Məhkəmə qərarları › İş №2(102)-145/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-145/2020

09.01.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-145/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X5, iddiaçılardan İddiaçı2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(010)-270/2019, hakim N.C.Rzayeva) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası t əmin edilmiş, İddiaçı1 məxsus və İddiaçı2 məxsus XXX olan qeyri-yaşayış sahələrinə dair iddiaçıların mülkiyyət hüquqularının həyata keçririlməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehin qeyd edilən ünvanlarda yerləşən qeyri-yaşayış sahələrini boşaltmaqla həmin sahələrdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9415/2019, hakimlər Ş.A.Məmmədova, X.Ə.Sarıyev, V.T.Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini ahiş etmişdir. İşin halları: İddiaçı1 ünvanında yerl əşən qeyri-yaşayış sahəsinin, İddiaçı2 isə XXX yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahələrin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməməklə, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, 1995-ci ildə BŞİH-in X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən idd ia predmeti olan əmlakın texniki pasportunun cavabdehin adına verilməsi, qanunvericiliklə həmin əmlakın özəlləşdirilməsi zamanı onun üstünlük hüququnun pozulması faktı, cavabdehin həmin müəssisənin işçisi olduğu üçün kooperativ mülkiyyət növü olan əmlakın özəlləşdirilməsi zamanı çıxarışın verilməli olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılardan İddiaçı2 vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassa siya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçılar onlara məxsus qeyri-yaşayış sahələrinin cavabdehin qanunsuz sahibliyində olmasına, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyət hüquqlarının pozulduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış 3 dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddiaçılar Bakı şəhə ri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13-də yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləridirlər. Cavabdeh iddianı əsassız hesab etsə də qeyri-yaşayış sahələrinin onun hər hansı qanuni əsaslarla istifadə və sahibliyində olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Deməli, cavabdehin hərəkətləri iddiaçıların mülkiyyət hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu halda, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin həmin qeyri-yaşayış sahəsinin satılmasına dair hərracın qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilməməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessuaı hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar