Məhkəmə qərarları › İş №2(102)-1444/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1444/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1444/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9933/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Səadət Səlimova) 2(011)-9960/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx. 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 17220,53 dolları, faiz borcuna görə 9770,42 dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla, cəmi 27040,95 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı ASC-nin xeyrinə tutulması iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar oğlu Həsənov sədrlik edən və məruzəçi,Şərafət Məmmədova və Xəyal Sarıyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmə dən saxlanılmışdır. İşin halları İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə qaytarmaq, illik 21% ödəmək şərtilə cavabdehə 19200 ABŞ dolları kredit vermişdir. xx.xx.2018-ci il tarixə Cavabdeh banka əsas borca görə 17220,53 ABŞ dolları, faiz rorcuna görə 9770,42 ABŞ dolları, cəriməyə görə 3982,49 ABŞ dolları olmaqla cəmi 30973,44 ABŞ dolları borcu vardır. Dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ödənişləri üzrə gecikmələri aradan qaldırmayaraq borcunu ödəməkdən yayınmışdır. Ona görə də İddiaçı ASC ilə Cavabdeh arasında bağlan mış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 17220,53 ABŞ dolları, faiz borcuna görə 9770,42 ABŞ dolları, cəriməyə görə 3982,49 ABŞ dolları olmaqla cəmi 30973,44 ABŞ borcun, 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmdışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Borc m əbləği düzgün hesablanmamışdır. Borcun hesablanması üçün məhkəmə mühasibatlıq-ekspertizasınını keçirilməsi barədə şifahi vəsatət versə də, birinci instansiya məhkəməsi vəsatətini əsassız olaraq təmin etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 21% olmaqla, 36 ay müddətinə 19200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit və faiz borcunun qaytarılmasına dair öhdəliyini razılaşdırılmış qaydada və müddətlərdə yerinə yetirməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehin əsas kredit borcunun məbləği 17220,53 ABŞ dolları əsas, 9770,42 ABŞ dolları faiz, 3982,49 ABŞ dolları cərimə borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən ) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5 -ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlıl ıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin ərizəsini nəzərə almaqla əsas kredit və faiz borclarının tutularaq iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin kredit və faiz borcunun məbləğinin düzgün hesablanmadığına dair cavabdehin dəlillərinə dair qeyd edilməlidir ki, cavabdehin birinci instansiya məhkəməsinədə iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza təyin olunmasına dair vəsatət verməsi işin halları ilə müəyyən olunmur. Əksinə cavabdeh birinci instansiya məhkəməs inə vermiş olduğu ərizəsindən müəyyən olunur ki, o, iddianın əsas borc və faiz borcunun məbləği ilə razılaşmış və həmin hissədə iddianın təmin olunmasına etiraz etməmişdir. O, cərimənin məbləği ilə razılaşmamış birinci instansiya məhkəməsi məhz onun etirazını nəzərə almaqla cərimə məbləğini ağlabatan həddə azaltmışdır. Belə olan halda isə onun məhkəməmühasibatlıq ekspertizası təyin olunmasına dair vəsatət verməsi və məhkəmə tərəfindən onun vəsatətinə qiymət verilməməsi düzgün hesab edilməməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9933/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar