Məhkəmə qərarları › İş №2(102)-1441/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1441/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1441/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı XXXqızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-5660/2019, hakim L.E.Rəhimli) İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12028/2019, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Şəmkir rayon Aqrar İslahatı Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarı ilə İddiaçı XXXqızının mülkiyyətinə 0,28 hektar torpaq sahəsi verilmişdir. xx xxxxxx 2008-ci il tarixdə İddiaçı məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun oğulları Zaməddin Möhsümov və Fəxrəddin Möhsümov arasında bölünməsi, sonunc uya evin ikinci mərtəbəsinin sağ otağı aynabəndlə birlikdə, naves, rəmədə yerləşən navesin arxa tərəfi olan torpaq sahəsinin və aşağıda yerləşən 0,18 ha olan torpaq əkin sahəsinin verilməsi, yerdə qalan mülkün isə Fəxrəddin Möhsümova verilməsi barədə yazılı akt tərtib edilməklə adıçəkilən şəxslər tərəfindən imzalanmışdır. xx xxxx 2019-cu il tarixdə İddiaçı X1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərə görə 30.000 manat, eyni zamanda 6.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasi ya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. xx xxxxxx 2008-ci il tarixli aktda iddiaçının oğulları Zaməddin və Fəxrəddin ona hər ay 50 ABŞ dolları məbləğində pul ödəyəcəyi barədə öhdəlik götürmüş, lakin hazırki iş üzrə cavabdeh olan Zaməddin həmin öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçının oğlu olmaqla, iddiaçıya məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bir hissəsinin cavabdehə ayrılması barədə 2008-ci ildə akt tərtib edilmişdir. İddiaçı həmin vaxtdan cavabdehin ona məxsus torpaq sahəsində əkin əkməklə gəlir əldə etdiyinə, eyni zamanda verilmiş torpaq sahəsinə görə iddiaçıya ödəməli olduğu 50 ABŞ dolları verəcəyinə söz verdi yinə, lakin nə torpaq sahəsini əkib-becərməklə gələn gəlirin bir hissəni, nə də hər ay ödəməli olduğu 50 ABŞ dollarını ödəmədiyinə istinad edərək, 2008-ci ildən bu vaxta qədər cavabdehdən torpağın əkib-becərməsi ilə əlaqədar əldə etdiyi gəlirin və ödəməyi vəd etdiyi aylıq pul vəsaitinin tutulması tələbinə dair hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsa slarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı hazırki tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçının cavabdehin ona hər ay 50 ABŞ dolları verəcəyinə dair söz verməsini, lakin verdiyi sözə əməl etməməsini onlar arasında olan razılaşmanın, müqavilənin və ya götürülmüş öhdəliyin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı tələbinin əsası kimi yalnız iddia ərizəsində göstərilənlərə istinad etməklə kifayətlənmiş, cavabdehin iddiaçıya məxsus həyətyanı sahədə əkilmiş ağaclardan məhsul götürməklə əldə etdiyi gəlirin bir hissəsini iddiaçıya ödəmək barədə razılaşmanın olması barədə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən aktda cavabdehin iddiaçıya hər ay könüllü olaraq 50 ABŞ dolları maddi köməklik edəcəyinə söz verməsi təsdiqlənsə belə, aktın məzmunundakı digər şərtlərin yeirnə yetiirlməsi təsdiq edilmədiyindən tələbin bu hissəsi də təmin edilə bilməz. Çünki, işdən də görünür ki, mübahisəli torpaq sahələri ilə bağlı tərəflər arasında çoxsaylı məhkəmə mübahisəsi mövcuddur və hazırki iddia da həmin mübahisələrlə əlaqədar irəli sürülmü şdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar