Məhkəmə qərarları › İş №2(102)-1448/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1448/2025

02.05.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1448/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilə istifadə və sahiblik hüququnun tanınması, sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-665/2024 nömrəli, 18 mart 2025-cü il tarixli qərardadından maraqlı şəxs Əzizov Qaryağdı Bəxtiyar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 2 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən binadakı 233 A saylı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması, həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması və mənzilin ona geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödəni lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim-Toğrul Axundov) iddia təmin edilmişdir.

3. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən (maraqlı şəxs) Əzizov Qaryağdı Bəxtiyar oğlu apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (qətnamənin Əzizov Qaryağdı Bəxtiyar oğlunun maraqlarına toxunmaması, habelə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formasına və məzmununa uyğun tərtib olunmaması əsasla rı ilə).

5. Bundan sonra, Əzizov Qaryağdı Bəxtiyar oğlunun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən həmin qərardaddan şikayət verilmiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təqdim olunmuşdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2(004)841/2023 nömrəli qərardadı buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, şikayət qaytarılmışdır.

7. Əzizov Qaryağdı Bəxtiyar oğlu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2(004)-841/2023 nömrəli qərardadının ləğv olunmasını və prosessual müddətin bərpa edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

8. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 2(103)-6611/2023 saylı qərardadı ilə (hakimlər-Rəfael Eyvazov (məruzəçi), Fuad Babayev və Günay Axundova) şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin e-2(004)841/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Əzizov Qaryağdı Bəxtiyar oğlunun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən birinci instansiya məhkəməsinin e-2(004)841/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-841/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün) yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-841/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, Əzizov Qaryağdı Bəxtiyar oğlunun verdiyi apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-665/2024-cü il tarixli 6 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Həmin qətnamədən 10 fevral 2025-ci il tarixdə Qaryağdı Ə zizovun nümayəndəsi (vəkili) kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

12. Ərizə belə əsaslandırılmışdır ki, Qaryağdı Əzizov qətnaməni 5 noyabr 2024-cü il tarixdə almış, bundan sonra uzun müddət xəstə olduğundan vaxtında şikayət verə bilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-665/2024-cü il tarixli 18 mart 2025-ci il tarixli qərardadı ilə (hakimlər-Elnur Həsənov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Leyla Əliyeva) apellyasiya instansiya məhkəməsinin 2(103)-665/2024 nömrəli 6 iyun 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Əzizov Qaryağdı Bəxtiyar oğlunun nümayəndəsi (vəkili) tərəfindən veril miş ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

14. Kollegiya hesab etmişdir ki, ərizəçinin irəli sürdüyü hal Qaryağdı Əzizovun müddəti ötürməsinin üzrlü səbəbi sayıla bilməz və onun, müddəti ötürməsinə haqq qazandıracaq hər hansı sübut da təqdim olunmamışdır.

15. Həmçinin qeyd edilmişdir ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə tə minatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 405.01.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Maraqlı şəxs Əzizov Qaryağdı Bəxtiyar oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ona ümumiyyətlə göndərilməmiş, həmin qətnaməni apellyasiya instansiya məhkəməs inə müraciət edərək, 5 noyabr 2024-cü il tarixdə almışdır. Qətnaməni aldıqdan sonra uzun müddət ağır xəstə olmuş və qətnamədən vaxtında kassasiya şikayəti verə bilməmişdir. Qətnamənin onun vəkilinin elektron kabinetinə yüklənilməsi barədə qərardadda qeyd edilənlərlə bağlı, qeyd etmişdir ki, vəkili tərəfindən Qaryağdı Əzizova bu barədə məlumat verilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya mə hkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

24. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxsl ər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin aktı maraqlı şəxsin şikayə ti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz.

31. İşdən görünür ki, maraqlı şəxs xəstə olması ilə əlaqədar prosessual müddəti ötürdüyünü göstərmiş və müddətin ötürülmə səbəbinin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

32. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına əsasən qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsi ilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

33. MPM-nin 133.1-ci maddəsinə əsasən fiziki şəxsi n xəstəliyi onun məhkəmə aktından vaxtında şikayət vermək imkanından məhrum etmişsə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək bərpa edə bilər. Lakin bu zaman müddəti ötürmüş şəxs məhkəməyə bu barədə sübutlar təqdim etməlidir.

34. Hazırkı halda maraqlı şəxs tərəfindən məhkəməyə xəstə olduğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən ötürülmüş müddətin bərpası üçün qanuni əsas mövcud deyil.

35. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadı prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənləri və MPM-in 404-1.2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-665/2024 nömrəli, 18 mart 2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar