Məhkəmə qərarları › İş №2(102)-1449/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1449/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1449/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 İddiaçı: İddiaçı2 Əbülfəz oğlu Müstəqil tələb irəli sürən üçüncü şəxs: X.X.X. qızı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh3 Cavabdeh: X8 Cavabdeh: X11 Cavabdeh: Maraqlı şəxs1 Cavabdeh: Cavabdeh2 Maraqlı şəxs:Maraqlı şəxs2 Üçüncü şəxs: X12 Üçüncü şəxs: Quba rayon Notariat Kontorunun Dəmirov Üçüncü şəxs: DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi Üçüncü şəxs: X 2 Mərkəzi xüsusi notariusu Zaur iddia tələbi: vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi, vurulmuş zərərin cavabdehlərin hesabına ödənilməsi, alqı-satqı müqavilələrinin, iclas protokollarının və reyestr çıxarışlarının etibarsız hesab edilməsi üşüncü şəxs Z.Məmmədovanın iddia tələbi: etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı2 Əbülfəz oğlunun, onun vəkili, eyni zamanda İddiaçı1 və üçüncü şəxs X.X.X. qızının vəkili Vəkil2, cavabdeh, eyni zamanda Cavabdeh4 nümayəndəsi Cavabdeh1, cavabdehlər Cavabdeh3, X8, Maraqlı şəxs1, Cavabdeh2 və Maraqlı şəxs2 vəkili Vəkil1 Məhəmmədəli oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)-5700/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Əbülfəz oğlu, üçüncü şəxs X.X.X. qızı və onların vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -X 2 Mərkəzi tərəfindən verilmiş qiymətli kağızlara dair depo hesabından çıxarışlara əsasən “xxxx” ATSC-nin nizamnamə kapitalı 424.075,60 manat, qiymətli kağızların ümumi miqdarı 212.037 ədəd təşkil edir. İddiaçı1 həmin səhmlərin 41.806 ədəd hissəsinin, İddiaçı2 isə 39.680 ədəd hi ssəsinin mülkiyyətçisidir. X 2 Mərkəzinin 21.01.2015-ci il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, ATSC-nin cəmi 120 səhmdarı var. İddiaçı2 payı 18,7137%, Cavabdeh1 payı 19,9314%, Cavabdeh4 payı 30,1556% və İddiaçı1 payı 19,7164% təşkil edir. Yerdə qalan paylar digər səhmdarlara məxsusdur. -ATSC-nin səhmdarlarının 30.09.2007-ci il tarixdə keçirilən ümumi yığıncağının protokolundan görünür ki, iclasda cəmiyyətin idarə heyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə təftiş komissiyasının hesabatı, təşkilati məsələlər və digər məsələlər gündəmə salınmş, cəmiyyətin İdarə Heyətinin aşağıdakı tərkibdə seçilməsi qərara alınmışdır: sədr: Cavabdeh1; üzvlər: Şəbəddin Məmmədov, Azər Ələkbərov, İddiaçı1, Eldəniz Nəcəfov və Firudin Əliməmmədov. -Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında bağlanmış 19.10.2010-cu il tarixli, 584/01-2010/PA saylı səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinə əsasən, ATSC-nin 30% səhmləri 63.621 manata Cavabdeh4 satılmışdır. -27.11.2010-cu il tarixdə keçirilmiş ümumi yığıncağın protokolundan görünür ki, səhmdar İddiaçı1 çıxış edərək, təklif etmişdir ki, uzun müddət istismar olmuş nəqliyyat vasitələri və istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi və özəlləşdirmək üçün hərraca çıxarılması vaxtı çatmışdır. Ona görə də, bu məsələnin həyata keçirilməsi üçün lazımi komissiya yaradılıb bu işin icrasına başlanmalıdır. Həmin təklif səsə qoyulmuş və qərara alınmışdır ki, bu işin icrası üçün komissiya yaradılsın. -27.12.2010-cu il tarixli ümumi yığıncağın protokolu nda qeyd olunmuşdur ki, iclasda qoyulmuş məsələlərlə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir:

1. ASC-nin balansında olan inzibati bina bölünərək, istifadəsiz əsas vəsaitlər digər şəxslərə satılmaqla cəmiyyətin balansından silinsin; 2. qeyd olunanlarla bağlı irəli gələn məsələlərin həlli ATSC-nin İdarə Heyətinin sədri Cavabdeh1 həvalə edilsin;

3. Cəmiyyətin baş mühasibinə tapşırılsın ki, satışdan əldə olunan pul vəsaitini kreditor və vergi borclarının, zərər çəkənlərin, idarə işçilərinin zəhmət haqqlarının, işıq və qaz pulunun ödənilməsinə sərf etməklə, həmin vəsaitin qanuni xərclənməsinə lazımi qaydada əməl etsin. -DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (seriya MA, № 0261877; seriya MA, № 0320512; seriya MA; № 0382570; seriya MA; № 0261743) çıxarışlara əsasən, ünvan 1 ünvan da yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1.009,8 kv.m., inzibati bina 306,2 kv.m., mühafizəçi binası 21,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., “elektrik şit” 10,9 kv.m., anbar təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 297,3 kv.m.) 24.08.2011-ci il tarixdə; Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, torpaq sahəsi 0,1005 ha olan və ümumi sahəsi 899,3 kv.m. (inzibati bina sahəsi 187,1 kv.m., inzibati bina sahəsi 168,2 kv.m., anbar sahəsi 80,1 kv.m., təmir sexi sahəsi 462,4 kv.m., sanitar qovşağı sahəsi 1,6 kv.m. olan) olan qeyri-yaşayış sahəsi əmlak kompleksi kimi müəssisə 27.08.2011-ci il tarixdə; ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1011,4 kv.m, inzibati bina sahəsi 118,9 kv.m., ticarət obyekti sahəsi 21,7 kv.m., avtomobil təmir sexi sahəsi 98,7 kv.m., elektrik şiti sahəsi 10,9 kv.m., anbar, təmir sexi sahəsi 507,9 kv.m., yamalı təmir sexi sahəsi 710,4 kv.m., yeməkxana sahəsi 226,7 kv.m., hamam sahəsi 71,1 kv.m.) 01.12.2011-ci il tarixdə və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2.590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1011,4 kv.m., inzibati bina 24,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., elektrik şiti 10,9 kv.m., anbar, təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 226,7 kv.m.) 10.05.2012-ci il tarixdə ATSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -ATSC-nin adından (30.09.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Həsən Həsənov, Cavabdeh2, Mar aqlı şəxs1 və Miryaqub Rzayev arasında bağlanılmış 01.09.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X. ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsi Maraqlı şəxs1 3.500 manata, 50 kv.m. sahəsi M.Rzayevyə 3.500 manata, 47,1 kv.m. sahəsi H.Həsənova 400 manata və 27,9 kv.m. sahəsi Cavabdeh2 360 manata satılmış və həmin sahələr müvafiq olaraq 28.10.2011-ci il tarixdə Maraqlı şəxs1, 08.12.2011-ci il tarixdə isə Miryaqub Rzayevin, Həsən Həsənovun və Cavabdeh2 adına qeydiyyata alınmışdır. -ATSC-nin adından (30.09.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh4 (etibarnamə əsasında adından Əli Həsənov çıxış e dir) arasında bağlanılmış 18.10.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “xxxx” ASC-yə məxsus 0,1005 ha torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binaları 12.100 manata Cavabdeh4 satılmış və sahəsi 187,1 kv.m olan qeyri-yaşayış binası 05.04.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. -ASC-nin adından (30.09.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh4 (etibarnamə əsasında onun adından Əli Həsənov) arasında bağlanılmış 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X. ünvanda yerləşən, ASC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə nin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi; tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyriyaşayış binası; tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası 5.000 manata Cavabdeh4 satılmış və ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası 10.05.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. X9 Abdullayev arasında bağlanmış 24.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 47,3 kv.m. olan qeyri-yaşayış sahəsindən 32,3 kv.m. sahə 5000 manata; ATSC-nin adından (30.09.2007-ci il tarixli protokola sasən) Cavabdeh1lə Cavabdeh3 arasında bağlanılmış 27.12.2011-ci il tarixli a lqı-satqı müqaviləsinə əsasən isə, X. ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsi 5.000 manata Cavabdeh3 satılmış və ümumilikdə sahəsi 76,8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə 11.04.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. -X9 Abdullayev arasında bağlanmış 20.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X.B ünvanda yerləşən ümumi sahəsi 15 kv.m. olan qeyri-yaşayış binasını 4000 manata Cavabdeh3 satılmış və 20.10.2012-cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. -Cavabdeh4lə Ramin Əsədov arasında bağlanmış 30.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasə n, X.A ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası 4000 manata R.Əsədova satılmış və 19.10.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. -X10 Aslanzadə arasında bağlanmış 21.07.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X. ünvanda yerləşən ümumi sahəsi 50,3 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Maraqlı şəxs1 satılmış və 19.10.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. ATSC-nin adından (27.11.2010-cu il tarixli protokola əsasən) Cavabdeh1lə Maraqlı şəxs1 arasında bağlanılmış 02.07.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X.F ünvanda yerləşən, ATSC-yə məxsus sahəsi 24,7 kv.m. olan bir mərtəbəli qeyriyaşayış binası (inzibati bina) 1.500 manata Maraqlı şəxs1 satılmış və 05.02.2014-cü il tarixdə sonuncunun adına qeydiyya ta alınmışdır. -X13 Qurbanov arasında bağlanmış 27.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X.A ünvanda yerləşən istifadədə olan 0,01194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186,6 kv.m., tikinti sahəsi 107,1 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış binası 60.000 manata Maraqlı şəxs2 satılmış və 24.01.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. -Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış 25.10.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X. ünvanda yerləşən ümumi sahəsi 27,8 kv.m. olan daşınmaz əmlakın 12,4 kv.m. sahəsini Cavabdeh3 satmış və 08.11.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. -DƏDRX-nin 18.05.2015-ci il tarixli məktubundan və DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, X. ünvanında yerləşən əml ak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissələri, o cümlədən, ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m. olan qeyri-yaşayış binası və ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binası Xuraman Əliyevaya məxsus olmaqla, seriya MA; № ******* və seriya MA; № ******* çıxarışlara əsasən 18.01.2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 80,1 kv.m., tikintialtı sahəsi 81,8 kv.m. olan qeyri-yaşayış binası; ümumi sahəsi 462,4 kv.m., tikintialtı sahəsi 504,0 kv.m. olan qeyri-yaşayış binası; ümumi sahəsi 1,6 kv.m., tikintialtı sahəsi 2,8 kv.m. olan qeyriyaşayış binası “xxxx” ATSC-yə; Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2777,7 kv.m., tikintialtı sahəsi 155,3 kv.m., ü mumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası Xuraman Əliyevaya məxsusdur. Seriya MA; № ******* çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, ümumi sahəsi 544,1 kv.m. olan əmlak kompleksi kimi müəssisə 05.04.2012-ci il tarixdə ATSC-nin adına; Seriya MA; № 0382569) çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 10.05.2012-ci il tarixdə Cavabdeh4 adına; Seriya MA; № ******* çıxarışa əsasən isə həmin qeyri-yaşayış sahəsi 23.12.2013-cü il tarixdə Xuraman Əliyevanın adına qeydiyyata alınmışdır. -ATSC-nin 2007-2014-cü illərin və 01.01.2015-ci il tarixdən 01.06.2015-ci il tarixədək olan dövrün maliyyə təsərrüfat fəaliyyətinin auditinə dair audit hesabatından görünür ki, auditlə əhatə olunan illər üzrə 199.218,32 manat məbləğində mənfəətdən bəyannamələr üzrə hesablanmış 12.378,64 manat məbləğində vergilər çıxıldıqdan sonra 186.839,68 manat məbləğində mənfəət səhmdarlar arasında bölüşdürülməmişdir. -məhkəmə-mühasibatlıq ekspertiza tərəfindən verilmiş 24.11.2017-ci il tarixli, 4602 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına yoxlama dövrü üzrə ATSC-nin balansında olan əmlakın hərəkətinə dair (mədaxil-məxaric) rəsmi məlumatları və mühasibat uçotu sənədləri, həmin dövr üzrə yanacaq üçün sərf edilmiş pul vəsaitlərinə dair ilkin kassa sənədləri, sürücülərin avans hesabatları ilkin məxaric sənədləri ilə birgə, müəssisənin gəlirini və xərcini təsdiq edən sənədlər təqdim olunmadığınan, ekspertin qarşısında qoyulmuş birinci-dördüncü sualları cavablandırmaq mümkün olma mışdır. Eyni zamanda, 17 ədəd “İkarus” markalı avtobus metaləritmə zavoduna verildiyinə, 10 tonluq yük qaldırıcı aqreqat (podyomnik) kran balansdan silindiyinə, 1989-cu ildə istehsal olunmuş istismar müddəti çoxdan başa çatmış avtoyükləyici qalıq dəyəri ilə 29.04.2011-cl il tarixdə 275 manata satıldığına, eləcə də, dörd kümbəzli bir ədəd istifadəsiz anqarın düralüminiumun çəkisi 2.285 kq olmaqla, 1 kq-ı 0,50 manat nəzərə alınmaqla 1425 manata satıldığına görə, həmin avadanlıqlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. -Azərbaycan Respublikasının Auditorlar Palatasının 12.10.2018-ci il tarixli, 28 saylı rəyinə əsasən ATSC-nin aktiv və passivlərinin illər üzrə uçotu aparılmadığı və auditə təqdim olunmuş məhkəmə materiallarında da belə bir sənədlərin tam olmadığı üçün cəmiyyətin aktiv və passivlərini illər üzrə müəyyən etmək mümkün olmamış, lakin cəmiyyətin 01.01.2007-ci il tarixə balansında olan aktivləri auditora təqdim olunmuş iş materiallarının 3-cü cildinin 175-181-ci səhifələrindəki inventarizasiya aktında göstərilmişdir. Auditə təqdim edilmiş iş materiallarının 3-cü cildinin 27, 57, 84 və 108-ci səhifələrində və 4-cü cildin 190-cı səhifəsindən sonrakı səhifələrində olan DƏDRX-nin Xaçmaz Əİ tərəfindən verilmiş çıxarışlara və ATSC-nin 01.01.2007-ci il tarixə aparılmış inventarizasiya aktına əsasən əmlaklar ATSC-yə məxsusdur. Bu günə cəmiyyətin balansındakı əsas vəsaitlər və digər inventarlar auditor hesabına əlavə olunmuş 3 saylı cədvəldə göstərilmiş əşyalardır. ATSC-nin audit aparılan tarixə, yəni 07.05.2015-ci il tarixə mövcud olan əşyalarının balans dəyərini gös tərmək mümkündür, lakin bu əşyaların hazırkı bazar qiymətini xüsusi qiymətləndiricilər tərəfindən müəyyən etmək olar. Bu səbəbdən 24.05.2018-ci il tarixli məktubla “xxxx” MMC-yə müraciət olunaraq ATSC-nin 01.01.2007-ci il tarixdən 07.05.2015-ci il tarixə kimi olan dövrdə məxaric olunmuş və hazırda mövcud olan əmlaklarının qiymətləndirilməsi xahiş olunmuşdur. Qiymətləndiricidən daxil olmuş məktubda qeyd olunan əmlakların bazar qiymətləri qiymətləndirici tərəfindən müəyyən olunmamışdır, qiymətləndirici şifahi olaraq bildirmişdir ki, təqdim olunmuş əmlakların real bazar qiymətlərini müəyyən etmək mümkün deyil. Ona görə də satılmış əmlakların çıxarışlarına əsasən onların bazar qiymətləri təyin olunmuşdur. Lakin tərtib edilmiş rəyin “aparılmış hesablamalar” və “uyğun satışların müqayisə üsulu” bölmələrində analoji obyektlərin bazar dəyəri barədə məlumatlardan və obyektin yerləşdiyi ərazinin əmlak bazarındakı uyğun satış məlumatlarından istifadə olunmaqla rəyin tərtib olunması göstərilmişdir. Qiymətləndirici 13 adda əmlaka 185.150 manat qiymət qoymuşdur ki, bu əmlaklardan 10 adda (152.000 manat bazar qiymətinə) olanları faktiki olaraq cəmiyyətdən satış yolu ilə məxaric olunan əmlaklardır. Məxaric olunmamış əmlakların bazar qiyməti qiymətləndiricinin rəyinə əsasən 3 adda olmaqla 33.150 manat göstərilmişdir. Həmin əmlaklar aşağıdakılardır: 1) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 462,4 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 25.000 manat; 2) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 150 manat; 3) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 80,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 8000 manat. Beləliklə, qiymətləndiricinin rəyi nəzərə alındıqda cəmiyyətin hazırkı vaxta 3 adda 33.150 manat dəyərində əmlakları qalmışdır. Əslində isə, 3 saylı cədvələ əsasən cəmiyyətin balans üzrə 23 adda 187.416 manat balans dəyəri ilə hal-hazıra əmlakları qalıq qalmışdır. 01.01.2007-ci il tarixə cəmiyyətin balansında olan vəsaitlərdən audit olunan dövrdə cəmiyyətin balansından çıxarılmış əmlaklar qanunamüvafiq formada balansdan çıxarılmışdır. Bu əmlakların satışından əldə olunmuş vəsaitlərin cəmiyyətin hesabına mədaxil olunması qeyd olunan dövrlərdə aparılmış vergi yoxlamalarında da öz ək sini tapmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, əmlaklar əsasən 2010-cu ildən etibarən cəmiyyətin balansından satış və silinmə yolu ilə çıxarılmışdır. Ümumiyyətlə, auditə təqdim olunmuş iş materiallarındakı ATSC-nin əsas vəsaitlərinin əksəriyyətinin istismar müddəti 25 ildən çox olan əmlaklardır. Bu əmlaklar uzun müddət istismarda olmaqla həm mənəvi, həm də fiziki köhnəlməyə məruz qalmış əmlaklardır. Məhkəmənin 2-ci sualında adları qeyd olunan (01.01.2007-ci il ildən etibarən “Modul” təmir sexinin, əlvan metaldan inşa edilmiş anbarların, 17 ədəd “İkarus” markalı avtobusların, 10 tonluq yük qaldırıcı kranın, avtokranın, yanacaq çənlərinin, habelə İ Nügədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən əmlak kompleksinin) əmlaklara köhn əlmə faizləri hesablandıqda bu günki tarixə onların balans dəyərləri demək olar ki, qalmayacaqdır. ATSC-nin əmlakının satılması, metal əritmə məntəqəsinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Beləliklə, tədqiq olunmuş sənədlərə əsasən yuxarıda qeyd olunan əmlakların balansdan silinməsi zamanı əmlakın mənimsənilməsi halı və cəmiyyətə hər hansı zərərin vurulmadığına görə iddiaçıların payına düşən ziyan müəyyən olunmamışdır. Audit olunan dövrlərdə cəmiyyət, bütün pul vəsaitlərinin mədaxilini və məxaricini bank və daxili kassası vasitəsi ilə həyata keçirmişdir. ATSC-nin bank və kassa hesabının hərəkəti cədvəllərindən görünür ki, cəmiyyətin audit olunan dövrdə 705.314,61 manat mədaxili olmuş və bu vəsaitlər də cəmiyyətin zəruri xərclərinə təyinatı üzrə məxaric olunmuşdu r. Auditor rəyinə əlavə olunmuş 5 saylı cədvəldən göründüyü kimi, audit olunan dövrlərdə ATSC-nin kassasından 80.665,46 manat pul sürücülərə yanacaq pulu üçün məxaric olunması göstərilmişdir. Bu yanacaq pullarının ödənilməsinə dair sürücülərin adına cədvəllərin yazılması və sürücülər tərəfindən cədvəllərin imzalanması onu deməyə əsas verir ki, sürücülərə yanacaq pulunun verilməsində qanunvericiliyin tələbləri pozulmamışdır. ATSCnin ümumi gəlirləri və ümumi xərclərinə dair təqdim olunmuş sənədlərə əsasən, auditor tərəfindən 4 saylı bankın hərəkətinə və 5 saylı kassanın hərəkətinə dair cədvəllər tərtib olunmuş cədvəllərdən də görünür ki, cəmiyyətin bank və kassa hesabına mədaxil olunmuş vəsaitlərin hamısı müvafiq sənədlər əsasında məxaric olunmuş, nəticədə cəmiyyətin divident hesablanması üç ün sərbəst vəsaiti qalmamışdır. ATSC-nin bölüşdürülməmiş mənfəəti qalmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 divident də hesablanmamışdır. Müstəqil tələb irəli sürən Z.Məmmədovanın isə ATSC-də hər hansı bir payı (səhmi) olmadığına görə ona divident hesablanmamalıdır. Əvvəlki auditor hesabatında göstərilən 186.839,68 manat bölüşdürülməyən mənfəətin hansı ilkin sənədlər əsasında hesablanmasına dair məlumat olmadığına görə qeyd olunan “bölüşdürülməmiş mənfəətin” istifadəsinin istiqamətləri müəyyən etmək mümkün olmamışdır. ATSC-yə məxsus olan və Quba rayonunun İ Nügədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin (ayrı-ayrı daşınmaz əmakların) satışından əldə olunan gəlirlər, onların maliyyə hərəkəti və nəticəsi araşdırıl maqla müəyyən olunmuşdur ki, cəmiyyətin mühasibatlığında əsas vəsaitlərin hərəkəti, amortizasiyaların hesablanması, əmlakların satışından əldə olunmuş vəsaitin uçotu, məxaric sənədlərinin tərtib olunması, ümumiyyətlə cəmiyyətdə aparılmış əməliyyatların uçotu 29.06.2004-cü il tarixli Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununa uyğun aparılmamışdır. Lakin göstərilən xidmətlərin, icarə haqlarının və satılmış vəsaitlərin dəyəri cəmiyyətin bank və kassa hesablarında öz əksini tapmışdır. ATSC tərəfindən satılmış əmlaklar tərəflər arasında razılaşdırılmış qiymətlərlə “alqı-satqı” müqavilələrinə əsasən satılmışdır. Əmlakların satılması müxtəlif tarixlərdə aparıldığı üçün onların satış tarixlərinə bazar qiymətlərini müəyyən etmək mümkün olmamış, lakin audit olunan dövrdə satılmış və silinmiş əsas vəsaitlər cəmiyyətin ümumi əmlakının (balans dəyəri ilə 294435 + 77 ədəd a/m 662199,20 = 956.634,20 manatlıq olub, bunlardan balans dəyəri ilə 105.019,00 + a/m 662.199,20 = 767.218,20 manatlığı məxaric olunub) 80,20%ni təşkil edir. ATSC tərəfindən satılmış əmlakların real bazar qiymətlərini auditə təqdim olunmuş “X6” MMC-nin 13.09.2018-ci il tarixli rəyini nəzərə almaqla “müəyyən olunmuş” bazar qiymətləri ilə faktiki satış məbləğləri arasındakı fərq 152.000- 36.360 = 115.640 manat müəyyən olunmuş, həmin fərqdən iddiaçılar İddiaçı1 payına 115.640 x 19.7164% = 22.800,04 manat, İddiaçı2 payına isə 115.640 x 18,7137% = 21.640,52 manat nisbətində pay düşür. Z.Məmmədovanın isə ATSC-də səhmləri olmadığına görə ona heç bir pay düşmür. -“X6” MMC-nin qiymətləndirmənin nəticəsi ha qqında hesabata əsasən: 1) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 187,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 28.000 manat; 2) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 168,2 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 26.000 manat; 3) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 462,4 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 25.000 manat; 4) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 1,6 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 150 manat; 5) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 80,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 6) X. ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 44,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 7) X. ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 50,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 14.000 manat; 8) X. ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 71,1 kv.m. sahəsinin (hamam) 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 9) X. ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 10) X. ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 11) X. ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 47,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 12) X. ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 27,9 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 13) X. ünvanında yerləşən ümumi sahəsi 2590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissəsi olan, ümumi sahəsi 24,7 kv.m. olan qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 7.000 manat təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cav abdeh1 və Cavabdeh4 tərəfindən “xxxx” ATSC-nin səhmdarlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30.000 manat dəyərində təmir sexinin, əlvan metaldan inşa edilmiş 20.000 manat dəyərində anbarların, 70.000 manat dəyərində 17 ədəd “İkarus” markalı avtomaşınların, “Modul” təmir sexinə məxsus olmuş 2000 manat dəyərində beton panellərin, 5000 manat dəyərində avtomobillərin təmiri üçün 10 ton yük qaldırıcı kranın, 8000 manat dəyərində avtokar və 20.000 dəyərində yanacaq çənlərinin, cəmi 155.000 manat vurulmuş zərərin əvəzinin və ATSC-nin təsərrüfat fəaliyyətindən əldə edilmiş gəlirlərdən paylarına düşən əldən çıxmış fayda kimi 65.000 manatın ödənilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən ATSC-nin istifad əsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ATSC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyriyaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m. və 27,9 kv.m. sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 k v.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair iclas protokolunun, alqı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməllərində olan cinayət faktları ilə bağlı araşdırılma aparılması üçün barələrində xüsusi qərardad çıxarılaraq, Baş Proku rorluğa göndərilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədova da iddia ərizəsi ilə müraciət edərək, etibarnamənin və həmin etibarnamə əsasında bağlanılmış 22.10.2007-ci il tarixli alqı-satqı müqaviləsinin, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsi, alqısatqı müqavilələrinin, reyestrdən çıxarışların, iclas protokollarının etibarsız hesab edilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(009)-3/2019 saylı qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) hər iki iddia qismən təmin edilərək, ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından et ibarnamə əsasında çıxış edən Həsən Həsənov) arasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən ATSC-yə məxsus 0,1005 hektar torpaq sahəsində yerləşən A tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., B tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binasının alqı-satqısına dair 18.10.2011-ci il tarixli alqı-satqı müqaviləsinin; ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Maraqlı şəxs1 arasında X. ünvanda istifadədə olan 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 31,8 kv.m., ümum sahəsi 24,7 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının (inzibati bina) alqı-satqısına dair 02.07.2013-cü il tarixli alqı-satqı müqaviləsinin; ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh3 arasında X. ünvanda istifadədə olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 55,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyriyaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsinin alqı-satqısına dair 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinin; ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcılar qismində Həsən Həsənov, Cavabdeh2, Maraqlı şəxs1 və Miryaqub Rzayev arasında X. ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) sahəsi 58 kv.m. olan hissəsinin Maraqlı şəxs1, sahəsi 50 kv.m. olan hissəsinin Miryaqub Rzayev ə, sahəsi 47,1 kv.m. olan hissəsinin Həsən Həsənova və sahəsi 27,9 kv.m. olan hissəsinin Cavabdeh2 alqı-satqısına dair 01.09.2011-ci il tarixli alqısatqı müqaviləsinin və sahəsi 47,1 kv.m. olan qeyri-yaşayış sahəsinin və sahəsi 27,9 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 satılmasına dair alqı-satqı müqavilələrin; ATSCnin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından etibarnamə əsasında çıxış edən Həsən Həsənov) arasında X. ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsinin, tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının (hamam) alqı-satqısına dair 27.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi; həmin daşınmaz əşyalar üzərində ATSC-nin mülkiyyət hüquqlarının bərpa edilməsi; Zəhrəxanım Məmmədovaya məxsus ATSC-nin 35618 ədəd səhmlərinin 28.10.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alqı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi; həmin səhmlər üzərində Zəhraxanım Məmmədovanın mülkiyyət hüquqlarının bərpa edilməsi; iddiaların qalan hissədə təmin edilməməsi; iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 150 manatın Cavabdeh1 tutularaq, dövlət nəfinə ödənilməsi qət edilmişdir Qətnamədən Cavabdeh1 və Cavabdeh4 birgə, X11, Maraqlı şəxs1,Maraqlı şəxs2,X8, Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8122/2019, hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) Cavabdeh1, Cavabdeh4 və qeyrilərinin apellyasiya şikayəti qismən təmin edilərək, qətnamənin apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələblərinin digər hissələrdə də təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı1, İddiaçı2 Əbülfəz oğlu və X.X.X. qızı kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarı ilə (iş № 2(102)-698/2020, hakimlər G.A.Quliyev, Q.Ə.Allahverdiyev, İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)-5700/2020 saylı qətnaməsi ilə (hakimlər Z.A.Şirinov, F.Ş.Talışinski, R.Ə.Eyvazov) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə, Cavabdeh3, X3, X7, Maraqlı şəxs1 və Cavabdeh2 ayrı-ayrılıqda və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasi ya şikayətləri təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsinin “daşınmaz əmlakın alqı-satqı müqavilələrin və səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun X.ünvanında yerləşən ATSC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, X. ünvanında ATSC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyriyaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m. və 27,9 kv.m. sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair alqı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi” barədə iddia tələblərinin təmin edilməməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X.X.X. qızının “ona məxsus ATSC-nin 35618 ədəd səhmlərinin 28.10.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar İddiaçı1, İddiaçı2 Əbülfəz oğlu, üçüncü şəxs X.X.X. qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin, tam, hərtərəfli və obyektiv araşdırılması ü çün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarını nəzərə almadan və heç bir araşdırma aparmadan 5 ilə yaxın məhkəmə icraatında olan mülki işə hər bir iclası səthi keçirməklə kifayətlənərək qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, səhmdarların ümumi yığıncağının keçirilməsinin təsdiqi kimi cavabdehlər tərəfindən səhmdar cəmiyyətin səhmdarların ünvanlarına sifarişli məktubla məlumatlandırılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu hal bir daha təsdiq edir ki, 27.11.2010-cu il tarixdə və 27.12.2010-cu il tarixdə qeyd edilən iclaslar keçirilməmiş, protokolllar Cavabdeh1 və onun ən yaxın adamı Həsən Həsənov tərəfindən saxtalaşdırılaraq məhkəməyə təqdim edilmişdir. Cavabdeh1, Cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 Əbülfəz oğlu, onun vəkili eyni zamanda İddiaçı1 və 3cü şəxs X.X.X. qızının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayəti n təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, X8, Maraqlı şəxs1, Cavabdeh2 və Maraqlı şəxs2 vəkili Vəkil1 Məhəmmədəli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı1, üçüncü şəxs X.X.X. qızı, cavabdehlər Cavabdeh3, X8, X11, Maraqlı şəxs1, Cavabdeh2, X12, üçüncü şəxslər X 2 Mərkəzinin nümayəndəsi, Quba rayon xüsusi notariusu X.X., DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır -6.1 və 6.2-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçi rirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. -140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddia tələblərinin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddia tələblərinin digər hissələrdə də təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə Cavabdeh1 ASC-nin adından mübahisələndirilən alqı-satqı müqavilələrini bağlamaq səlahiyyətinin olub-olmadığı aydınlaşdırılmalıdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 107.1.6-cı maddəsinə is tinadla səhmdarların 30.09.2007-ci il tarixli və 27.11.2010-cu il tarixli ümumi yığıncaqlarında Cavabdeh1 yalnız İdarə Heyətinin sədri kimi seçilməsi, ona cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməməsi və buna görə də onun alqı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 107.1.6-cı maddəsi qanuna 24.05.2015-ci il tarixdə əlavə edilmişdir. Mübahisələndirilən alqı-satqı müqavilələri isə bundan daha çox əvvəl, yəni 2011-2013-cü illərdə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, digər tərəfdən, iş materiallarından görünür ki, ATSC-nin səhmdarlarının ümumi yığıncağının 27.12.2010-cu il tarixdə keçirilmiş iclasında ASC-nin balansında olan inzibati binanın bölünərək, istifadəsiz əsas vəsaitlərin digər şəxslərə satılmaqla cəmiyyətin balansından silinməsi, bundan irəli gələn məsələlərin İdarə Heyətinin sədri Cavabdeh1 həvalə olunması, əldə ediləcək pul vəsaitlərinin ASC-nin borclarının qarşılanmasına sərf olunması qərara alınmışdır. Göründüyü kimi, cəmiyyətin balansında olan inzibaı bina ilə yanaşı, ümumi formada digər istifadəsiz əsas vəsaitlərin satılması səlahiyyəti də İdarə Heyətinin sədrinə həvalə olunmuş və hazırkı məqamda sözügedən qərarların hər hansı məhkəmə aktı ilə ləğv və ya etibarsız hesab edilməsi müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların mübahisələndirdikləri alqı-satqı müqavilələri ASC-nin səhmdarlarının 27.12.2010-cu il tarixli ümumi yığıncağının qərarı əsasında bağlandığından, alqı-satqı müqavilələri lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış hesab edilir. Çünki ümumi yığıncağın qərarı ASC-nin iradəsini ifadə etdiyindən həmin qərar qüvvədə olduğu müddətdə sözügedən müqavilələrin səlahiyyətli olmayan şəxs tərəfindən bağlanması əsası ilə etibarsız hesab olunması hüquqi baxımdan mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin Mülki Məcəllənin 140,148 və 149.2ci maddələrinə istinad edərək qeyd etmişdir ki, mübahisəli daşınmaz əşyalar üzərində vicdanlı şəxslərin mülkiyyət hüququ qazanması, ondan öncəki şəxslərin hüquqlarının itirilməsi deməkdir. Apellyasiya instansiyası məhkəməsi müstəqil tə ləb irəli sürən üçüncü şəxs Zəhrəxanım Məmmədovanın iddiası üzrə ASC-nin 35.681 ədəd səhminin Cavabdeh1 satılmasına dair 28.10.2007-ci il tarxili müqavilənin etibarsız hesab olunması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaraq qeyd etmişdir ki,əqdin etibarsızlığına dəlalət edən hər hansı mötəbər sübuta istinad edilməmiş, Cavabdeh1 alqısatqı müqaviləsinin həqiqi olduğunu müdafiə edərək, Z.Məmmədovaya əvəzində dəyəri 18.000 ABŞ dolları olan “Hyundai Tucson” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil verdiyini, qalan məbləği isə hər ay davamlı olaraq Həsən Həsənov vasitəsilə ödədiyini bildirmiş və H.Həsənov da bu faktı təsdiq etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə ə sasən qanuni və əsaslı hesab etmir. Belə ki, “Quba-Nəqliyyat” ATSC-nin Nizamnaməsinin 6.3-cü bəndinin 4-cü hissəsinə əsasən balansın təsdiq olunması səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Buna görə səhmdar cəmiyyətə məxsus daşınmaz əşyaların alqı-satqı yolu ilə balansdan silinməsi də səhmdarların mühüm mənafelərinə toxunduğundan səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən daşınmaz əşyaların alqısatqı müqavilələri ilə bağlı qeyd etmişdir ki, daşınmaz əşyaların digər şəxslərə satılmaqla balansdan silinməsinə dair İdarə Heyətinin sədri Cavabdeh1 səlahiyyət 27.12.2010-cu il tarixdə keçirilmiş ümumi yığıncağın qərarı əsasında verilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən qərar hər hansı məhkəmə aktı ilə ləğv və ya etibarsız hesab edilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iclas protokollarının etibarsız hesab edilməsi iddia tələbində irəli sürülmüşdür. Bununla əlaqədar birinci instansiyası məhkəməsi 27.12.2010-cu il tarixli protokolun sonradan tərtib olunması, belə bir iclasın ümumiyyətlə olmamasına dair iddiaçıların dəlillərini əsaslı saymışdır. Mövcud olmayan iclasa dair sonradan protokol tərtib edilməsi öz-özlüyündə hər hansı hüquqi nəticə doğurmur. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 25 aprel 2016-cı il ta rixdə Quba-Nəqliyyat ATSC-nin sədri Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinə 27 dekabr 2010-cu il tarixli Quba-Nəqliyyat ATSC-nin ümumi yığıncağının protokolunun işə əlavə edilməsinə dair ərizə ilə müraciət olunmuşdur. Həmin ərizəyə həmçinin 27.12.2010-cu il tarixdə Quba-Nəqliyyat ATSC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların imzaları ilə təsdiq edilməklə 4 vərəqdən ibarət siyahısı əlavə olunmuşdur (5-ci cild, i/v 12-18). Lakin həmin siyahıya diqqət etdikdə siyahının birinci 2 vərəqinin ayında “səliqə” ilə pozuntu aparılmaqla “Dekabr” göstərilmişdir, digər 2 vərəqdə isə tarix göstərilməmişdir. Bununla bağlı işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan iclas protokolunun saxtalaşdırılıbsaxtalaşdırılmamasına hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsinə əsasən mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bundan əlavə, vicdanlı alıcıların mülkiyyət hüquqlarının müdafiə edilməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilə işə apellyasiya qaydasında yenidən baxılarkən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından və Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi qiymət verilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tələbinin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh1 qeyd olunan səhmlərə görə əvəzində avtomaşın, sonra hissə-hissə qalan borcu ödəmiş, bundan əlavə İddiaçı1 həqiqətən 30.000 ABŞ dolları borc almış, lakin həmin borcu qaytardığını bildirmişdir (7-ci cild, i/v 89). Həmin iclas protokolunda cavabdeh H.Həsənov da 30 min dolların verildiyini təsdiq etdmişdir. Bundan əlavə cavabdeh X11 qətnamədən verdiyi apellyasiya şikayətində də İddiaçı1 tərəfindən pulun verilməsini təsdiq etməklə, həmin pulun sonradan ona qaytarıldığını bildirmişdir (Vİİ cild, i/v 249). Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi M PM-nin 88-ci maddəsinin tələbləri baxımından müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən işin 4-cü cildinin 190-cı vərəqində DƏDRX-nin 18 may 2015-ci il tarixli birinci instansiya məhkəməsinə ünvanlanmış məktubuna əsasən X. ünvanında yerləşən əmlak kompleksinin bir hissəsinin Əliyeva Xuraman Məmmədqulu qızına məxsus olması qeyd olunduğundan, həmin şəxsin maraqlarına toxunan şəxs kimi işə cəlb olunması məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflər in qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələ bləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Əbülfəz oğlunun, üçüncü şəxs X.X.X. qızının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)-5700/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar