Məhkəmə qərarları › İş №2(102)-1445/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1445/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1445/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X6, vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə və X1rşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim E.Ağayev) İddiaçı cavabdeh “xxxx” MMC-yə və X1rşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında mənzilin alqı-satqısına görə çağlanmış xx xxxxxx 2014-ci il tarixli 108 saylı müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında İddiaçı cavabdeh “xxxx” MMC-yə ödədiyi 23778 (iyirmi üç min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin, habelə A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, məhkəmə xərcləri - 30 (otuz) manat dövlət rüs umunun əvəzinin cavabdeh “xxxx” MMCdən alınaraq İddiaçı verilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qismən yəni A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin tə mirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdeh X4 alınaraq İddiaçı verilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X8 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 108 saylı müqavilə əsasında “xxxx” MMC-yə çəkdiyi 23778 manat məbləğində pulun “xxxx” MMC-dən alınıb ona verilməsi, habelə A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun, 5-ci mərtəbəsində yerləşən, bir otaqlı, ümumi sahəsi 59,47 kv metr olan mənzilin təmirinə xərclədiyi 22500 manat məbləğində pulun müştərək qaydada cavabdehlər “xxxx” MMCdən və X4 alınararaq ona verilməklə tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, işin mübahisə edilməyən halları ondan ibarətdir ki, X8 ilə “xxxx” MMC arasında xx xxxxxxx 2006-cı il tarixli 168 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 57,47 kv.metr olan mənzili X7 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 19363,43 manatı icraçıya ödəməyi öhdəsin ə götürmüşdür. X8 tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Eyni zamanda İddiaçı ilə “xxxx” MMC arasında xx xxxxxx 2014-cü il tarixli 108 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı “xxxx” MMC A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 23778 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür, İddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmiş, mənzil ona təhvil verilmiş və onun tərəfindən həmin mənzildə təmir işləri həyata keçirilmiş, bundan sonra o, mənzildə köçüb yaşamağa başlamışdır. Bundan sonra Bakı şəhəri Xətai rayon məhkəməsinin xx x xxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 “xxxx” MMC-yə, “xxxx” MMC-yə və İddiaçı qarşı “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 108 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin ona təhvil verilməsinə dair ilk iddia təmin edilərək, İddiaçı qizı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 108 saylı müqavilə etibarsız hesab edilmiş, A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi 59,47 kv.metr olan mənzilin X7 təhvil verilməsi vəzifəsi "xxxx” MMC-yə və “xxxx” MMC-yə həvalə edilmiş, həmçinin iddiaçı “xxxx” MMC-nin cavabdehlər X7 və “xxxx” MMC-yə qarşı Cavabdeh2 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddi a təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamə icra olunmuş və mənzil X7 təhvil verilmişdir. İddiaçı bildirir ki, mənzilə dair müqavilə bağladıqdan sonra “xxxx” MMC-yə məlumat verərək, həmin mənzili 5 ay ərzində, yəni 2014-cü ilin may ayına kimi tam şəkildə təmir etdirib yaşamaq üçün yararlı vəziyyətə gətirmiş, bu məqsədlər üçün cəmi 22500 manat məbləğində pul xərcləmiş və ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Lakin işə baxmış məhkəmələr tərəfindən onun qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, mənzilin təmirinə görə çəkdiyi xərclərin əvəzinin ödənilməsi məsələsi həll edilməmişdir. Halbuki, sözügedən mənzili “xxxx” MMC -dən alarkən mənzilin digər şəxsə məxsus olmasından xəbərsiz olmuş, “xxxx” MMC tərəfindən bu barədə ona məlumat verilməmişdir. Mənzilin başqa şəxsə məxsus olduğunu bilsəydi, onu almazdı və təmirinə yüksək məbləğdə pul sərf etməzdi. Ona görə də, mənzilin təmirinə çəkdiyi xərclər hazırda mənzilə sahibliyi həyata keçirən X4 alınaraq ona verilməlidir. Cavabdeh X3 aid hissədə iddiaya etiraz edir və bildirir ki, o, heç kimdən mənzilini təmir etməsini xahiş etməmiş, onun yeganə tələbi 2006- cı ildə aldığı mənzili müqavilə ilə müəyyən edilmiş qaydada ona təhvil verməkdən ibarət olmuşdur. İddiaçının təmir xərclərini “xxxx” MMC ödəməlidir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmalar ı bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin həlli zamanı iki hal araşdırılmalıdır: birincisi iddiaçının mübahisəli mənzilə vicdanlı sahiblik edib-etmədiyi, ikincisi - əgər vicdanlı sahiblik etmişsə bu müddət ərzində mübahisəli mənzildə təmir işlərinin aparıb-aparmadığı. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə hər iki hal mövcuddur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi iddiaçı mübahisəli mənzili üçüncü şəxslərin, o cümlədən X5 mümkün iddialarından xəbəri olmadan və “xxxx” MMC ilə bağlanmış müqa vilə əsasında əldə etmiş, ona vicdanlı sahiblik etmiş, eyni zamanda həmin mənzildə təmir işlərini həyata keçirmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin onun təmir xərclərə dair iddiası tam deyil, qismən təmin edilməlidir. Belə ki, “xxxx” Konsalting Şirkətinin xx xxxxxx 2015-ci il tarixli Daşınmaz Əmlakın Dəyərləndirilməsi və Təmir Xərclərinin Hesablanması” barədə hesabatına əsasən ünvan 3 ünvanda yerləşən mənzilin təmir xərclərinin həcmi 20000 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İslam Haqverdiyev öz ifadəsində bildirmişdir ki, A ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzildə təmir işlərini İddiaçı tapşırığı ilə o aparmışdır. Mənzil təmir üçün ona tapşırılarkən suvaq vurulmuş divarlardan ibarət olmuş, təmir üçün zəruri olan tikinti materiallarının dəyərini və görülmüş işlərə görə zəhmət haqqını İddiaçı şəxsən ödəmişdir. Mənzildə işlədiyi 2 aydan artıq müddətdə tikinti materiallarının alınmasına və görülmüş işlərə görə zəhmət haqqına İddiaçı 20000 manatdan çox vəsait xərcləmişdir. Göründüyü kimi iddiaçının mübahisəli mənzilin təmirinə çəkdiyi xərclər 20000 manat təşkil etmişdir. İş materiallarınfan görünür ki, birinci instansiya məhkəməsində Cavabdeh2 bu halı mübahisələndirməmişdir. Apellyasiya baxışında isə bu məsələ bir daha dəqiqləşdirilmiş və həmin cavabdehin nümayəndəsi bildirmişdir ki, təmir xərcinin məbl əğini mübahisələndirmir, lakin həmin məbləğ “xxxx” MMC-dən tutulmalıdır. Həmçinin işin mübahisəsiz halıdır ki, mübahisəli mənzil X5 mülkiyyətindədir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin mənzilin təmirinə çəkilmiş 20000 manat məbləğində pul vəsaiti hazırda mənzilin mülkiyyətçisi olan X4 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar