Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1442/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcub tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, əhəmiyyətsiz əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh oğlunun vəkili iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5062/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış 14 yanvar 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verənİddiaçı “borc alan” Cavabdeh 50000 (əlli min) manat məbləğində pulu borc vermiş, “borc alan” krediti 14.07.2017-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 il 9 ay 4 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə tətbiq edilməklə, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməsi, onun barəsində 1 il 6 ay sınaq müddəti müəyyən edilməsi hökm edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, Cavabdeh 01 fevral 2012-ci il tarixdən 23 fevral 2017-ci il tarixədək Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 7 ünvanın da yerləşən “xxxx” MMC-də satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, həmin cəmiyyətlə bağlanmış əmək və maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən müştərinin şirkətə olan ümumi və cari borcunun qeydiyyatını və hesabatını aparmaq, satılan malların ödəmələrini yığmaq və bir gün ərzində kassaya təhvil vermək, borcunu ödəmək istəməyən müştərilər barədə dərhal bölgə satış şefini məlumatlandırmaq, özbaşına hərəkət etdiyi halda dəymiş zərəri özü ödəmək və sair səlahiyyətlərə malik olmaqla, satışdan əldə etdiyi pul vəsaitini “xxxx” MMC-nin kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edi b mənimsəməklə talamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 (əlli min) manat pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, Cavabdeh ilə İddiaçı arasında 14 yanvar 2017-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 14 yanvar 2017ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh ondan 50000 (əlli min) manat dəyərində borc almış və qeyd olunan borcu 14 iyul 2017-ci il tarixinədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin bu günə kimi Cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir. Cavabdeh ümumiyyətlə, onunla görüşməkdən və götürdüyü borc məbləğini geri ödəməkdən yayınır. Qarşılıqlı iddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin şikayəti əsasında onun barəsində 23 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə iş başlanmış və Bakı şəhər prokurorluğunun istintaq idarəsində istintaq edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “xxxx” MMC-də satış müdiri vəzifəsində çalışmışdır. cavabdeh Səfərov 2016-cı ilin əvvəllərində şəxsi ehtiyaclarına sərf etmək üçün şirkətdən hissə-hissə 6 ay ərzində təqribən 53-54 min manat məbləğin də pul götürmüşdür, 2016-cı ilin sonlarında özü könüllü olaraq şirkətin direktoru X1 yanına gedib şirkətdən təqribən dəyəri 54 min manat olan mal götürdüyünü etiraf etmişdir. Bu etirafından sonra şirkət daxili audit yoxlaması təşkil etmiş və malın dəyəri olaraq 54 min manat Cavabdeh hesabında çatışmazlıq müəyyən edilmişdir. Bundan sonra təxminən 4 min manata yaxın pulu şirkətə ödəmiş və borcu 50 min manat olmuşdur. Həmin məbləğə dair Cavabdehla İddiaçı arasında 14 yanvar 2017-ci il tarixdə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Lakin həmin müqavilə görünüş üçün formal olaraq bağlanmış müqavilə olmuşdur. Müqavilənin məqsədi yalnız şirkətə borclu olduğu 50 min manatı təsdiq etmək olmuşdur. Notariat kontorunda nağd olaraq 1 manatda olsun pul verilməmişdir. Bundan sonra yuxarıda qeyd etdiyi ki mi barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Yuxarda sadalananlardan göründüyü kimi kredit müqaviləsi imzalanarkən şərtlər cavabdeh tərəfindən yerinə yetirilməmiş, yəni müqavilədə göstərilən borc məbləğ müqavilə üzrə borc alana, yəni Cavabdeh verilməmiş, o, həmin borc məbləğini qəbul etməmişdir. Onunla İddiaçı arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər İddiaçı tərəfindən faktiki olaraq yerinə yetirilmədiyindən kredit müqaviləsindən irəli gələn öhdəliyi əmələ gəlməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rəşad Cavadzadə) 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh 50000 (əlli min) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi və Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 50.000 (əlli min) manat məbləğində borc götürmüşdür. Cavabdeh İddiaçı götürdüyü 50.000 (əlli min) manat borcu 14 iyul 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisə edilən kredit müqaviləsi Ca vabdeh ilə “xxxx” MMC arasında yox, İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Yəni, kredit müqaviləsinin subyektləri ilə pul mənimsənilməsi ilə əlaqədar cinayətin subyektləri fərqli şəxslərdir. Digər tərəfdən, Cavabdeh istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündə mənimsəmə cinayətinin predmeti 326.606,20 manat, kredit müqaviləsinin predmeti isə 50000 (əlli min) manat olmaqla, fərqli pul vəsaitləridir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab etmişdir ki, Cavabdeh istinad etdiyi hallar tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin faktiki halların dan aydın olur ki, tərəflər arasındakı kredit müqaviləsi 14 yanvar 2017-ci il tarixdə bağlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı isə kredit müqaviləsinin etibarsızlığı barədə iddianı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürməklə vermişdir. Həmçinin bu əsasa görə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 385.1, 448.1, 448.2, 442.1, 324, 337, 339.2, 354.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət i qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə əsaslanaraq, əlavə olaraq göstərilmişdir ki, qanuni qüvvəyə minmiş hökmlə tam aydın olur ki, mübahisə predmeti olan kredit müqaviləsi məhz “xxxx” LTD MMC-yə olan borcunun ödənilməsini təmin etmək məqsədi ilə bağlanmışdır və formal olaraq bağlanmış kredit müqaviləsi üzrə ona heç bir pul ödənilməmişdir. Bu hal İddiaçı və X2 ifadələri ilə də təsdiq olunur. Bundan başqa onunla cavabdeh arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər İddiaçı tərəfindən faktiki olaraq yerinə yetirilmədiyindən kredit müqaviləsindən irəli gələn öhdəliyi əmələ gəlməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündən göründüyü kimi, “xxxx” LTD MMC-yə dəymiş maddi ziyan, həmçinin borc müqaviləsində qeyd edilən 50.000 manat pul vəsaiti tam ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, qəbul olunmuş qətnamə həm maddi və prosseual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aidə Hüseyn) 16 sentyabr 2019-cu il tarixli 2(103)-11848/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı 50.000 (əlli min) manat pulun tutulması barədə ilk iddiasının rədd edilməsi, Cavabdeh İdd iaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündə Cavabdeh oğlunun hesabında olan çatışmamazlığın 326.606,20 manat olduğu müəyyən edilmişdir. 14 yanvar 2017-ci il tarixli borc müqaviləsi də bilavasitə bu çatışmamazlıqla bağlı bağlanmışdır. Həmin ümumi məbləğ qeyd edilən 50.000 manatı da tam əhatə etmişdir və cəmi 326.606,20 manat məbləğində «xxxx» MMC-nin pul vəsaitini mənimsədiyinə görə Cavabdeh oğluna cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işinə məhkəmədə baxılan zaman həmin məbləğdə maddi ziyan tam ödənilmişdir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 okt yabr 2018-ci il tarixli hökmünə əsasən cinayət işində şahid qismində ifadə verən İddiaçı( hazırki iş üzrə iddiaçı) göstərmişdir ki, Cavabdeh oğlu 2012-ci ilin iyun ayında «xxxx»MMC-də satış meneceri kimi işə başlamışdır. Cavabdeh Dərnəgül tikinti bazarının ərazisi təhkim olunmuşdur. cavabdeh həmin ərazinin bir hissəsini X, bir hissəsini isə X2 adlı satış menecerlərindən təhvil almışdır. Həmin şəxslər cavabdeh ilə birlikdə müştərilərlə görüşüb hər bir müştəri üzrə hansı məbləğdə qalıq qaldığını müəyyənləşdirmişlər. 2017-ci ilin əvvəllərində şirkət rəhbərliyi satış meneceri Cavabdeh oğlunun kassaya sifariş verdiyi mala nisbətdə daha az pul mədaxil etdiyini görüb. Ondan bu məsələyə aydınlıq gətirilməsini tələb etmiş, cavabdeh isə pulların müştərilərdə olduğunu və ödəyəcəklərini bildirmişdir. Rəhbərlik tərəfindən cavabdehin ərazisində müştərilərlə üzləşmələrin aparılması barədə göstəriş verildiyindən o, satış meneceri X3, eləcə də daxili audit işləyən X5 təhkim olunmuş ərazidə müştərilərlə üzləşmələrin aparılmasını tapşırmışdır. Üzləşmənin birinci günündə cavabdeh ona zəng edib müştərilərdən təxminən 25-30 min pul götürüb şəxsi işlərinə xərclədiyini demiş, ona vaxt verilməsini, müştərilərlə üzləşmənin keçirilməməsini xahiş etmiş, üzləşmə keçirilərsə müştərilərin ona inamının azalacağını bildirmişdir. Bundan sonra şirkət rəhbərliyi cavabdehlə görüşmüş, onlar cavabdehdən kimdə və nə qədər mal olması barədə siyahı verməsini tələb etsələr də cavabdeh bundan yayınmağa çalışmışdır. Daha sonra cavabdehlə borc müqaviləsi bağlanmış və təkrar yoxlama keçirilmişdir. Yoxlama nəticəsində mə lum olmuşdur ki, fərq cavabdehin dediyi qədər çox böyükdür. Həmin vaxtlarda cavabdeh xəstə olmasını deyərək işə çıxmamış, bir müddət sonra isə məktubla müraciət edərək işdən çıxarılmasını xahiş etmişdir. Audit yoxlaması keçirilərkən Cavabdeh mənimsədiyi pulların yüksək məbləğdə olması müəyyən olunmuşdur. Bundan başqa həmin iş üzrə «xxxx» MMC-nin baş direktoru işləmiş X2 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsindən görünür ki, Cavabdeh 25-30 min manata yaxın pul məbləğini şəxsi ehtiyaclarına xərclədiyi barədə İddiaçı məlumat verdikdən sonra iddiaçı bu barədə rəhbərliyə məlumat vermişdir. Onlar cavabdehi dəvət edib söhbət edərkən o, törətdiyi əməli etiraf etmiş və həqiqətən də müştərilərdən pulu alıb kassaya ödəməyərək öz şəxsi ehtiyaclarına, hansısa xəstəsinin müalicəsinə xərclədiyi ni bildirmişdir. Həmin vaxt cavabdehə mənimsədiyi məbləği tez bir zamanda MMC-nin kassasına mədaxil etməsi tapşırıldıqda, o, əməlindən peşman olduğunu bildirib 3-4 ay ərzində həmin pulu qaytarmağı öz üzərinə götürmüş, hətta özünə inamı artırmaq üçün «istəyirsinizsə bir borc müqaviləsi bağlayaq, pulu qaytaranda həmin müqaviləni də ləğv edərik» demişdir. Buna görə də MMC-nin satış və birbaşa Cavabdeh işlədiyi şöbənin müdiri İddiaçı Cavabdehla notariat qaydasında 50000 manatlıq borc müqaviləsi bağlanması tapşırılmışdır. 14 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda İddiaçıla Cavabdeh arasında sonuncunun 14 iyul 2017-ci il tarixdə qaytarılmasını öhdəliyinə götürməklə 50.000 manatlıq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh borcunun 25000-30000 manat olduğunu bildirməsin ə baxmayaraq həmin məbləğin daha da artıq ola biləcəyini düşünərək onunla 50000 manatlıq kredit müqaviləsi bağlanmışdır. Audit yoxlaması zamanı məlum olmuşdur ki, Cavabdeh hesabında olan çatışmamazlıq və mənimsədiyi pul 326.606,20 manatdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, 326.606,20 manat məbləğində «xxxx» MMC-nin pul vəsaitini mənimsədiyinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işinə məhkəmədə baxılan zaman həmin məbləğdə maddi ziyan tam ödənilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə, Cavabdeh 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan rədd edilmə lidir. Belə ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, tərəflər arasında bağlanmış 14 yanvar 2017-ci il tarixli borc müqaviləsi üzrə ödənilməli olan məbləğ Cavabdeh oğlu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmünə əsasən ödənilməli olan məbləğə daxil olduğundan və həmin məbləğ də tam ödənildiyindən, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Belə olan halda artıq məhkəmədə həmin müqavilənin etibarsız hesab edilməsinə ehtiyac yoxdur. Ona görə də, Cavabdeh 14 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarş ılıqlı iddiası rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 448.2, 442, 337.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Cavabdeh müqavilənin etibarsız hesab edilməsi üçün məhkəməyə müddət burax;lmaqla müraciət etmişdir. Azərbaycan Respublikası A li Məhkəməsinin (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev və Ələsgər Əliyev) 2(102)-1184/20 saylı, 21 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi mübahisəli hüquq münasibəti ilə əlaqədar heç bir maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin işlə bağlı araşdırma aparılarkən müəyyən edilməli olan hal, kredit müqaviləsində nəzərdə tutulmuş 50.000 manat məbləğində pulun Cavabdeh oğlu tərəfindən İddiaçı ödənilib-ödənilməməsinin aşkara çıxarılmasından ib arət olmalı idi. Lakin apelyasiya instansiyası məhkəməsi bu sahədə araşdırma aparmamış, məhkəmə iclasında tərəflərin nümayəndələrinə müvafiq suallarla belə müraciət etməmişdir. Əslində tərəflər arasında kredit müqaviləsinin olması nəzərə alınmaqla həmin 50.000 manat pul məbləğinin iddiaçı tərəfindən Cavabdeh oğlunun əvəzinə borclu olduğu «xxxx» MMC-yə ödənilməsi və yaxud həmin müqavilənin mövcudluğuna görə pul məbləğinin gələcəkdə ödənilməsi nəzərə alınmaqla, Cavabdeh oğlunun Şirkətə borcunun olmaması barədə məktubun Bakı Ağır Cinayətlər Məhkəməsinə verilməsi və sair istisna olunmur. Hər halda tərəflər arasında borcun etirafı ilə bağlı müqavilə mövcud olduğu halda bu cür araşdırmanın zəruriliyi tələb olunur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 23 sentyabr 2020-ci il tarixli 2(103)-5062/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 14 yanvar 201 7-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündə Cavabdeh hesabında olan çatışmamazlığın 326.606,20 manat olduğu müəyyən edilmişdir. 14 yanvar 2017-ci il tarixli borc müqaviləsi də bilavasitə bu çatışmamazlıqla bağlı bağlanmışdır. Həmin ümumi məbləğ qeyd edlilən 50.000 manatı da tam əhatə etmişdir və cəmi 326.606,20 manat məbləğində “xxxx” MMC-nin pul vəsaitini mənimsədiyinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işinə məhkəmədə baxılan zaman həmin məbləğdə maddi ziyan tam ödənilmişdir. İşin qanuni qüvvədə olan hökmlə müəyyən olunan halları iş materialları ilə müqayisəli şəkildə təhlil olunduğunda aydın olur ki, tərəflər arasında borc müqaviləsi məhz C avabdeh “xxxx” MMC-nin pul vəsaitini mənimsədiyinə görə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qa nuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Yuxarıda qeyd olunanlardan göründüyü kimi, 326 606,20 manat pulunu ələ keçirdiyini irəli sürərək barəsində cinayət təqibi orqanlarına şikayət etdiyi şəxsə 50 000 manat borc verməsinin ağlabatan mühakimə əsasında inandırıcı olmadığını nəzərə almaqla kollegiya hesab edir ki, ilkin iddia üzrə idd iaçının istinad etdiyi 14.01.2017-ci il tarixli borc müqaviləsi tərəflərin arasında yaranmış digər münasibəti pərdələmək məqsədilə bağlanmış və əslində iddiaçı, cavabdehə borc müqaviləsi bağlanarkən hər hansı məbləğdə borc pul verməmişdir – hansı ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə də qanunvericinin borc müqaviləsinin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərt – borc verən tərəfindən borc alanın mülkiyyətinə pulun keçirilməsi - reallaşmamışdır. Başqa sözlə, tərəflər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər; Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən isə, uydurma əqd əhəmiyyətsizdir. Bu o deməkdir ki, Cavabdeh borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun müvafiq tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Nəzərə alınmalıdır ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Mülki Məcəllənin 340-cı maddəsinin məntiqi anlamına görə, əqd hər bir halda müəyyən hüquqi nəticələr yaradır. Lakin həmin madd ə bağlanmış əqdə uyğun olan deyil, uyğun olmayan hüquqi nəticələri ehtiva edir ki, bu, mübahisə edilən hala münasibətdə əqdin etibarsızlığı üçün əsas yaradır. Yəni ona uyğun hüquqi nəticələr yaratması niyyəti ilə bağlanmadığı və görünüş xarakteri daşıdığı üçün həmin əqd həqiqi hesab oluna bilməz. Belə uydurma əqdlər borc üçün xarakterik olan nəticələr yaratmaq kimi niyyətə xidmət etmədiyindən və edə bilmədiyindən etibarlı sayılması mümkün deyildir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 14 yanvar 2017-ci il tarixli borc müqaviləsi etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz və bu səbəblə də kollegiyanın qənaətinə görə qarşılıqlı iddia tələbi təmin, ilkin iddia tələbi isə rədd edilməlidir. İlkin iddia üzrə iddiaçı tərəfindən ver ilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; işin hallarına görə isə, Cavabdeh oğlu ilə görünüş üçün bağlanmış (əhəmiyyətsiz) müqavilənin icrasına başlanılmamışdır. Bu o deməkdir ki, müqavilənin mübahisələndirilməsi üçün iddia müddətinin axımı başlamamış və ilkin iddiaçının iddia tələblərinə münasibətdə iddia müddəti ötürülməmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddianın rədd olunması, ilkin iddia tələbinin təmi n olunması barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin işə baxan tərkibi tərəfindən iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə riayət edilməmişdir. Ümumiyyətlə həmin məbləğin ödənilib-ödənilməməsi barəsində heç bir araşdırma aparmamışdır. Mülki iş məhkəmənin icraatında araşdırılan zaman müəyyən olunmuşdur ki, Cavabdeh oğlu 2017-ci ildə hazırkı kredit müqaviləsinin etibarsız hesab olunması barəsində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan o, məhkəmə iclasında iştirak etmədiyinə görə iddia ərizəsi baxılmamış qalmışdır. İddiaçı hazırki id dia tələbi ilə məhkəməyə müraciət edənə kimi, həmin kredit müqaviləsinin etibarsız hesab olunması barəsində iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Əgər qarşı tərəf həqiqətən İddiaçı hər hansısa məbləği borc almamışdırsa, hansı səbəbdən İddiaçı iddia ilə məhkəməyə müraciət edənə kimi məhkəməyə müraciət etməməsi özü də göstərir ki, hazırki Cavabdeh oğlu 50.000 manat dəyərində borc aldığını inkar edə bilmirdi. Qarşı tərəf müqavilənin etibarsızlığı ilə bağlı iddia müddətini ötürmüşdür. Bu barədə 1-ci instansiya məhkəməsinə ərizə təqdim olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəmələri həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, heç bir ağlabatan müddəa irəli sürmədən cavabdehin irəli sürdüyü bütün arqumentlərini qəbul etmiş, iddiaçı nın dəlillərini rədd etmişlər. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh oğlunun vəkili kassasiya şikayətinin dəlillərinə etirazını bildirərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5062/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlm əmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Madd ə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əş yalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyə n edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının t ələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin əsasını təşkil edən Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) ke çirməyi, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, tərəflər arasında borc müqaviləsi cavabdehin işlədiyi “xxxx” MMC-də mənimsədiyi pul vəsaitinin qaytarılması məqsədilə bağlanılmış, sonradan mənimsənilmiş məbləğ daha artıq olduğundan onun barəsində “xxxx” MMC-nin şikayəti əsasında cinayət işi başlanmışdır. Hökmdən həmçinin görünür ki, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında təmsil etdiyi təşkilatın mövqeyini əks etdirən ərizə təqdim edərək, cinayət əməli nəticəsində şirkətə dəymiş ziyanın Cavabdeh tərəfindən tam şəkildə ödənildiyini, hazırd a şirkətin ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir.(hökmün 30-cu vərəqi) Bütün bunlar, əslində “xxxx” MMC-nin satış meneceri işləyən iddiaçı ilə həmin Şirkətin satış təmsilçisi işləmiş cavabdeh arasında Mülki Məcəllənin 739-cu maddəsində təsbit edilmiş borc müqaviləsi münasibətlərinin mövcud olmadığını, 14 yanvar 2017-ci il tarixdə notarial təsdiqli müqavilənin vurulmuş ziyanın ödənilməsi məqsədilə bağlandığını və məhkəmə hökmü çıxan tarixə həmin ziyan tam ödənildiyinə görə Şirkətin müvafiq ərizə təqdim etməsi nəticəsinə gəlməyə əsas verir. Bu mənada kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq 14.01.2017-ci il tarixli kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə, yəni cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə bağland ığı, əhəmiyyətsiz əqd olduğu və vurulmuş ziyanın aidiyyəti şəxsə tam ödənildiyi əsası ilə iddianı təmin etməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki kassasiya məhkəməsinin göstərişlərinə əsasən araşdırma aparılan zaman iddiaçı tərəfindən 50.000 manat borcun cavabdehin əvəzindən Şirkətə ödənilməsi və yaxud, Şirkətin ziyanın tam ödənilməsi barədə ərizəni bu borc müqaviləsi nəzərə alınmaqla, göstərilən 50.000 manat məbləğin gələcəkdə ödənilməsinə görə verməsi, iddiaçının həmin məbləği borc şəklində cavabdehə verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, 29.07.2020ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil hakimin sualına cavab olaraq, İddiaçı bağlanmış müqaviləyə aidiyyəti olmadığını, müqavilənin Şirkətlə cavabdeh arasında bağlandığını, İddiaçı həmin şirkətdə şöbə müdiri işlədiyini bildirmişdir. İddiaçı isə apellyasiya məhkəməsinə ərizə göndərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini, cavabdehin pula ehtiyacı olduğu üçün ona borc verdiyini, cavabdehin qanunlamüəyyən edilmiş müddət ərzində borc müqaviləsini mübahisələndirmədiyini göstərmişdir. Məhkəmə kollegiyası əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia müddətinin ötürülməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, qanunun mənasına görə MM-in 354.1-ci maddəsi əhəmiyyətsiz əqdin özünü deyil, belə əqdin nəticələrinin tətbiqi haqqında iddianın (onun icrasına başlanıldığı gündən) bir il ərzində irəli sürülməsini nəzərdə tutur. Məlum olduğu kimi əhəmi yyətsiz əqdin özünün etibarsız sayılması üçün məhkəmədə iddia qaldırmağa gərək yoxdur, çünki o bağlandığı andan özlüyündə etibarsızdır (MM, maddə 337.3). Əhəmiyyətsiz (o cümlədən bağlanan andan etibarsız olan) əqdlər qanunda bir qayda olaraq “etibarsızdır” sözü ilə ifadə olunur (MM, maddə 340, 341.1, 342.1 və s.). Hazırki əhəmiyyətsiz əqdin isə icrasına başlanılmamış, borc müqaviləsi üzrə borcun verilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının əhəmiyyətsiz əqd üzrə müddətin keçməsinə istinad edilməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müva fiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq et məməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5062/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.