Məhkəmə qərarları › İş №2(102)-145/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-145/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-145/2022 11.01.2022 ALİ MƏHKƏMƏ AAAAZ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: "xxxx" ASC Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: "xxxx" ASC vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli, 2(103)-12227/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh1 və digərlərinə (bundan sonra cavabdehlərə) qarşı iddia qaldıraraq, Cavabdeh1 və "xxxx" ASC müştərək qaydada 05 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitdiyi 17 dekabr 2015-ci il tarixə hesablanmış əsas borca görə 1.867.708,72 manat, hesablanmış faizə görə 24.820,77 manat, cəmi 1.892.529,49 manat kredit borcunun; 18 dekabr 2015-ci ildən 11 yanvar 2018-ci il tarixədək illik 5 faizlə hesablanmış zərərə görə 196.109,42 manat olmaqla cəmi 2.088.638,91 manat kredit borcunun; habelə ödəniş vaxtı milli manata məzənnədə 12 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitd iyi 12 may 2017-ci il tarixə olan əsas borca görə 400.000 ABŞ dolları, hesablanmış faizə görə 135.119,08 ABŞ dolları, o cümlədən 13 may 2017-ci ildən 11 yanvar 2018-ci il tarixədək illik 5 faizlə hesablanmış zərərə görə 13.556,64 ABŞ dolları olmaqla, cəmi 548.675,72 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutmanın 05 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığı və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinə; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 say lı əlavə razılığa əsasən Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinə; 22 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 saylı evin ümumi sahəsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh9 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu C.Cabbarlı küçəs i 28 saylı evin 5 saylı mənzilinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh7 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh8 məxsus Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilinə; 12 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinə; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlav ə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi; ipoteka predmetlərinin açıq hərracda satılması; satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi; satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC müştərək qaydada tutulub iddiaçıya verilməsi; Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 15 saylı evin 11 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh4 orada yaşayan ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində yaşayış sahəsini tərk etmələri, mənzilə olan istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması; Bil qeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 15 saylı evin 16 saylı mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan sonra Bilqeyis Bədəlovanın orada yaşayan ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində yaşayış sahəsini tərk etmələri, mənzilə olan istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması; Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 28 saylı evin 5 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh3 orada yaşayan ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində yaşayış sahəsini tərk etmələri, mənzilə olan istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması; Ofeliya Ağaşirinovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinə tutma yön əldildikdən və o, satıldıqdan sonra Ofeliya Ağaşirinovanın orada yaşayan ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində yaşayış sahəsini tərk etmələri, mənzilə olan istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması; Cavabdeh8 məxsus Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan sonra Cavabdeh8 orada yaşayan ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində yaşayış sahəsini tərk etmələri, mənzilə olan istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması; ipoteka qoyulmuş qeyri-yaşayış və torpaq sahələrinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci bir ay ərzində qeyri-yaşayış sahələrinin və torpaq sahələrinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh1 və "xxxx" ASC müştərək qaydada 05 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1.867.708,72 manat, faizə görə 71.085,33 manat, hesablanmış cəriməyə görə 154.287,07 manat, əldən çıxmış faydaya görə 120.432,89 manat, cəmi 2.093.081,12 manat kredit borcunun; habelə ödəniş vaxtı milli manata məzənnədə 12 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 400.000 ABŞ dolları, faizə görə 38.559 ABŞ dolları, hesablanmış cəriməyə görə 37.759,54 ABŞ dolları, cəmi 476.319,08 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi; 05 fevral 2014-cü il tarixli kredit müqaviləs indən irəli gələn tələb üzrə tutma- 10 may 2013-cü il tarixli ipoteka müqaviləsinə, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Cavabdeh4 məxsus Bakı şəhəri Yasamal rayonu Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilə; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsinə, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinə; 22 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 saylı evin ümumi sahəsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsinə; 05 fevral 2 014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh9 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzilinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Ofeliya Ağaşirinovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh8 məxsus Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıv ani küçəsi 14 saylı evin 85 saylı mənzilinə; 12 may 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələb üzrə tutmanın 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinə; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsinə, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinin ilkin satış qiymətinin 380.000 manat; Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinin ilkin satış qiymətinin 330.000 manat; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 saylı evin ümumi sahəsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 150.000 manat; Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 70.000 manat; Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 50.000 manat; Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzilinin ilkin satış qiymətinin 150.000 manat; Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 4 94-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinin ilkin satış qiymətinin 510.000 manat; Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi, əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borcun Cavabdeh1 və "xxxx" ASC müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, həmin əmlaklara tutma tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilindən, Bidqeyis Bədəlovanın Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilindən; Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu C.Cabbarlı küçəsi 28 sa ylı evin 5 saylı mənzilindən, Ofeliya Ağaşirinovanın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilindən; Cavabdeh8 Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilindən, həmçinin qeyri-yaşayış sahəsi və torpaq sahəsindən çıxarılmaları, həmin əmlakların boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Borclular Cavabdeh1 və "xxxx" ASC həmin kredit müqavilələri üzrə öhdəliklərini vəxtında və lazımi qaydada icra etməyiblər və onların iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcları yaranıb. Göründüyü kimi kredi t borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı "xxxx" ASC və Cavabdeh1 ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, Cavabdeh1 və "xxxx" ASC müştərək qaydada 05 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1.867.708,72 manat, faizə görə 24.820,77 manat, borcun gecikdirilməsi ilə bağlı zərərə görə 196.109,42 manat olmaqla, cəmi 2.088.638,91 manat; habelə ödəniş vaxtı milli manata məzənnədə 12 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 400.000 ABŞ dolları, faizə görə 135.118,08 ABŞ dolları, borcun gecikdirilməsi ilə bağlı zərərə görə 13.556,64 ABŞ dolları olmaqla, cəmi 548.674,72 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, 05 fevral 2014-cü il tarixli kredit müqaviləsindən irəli tələb üzrə tutmanın 10 may 2013-cü il tarixli ipoteka müqaviləsinə, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinə; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsinə, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinə; 22 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 20 saylı evin ümumi sahəsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsinə; 05 fevral 2014-cü il tar ixli ipoteka müqaviləsinə əsasən Cavabdeh9 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzilinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Ofeliya Ağaşirinovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinə; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh8 məxsus Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilinə; 12 may 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələb üzrə tutmanın 10 may 2013-cü il tarixli ip oteka müqaviləsinə, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinə; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsinə, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, Bakı şəhəri, Yasamal rayonu Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinin ilkin satış qiymətinin 380.000 manat; Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilin in ilkin satış qiymətinin 330.000 manat; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 saylı evin ümumi sahəsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 150.000 manat; Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 70.000 manat; Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 50.000 manat; Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzilinin ilkin satış qiymətinin 150.000 manat; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinin ilkin satış qiymətinin 510.000 manat; Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı ev in 85 saylı mənzilinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, həmin əmlaklara tutma tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay müddətində Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilindən, Bilqeyis Bədəlovanın Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilindən; Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzilindən, Ofeliya Ağaşirinovanın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilindən; Cavabdeh8 Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilindən, həmçinin qeyri-yaşayış sahəsi v ə torpaq sahəsindən çıxarılmaları və həmin əmlakların boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və gəldiyi nəticəni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq kifayət qədər əsaslandırılmayıb. Belə ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Borclular Cavabdeh1 və "xxxx" ASC həmin kredit müqavilələri üzrə öhdəliklərini vəxtında və lazımi qaydada icra etməyiblər və onların iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcları yaranıb. Göründüyü kimi kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməs i üçün əsaslar əmələ gəlib. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 442, 445.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" ASC vəkili Günay Abışova kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 və vəkili Vəkil, habelə digər cavabdehlər "xxxx" ASC, Cavabdeh3, Cavabdeh4, Bilqeyis Bədəlova, Cavabdeh6, Ofeliya Ağaşirinova, Cavabdeh8, Cavabdeh9 məhkəmə iclasının vaxtı və yeri haqqında 18 noyabr 2021-ci il tarixli məhkəmə bildirişləri ilə, habelə Vəkil ***-***-**-** nömrəli mobil telefon nömrəsinə SMS göndərilməklə məhkəm ə iclasının 11 yanvar 2021-ci il tarixdə saat 10:40-da keçiriləcəyi barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-məməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət v ermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymə tləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyi şdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, faizin, habelə borcun gecikdirilməsi ilə bağlı zərərin düzgün hesablanmadığını, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin real bazar dəyərlərindən xeyli aşağı qiymətləndirildiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 05 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 17 dekabr 2015-ci il tarixədək, illik 15 faizlə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.100.000 manat; eyni tərəflər arasında bağlanmış 12 may 2015-ci il tari xli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 18 faizlə, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 400.000 ABŞ dolları kredit verilib. Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2019-cu il tarixli ekspert rəyinə əsasən, 05 fevral 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçıya olan kredit borcu aşağıdakı kimi müəyyən edilir: 17 dekabr 2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 1.889.734,99 manat; əsas borc üzrə– 1.887.376,60 manat; faiz (illik 15 faizlə hesablanmaqla) üzrə- 2.358,39 manat; 28 noyabr 2017-ci il tarixə 2.032.001,18 manat; əsas borc üzrə- 1.887.376,60 manat, faiz (illik 15 faiz hesablanmaqla) üzrə- 2.358,39 manat, faiz (illik 5 faiz hesablanmaqla) üzrə142.266,19 manat (05 fevral 2014-cü il t arixli kredit müqaviləsi ilə bağlı 1-ci sual üzrə). Eyni zamanda, 12 may 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 12 may 2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 535.118,08 ABŞ dolları; əsas borc üzrə- 400.000 ABŞ dolları, faiz (illik 18 faiz hesablanmaqla) üzrə135.118,08 ABŞ dolları. 28 noyabr 2017-ci il tarixə (iddia tələbinə dəqiqləşmə verilən tarixə) 548.395,85 ABŞ dolları; əsas borc üzrə- 400.000 ABŞ dolları; faiz (illik 18 faiz hesablanmaqla) üzrə- 135.118,08 ABŞ dolları; faiz (illik 5 faiz hesablanmaqla) üzrə- 13.277,77 ABŞ dolları (12 may 2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı 2ci sual üzrə). Həmçinin, 05 fevral 2014-cü il və 12 may 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən, "xxxx" ASC kredit müqavilələri üzrə Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliklərin icra edilməsini öhdəsinə götürüb. Eyni zamanda, ipoteka müqavilələri, həmin müqavilələrlə bağlı imzalanmış əlavə razılıqlara əsasən, 05 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təminatı olaraq- 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 15 saylı evin 11 saylı mənzili; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015- ci il tarixli 3 saylı əlavə razılığa əsasən, cavabdeh Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzili; 22 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 saylı evin ümumi sahəsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsi; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsi; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh9 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzili; 05 fevral 2014cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh Ofeliya Ağaşirinovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzili; 05 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh8 məxsus Bakı şəhəri, Yasamal rayonu MİN, Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. Daha sonra, 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləyə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015-ci il tarixli 3 saylı əlavə razılığa əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzili; 10 may 2013-cü il tarixli ipoteka müqaviləsi, həmin müqaviləy ə 05 fevral 2014-cü il tarixli 1 saylı əlavə razılığa və 12 may 2015ci il tarixli 3 saylı əlavə razılığa əsasən cavabdeh Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzili həmçinin 12 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilib. İpoteka müqavilələrinin müvafiq bəndlərinə əsasən, həmin əmlaklar qiymətləndirilib və dəyərləri ipoteka müqavilələrində əks olunub və əmlakların ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Habelə, "xxxx" MMC 11 iyun 2018-ci il tarixli rəyindən (əmlakların qiymətləndirilməsinə dair hesabatlardan, cəmi 8 hesabat) görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 sayl ı evin 11 saylı mənzilin bazar qiyməti 380.000 manat; cavabdeh Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinin bazar qiyməti 330.000 manat; Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 saylı evin ümumi sahəsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 150.000 manat; Cavabdeh6 məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsinin bazar qiyməti 70.000 manat; Cavabdeh9 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiyməti 50.000 manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzilinin bazar qiyməti 150.000 manat; cavabdeh Ofeliya Ağaşirinovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinin bazar qiyməti 510.000 manat; Cavabdeh8 məxsus Bakı şəhəri, Yasamal rayonu, (X2) Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilinin bazar qiyməti 220.000 manat təşkil edir. İş materiallarında olan ipoteka müqavilələri bağlanarkən notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, mülkiyyətçilərin yetkinlik yaşına çatmış və əmlaklarda qeydiyyatda olan ailə üzvləri əmlakların ipotekaya qoyulmasına etiraz etməyiblər və həmin əmlaklara ödəniş yönəldiyi halda əmlakları qeydşərtsiz tərk edəcəklərini öhdələrinə götürüblər. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəc əyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona, zaminə və ipoteka qoyanlara xəbərdarlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulub. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə yanaşı birinci instansiya məhkəməsinə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə əlavə iddia ərizəsi təqdim edib. Lakin qətnamə qəbul edilərkən, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan iddia ərizəsinə əlavəyə qiymət verilməyərək, həmin ərizə nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı məh kəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göründüyü kimi iddiaçı, iddianın həcminin artıraraq 12 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz müqavilənin bitdiyi tarixə, yəni 12 may 2017-ci il tarixə hesablanmış borcun tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddiaçı tərəfin iddianın həcminin artırılması barədə təqdim etdiyi ərizəyə münasibət bildirməyib. Bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmayıb. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın dəqiqləşdirilməsinə dair ərizədə tələb edilən borcları nəzərə almadan, həmin ərizədə cərimənin tutulması təl əbi olmadığı halda iddiadan kənara çıxaraq, 05 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 154.287,07 manat cərimənin tutulmasını qət edib. Ona görə də apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozub və düzgün tətbiq etməyib. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin faktiki hallarını nəzərə alıb müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçıdan hər iki kredit müqaviləsi üzrə müxtəlif məbləğlərdə kredit alıb və ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürüb, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəlikl ərini icra etməyib. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını mübahisələndirsə də, birinci instansiya məhkəməsində işə baxılması zamanı təqdim edilmiş ekspert rəyində maliyyə arayışı, eləcə də hesabdan çıxarışda Cavabdeh1 tərəfindən təqdim edilmiş ödənişlər bütövlükdə öz əksini tapıb və ekspert rəyini şübhə altına alan hər hansı hal müəyyən edilməyib. Əksinə, işə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunub ki, Cavabdeh1 iddiaçıya olan kredit borcu aşağıdakı kimi müəyyən edilir: 17 dekabr 2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 1.889.734,99 manat; əsas borc üzrə– 1.887.376,60 manat; faiz (illik 15 faiz hesablanmaqla) üzrə- 2.358,39 manat; 28 dekabr 2017-ci il tarixə (iddia tələbinə dəqiqləşmə verilən tarixə) 2.032.001,18 manat; əsas borc üzrə- 1.887.376,60 manat, faiz (illik 15 faiz hesablanmaqla) üzrə– 2.358,39 manat, faiz (illik 5 faiz hesablanmaqla) üzrə– 142.266,19 manat (05 fevral 2014- cü il tarixli kredit müqaviləsi ilə bağlı 1-ci sual üzrə). Habelə, 12 may 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 12 may 2017-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 535.118,08 ABŞ dolları; əsas borc üzrə-400.000 ABŞ dolları, faiz (illik 18 faizlə hesablanmaqla) üzrə- 135.118,08 ABŞ dolları. 28 noyabr 2017-ci il tarixə (iddia tələbinə dəqiqləşmə verilən tarixə) 548.395,85 ABŞ dolları; əsas borc üzrə- 400.000 ABŞ dolları; faiz (illik 18 faiz hesablanmaqla) üzrə- 135.118,08 ABŞ dolları; faiz (illik 5 faiz hesablanmaqla) üzrə- 13.277,77 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi, ekspertin rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırıb qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2014-cü il və 12 may 2015-ci il tarixli kredit müqavilələrinin bitdiyi tarixədək əsas və faiz borclarının məbləği müəyyən edilərkən, 05 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbində qeyd olunan məbləğdən artıqdır və təxminən həmin fərq həcmində faiz borcu iddia tələbində qeyd olunan məbləğdən az göstərilib. Bundan başqa, 05 fevral 2014-cü il və 12 may 2015-ci il tarixli müqavilələrin müddətləri bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablama aparılmaqla dəymiş ziyanın məbləği ekspert tərəfindən 28 noyabr 2017-ci il tarixədək hesablanıb. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə -mühasibatlıq ekspertiz asının rəyinin tədqiqat hissəsində olan məlumatlara və kredit müqavilələri üzrə ödənilmiş əsas və faiz borclarının silinmələrinə əsaslanaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə kredit müqavilələrinin müddətləri bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablama aparılmaqla dəymiş ziyanın məbləği 11 yanvar 2018-ci il tarixədək hesablanmaqla tələb etdiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsas, faiz və gecikdirdiyi müddət üzrə illik beş faiz hesablamaqla dəymiş ziyanın tutulması hissəsində dəqiqləşdirilmiş iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 05 fevral 2014-cü il və 12 may 2015-ci il tarixli zaminlik müqavilələrini n surətindən görünür ki, "xxxx" ASC kredit müqavilələri üzrə borclu Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliklərin icra edilməsini öhdəsinə götürüb. Belə olan halda cavabdeh "xxxx" ASC zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşıyır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi- kredit borcu üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində də əsaslıdır. Belə ki, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirib və ipoteka saxlayan kimi bank ipoteka ilə yüklü edilmiş əm lakları açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət edib. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəl dildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarına qiymət verib, tərəflər arasında bağlanmış kredit, habelə ipoteka müqavilələrinin şərtlərinə əsaslanıb düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə uyğun olaraq ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində, sözügedən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən edilmədiyini göstərsə də, işdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə əmlakların qiymətləndirilməsinə dair müvafiq qiymətləndirmə aparılıb. Belə ki, "xxxx" MMC 11 iyun 2018-ci il tarixli rəyinə (əmlakların qiymətləndirilməsinə dair hesabatlara, cəmi 8 hesabat) əsasən, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 11 saylı mənzilinə 380.000 manat; cavabdeh Bilqeyis Bədəlovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 15 saylı evin 16 saylı mənzilinə 330.000 manat; Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 saylı evin ümumi sa həsi 59,5 kv.metr olan qeyri-yaşayış sahəsinə 150.000 manat; Cavabdeh6 məxsus Xaçmaz rayonu, Nabran kəndində yerləşən 0,10 ha torpaq sahəsinə 70.000 manat; Cavabdeh9 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində istifadədə olan 0,00278 ha torpaq sahəsində yerləşən 27,8 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə 50.000 manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 28 saylı evin 5 saylı mənzilinə 150.000 manat; cavabdeh Ofeliya Ağaşirinovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 494-cü məhəllə 20 “A” saylı evin 60 saylı mənzilinə 510.000 manat; Cavabdeh8 məxsus Bakı şəhəri, Yasamal rayonu, (X2) Naxçıvani küçəsi 14 saylı evin 85 saylı mənzilinə 220.000 manat qiymət qoyulub. Cavabdeh1 apellyasiya şikayətində, ipoteka predmetlərinin ilkin satış qiymət inin düzgün müəyyən edilmədini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməyib, eləcə də işdə, göstərilən ekspert rəyini şübhə altına alan hər hansı sübüt yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar ai ddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən eyni zamanda iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə 27 fevral 2017-ci il tarixdə müraciət etməsini, ötən 5 ilə yaxın müddətdə mübahisənin öz qanuni həllini tapmamasını, habelə cavabdeh tərəfin işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmələrini də nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2019cu il tar ixli, 2(103)-12227/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar