeh 17.200 (on yeddi min iki yüz) manat məbləğində pul vermişdir (Cavabdeh Kapital Bank hesabına pul köçürülməsi barədə qəbzlər və s. ödəniş sənədl əri əsasında). Lakin bu günə kimi nə sözügedən avadanlıqları hazırlamış, nə də ondan aldığı pulları geri qaytarmışdır. İddiaçı pulu ödəməsini dəfələrlə tələb etməyinə baxmayaraq, Cavabdeh bu günə kimi ona bir manat da ödəməmişdir. Ona görə də o, məcbur olub 14.12.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırılma aparılmış və Cavabdeh yuxarıda qeyd edilən xüsustların hamısını etiraf etmişdir. Lakin Abşeron RPİnin 24.12.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qanunvericiliyə uyğun olaraq mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Yuxarıda göstərildiyi kimi cavabdehin hərəkətləri (yəni öhdəliklərinin yerinə yetirilməməsi) və onu aldatması nəticəsində xeyli miqdarda zərər vurulmuşdur ki, məhkəmə qaydasında cavabdehdən tutulmalıdır və onun haqqında xüsusi qərar çıxarılmaqla prokurora göndərilməlidir.
4. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1403/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı «pul» tələbinə iddia tələbi təmin edilib, Cavabdeh 17200 (on yeddi min iki yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 17230 manat (on yeddi min iki yüz otuz manat) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər araşaında şifahi razılaşma olan əqdi bağlanmış və həmin razılaşma əsasında onlar bir-birlərinin qarşısında öhdəlik götürmüşlər. İddiaçı ödənişi etməklə mü qaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də cavabdeh avadanlığın təhvil verilməsini ləngitmiş, öhdəliyini vaxtında yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 329.3, 385.1, 386.1, 442, 445, 448.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 52.2, 77.1, 88, 119.1, 191.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2424/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Quliyev (sədrlik edən və mə ruzəçi), G.Tağızadə və L.Məmmədova) Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1403/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq 17200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə nəticəyə gəlmişdir.
10. Belə ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, formal mülahizələrdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
14. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.
17. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
18. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
19. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
20. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
21. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
22. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nət icələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (maddə 445.1)
23. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
24. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Mülki Prossesual Məcəllə
25. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
26. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. (maddə 52.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. (maddə 191.3)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2424/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.