Məhkəmə qərarları › İş №2(102)-1448/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1448/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1448/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı və vəkili Bədəlov Emil Nizami oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-12742/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1151/2019 saylı, 28 mart 2019- cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) İ ddiaçı Cavabdeh KB ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-12742/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev, M.A.Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1151/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh KB ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh KB ASC arasında bağlanmış 12.0 5.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin və 19.11.2014-cü il tarixli, 25-2/14 SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və X1 Cavabdeh KB ASC-nin xeyrinə 12.05.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.11.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 41.643,25 ABŞ dolları, faiz borcu üzrə 5.000,51 ABŞ dolları, cərimə borcu üzrə 5.581,29 ABŞ dolları, cəmi 52.225,05 ABŞ dolları, 30.01.2015-ci il tarixli, 25-3/14SU saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 78.462,61 ABŞ dolları, faiz borcu üzrə 10.146,17 ABŞ dolları, cərimə borcu üzrə 9.969,75 ABŞ dolları, cəmi 98.578,53 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan ona məxsus ünvan 1 ünvanında icarəsində olan 0.0952 torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd olunmuş kredit müqavilələrində nəzərdə tutulmuş məbləğin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 160.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0.0952 torpa q sahəsində yerləşən əmlak kompleksinə tutma yönəldikdən və əmlak satıldıqdan ən geci bir ay ərzində həmin yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan iddia tələbi ilə razı deyil və hesab edir ki, bu iddiada qeyd olunan 12.05.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsi və 19.11.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsi bankla onun arasında bağlanan zaman bank tərəfindən aldadılmış, hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, ilkin olaraq o, bankla müqavilə bağlayan zaman məsul şəxslərdən, eyni zamanda həmin vaxt işlərini görən kredit mütəxəssisindən müqavilənin milli valyuta ilə tərtib edilməsini xahiş etmişdir. Onlara dəfələrlə israrla pulu milli valyutada-manatda götürmək istədiyini demiş, onlar da on unla razılaşmışlar. Hətta krediti götürdükdən sonra da borcunu manatla ödəmişdir. Lakin ölkədə məlum manatın müvafiq devalivasiya prosesləri olduqdan sonra o, müqavilənin milli valyutada deyil, ABŞ dolları ilə bağlandığının şahidi olmuş, lakin yenə də bir müddət bu pulu ödəmişdir. Hazırda isə bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmir. Çünki ABŞ dollarında kredit borcunu ödəmək onu müflis etməkdədir. Hesab edir ki, onun müflisləşməsinin və gələcəkdə əmlakının əlindən çıxma ehtimalının olmasının yeganə səbəbi ağır şərtlər altında cavabdehlə aldadılaraq bağlamış olduğu kredit müqaviləsidir. Göstərilənlərə əsasən onunla Cavabdeh KB ASC arasında bağlanmış 12.05.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin və 19.11.2014- cü il tarixli, 25-2/14 SU saylı əlavə kr edit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Bədəlov Emil Nizami oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iş üzrə yekun qərar qəbul edən zaman “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 4 45 və 499-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarını mübahisəyə tətbiq etməli olduğu halda bunu etməmiş, iddia verilən günə olan kredit borcunun həqiqi məbləğini aydınlaşdırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh KB ASC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhk əmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Cavabdeh KB ASC ilə İddiaçı arasında bağlanmış 12 may 2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin surətində n görünür ki, Cavabdeh KB ASC İddiaçı 1.000.000 manat məbləğində 60 ay müddətinə, 12 may 2019-cu il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. İş materiallarına əlavə edilmiş Cavabdeh KB ASC ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bank İddiaçı istehlak - mənzilin alınması məqsədi ilə illik 19 faiz ödəmək şərtilə 36 ay müddətinə 19.11.2017-ci il tarixədək 57.500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kred itdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilədə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 25/14SU saylı, 12.05.2014-cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan Cavabdeh KB ASC ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli, 25-3/14SU saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bank İddiaçı istehlak - mənzilin alınması məqsədi ilə illik 19 faiz ödəmək şərtilə 36 ay müddətinə 30.01.2018-ci il tarixədək 100.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilədə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 25/14SU saylı, 12.05.2014-cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 2(060)-171/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh KB ASC-nin cavabdehlər İddiaçı, X3 və üçüncü şəxs X2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddiası qismən tə min edilmiş, cavabdehlər İddiaçı və X1 iddiaçı Cavabdeh KB ASC-nin xeyrinə 12.05.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.11.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 41643,25 ABŞ dolları, faiz borcu üzrə 5000,51 ABŞ dolları, cərimə borcu üzrə 81,29 ABŞ dolları, cəmi 46725,05 ABŞ dolları, 30.01.2015-ci il tarixli 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 78462,61 ABŞ dolları, faiz borcu üzrə 10146,57 ABŞ dolları, cərimə borcu üzrə 69,75 ABŞ dolları, cəmi 88678.53 ABŞ dolları məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 man at məbləğində pulun müştərək qaydada tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0.0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiymətinin 175.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0.0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (əhaliyə məişət xidməti və ticarət obyekti) hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər İddiaçı və X1 12.05.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.11.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 46725,05 ABŞ dolları borcu, 30.01.2015-ci il tarixli 25-3/14SU saylı əlavə kredi t müqaviləsi üzrə 88678.53 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 60 manat məbləğində pulun iddiaçı Cavabdeh KB ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh KB ASC-nin rəhbərliyinə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı onunla Cavabdeh KB ASC arasında imzalanmış 12.05.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu l ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci və 422.2.3-cü maddələrinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməs i tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı hər hansı əsasın mövcudluğunu nə əsaslandıra bilmiş, nə də bu barədə hər hansı sübut növü təqdim edə bilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallar ının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. İş materiallarından göründüyü kimi iddiaçı iddia tələbində müqavilənin ləğv edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi MPM -nin 218.3-cü maddəsinin tələbini pozaraq iddia tələbinə düzgün olmayaraq müqavilənin etibarsızlığı baxımından qiymət vermişdir. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-12742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar