Məhkəmə qərarları › İş №2(102)-1442/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1442/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1442/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış fayda növündə zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)944/2025 saylı qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra- iddiaçı) ilə Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra- cavabdeh) arasında bağlanmış 01 aprel 2024-cü il tarixli, A 2/24 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 30 saylı binanın 3 otaqlı, ümumi sahəsi 121,3 kv.metr olan 30 saylı mənzilini tikib iddiaçının mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində mənzili mülkiyyətinə qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər.

2. Həmin Müqavilənin şərtlərinə görə, mənzilin ümumi sahəsinin 1 kv.metrinin qiyməti 2.600 manat, cəmi qiyməti isə bütün vergilər də daxil olmaqla 315.380 manat təşkil etmiş və iddiaçı mənzilin dəyəri olan 315.380 manat pul vəs aitini cavabdehin Bank hesabına köçürməyi öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında, Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 21 may 2024-cü il tarixli Qərarından görünür ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmiş və 30 aprel 2024-cü il tarixli elektron ərizəsinə alqı-satqı müqaviləsini, ödəniş və digər sənədləri əlavə etmişdir. Həmin sənədlərin araşdırılması zamanı mənzilin tam dəyərinin (cəmi-315.380 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmadığı müəyyən edilmiş və sənədlərdə çat ışmamazlıqla bağlı 02 may 2024-cü il tarixli bildirişlə iddiaçının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, iddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 iş günü müddətində çatışmamazlıqlar aradan qaldırılmamışdır. Belə olan halda bildirişdə qeyd olunan çatışmamazlıqlar müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən aradan qaldırılmadığı üçün “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara əsasən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara alınmışdır ki, iddiaçının 30 aprel 2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin qaytarılması təmin edilməsin, qərarın surəti iddiaçıya göndərilməklə ondan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və (və ya) məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. 4. 18 aprel 2024-cü il tarixli kredi t müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən iddiaçıya sözügedən mənzilin satın alınması üçün 252 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 150.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı məhkəmədə cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əldən çıxmış fayda növündə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.423,65 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 01 aprel 2024-cü il tarixdə alqısatqı müqaviləsi bağlayaraq, mənzilə mülkiyyət hüququ əldə etmi ş, lakin alqı-satqı prosesi zamanı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalmış (əldən çıxmış fayda növündə), nəticədə əmlak vəziyyəti kəskin şəkildə ağırlaşmışdır. Belə ki, həmin müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 30 saylı binanın 30 saylı mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul edib onun dəyəri olan 315.380 manatı müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin mənzil satın almaq üçün iddiaçının yetərli vəsaiti olmadığından ipoteka saxlayan qismində "xxxx" ASC ilə 18 aprel 2024cü il tarixdə ipoeka, kredit müqaviləsi bağlayaraq 150.000 manat vəsaiti 252 ay müddətinə, illik 8% dərəcəsi ilə kreditə götürmüşdür. Müqavilənin mülki qanunveric iliyin tələblərinə uyğun formada notarial qaydada təsdiq edilməsi üçün müqavilənin təsdiqi və mənzilin dəyərinin ödənilməsi ilə bağlı hesablaşma Bakı şəhəri, 12 saylı notariat ofisi vasitəsilə aparılmışdır. Cavabdeh hesablaşma mərhələsində öhdəliyini qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə zidd icra etdiyindən, iddiaçı əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi olan 14.432,65 manatı əldə etməkdən məhrum olmuş və nəticədə onun əmlak vəziyyəti kəskin formada ağırlaşmışdır. Belə ki, cavabdehin qanuni təmsilçisi X3 hesablaşma mərhələsində hesablaşmanın nağd qaydada ödənilməsində israr etmiş, nəticədə həm aralarında olan müqavilənin, həm də qanunvericiliyin tələblərinə zidd formada hesablaşma nağd qaydada aparılmışdır. Çox güman ki, cavabdeh bu yolla vergidən yayınmağa çalışmışdır. Bakı şəhəri, 12 Saylı Notariat Ofisi tərəfindən "xxxx" ASC Sənaye filialına ünvanlanmış 18 aprel 2024-cü il tarixli məktubda alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli olan 315.000 manat pulun cavabdehin adından X1 ödənilməsi üçün bankda olan depozit hesaba ödənilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş Bakı Şəhəri, 12 Saylı Notariat Ofisinin sorğuya cavab məktubu da iddianın əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçı tərəfindən Bakı Şəhəri, 12 saylı notariat ofisinə müqavilə üzrə hesablaşmanın hansı formada aparılması və bu barədə iradə ifadəsinin kim tərəfindən nümayiş etdirilməsi haqqında məlumat verilməsi barədə sorğu ünvanlanmış və sonuncunun 04 iyul 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 18 aprel 2024-cü il tarixdə təsdiq edilmiş alqı-satqı və ipoteka müqavi ləsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, alqı-satqı məbləği alıcı tərəfindən notariusun depozit hesabına mədaxil olunmuş və satıcının istəyinə əsasən ona çek verilərək məxaric olunmuşdur. Notariusun cavab məktubu qanunvericiliyin və müqavilənin tələblərinə zidd formada hesablaşmanın nağd qaydada aparılması üçün iradə ifadəsinin satıcı tərəfindən bəyan edildiyini, bu da sonda dəymiş zərərlə satıcının (cavabdehin) təqsirli və hüquqazidd (nağd qaydada hesablaşma həyata keçirilməsi qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir) əməli arasında səbəbli əlaqənin mövcud olduğunu göstərir. Daha sonra iddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün AR Dövlət Vergi Xidmətinə portaldan ərizə ilə müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılmasına görə bunun m ümkünsüz olması bildirilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 21 may 2024-cü il tarixli Qərarının məzmunundan da aydın olur ki, imtinanın əsası qismində mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmaması təşkil etmişdir ki, bu da cavabdeh tərəfindən hesablaşmanın nağd formada həyata keçirilməsi ilə bağlı olmuşdur. Bundan sonra iddiaçı tərəfindən cavabdehə iki dəfə əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılmasının təmin edilməsi üçün hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı müraciət olunmuş və müraciətinə cavab olaraq elektron qaimə-faktura göndərilm işdir. Fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV geri qaytarılmasına dair 29 aprel 2024-cü il tarixli elektron qaiməfakturadan görünür ki, iddiaçının müraciətlərindən sonra cavabdeh 48.108,82 manat əlavə dəyər vergisini ödəmişdir ki, qaytarılacaq ƏDV-nin məbləği 14.432,65 manat təşkil etmişdir. Lakin müqavilə üzrə ödənişin cavabdehin qanunsuz hərəkətləri səbəbindən nağd qaydada edilməsi iddiaçını həmin məbləği geri almaqdan məhrum etmişdir. Cavabdehin göndərdiyi elektron qaimə-faktura sadəcə formal xarakter daşımış və iddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün portaldan müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılması ə sas tutularaq bundan imtina edilmişdir.

7. Daha sonra, iddiaçı “iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi barədə” məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində tələbinin hüquqi əsası kimi deliktə istinad olunmuşdur. Lakin, cavabadehlə aralarında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” müqavilədə razılaşdırılmış vəsaiti “Satıcı”-nın bank hesabına köçürməyi öz öhdəsinə götürür. “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.4.14cü maddasinə əsasan, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər nağdsız qaydada həyata keçirilməlidir. AR Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtı nda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunan normaların, müqavilə bəndinin və işin faktiki hallarının təhlili cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməməsi nəticəsində iddiaçıya maddi zərər dəydiyini təsdiq edir. Belə ki, müqavilənin 3.1-ci bəndində hesablaşmanın nağdsız qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu yalnız alıcı tərəfindən ödənişin edilməsi öhdəliyini deyil, eyni zamanda satıcının həmin vəsaiti qəbul etmək öhdəliyini də ehtiva etməkdədir. İşin faktiki halları və təqdim edilən sübutlar satıcı tərəfindən notariusun depozit hesabına nağdsız qaydada köçürülən vəsaitin nağd formada məxaric olunduğunu, bununla nə inki müqavilədə nəzərdə tutulmuş şərtin, habelə “Nağdsız hesablaşmalaiar haqqında” Qanunun tələblərinin pozuntusuna yol verildiyini təsdiq edir. Əvvəlki iddia ərizəsində iddianın hüquqi əsası qismində cavabdeh tərəfindən delikt nəticəsində vurulmuş zərərə istinad edilirdisə, aralarında müqavilə münasibətləri mövcud olduğuna görə delikt məsuliyyəti istisna olunur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən ona vurulmuş 14.423,65 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun onun lehinə tutulması üçün hüquqi əsas qismində müqavilə öhdəliklərinin pozulmasının nəzərə alınmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi X4 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilənləri qəbul etmir. Belə ki, iddiaçı ilə alqı-satq ı müqaviləsinə əsasən bütün öhdəliklər yerinə yetirilmiş və cavabdeh tərəfindən müqavilə öhdəlikləri qanunvericiliyə uyğun olaraq yerinə yetirildiyi üçün ona heç bir ziyan dəyməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9. ünvan 2 ünvanlanmış 18 aprel 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı ilə notariat qaydasında təsdiq ediləcək alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli 315.000 manat pulu müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra həmin məbləğin cavabdehin qanuni təmsilçisi X1 ödənilməsi üçün bankda olan depozit hesabına qəbul olunması xahiş edilmişdir. 10. ünvan 3 ünvanlanan 04 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan isə görünür ki, 18 aprel 2024-cü il tarixdə təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, alqı-satqı məbləği alıcı tərəfindən notariusun depozit hesabına mədaxil olunmuş və satıcının istəyinə əsasən ona çek verilərək məxaric olunmuşdur. 11. 18 aprel 2024-cü il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən (iddiaçının adından) Bank "xxxx" ASC-nin Sənaye filialına X6 məxsus hesaba 315.000 manat pul köçürülmüşdür. 12. 29 aprel 2024-cü il tarixli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” üçün elektron qaimə-fakturanın formasına əsasən, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan ƏDV-nin məbləği 14.432,65 manat nəzərdə tutulmuşdur. Əlavə olaraq, qeydlər hissəsində göstərilmişdir ki, ƏDV aşağıdakı hallarda qaytarılır: yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə, alıcı eyni binadan sahəsi cəmi 1000 kv.metrdən (500 kv.metr yaşayış və 500 kv.metr qeyri-yaşayış sahəsindən) artıq olmayan yaşayış və qeyriyaşayış sahəsi olduqda. Alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 gün sonra ƏDV-nin qaytarılmasına yol verilmir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2(006)3873/2024 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi satın alınan sahənin dəyəri nağdsız qaydada tam şəkildə ödənildikdən sonra 90 gün müddətində ƏDV-nin qaytarılması üçün müraciət edildiyi halda qaytarıla bilər. Hazırkı işdə isə satın alınan yaşayış sahəsinin dəyəri satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyindən, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırması əsassız olmuşdur.

15. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına k öçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir.

16. Göründüyü kimi pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilmişdir. Belə olan halda da qanunvericiliyin tələbinə əsasən, nağd şəkildə ödənilən pul vəsaiti üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Hətta iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl əlavə dəyər vergisinin qaytarılması ilə bağlı AR İN Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, onun tərəfindən ödənişin nağdsız şəkildə həyata keçirilməsinə dair sənəd təqdim edilmədiyi üçün, əlavə olaraq verilən vaxt ərzində də iddiaçı tərəfindən çatışmamazlıq aradan qaldırılmadığı üçün 21 may 2024-cü il tarixli qərarla yaşayış və qeyri-yaşayış sahələri nə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı satın almış olduğu mənzilin dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və mənzilin dəyərini yalnız o, halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçı özü əməl etməmişdir). Lakin iddiaçı bunu etməmişdir. Bu halda cavabdeh tərəf vergidən yayınmamış, öz üzərinə düşən öhdəliyini icra etmişdir (icra etməmiş olsa da belə bu artıq müvafiq vergi orqanı ilə cavabdeh arasında mübahisəyə keçməlidir). İddiaçının tələb etmiş olduğu ödənilmiş vergidən ona düşən hissənin alınması isə vergi orqanın iddiaçıya ödənilməsi nəzərdə tutulan vəsait olmaqla cavabdeh tərəfindən ödənilməsi demək deyildir. Burada iddiaçı yalnız ona dəymiş ziyan kimi iddia versədə (işin əsas mahiyyəti) burada cavabdeh tərəfindən pulun nağd formada çıxarması onun hüququ olmuş və cavabdeh bu hüququndan istifadə etmişdir. Bu halda yalnız iddiaçı öz hüquqlarını notariat orqanından tələb etməli pulun ödənilməsini yalnız nağdsız formada həyata keçirməli idi.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 6.2, 385.1, 386.1, 389.1, 425.1, 442, 448.1-ci maddələrinə, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qay dası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanının 5.1, 5.3, 6.1-ci bəndlərinə, habelə AR Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilən işin halları düzgün qiymətl əndirilməmiş, tam və hərtərəfli baxış prinsipləri pozulmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırma hissəsində müqavilə qiymətinin satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyini, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Göründüyü kimi, pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının notariusun depozit hesabına pul köçürməsini ödənişin nağd formada həyata keçirilməsi kimi qiymətləndirməsi tamamilə absurd olmuşdur. Alı cı kimi iddiaçı notariat fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə əməl etməklə pulu notariusun depozit hesabına köçürməli idi. Bu zaman qarşı tərəf müqavilənin tələblərinə riayət etməklə pulu nağdsız formada bank hesabına qəbul etsə idi, aralarındakı hesablaşma nağdsz formada həyata keçirilmiş olacaqdı. Birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə, hesablaşmanın nağd formada həyata keçirilməsinin səbəbi iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi deyil, cavabdehin pulu nağd şəkildə məxaric etməsi olmuşdur. Odur ki, burada iddiaçı tərəfindən ödənişin nağd formada həyata keçirilməsindən söhbət belə gedə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verə bilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-944/2025 saylı qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən, məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, cavabdehdən 14.423,65 manatın və ödənilmiş dövlət rüsumuna görə 134 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlidyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhv buraxmış, eləcə də müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

23. Belə ki, tərəflər arasında 01 aprel 2024-cü il tarixli müqavilənin bağlanması, müqavilədə göstərilən mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, həmin mənzilin dəyəri kimi iddiaçının cavabdehə 315.000 manat ödəməsi, bu məbləğin iddiaçı tərəfindən notariusun depozit hesabına mədaxil olunması, sonradan notariusun məktubu əsasında cavabdehin qanuni təmçilsinin həmin vəsaiti nağd formada məxaric etməsi, bu məbləğin vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləğinin 48.108,82 manat olması, qaytarılacaq ƏDV-nin məbləğinin isə 14.432,65 manat, yəni iddia tələbində göstərilən məbləğlə eyni olması, Dövlət Vergi Xidməti hesablaşmanın nağdsız qaydada həyata keçirilməməsinə görə ƏDV-nin qaytarılacaq hissəsinin qaytarılmasından imtina etməsi və həmin məbləğin iddiaçıya qaytarılmama sı işin tam mübahisəsiz hallarıdır. Başqa sözlə bu halları tərəflər hər hansı bir formada mübahisələndirmirlər.

24. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətində iddiaçının notariusa pulu cavabdehin bank hesabına köçürməli olduğunu şifahi surətdə bildirmədiyini, cavabdeh tərəfindən pulun nağd qəbul edilməsinin onun hüququ olduğunu, pulun notariusun depozit hesabına köçürülməsi ilə müqavilə üzrə öhdəliklərin elə iddiaçı tərəfindən pozulduğunu göstərmişdir.

25. Hazırkı iddia tələbinin qanuni əsası kimi müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini nəzərdə tutan Mülki Məcəllənin 443.1-ci maddəsi təşkil edə bilər. Çünki həm müqavilənin və qanunvericiliyin imperativ tələbinə əsasən alqı-satqı müqaviləsi üzrə hesablaşma satıcının bank hes abına köçürülməli idi. Buna görə də tərəflər müqavilənin (ödəmə şərtləri hissəsində) 3.1-ci bəndində razılığa gəliblər ki, alıcı, yəni iddiaçı müqavilə ilə razılaşdırılmış pul vəsaitini satıcının, yəni cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürür. Müqavilənin həmin şərti yalnız iddiaçı- alıcının öhdəliyi ilə əhatə olunmamış və məhdudlaşdırılmamışdır. Cavabdeh satıcının da notariusun depozit hesabına nağdsız ödənilmiş həmin vəsaiti öz bank hesabına yerləşdirmək kimi öhdəliyi olmuşdur. Əks halda, cavabdeh tərəfindən pulun nağdsız qaydada qəbul etməkdən yayınması iddiaçının öhdəliyinin icrasını da mümkünsüz etməklə müqavilə üzrə razılığın pozulmasına gətirib çıxara bilərdi.

26. Alqı-satqı müqaviləsinin notarial təsdiqi mərhələsində mənzilin dəyəri kimi razılaşdırılmış vəsait alıcı tərə findən müqavilənin 3.1-ci bəndinin tələbinə əsasən satıcının bank hesabına köçürülməsi və sonuncunun da həmin vəsaiti nağdsız formada qəbul etməsi məqsədi ilə notariusun depozit hesabına köçürülmüşdü. Demək ki, iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi müqavilənin həmin şərtini poza bilməzdi, həm də bu qayda “Notariat haqqında” Qanunun 74-cü maddəsinin imperativ tələbindən irəli gəlirdi. Başqa sözlə, bu cür əməliyyatlar üzrə müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir.

27. Göründüyü kimi, iddiaçı tərəfindən həm müqavilənin 3.1-ci bəndindəki razılaşdırılmış şərtə, həm də “Notariat haqqında” Qanunun 74-cü maddəsinin imperativ t ələbinə əsasən aldığı mənzilə görə ödədiyi vəsaitin cavabdehin bank hesabına köçürülməsi və həmin məbləğin hesaba çatması üçün bütün qaydalara riayət etməklə öhdəliyini tam və qüsursuz icra etmişdir.

28. Əksinə cavabdeh satıcı həm müqavilənin qeyd olunan şərtini, həm də qanunvericiliyin imperativ tələbini pozaraq ödənilən vəsaitin özünün bank hesabına köçürülməsini əngəlləyərək notariusun depozit hesabından nağd formada məxaric etməklə müqavilədən və qanundan irəli gələn öhdəliyini pozmaqla iddiaçıya əldən çıxmış fayda formasında zərər vurmuş, yəni qaytarılacaq ƏDV-nin məbləğindən məhrum etmişdir. Halbuki, cavabdeh müqavilə üzrə razılığa uyğun hərəkət edərək müqavilənin 3.1-ci bəndinin tələbinə uyğun formada pulu nağdsız formada bank hesabına qəbul etsə idi, iddiaçı 14.432 manat əlavə dəyə r vergisi hissəsini əldə edə biləcəkdi.

29. Birinci instansiya məhkəməsinin alıcının pul vəsaitini satıcının bank hesabına nağdsız qaydada köçürülməli olduğu halda notariusun depozit hesabına köçürməklə iddiaçının özü tərəfindən müqavilə üzrə öhdəliyinin pozduğunu, ona görə də zərərin əvəzini istəməkdə haqlı olmadığını vurğulaması açıq-aşkar yanlış və hüquqa uyğun olmayan bir yanaşma olmuşdur. Çünki müqavilənin həmin şərti tərəflərin iradə ifadəsinin həqiqi mənasına görə həm də cavabdehin öhdəliyini ehtiva edir. Ancaq cavabdeh müqavilənin həmin şərtində nəzərdə tutulan öhdəliyini icra etmədən notariusun depozit hesabından bank hesabına köçürülməli olan həmin vəsaiti nağdlaşdıraraq məxaric etmişdir. Bir daha vurğulanır ki, iddiaçı tərəfindən satıcının bank hesabına nağdsız qaydada köçürülmə si üçün vəsait notariusun depozit hesabına ödənilmişdir. Bu hal müqavilə üzrə öhdəliyin pozulması demək deyil. Məhkəmənin bu mövqeyi cavabdehin aşkar formada yayınaraq notariusun depozit hesabındakı pulu nağd formada məxaric etməklə müqavilə üzrə öhdəliyini kobud surətdə pozmasına haqq qazandırmışdır. Bu cür yanaşma isə ədaləti təmin etmir.

30. Bundan əlavə, müqavilə üzrə hesablaşmanın nağdsız qaydada həyata keçiriləcəyi barədə tələb sadəcə müqavilə öhdəliklərindən deyil, eyni zamanda qanunvericiliyin imperativ tələbindən irəli gəlir. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4 və 3.4.14cü maddəsinin tələbinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliy yəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər və hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir. Yəni, qanunvericilik cavabdehə yaşayış və qeyri-yaşayış sahələrinin satışından irəli gələn münasibətlər üzrə hesablaşmanın nağd qaydada olması hüququnu tanımır.

31. Deməli qeyd olunan maddənin tələbinə görə hesablaşmanın yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub, nağd formada hesablaşma isə istisna edilib. Ancaq birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması barədə öz mövqeyini əsaslandırarkən həm də cavabdehin pulu nağd şəkildə məxaric etmək hüququnun olduğunu, bu hüququndan istifadə etdiyinə görə iddiaçıya hər hansı dəymiş zərərdən söhbət getmədiyini qeyd etmişdir.

32. Demək, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasının tələbini pozub, yəni qanunla qadağan edilən hərəkətin (nağd qaydada hesablaşmanı həyata keçirməyin) cavabdehin hüququ olduğunu qeyd etmişdir. Cavabdeh sadəcə müqavilə üzrə razılaşmanın deyil, eyni zamanda qanunvericiliyin tələbini kobud surətdə pozmuş, lakin birinci instansiya məhkəməsi bu məqama diqqət yetirməyərək daha bir kobud pozuntuya yol vermişdir.

33. Birinci instansiya məhkəməsi özünün mövqeyini əsaslandırmağa çalışarkən iddiaçı tərəfindən notariat orqanına hesablaşma zamanı cavabdehin bank hesabına nağdsız formada köçürmə edilməsi barədə şifahi məlumatın verilmədiyini qeyd etmişdir. Həmçinin qətnamədə qeyd olunur ki: “iddiaçı almış olduğu əmlakın dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçir ən notariat orqanından tələb etməli və pulu yalnız o halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçının özü riayət etməmişdir). Lakin iddiaçı bunu etməmişdir.”

34. Müqavilədə hesablaşmanın hansı formada həyata keçirilməli olduğu artıq müəyyənləşdirilmişdi. Ona görə də müqavilə bağlanarkən iddiaçının yenidən şifahi formada nəyisə bildirmək barədə öhdəliyinin mövcuduğundan söhbət gedə bilməz. Nə müqavilədə, nə də hansısa qüvvədə olan hüquq normasında belə bir öhdəliyinin mövcud olması göstərilməmişdir. Tərəflər arasındakı mövcud münasibətlər müqavilədən irəli gəldiyindən öhdəliklərinin yaranma əsası qismində məhz müqavilə çıxış etmişdir. Bu zaman iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri tam icra edilmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə hesablaşmanın nağdsız formada həyata keçirilməli olması barədə öhdəlik kobud surətdə pozulmuşdur. Təsadüfi deyildir ki, məhkəmə iddiaçını notariat orqanına hesablaşma barəsində əlavə şifahi nəyisə bildirməli olduğu barədə öhdəliyinin nədən qaynaqlandığı, bunun hüquqi əsasını qətnamədə qeyd etməmişdir.

35. Göstərilənlərdən başqa, birinci instansiya məhkəməsi qətnamədə müqavilə qiymətinin satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyini, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Birinci instansiya mə hkəməsi iddiaçının notariusun depozit hesabına pul köçürməyini ödənişin nağd formada həyata keçirilməsi kimi qiymətləndirməsi düzgün yanaşma olmamışdır. Alıcı kimi iddiaçı qanunvericiliyin tələblərinə əməl etməklə pulu depozit hesabına köçürməli idi. Bu zaman qarşı tərəf müqavilənin tələblərinə riayət etməklə pulu nağdsız formada bank hesabına qəbul etsə idi, aralarındakı hesablaşma nağdsz formada həyata keçirilmiş olacaqdı. Birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə, hesablaşmanın nağd formada həyata keçirilməsinin səbəbi iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi deyil, cavabdehin pulu nağd şəkildə məxaric etməsi olmuşdur. Odur ki, burada iddiaçı tərəfindən ödənişin nağd formada həyata keçirilməsindən söhbət belə gedə bilməz. Təsadüfü deyil ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2 və 2.4-cü bəndində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməyi Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyinə tapşırmışdır. Fərmanın qeyd olunan bəndi həm də Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alınmasını təşviq etmək olmuşdur. Çünki bu qayda həm də bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlar baxımından da iddianın əsaslı olduğu bir daha təsdiq olunur.

36. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 390.1, 404.1, 404.2, 425.1, 442, 443.1, 443.2, 448.1, 448.2, 560.1, 560.2, 560.3, 560.3.2, 560.3.3, 560.3.4.-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazi sində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6-cı maddələrinə, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4, 3.4.14-cü maddələrinə, “Notariat haqqında” Qanunun 74-cü maddəsinə, habelə AR Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat: Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

37. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alıcı almış olduğu mənzilin dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və pulu yalnız o halda köçürəcəyini bəyan etməli idi (tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçının özü riayət etməmişdir). Lakin iddiaçı bunu etməmişdir. Bu halda cavabdeh vergidən yayınmamış, öz üzərinə düşən öhdəliyini icra etmişdir (icra etməmiş olsa da belə bu artıq müvafiq vergi orqanı ilə cavabdeh arasında mübahisəyə keçməlidir). İddiaçının tələb etmiş olduğu ödənilmiş vergidən ona düşən hissənin alınması isə vergi orqanın alıcıya ödənilməsi nəzərdə tutulan vəsait olmaqla cavabdeh tərəfindən ödənilməsi demək deyildir. Burada alıcı yalnız ona dəymiş ziyan kimi iddia versə də (işin əsas mahiyyəti) burada cavabdeh tərəfindən pulun nağd formada çıxarılması cavabdehin hüququ olmuş və bu hüquqdan istifadə etmişdir. Bu halda yalnız alıcı öz hüquqlarını notariat orqanından tələb etməli və pulun ödənilməsini yalnız nağdsız formada həyata keçirməli idi. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddiası əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 21 may 2024-cü il tarixli Qərardan görünür ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sa hələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmiş, lakin 30 aprel 2024-cü il tarixli elektron ərizəyə alqısatqı müqaviləsi, ödəniş və digər sənədlər əlavə edilmişdir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı mənzilin tam dəyərinin (cəmi 315.380 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlər təqdim olunmadığı müəyyən edilmiş və sənədlərdə çatışmamazlıqla bağlı 02 may 2024-cü il tarixli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, iddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 iş günü müddətində çatışmamazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmamazlıq müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırıİmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası nın ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrini rəhbər tutaraq qərara alınmışdır ki, idd iaçının 30 aprel 2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin qaytarılması təmin edilməsin, qərar alıcıya göndərilsin və qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və (və ya) məhkəməyə şikayət verilə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vu rulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

44. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

45. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

49. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsin də nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

50. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”: 52. 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının əraz isində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 53. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri -yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 54. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 55. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 56. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmet rdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 57. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

58. Maddə 3.4 və 3.4.14. Bu Qa nunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

59. Maddə

74. Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həya ta keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Daşınmaz əmlak barəsində sərəncam verilməsi ilə bağlı müqavilənin rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericiliklə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, bankda açdığı depozit hesabından eyni vaxtda ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndi rildiyindən, apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

69. Belə ki, işdən görünür ki, 18 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən iddiaçıya mənzil almaq üçün 252 ay müddətinə, illik 8 faizlə 150.000 manat kredit verilib. 01 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 30 saylı evin 30 saylı mənzilini 315.380 manata iddiaçıya satmağı, sonuncu isə həmin pul vəsaitini cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürüb. 18 aprel 2024-cü il tarixli ödəniş tapşırığına əsasən, iddiaçının adına olan hesabdan "xxxx" ASC tərəfindən cavabdehin qanuni təmsilçisi X2 ödənilməsi üçün Bakı şəhəri, 12 saylı Notariat ofisinin notariusu X5 “Bank "xxxx" ASC Sənaye filialında olan depozit hesabına 315.000 manat köçürülüb və notariusun 04 iyul 2024-cü il tarixli arayışına görə, notariusun depozit hesabına mədaxil edilmiş vəsait cavabdehin istəyinə əsasən çek verilərək nağd qaydada məxaric olunub.

70. Hazırda iddiaçı, sözügedən mənzilin dəyərinin cavabdeh tərəfindən qanunsuz olaraq nağd qaydada məxaric edildiyi üçün 14.423,65 manat əlavə dəyər vergisinin ona geri qaytarlmadığını və nəticədə əldən çıxmış fayda növündə ona maddi zərər dəydiyini göstərib, cavabdehdən onun xeyrinə 14.423,65 manatın tutulmasını iddia edir.

71. Cavabdeh isə iddiaçının özünün müqavilənin şərtini pozaraq mənzilin dəyərini onun bank hesabına deyil, notariusun depozit hesabına köçürdüyünü, mənzilin dəyərinin onun bank hesabına köçürülməklə müqavilənin rəsmiləşdirilməsini notariusdan tələb etmədiyini, vergidən yayınmadığını öz üzərinə düşən öhdəliyini tam icra etdiyini, mənzilin dəyərinin notariusun depozit hesabından nağd qaydada çıxarmaq onun hüququ olduğu üçün bu hüququndan istifadə etdiyini göstərib, iddiaya etiraz edir.

72. Əvvəla, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı sözügedən mənzili cavabdehdən 01 aprel 2024-cü il tarixli, A 2/24 saylı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə 315.380 manata satın aldığını, həmin müqavilə üzrə cavabdehin təqsiri üzündən ona 14.432,65 manat əlavə dəyər vergisinin geri qaytarılmadığını və nəticədə əldən çıxmış fayda növündə ona maddi ziyan dəydiyini iddia etsə də, işdən görünür ki, sözügedən alqı-satqı müqaviləsi ümumiyyətlə notarial qaydada deyil, sadə yazılı formada bağlanıb.

73. Digər tərəfdən, işə əlavə edilmiş Bakı şəhəri, 12 saylı Notariat ofisinin 04 iyul 2024cü il tarixli arayışından görünür ki, tərəflər arasında sözügedən mənzilə dair alqı-satqı və ipoteka müqaviləsi əslində 01 aprel 2024-cü il tarixdə deyil, 18 aprel 2024-cü il tarixdə 4Ə-112- nömrəli reyestrdə qeydə alınmaqla bağlanıb. İşdə isə qeyd olunan alqı-satqı və ipoteka müqaviləsinin surəti belə yoxdur.

74. İşə baxan məhkəmələr bu hala diqqət yetirməyib və qeyd olunan alqı-satqı, ipoteka müq aviləsinin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi işdə iştirak edən şəxslərə təklif etməyib. Halbuki, MPM-in 77.3-cü maddəsinin mənasına görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

75. Daha sonra, tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsinin 3.1-ci bəndindən görünür ki, iddiaçı mənzilin dəyərini təşkil edən 315.380 manat həcmində pul vəsaitini cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürməsinə baxmayaraq, həmin vəsaitdən 315.000 manatı notariusun bankda olan depozit hesabına köçürüb.

76. Kassasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi nətic əsində vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı yarandığından, iddiaçının cavabdehə qarşı hazırkı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 443.1, 443.4-cü maddələrinin tələbləri nəzərdən keçirilə bilər.

77. Məlum olduğu kimi Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib və orada həm real zərərdən, həm də əldən çıxmış faydadan söhbət açılır.

78. Normanın mənasına görə real zərərin tərkibinə də pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər və əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər daxildir.

79. Əldən çıxmış fayda dedikdə- hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isəöncədən görülməsi mümkün o lmayan halların və ya qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur.

80. Hər bir halda əldən çıxmış faydanın ödənilməsi tələbini irəli sürmüş tərəf, pozuntu ilə (öhdəliyin lazınca icra edilməməsi) ziyan arasında səbəbli əlaqəni və ziyanın məbləğini sübut etməlidir. Yəni öhdəliyini icra etməyən borclu bir qayda olaraq kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

81. Belə ki, borclu öhləliyin icra edilməməsi onun qəsdən və ya ehtiyatsızlıqla etdiyi hərəkətlər nəticəsində baş verdiyi hallarda məsuliyyət daşıyır. Lakin öhdəlikdə bundan fərqli qayda da nəzərdə tutula bilər və ya onun mahiyyətindən başqa qayda da irəli gələ bilər.

82. Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4, 3.4.14-cü maddələrində göstərilir ki, daşınmaz əmlakın alqı-sa tqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər, hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir.

83. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli, 1693 saylı Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 1.3, 1.4-cü bəndlərində göstərilir ki, ƏDVnin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyriyaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.

84. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 3.1ci bəndinin tələblərini səhv təfsir edib, “Ödəmə şərtləri” adlanın həmin bəndin bilavasitə iddiaçının vəzifəsinə aid olduğunu, məhz onun alıcı olaraq müqavilənin həmin bəndində nəzərdə tutulan şərti pozaraq mənzilin dəyərini satıcının, yəni cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürməsini, lakin müqavilənin bu şərtini pozaraq mənzilin dəyərini cavabdehin ban k hesabına deyil, notariusun bankada olan depozit hesabına köçürməsini nəzərə almadan, başqa sözlə cavabdehin öhdəliklərini lazınca icra edib-etmədiyini tam və hərtərəfli araşdırmadan, cavabdehin hərəkətləri ilə ziyan arasında hər hansı səbəbli əlaqənin olub-olmadığını müəyyən etmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrlə kifayətlənərək əlavə dəyər vergisinin iddiaçıya qaytarılmamasının məhz cavabdehin təqsiri üzündən baş verdiyi nəticəsinə gəlmişdir.

85. Digər tərəfdən, sözügedən “Qaydalar”ın 1.3 və 1.4-cü bəndlərinin mənasına görə, əlavə dəyər vergisi alıcıya o halda qaytarılır ki, yaşayış sahəsinin...dəyəri nağdsız qaydada satıcıya məhz tam şəkildə ödənilmiş olsun. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə mənzilin dəyəri 325.380 manat göstərildiyi halda, iddi açı notariusun depozit hesabına cəmi 315.000 manat köçürüb.

86. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə bu məsələyə aydınlıq gətirməyib və iddiaçının sözügedən mənzilin dəyərini tam şəkildə ödəyib-ödəməməsini aydınlaşdırmayıb.

87. Bundan başqa, əlavə dəyər vergisinin alıcıya qaytarılması hər bir halda alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir və alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, əlavə dəyər vergisinin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yarıdır.

88. İşdə, qeyd olunanları təsdiq edən heç bir yazılı sübut yoxdur, əksinə işə əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı mənzilin dəyərini cavabdehin bank hesabına deyil, notariusun ban kda olan depozit hesabına köçürüb, cavabdeh isə həmin vəsaiti nağd şəkildə məxaric edib, yəni pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilib. Belə olan halda qanunvericiliyin tələbinə görə, nağd şəkildə ödənilən pul vəsaiti üzrə əlavə dəyər vergisinin qaytarılmasına yol verilmir.

89. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan halları, habelə iddiaçının özünün təqsirli hərəkətlərini və onun mənzilin dəyərini nağdsız qaydada cavabdehə ödəməməsi faktını nəzərə almayıb.

90. Eyni zamanda, işdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl əlavə dəyər vergisinin qaytarılması barədə vergi orqana müraciət edib, lakin ödənişin nağdsız qaydada həyata keçirilməsi barədə sənəd təqdim edilmədiyi və o, əlavə verilən müddət ərzində isə çatışmamazlıqları aradan qaldırmadığı üçün 21 may 2024-cü il tarixli Qərarla iddiaçıya əlavə dəyər vergisinin qaytarılmasından imtina edilib. Bu qərar da qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməyib.

91. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

92. Eyni hüquqi mövqe “Məhkə mə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.

93. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

94. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılm alı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-944/2025 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar